Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-246/2024 16.04.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki iş üzrə əlavə qətnamənin çıxarılması məsələsinə məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi tələbinin əsası kimi bildirmişdir ki, 06 iyun 2014-cü il tarixində Maraqlı şəxs ilə nikahımız bağlanmış və iyunun 17-də toyumuz olmuşdur. Birgə nikahımızdan 26 mart 2015-ci il təvəllüdlü X5 olmuşdur. 4 saylı Bakı Asan Xidməti X6 tərəfindən 10 dekabr 2015-ci il tarixində doğum haqqında akt qeydləri kitabında 8236 nömrəsi ilə qeydiyyata alınmışdır. Sonradan yola getmədiyimizdən məhkəməyə müraciət olunmuş Babək rayon Məhkəməsinin 16 mart 2017-ci il tarixli, 2(079)- 9/17 saylı qətnaməsi ilə nikahımız pozulmuş, X5 mənim himayəmdə saxlanılmış və uşağın yetkinlik yaşma çatanadək saxlanması üçün, hər ay 117 manat sabit pul məbləğində alimentin (xx.xx.2016-cü il tarixindən başlayaraq) cavabdeh Maraqlı şəxs alınaraq mənə verilməsi qət edilmişdir. 07 iyun 2017-ci il tarixində Babək rayon qeydiyyat şöbəsi tərəfindən nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. 2023-cü il tarixində alimentin miqdarının dəyişdirilməsi ilə bağlı Naxçıvan mediasiya təşkilatına müraciət etmişdik. Cavabdeh tərəflə alimentin hər ay 160 manat sabit pul məbləğində ödənilməsi ilə bağlı aramızda barışıq sazişi bağlanmışdır. Sazişin 2-ci bəndinə görə tərəflər mübahisə ilə bağlı mübahisənin barışıq yolu ilə həll edilməsi barədə razılığa gəlirlər, Tərəflər birlikdə Mediassiya Prosesində aralarında razılığa gəldilər ki, Maraqlı şəxs övladı xx.xx.2015-ci il təvəllüdlü X1 üçün 160 (bir yüz altmış) manat aliment pulunu iyun 2023-cü il tarixdən hər ay olmaqla digər tərəfə Ərizəçi ödəməsini razılaşdırırlar. Lakin İkinci tərəf yəni Maraqlı şəxs dekabr ayı üçün 138 manat borcu qalmışdır. Yanvar-fevral ayları üçün isə nəzərdə tutulmuş 160 manat alimenti ümumiyyətlə ödəməmişdir. Mən pretenziya qaydasında müraciət etsəm də Maraqlı şəxs alimenti yenə də ödəməmişdir. Ona görə də barışıq Sazişinin təsdiqi və icraya yönəldilməsi ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəldik. Babək Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında ərizə təmin olunmuş, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi, barışıq sazişinin şərtlərinə uyğun olaraq Maraqlı şəxs xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 160 (bir yüz altmış) manat miqdarında alimentin xx.xx.2023-cü ildən tutularaq uşağın anası Ərizəçi ödənilməsi və alimentə dair hissədə dərhal icraya yönəldilməsi, Ərizəçi tərəfindən ərizə verildiyi vaxt ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun Maraqlı şəxs alınaraq Ərizəçi ödənilməsi qərara alınmışdır. Göründüyü kimi iddia ərizəsinin məzmununda Maraqlı şəxs dekabr ayı üçün 138 manat borcunun qaldığı bildirilsə məhkəmə tərəfindən texniki səhvliklə həmin ay üçün 138 manatın ödənildiyi nəzərə alınaraq alimentin tutulmasının əvvəli kimi xx.xx.2023-cü il götürülməklə qətnamə çıxarılmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 229.1 və 29.1.1-ci maddələrini rəhbər tutaraq öz təşəbbüsü ilə işdə iştirak edən şəxsləri xəbərdar edərək əlavə qətnamə çıxarılması məsələsini məhkəmə iclasında müzakirə etmişdir. Belə ki, MPM-in 229.1 və 29.1.1-ci maddələrinə əsasən iş üzrə qətnamə və ya qərardad çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə və ya qərardad çıxarılmamışsa əlavə qətnamə və ya əlavə qərardad çıxara bilər. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. MPM-in 229.2-ci maddəsini rəhbər tutan məhkəmə sözügedən məsələyə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclasında verdiyi izahatında alimentin tutulmasının əvvəlinin xx.xx.2023-cü il tarixdən hesablanması isə alimentin düzgün hesablanmadığını, belə ki, qarşı tərəfin 2023-cü ilin dekabr ayı üçün 183 manat borcunun qaldığını və bu halın düzəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış barışıq sazişindən görünür ki, tərəflər xx.xx.2015-ci il təvəllüdlü X2 üçün hər ay Maraqlı şəxs tərəfindən 160 AZN məbləğində alimentin Ərizəçi ödəniləcəyinə dair razılığa gəlmişlər. Ərizənin məzmununda qeyd olunmuşdur ki, Maraqlı şəxs dekabr ayı üçün 138 manat borcu qalmışdır. Yanvar-fevral ayları üçün isə nəzərdə tutulmuş 160 manat alimenti ümumiyyətlə ödəməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli barışıq sazişi əsasında Maraqlı şəxs xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 160 (bir yüz altmış) manat miqdarında alimentin tutulmasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 229-cu maddələrini rəhbər tutaraq qətetdi: Barışıq sazişinin şərtlərinə uyğun olaraq Maraqlı şəxs xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 160 (bir yüz altmış) manat miqdarında aliment xx.xx.2023-cü il tarixdən tutularaq uşağın anası Ərizəçi ödənilsin. Əlavə qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-246/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Əlavə qətnamə — İş №2(079)-246/2024
16.04.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver