Məhkəmə qərarları › İş №2(079)-210/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-210/2024

28.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-210/2024 28.03.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı “19” fevral 2024-cü ildə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, onunla Cavabdeh ödənilməmiş borcuna görə 360 (üç yüz altmış) manat, hər ay üçün 10 (on) faiz olmaqla, ödənilməmiş 131.20 (bir yüz otuz bir manat, iyirmi qəpik) manat pulun və 30 (otuz) manat miqdarında dövlət rüsumunun, ümumilikdə 521.20 (beş yüz iyirmi bir manat, iyirmi qəpik) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdi ki, Naxçıvan şəhəri, Hakim Plaza, 1-ci mərtəbə, 10-cu mağazada işləyirəm. Babək rayonu, Zeynəddin kəndində qeydiyyatda olub, orada yaşayan Cavabdeh ilə aramızda bağlanmış 04 may 2023-cü il tarixli, 13470 nömrəli kredit müqaviləsi ilə 1120 manat dəyərində 1 ədəd Redmi Xiamo 13 Lite markalı mobil telefonu kreditə vermişəm. Aramızda bağlanmış müqaviləyə əsasən Cavabdeh öz xətti ilə yazaraq və öz imzası ilə imzalayaraq bağlamış olduğumuz 13470 nömrəli kredit müqaviləsinə görə ümumi məbləği 1120 (bir min bir yüz iyirmi) manat, ilkin ödəniş məbləği 300 (üç yüz) manat, kreditin qalıq məbləği 820 (səkkiz yüz iyirmi) manat olmaqla 10 (on) ay müddətində aylıq 82 (səksən iki) manat nağd və ya köçürmə yolu ilə mənə qaytaracağını öhdəsinə götürmüşdür. Cavabdeh 13470 nömrəli kredit müqaviləsi üzrə ilk vaxtlar kredit borcunu ödəyərək mənə olan 1120 (bir min bir yüz iyirmi) manat kredit borcundan müxtəlif zamanlarda az məbləğlərlə ödəniş çekləri əsasında ümumilikdə 760 (yeddi yüz altmış) manat kredit borcundan mənə qaytarmışdır. Lakin cavabdeh kredit borcundan qalmış 360 (üç yüz altmış) manat pulu 2023-cü ilin oktyabr ayının 4-dən bu günədək mənə geri qaytarmamışdır. Mən cavabdehə bir neçə dəfə borclu qaldığı pulu qaytarmasını desəm də, o, hər dəfəsində müxtəlif bəhanələrlə mənə ödəməli olduğu borcunu geri verməkdən boyun qaçırmışdır. Artıq bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişəm. Cavabdeh ilə aramızda bağlanan 13470 nömrəli kredit müqaviləsinin 3.7-ci bəndinə əsasən onun ödəməli olduğu kredit borcunun yubadılmasına görə hər ay üçün 10 (on) faizi miqdarında kompensasiya (cərimə) hesablanacağını razılaşaraq öhdəsinə götürmüşdür. Bu səbəbdən də cavabdehin mənə 04 may 2023-cü il tarixli, 13470 nömrəli kredit müqavilə üzrə 10 (on) ay ərzində ödəməli olduğu kredit borcunu bu günədək ödəmədiyi hər ay üçün 10 (on) faiz olmaqla, ödənilməmiş 4 ay üzrə 131.20 (bir yüz otuz bir manat, iyirmi qəpik) manat pulun da ödənilməsini istəyirəm. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişdi. İddiaçı “12” mart 2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək Əli Vəliyevin ona olan borcunu ödədiyini, hazırda ona borcu olmadığını, bu səbəbdən də iddia tələbindən imtina etdiyini qeyd edərək, iş üzrə icraata xitam verilməsini və onun iştirakı olmadan məhkəmə iclaslarının keçirilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbini rəhbər tutan məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. İddiaçınin tələbindən imtina etməsi barədə ərizəsinin hüquqi həlli ilə bağlı məhkəmə qeyd edir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik prinsipi onu nəzərdə tutur ki, tərəflər bu prinsipdən çıxış edərək pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edir, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq, onu geri götürmək, mübahisədən imtina etmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olur. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Məhkəmə İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiasından imtina etməsi haqqında ərizəsini müzakirə edib, belə nəticəyə gəlir ki, işdə iddiadan imtinanın qəbul edilməməsi üçün əsas verən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə göstərən hallar yoxdur. Bu səbəbdən də, İddiaçı iddiadan imtinası məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0 və 261.0.4-cü maddələrinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinin tələbinə görə, həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, İddiaçı iddia qaldırarkən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı vasitəsi ilə “14” fevral 2024-cü il tarixli, ********** nömrəli qəbzlə ödədiyi 30 (otuz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Məhkəmə tərəflərə həmçinin izah edilsin ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262-264, 267- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçınin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə iddiaçının iddiadan imtinası qəbul olunsun və iş üzrə icraata xitam verilsin. İddiaçı iddia qaldırarkən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı vasitəsi ilə “14” fevral 2024-cü il tarixli, ********** nömrəli qəbzlə ödədiyi 30 (otuz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. Tərəflərə izah edilsin ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan şikayət, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar