Məhkəmə qərarları › İş №2(079)-26/2022

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-26/2022

28.04.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-26/2022 28.04.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, iddiaçı, həmçinin digər iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 qanuni nümayəndəsi İddiaçı1 və Cavabdeh iştirakı ilə, İddiaçı1 İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı cavabdehin mirası qəbul etmə faktı müəyyən edilməklə paylı mülkiyyətdə olan əmlakın dəyərinin müəyyən edilməsi və onlara ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı, həmçinin qanuni nümayəndə İddiaçı1 “11” noyabr 2021-ci ildə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, 2001-ci il buraxılışlı, “Vaz 21074” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil bölünməz əmlak olduğundan naturada ayrılması mümkün olmadığına görə ona 6/10 hissə, qanuni nümayəndəsi olduğu övladları İddiaçı2 1/10 hissə, İddiaçı4 1/10 hissə və İddiaçı3 1/10 hissədə, ümumilikdə isə 9/10 hissədə paylarının cavabdehin mirası qəbul etmə faktı müəyyən edilməklə paylı mülkiyyətdə olan əmlakın dəyərinin müəyyən edilib, Cavabdeh alınıb onlara verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdi ki, mən 14 oktyabr 2002-ci il tarixdə X7 ilə ailə qurub, 05 iyun 2013-cü il tarixdə nikahımızı rəsmiləşdirərək birlikdə Əlinin valideynlərinə məxsus olan Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən evdə yaşamışıq. Bizim həmin nikahdan üç övladımız – xx xxxxxx 2007-ci il tarixdə İddiaçı2, xx xxxxxx 2014cü il tarixdə İddiaçı3 və xx xxxxxxxx 2015-ci il tarixdə İddiaçı4 doğulmuşdur. Əlavə olaraq onu da bildirmək istəyirəm ki, Əlinin birinci nikahından olan arvadı X2 ilə aralarında olan nikah Babək Rayon Məhkəməsinin 12 avqust 2002-ci il tarixli, 2-203 saylı qətnaməsi ilə pozulmuşdur. Onun həmin nikahdan isə iki övladı – 25 fevral 1995-ci il tarixdə X8 və 11 avqust 1999-cu il tarixdə isə Cavabdeh doğulmuşdur. Birgə nikahda olduğumuz müddətdə Əlinin adına 13 dekabr 2017-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında 2001-ci il buraxılışlı, “Vaz 21074” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil almışıq. Lakin ərim X7 08 sentyabr 2020-ci il tarixdə öldü, onun ölümündən sonra mən 3 övladımla birlikdə 18 sentyabr 2020-ci il tarixdə Babək Rayon Notariat Ofisinə mərhumdan qalan miras əmlakdan vərəsəlik yolu ilə mənə və övladlarıma çatan payın qəbulu ilə bağlı müraciət etdim. Bu barədə reyestrdə 8i-1117 nömrə ilə qeyd aparılaraq Babək Rayon Notariat Ofisi tərəfindən 07 oktyabr 2021-ci il tarixdə 2V-182 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildi. Həmin şəhadətnaməyə əsasən mən İddiaçı1 6/10 hissə, övladlarım İddiaçı2 1/10 hissə, İddiaçı4 1/10 hissə və İddiaçı3 1/10 hissədə paylar ayrılmışdır. Bu səbəbdən də həmin avtomobilin dəyərinin qiymətləndirilməsi barədə məhkəmə tərəfindən ekspertiza keçirilib, mənə və qanuni nümayəndələri olduğum şəxslərə paylarımızın dəyərinin cavabdeh tərəfindən ödənilməsini istəyirəm. İddiaçı1 31 yanvar və 22 fevral 2022-ci ildə keçirilmiş məhkəmə hazırlıq iclaslarında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 14 oktyabr 2002-ci il tarixdə X7 ilə ailə qurduğunu, 05 iyun 2013-cü il tarixdə nikahlarını rəsmiləşdirdikdən sonra birlikdə Əlinin valideynlərinə məxsus olan Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən evdə yaşadıqlarını, onların həmin nikahdan üç övladının doğulduğunu, Əlinin birinci nikahından olan arvadı X2 ilə aralarında olan nikahın pozulduğunu, həmin nikahdan iki övladı doğulduğunu, onların birgə nikahda olduqları müddətdə Əlinin adına 13 dekabr 2017-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında 2001-ci il buraxılışlı, “Vaz 21074” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil aldıqlarını, əri X5 08 sentyabr 2020-ci il tarixdə öldüyünü, onun ölümündən sonra onun 3 övladı ilə birlikdə 18 sentyabr 2020-ci il tarixdə Babək Rayon Notariat Ofisinə mərhum ərindən qalan miras əmlakdan vərəsəlik yolu ilə ona və övladlarına çatan payın qəbulu ilə bağlı müraciət etdiyini, bu barədə reyestrdə 8i-1117 nömrə ilə qeyd aparılaraq Notariat Ofisi tərəfindən 07 oktyabr 2021-ci il tarixdə 2V-182 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verildiyini, həmin şəhadətnaməyə əsasən ona 6/10 hissə, övladları İddiaçı2 1/10 hissə, İddiaçı4 1/10 hissə və İddiaçı3 1/10 hissədə payların ayrıldığını, Cavabdeh isə miras əmlak olaraq qalmış avtomobili notarial qaydada qəbul etsə də şəhadətnamə almaqdan boyun qaçırdığını, buna görə də onlar həmin avtomobil üzərində hüquqlarını həyata keçirə bilmədiklərini bildirərək, Cavabdeh X1 miras qalmış əmlakı qəbul edilməsi faktını müəyyən etməklə ondan miras qalan 2001-ci il buraxılışlı, “Vaz 21074” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil bölünməz əmlak olduğundan, naturada ayrılması mümkün olmadığına görə ona 6/10 hissə, qanuni nümayəndəsi olduğu övladları İddiaçı2 1/10 hissə, İddiaçı4 1/10 hissə və İddiaçı3 1/10 hissədə, ümumilikdə isə 9/10 hissədə paylarının dəyərinin Cavabdeh alınıb onlara verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdi. Mülki iş üzrə 28 aprel 2022-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında İddiaçı1 və Cavabdeh 15 aprel 2022-ci barışıq sazişi ilə məhkəməyə müraciət edərək, məhkəmə gedişi zamanı aralarında mübahisəni məhkəmədən kənar qaydada həll edərək razılığa gəldiklərini və bu səbəbdən də aşağıda qeyd edilən şərtlər daxilində barışıq sazişini təsdiq edilməsini xahiş etmişlər: - Cavabdeh X1 miras qalmış buraxılış ili 2001-ci il, mühərrik nömrəsi 6503228, ban nömrəsi XTA**********0551, rəngi ağ olan, ** BG *** dövlət qeydiyyat nişanlı, Vaz 21074 minik markalı nəqliyyat vasitəsinin ona çatan 1/10 hissəsi üçün İddiaçı1 520 (beş yüz iyirmi) manat məbləğində pul aldı; - İddiaçı1 X1 miras qalmış buraxılış ili 2001-ci il, mühərrik nömrəsi 6503228, ban nömrəsi XTA**********0551, rəngi ağ olan, ** BG *** dövlət qeydiyyat nişanlı, Vaz 21074 minik markalı nəqliyyat vasitəsinin cavabdehə çatan 1/10 hissəsi üçün Cavabdeh 520 (beş yüz iyirmi) manat məbləğində pul verdi; - X1 miras qalmış buraxılış ili 2001-ci il, mühərrik nömrəsi 6503228, ban nömrəsi XTA**********0551, rəngi ağ olan, ** BG *** dövlət qeydiyyat nişanlı, Vaz 21074 minik markalı nəqliyyat vasitəsi ilə bağlı gələcəkdə Cavabdeh İddiaçı1 qarşı hər hansı tələbi olmayacaq. Bundan əlavə məhkəmə təqdim edilmiş 15 aprel 2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı1 həqiqətən də Cavabdeh 520 (beş yüz iyirmi) manat məbləğində pul verib. Məhkəmə iş üzrə tərəflərin barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi barədə xahişini və mülki iş materiallarını qanunvericiliyin tələbləri ilə əlaqəli şəkildə tədqiq edərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; - 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 5.4-cü maddəsində qeyd edilir ki, qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər; - 52.3-cü maddəsinin tələbinə görə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər; - 191.1-ci maddəsinin mahiyyətinə əsasən tərəflərin barışıq sazişi məhkəmə iclasının protokolunda bunun şərtlərinin qeyd etməklə imzalaması və ya bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; - 52.5-ci maddəsi ilə müəyyən edilir ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə iş materiallarını və barışıq sazişinin şərtlərini araşdırıb yuxarıda qeyd olunan prosessual hüquq normalarına istinadən hesab edir ki, barışıq sazişinin şərtləri qanuna zidd olmadığından, tərəflərin və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından barışıq sazişinin şərtləri təsdiq olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0 və 261.0.5-ci maddələrinin mahiyyətinə əsasən tərəflər barışıq sazişi imzalamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 191.2-ci maddəsinin tələbinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prossesual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddidan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Yuxarıda qeyd edilən prosessual normanın tələbini rəhbər tutaraq tərəflərə izah edilsin ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə məhkəmə hesab edir ki, tərəflərin bağlamış olduqları 15 aprel 2022-ci il tarixli barışıq sazişi qanuni və əsaslı olduğu üçün təsdiq edilməli, hazırki mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 122.3-cü maddəsinə əsasən tərəflər barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin razılığına uyğun olaraq bölüşdürülür. Hazırki vəziyyətdə isə tərəflə bu barədə məhkəməyə hər hansı razılıq və saziş təqdim etmədiyindən məhkəmə hesab edir ki, bu hala hüquqi qiymət verilməsinə ehtiyac yoxdur. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 262-264, 267- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı1 İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı cavabdehin mirası qəbul etmə faktı müəyyən edilməklə paylı mülkiyyətdə olan əmlakın dəyərinin müəyyən edilməsi və onlara ödənilməsi tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış 15 aprel 2022ci tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. Cavabdeh X1 miras qalmış buraxılış ili 2001-ci il, mühərrik nömrəsi 6503228, ban nömrəsi XTA**********0551, rəngi ağ olan, ** BG *** dövlət qeydiyyat nişanlı, Vaz 21074 minik markalı nəqliyyat vasitəsinin ona çatan 1/10 hissəsi üçün İddiaçı1 520 (beş yüz iyirmi) manat məbləğində pul aldı;

2. İddiaçı1 X1 miras qalmış buraxılış ili 2001-ci il, mühərrik nömrəsi 6503228, ban nömrəsi XTA**********0551, rəngi ağ olan, ** BG *** dövlət qeydiyyat nişanlı, Vaz 21074 minik markalı nəqliyyat vasitəsinin cavabdehə çatan 1/10 hissəsi üçün Cavabdeh 520 (beş yüz iyirmi) manat məbləğində pul verdi;

3. X1 miras qalmış buraxılış ili 2001-ci il, mühərrik nömrəsi 6503228, ban nömrəsi XTA**********0551, rəngi ağ olan, ** BG *** dövlət qeydiyyat nişanlı, Vaz 21074 minik markalı nəqliyyat vasitəsi ilə bağlı gələcəkdə Cavabdeh İddiaçı1 qarşı hər hansı tələbi olmayacaq. İddiaçı1 İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı cavabdehin mirası qəbul etmə faktı müəyyən edilməklə paylı mülkiyyətdə olan əmlakın dəyərinin müəyyən edilməsi və onlara ödənilməsi tələbinə mülki iş üzrə barışıq sazişi məhkəmə tərəfindən təsdiq olunduğundan iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsinin eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər.

Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar