Məhkəmə qərarları › İş №2(079)-203/2022

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-203/2022

21.04.2022 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-203/2022 21.04.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi tələbinə mülki işə Babək Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs ilə aralarında bağlanmış 11.08.2021-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi tələbinin əsası kimi bildirmişdir ki, mənimlə Maraqlı şəxs arasında 02 noyabr 2012-ci il tarixdə, 06 nömrə ilə Babək rayon inzibati ərazi dairəsi üzrə nümayəndəliyində bağlanmış nikah Babək Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il, 2(079)-06/2022 nömrəli qətnaməsi ilə pozulmuşdur. Birgə nikahdan 3 övladımız - 08.11.2013-cü il təvəllüdlü X5, 12.09.2016-cı il təvəllüdlü X6 və 08.02.2020-ci il təvəllüdlü X10 doğulmuşdur. Babək rayon Qeydiyyat şöbəsinin 05.04.2022-ci il tarixli çıxarışına əsasən 18.02.2022- ci il tarixdə, nikahın pozulması kitabının 10-cu səhifəsində Maraqlı şəxs ilə aramızdakı nikahın pozulması qeyd olunmuşdur. M- 00129 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X1 iştirakı ilə 11 avqust 2021-ci il tarixdə Maraqlı şəxs ilə barışıq sazişi imzaladıq. Barışıq sazişinin şərtlərinə əsasən 08 noyabr 2013-cü il təvəllüdlü X5, 11 sentyabr 2016-cı il təvəllüdlü X6 və 08 fevral 2020-ci il təvəllüdlü X10 anaları X2 yanında yaşayacaq, uşaqların saxlanılması üçün hər ayın 25-də hər uşaq üçün Maraqlı şəxs tərəfindən 100 AZN məbləğində (cəmi 300 AZN) aliment ödəniləcək, pul vəsaiti Əfsanə Əsədovanın müəyyən edəcəyi karta köçürüləcək, alimentin ilk ödənişi sentyabr ayının 25-də olacaq, uşaqlar hər həftənin şənbə və bazar günlərində səhər saat 9-dan axşam saat 9-a kimi ata Maraqlı şəxslə görüşəcək, uşaqlar xaricə getmək də daxil olmaqla hər iki valideynin qarşılıqlı razılığı və nəzarəti altında sərbəst hərəkət edəcək, baba və nənələr də hər iki valideynin razılığı ilə uşaqları xaricə çıxara bilər, bu zaman valideynlərin razılığı notarius tərəfindən təsdiq olunmalıdır, əmlak bölgüsü hələlik qeyri-müəyyən vaxta kimi açıq saxlanılır, tərəflər nikahın dayandırılması məsələsinə aidiyyəti üzrə məhkəmədə baxılmasına dair razılığa gəlirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 306.1 -ci maddəsi ilə müəyyən edilir ki, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, Məcəllənin 30 - 40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Mülki Prosessual Məcəllənin 355-24-cü maddəsinin tələbinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Maraqlı şəxs barışıq sazişində göstərilən aliment məbləğini ödəmir. Barışıq sazişində qeyd olunan müddət keçmişdir. Ərizəçi izahatında və verilmiş suallara cavabında ərizəsində göstərdiyi halları təsdiqləyərək maraqlı şəxsin barışıq sazişini icra etməkdən boyun qaçırdığını, saziş bağlandığı vaxtdan indiyə qədər cəmi 600 manat aliment ödədiyini, Maraqlı şəxs əvvəllər Babək rayon, Xalxal kənd məktəbində qarovul işlədiyini, uşaqlarla görüşü zamanı onlara alimenti ödəməmək üçün işdən çıxdığını dediyini, özünün heç bir yerdə işləmədiyini, uşaqların maddi ehtiyaclarını qarşılaya bilmədiyini bildirmiş, məhkəmədən barışıq sazişinin alimentin alınmasına dair hissədə təsdiq olunaraq icra edilməsini xahiş etmişdir. Həmçinin ərizəçi məhkəmə iclasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə tələbin dəqiqləşdirilməsi barədə ərizə verərək bildirmişdir ki, Maraqlı şəxs ilə mənim aramda bağlanmış 11 avqust 2021-ci il tarixli barışıq sazişində uşaqların kimin yanında saxlanılması, uşaqların ataları ilə ünsiyyət qaydasının müəyyən olunması, uşaqların Azərbaycan Respublikası hüdudlarından kənara çıxması məsələsində valideynlərin və digər qohumların razılığının alınması qaydası və s. məsələlər öz həllini tapmışdır. Bugün Maraqlı şəxs barışıq sazişinin icrasından yalnız alimentin ödənilməsinə dair hissədə boyun qaçırır. Bu hal nəzərə alınmaqla tələbə Maraqlı şəxs ilə aralarında bağlanmış 11.08.2021-ci il tarixli barışıq sazişinin uşaqların saxlanılmasına dair hissədə təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəçinin xahişini və mülki icraatda dispozitivlik prinsipinin üstünlüyünü nəzərə alaraq tələbə dəqiqləşdirilmiş iddia elementləri nəzərə alınmaqla barışıq sazişinin uşaqların saxlanılması üçün alimentin ödənilməsinə dair hissədə təsdiq edilməsi şəklində baxmışdır. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 355-25.2-ci maddəsinə əsasən, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Maraqlı şəxs gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. İş materiallarında olan Babək Rayon Məhkəməsinin 13.01.2022-ci il tarixli qətnaməsi ilə Maraqlı şəxs ilə X4 arasında 02 noyabr 2012-ci tarixdə Babək rayonu, Nəzərabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində bağlanmış və nikahın bağlanılması haqqında akt qeydləri kitabında 06 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. İş materiallarında olan Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05.04.2022-ci il tarixli nikahın pozulması kitabının 10-cu səhifəsindən çıxarışdan məlum olur ki, Maraqlı şəxs ilə X4 arasında bağlanmış nikahın pozulmuşdur. İş materiallarında olan Babək rayonu, Nəzərəbad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ seriyalı, 853379 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 atası Maraqlı şəxs, anası X4 olmaqla 08.11.2013-cü il tarixdə doğulmuşdur. İş materiallarında olan Babək rayonu, Nəzərəbad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 077477 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 atası Maraqlı şəxs, anası X4 olmaqla 12.09.2016-cı il tarixdə doğulmuşdur. İş materiallarında olan Babək rayonu, Nəzərəbad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İV seriyalı, 168772 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 atası Maraqlı şəxs, anası X4 olmaqla 08.02.2020-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan 11.08.2021-ci il tarixli Maraqlı şəxs ilə X4 arasında bağlanmış barışıq sazişindən görünür ki, tərəflər 08.11.2013-cü il təvəllüdlü X5, 12.09.2016-cı il təvəllüdlü X6 və 08.02.2020-ci il təvəllüdlü X7 anaları X2 yanında yaşayacağı, uşaqların saxlanması üçün hər ayın 25-də hər uşaq üçün Maraqlı şəxs tərəfindən 100 AZN məbləğində (cəmi 300 AZN) aliment ödəniləcəyinə, pul vəsaitinin Əfsanə Əsədovanın müəyyən edəcəyi karta köçürüləcəyinə və digər məsələlərə dair razılığa gəlmişlər. Məhkəmə araşdırması zamanı Maraqlı şəxs ilə X4 arasında bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin ümumi nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaqlar 08.11.2013-cü il təvəllüdlü X5, 12.09.2016-cı il təvəllüdlü X6 və 08.02.2020-ci il təvəllüdlü X7 analarının yanında yaşaması, tərəflərin mediasiya prosesi nəticəsində barışıq sazişi bağlaması, həmin barışıq sazişi ilə uşaqların saxlanması üçün Maraqlı şəxs tərəfindən hər ayın 25-də hər uşaq üçün 100 AZN olmaqla cəmi 300 AZN alimentin Əfsanə Əsədovanın müəyyən edəcəyi karta köçürülməklə Əfsanə Əsədovaya ödəniləcəyinə dair razılığa gəlmələri mübahisəsiz qaydada müəyyən olunmuşdur. Həmçinin işin araşdırılması zamanı Maraqlı şəxs alimentin ödənilməsinə dair hissədə barışıq sazişinin könüllü icrasından boyun qaçırdığı müəyyən olunmuşdur. Maraqlı şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tələbə qarşı etirazı və etirazının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla yalnız ərizəçinin təqdim etdiyi sübutlar əsasında baxılmışdır. Belə ki, MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Məhkəmə mübahisənin həlli ilə bağlı aşağıdakı hüquq normalarını qeyd etməyi zəruri hesab edir. MPM-in 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinin müvafiq bəndlərinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. MPM-in 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub-olmamasından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşağın yaşayışı üçün zəruri olan xərclərin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Tərəflər aralarında bağlanmış barışıq sazişində alimentin ilk ödənişinin 25 sentyabrda olacağı və alimentin hər ayın 25-də ödəniləcəyi barədə razılığa gəlmişlər. MPM-in 234.2 və 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə barışıq sazişinin bağlanmasından sonra könüllü icra müddətində icra edilmədiyini, barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsi üçün əsasların mövcud olmadığını, barışıq sazişinin qanuna zidd olmadığını, uşaqların yüksək mənafeyinin təmin edilməsinin zəruriliyini nəzərə alaraq hesab edir ki, ərizə qismən təmin olunmalı, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 11.08.2021-ci il tarixli barışıq sazişi uşaqların saxlanılması-alimentə dair hissədə təsdiq edilməli, 11.08.2021-ci il tarixli barışıq sazişi əsasında Maraqlı şəxs 08.11.2013-cü il təvəllüdlü X5, 12.09.2016-cı il təvəllüdlü X6 və 08.02.2020-ci il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanması üçün bir uşaq üçün 100 (bir yüz) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat miqdarında aliment 25 sentyabr 2021-ci ildən tutularaq uşaqların anası Ərizəçi ödənilməli, tələb alimentə dair hissədə dərhal icraya yönəldilməlidir. Məhkəmə belə hesab edir ki, tələb əsaslı sayıldığından MPM-in 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) ərizəçi tərəfindən ərizə verildiyi vaxt ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu maraqlı şəxsdən alınaraq ərizəçiyə ödənilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 358.0.3, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında ərizə qismən təmin olunsun. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 11.08.2021-ci il tarixli barışıq sazişi uşaqların saxlanılması-alimentə dair hissədə təsdiq edilsin. Barışıq sazişinin şərtlərinə uyğun olaraq Maraqlı şəxs 08.11.2013-cü il təvəllüdlü X5, 12.09.2016-cı il təvəllüdlü X6 və 08.02.2020-ci il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər uşaq bir uşaq üçün 100 (bir yüz) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat miqdarında aliment 25 sentyabr 2021-ci ildən tutularaq uşaqların anası Ərizəçi ödənilsin və alimentə dair hissədə dərhal icraya yönəldilsin. Ərizə qalan hissədə təmin edilməsin. Ərizəçi tərəfindən ərizə verildiyi vaxt ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Maraqlı şəxs alınaraq Ərizəçi ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar