Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-257/2025 18.03.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində qoyulmaqla mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə Babək Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi xx.xx.2025-ci il tarixdə Babək Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, M-00133 nömrəsi ilə qeydiyyatdan keçmiş mediatorun iştirakı ilə Maraqlı şəxs ilə 06 mart 2023-cü il tarixdə aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi tələbinin əsası kimi bildirmişdir ki, Maraqlı şəxs ilə aramızda 13 mart 2015-ci il tarixdə Babək rayon Nehrəm kənd İƏD üzrə Nümayəndəlikdə bağlanılmış 12 nömrəli nikah akt qeydi Babək rayon Məhkəməsinin 2(079)-204/2019 nömrəli, 14 avqust 2019-cu il tarixli qətnaməsi ilə pozulmuş və 24 sentyabr 2019-cu il tarixdə 61 nömrəli qeydlə nikahın pozulması haqqında şəhadətnamə alınmışdır. Birgə nikahda yaşadığımız dövrdə 1 övladımız doğulmuşdur: X5-13 yanvar 2016-cı il. M-00133 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X6 iştirakı ilə X3 ilə alimentin artırılması ilə bağlı 06 mart 2023-cü il tarixdə barışıq sazişi imzaladıq. Barışıq sazişinin şərtlərinə əsasən: Uşaq 13 yanvar 2016-cı il təvəllüdlü X1 üçün atası Maraqlı şəxs hər ayın sonu 150 (yüz əlli) manat məbləğində vəsaiti Ərizəçi ödəyəcəyini öhdəsinə götürməklə tərəflər razılığa gəliblər. Maraqlı şəxs barışıq sazişində göstərilən aliment məbləğini 2025-ci ilin yanvar ayından başlayaraq 2 ay müddətdir ki, ödəmir. Barışıq sazişində qeyd olunan müddət keçmişdir və saziş üzrə 300 (üç yüz) manat aliment borcu yaranmışdır. Ərizəçi izahatında və verilmiş suallara cavabında ərizəsində göstərdiyi halları təsdiqləyərək barışıq sazişinin bağlanmasından sonra alimentin vaxtında ödənildiyini, lkain 2025-ci ili yanvar ayından etibarən dayandığını, hər dəfə şəxsdən aliment tələb etmək istəmədiyini, bunun məcburi icrasının təmin olunmasını tələb etdiyini, 2025-ci il üzrə heç bir ödənişin olunmadığını bildirmiş, sonda isə barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmədə verdiyi izahatında alimenti vaxtında ödədiyini, lakin 2025-ci ilin yanvarından kartın müddəti bitdiyindən ödənişi həyata keçirə bilmədiyini, 2025-ci ilin yanvar ayı üzrə heç bir ödəniş etmədiyini, cavabdehdən kartın nömrəsini tələb etdikdə isə vermədiyini, ərizənin təmin olunmasına etirazının olmadığını bildirmişdir. Ərizəyə əlavə edilmiş: - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 175882 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən Maraqlı şəxs ilə Ərizəçi arasında 24 sentyabr 2019-cu il tarixdə nikahın ləğv edilməsi; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 535247 nömrəli doğum haqqında şəhadətnamənin surətindən atası Maraqlı şəxs və anası Ərizəçi olan X2 xx.xx.2016-cı il tarixdə doğulması; - Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış barışıq sazişindən tərəflərin övladları 13 yanvar 2016-cı il təvəllüdlü X1 üçün Maraqlı şəxs hər ayın sonu 150 (bir yüz əlli) manat alimenti Ərizəçi ödəyəcəyinə dair razılığa gəlmələri müəyyən olunur. Məhkəmə araşdırması zamanı Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2023-cü il tarixdə aliment öhdəliyinin həyata keçirilməsi ilə bağlı yuxarıda göstərilən şərtlər barədə barışıq sazişinin bağlanması, Maraqlı şəxs alimentin ödənilməsinə dair barışıq sazişinin könüllü icrasından boyun qaçırdığı müəyyən olunmuşdur. MPM-in 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinin müvafiq bəndlərinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. MPM-in 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub-olmamasından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşağın yaşayışı üçün zəruri olan xərclərin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Tərəflər aralarında bağlanmış barışıq sazişi ilə xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 (bir yüz əlli) manat miqdarında sabit pul məbləğində alimentin ödəniləcəyinə dair razılığa gəlmişlər. Tərəflərin izahatı əsasında isə Maraqlı şəxs aliment məbləğini 2025-ci ilin yanvar ayından başlayaraq ödəməməsi və həmin tarixdən etibarən atanın uşağın saxlanılmasında iştirak etmədiyi, yəni barışıq sazişinin könüllü icrasından yayındığı müəyyən olunmuşdur. Sözügedən halları nəzərə alan məhkəmə belə hesab edir ki, barışıq sazişi üzrə tərəflərin ayrı yaşayıb ümumi təsərrüfat aparmadıqları dövrdə ödənilməmiş aliment məbləği nəzərə alınmalı və alimentin tutulmasının əvvəli xx.xx.2025-ci ildən hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən məhkəməyə ünvanlanmış 14 yanvar 2025-ci il tarixli, 1-8-16-1/2-57/2025 nömrəli Azərbaycan Respublikasının rayon (şəhər) və apellyasiya məhkəmələrinə ünvanlanmış məktubunun 4-cü bəndində qeyd olunur ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişində sabit pul məbləğində alimentin tutulması ilə bağlı şərt tərəflərin razılığından asılı olaraq konkret rəqəmlə və ya minimum əmək haqqının müəyyən misli ilə ifadə edilə bilər. Tərəflər sazişdə tutulan alimentin məbləğini konkret rəqəmlə ifadə etdikləri və bu məbləğin sonrakı indeksasiyasını nəzərdə tutmadıqları halda, məhkəmə tərəfindən bu sazişin təsdiqi zamanı həmin məbləğin minimum əmək haqqının mislinə çevrilməsi tərəflərin iradə ifadəsinə zidd olduğundan yolverilməzdir. Eyni mövqe, iddia icraatının gedişatında analoji barışıq sazişlərinin təsdiqi zamanı da nəzərə alınmalıdır. Məhkəmə müəyyən edir ki, tərəflər sazişdə tutulan alimentin məbləğini konkret rəqəmlə ifadə etmiş və bu məbləğin sonrakı indeksasiyasını nəzərdə tutmamışdır. MPM-in 234.2 və 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə ərizəçinin barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsini, barışıq sazişinin könüllü qaydada icra olunmasından maraqlı şəxs tərəfindən imtina olunduğunu, barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsi üçün əsasların mövcud olmadığını, barışıq sazişinin qanuna zidd olmadığını, uşağın yüksək mənafeyinin təmin edilməsinin zəruriliyini nəzərə alaraq hesab edir ki, ərizə təmin olunmalı, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilməli, barışıq sazişinin şərtlərinə uyğun olaraq Maraqlı şəxs xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 (bir yüz əlli) manat miqdarında sabit pul məbləğində aliment xx.xx.2025-ci il tarixdən tutularaq uşağın anası Ərizəçi ödənilməli, qətnamə alimentə dair hissədə dərhal icraya yönəldilməlidir. Məhkəmə belə hesab edir ki, tələb əsaslı sayıldığından MPM-in 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) ərizəçi tərəfindən ərizə verildiyi vaxt ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu maraqlı şəxsdən alınaraq ərizəçiyə ödənilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 358.0.3, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında ərizə təmin olunsun. Barışıq sazişinin şərtlərinə uyğun olaraq Maraqlı şəxs xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment xx.xx.2025-ci il tarixdən tutularaq uşağın anası Ərizəçi ödənilsin və qətnamə alimentə dair hissədə dərhal icraya yönəldilsin. Ərizəçi tərəfindən ərizə verildiyi vaxt ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Maraqlı şəxs alınaraq Ərizəçi ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-257/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-257/2025
18.03.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver