Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-260/2025 30.06.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X16 məhkəmə iclas katibliyi, İddiaçı, onun vəkil-nümayəndəsi Nümayəndə, Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı mirasın faktiki qəbul edilməsi və həmin miras əmlakda payın müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı vəkil-nümayəndəsi vasitəsi ilə “11” mart 2025-ci ildə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, X2 miras qalmış əmlakın İddiaçı tərəfindən faktiki olaraq qəbul edilməsi, payının müəyyən edilməsi, iddiaçının vəkillə bağlanmış müqavilə xərci olan 300 (üç yüz) manat ödəniş və 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, müvəkkilim İddiaçı atası X12 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra Naxçıvan şəhəri, Bulqan kəndində yerləşən fərdi yaşayış evi və torpaq sahəsi miras qalmışdır. İddiaçı həmin evdə doğulub boya-başa çatmış, yalnız 1993-cü ildə ailə həyatı qurması səbəbilə oradan ayrılmış, lakin nikahı pozulduqdan sonra 1997-ci ildən yenidən sözügedən evə qayıdaraq orada yaşamağa davam etmişdir. İddiaçı mirası faktiki qəbul edərək miras əmlakın qayğısına qalmış, hasar çəkdirmiş, evdə əsaslı tikinti-təmir işləri aparmaqla mirası idarə etmişdir. Bu günə qədər də həmin miras əmlakla bağlı kommunal ödənişlər iddiaçı tərəfindən ödənilməkdədir. Bununla da iddiaçı mirası qəbul etməsini aşkar şəkildə nümayiş etmişdir. Lakin Naxçıvan Şəhər Məhkəməsinə ərizəçi kimi müraciət etdikdə cavabdehlər etiraz etmiş mirasın onlar tərəfindən faktiki və rəsmi qəbul edilməsi ilə bağlı heç bir sübutları olmadığı halda mirasdan pay tələb etmişlər. Buna görə də iddiaçı yenidən xərc çəkməli olmuş məhkəmədə təmsilçilik üçün vəkillə müqavilə bağlamış, dövlət rüsumu ödəmişdir. Naxçıvan şəhəri, Bulqan kəndində yerləşən fərdi yaşayış evi və torpaq sahəsi mülkiyyət hüququ üzrə X4 adına Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2013-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Onun vərəsələri X18 (arvadı-vəfat edib), X13 (vəfat edib), Cavabdeh2, X9, Cavabdeh1, İddiaçı ibarətdir. Miras əmlak iddiaçı tərəfindən faktiki olaraq qəbul olunsa da, rəsmi şəkildə miras hüquqlarının tanınması ilə bağlı Naxçıvan Şəhər Asan Xidmət Mərkəzinin Notariat Ofisinə mirasın qəbulu ilə bağlı etdiyi müraciətə 26 oktyabr 2023cü il tarixdə verilən cavabda aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Həmçinin Axundova (Həsənova) Xasagül Ələsgər qızının və X3 mirası rəsmi və faktiki qəbul etməməsi və gələcəkdə də bununla bağlı heç bir iddia və tələbinin olmaması ilə bağlı ərizələri mövcuddur. Babək Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki iş üzrə X9 cavabdehlərin tərəfində mübahisə predimeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddiaçı məhkəmədə verdiyi izahatında Naxçıvan şəhəri, Bulqan kəndində yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin atası X2 miras qaldığını, evin hazırda atasının adına olduğunu, 1993-cü ildə X25 ilə ailə qurduğunu və Naxçıvan şəhərində 57 adlanan yerə yaxın yerdə 3 il birlikdə yaşadıqlarını, 1994 və 1996-cı illərdə övladlarının anadan olduğunu, 1996cı ildə ailə münaqişəsi səbəbindən ata evinə qayıtdığını, 1997-ci ildə nikahının pozulduğunu, həmin vaxtdan da ata evində yaşadığını və övladlarının da onunla birlikdə yaşadıqlarını, həmin evin və torpaq sahəsinin onun tərəfindən qəbulu faktının müəyyən olunmasını istədiyini, yaşadığı fərdi yaşayış evinin həmin torpaqda nə vaxtdan tikildiyini dəqiq bilmədiyini, amma atasıgilin oranı alandan o evin var olduğunu, atasının 2012-ci ildə vəfat etdiyini, mirasın isə 2024-cü il tarixdə açıldığını, atası vəfat etdikdən sonra həmin evdə yaşadığını, özündən başqa orada heç kimin yaşamadığını, 5 bacı olduqlarını, bacısı Xasagül Abbasovanın 2015-ci ildə vəfat etdiyini, Sadiqova Səkinə, Axundova Qızxanım və Cavabdeh1 onun bacıları olduğunu, Cavabdeh1 başqa bütün bacılarının mirasdan imtina etdiyini, anası Mələk Həsənovanın da 2012-ci ildə vəfat etdiyini, ondan 3 ay sonra isə atasının vəfat etdiyini, atası rəhmətə gedəndə evin artıq onun adına olduğunu, lakin çıxarışı 2013-cü ildə aldığını, atasının yas mərasimini 2013-cü ildə özünün təşkil etdiyini, artıq həmin vaxt boşandığını və yenidən miras əmlakda yaşadığını, bacıları Xasagül, Səkinə, Qızxanım və Pərinin də orada iştirak etdiklərini, bacılarının isə hamısının evli olduqlarını, Xasagülün Naxçıvan şəhəri Qaraçuq kəndində yaşadığını, bacısı Səkinənin hazırda Babək şəhərində, Qızxanımın Naxçıvan şəhəri Qaraxanbəyli kəndində, Pərinin isə Şərur rayonu, Vərməziyar kəndində qaldığını, mərasimdən sonra bacılarının hamısının öz evlərinə getdiklərini, özünün isə orada övladları ilə yaşamağa davam etdiyini, atasının vəfatından sonra ondan qalan hər hansı bir şeyin bacıları arasında bölüşdürülmədiyini, atasının vəfatına az qalmış bacılarına evi ona verdiyini və öldükdən sonra heç kimin buna müdaxilə etməməsini bildirdiyini, atası vəfat etdikdən sonra bütün kommunal ödənişləri özünün ödədiyini, evin telefonunun da abunə haqqını özünün ödədiyini, ilk vaxtlar qəbzlərin atasının adına yazılsa da, sonradan onun adına yazıldığını, atası öldükdən sonra 6 ay ərzində orada təmir işləri aparıldığını, çöl divarına suvaq çəkdirdiyini, daha sonra evi və qapıları boyatdığını, həyətin ot-alağını təmizlədiyini, övladlarının ailə qurduğunu, hazırda orada özünün tək yaşadığını bildirmiş, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəmədə verdiyi izahatında ata mirasından öz payına düşəni tələb etdiyini, iddiaçının yalan danışdığını, 300 manat maaşla həm uşaqlarını evləndirməyin, həm də evi təmir etdirməyin necə mümkün ola biləcəyini, kommunal xərcləri ödəməsinin normal olduğunu, çünki orada yaşadığını, həmin həyətdə qaldığı gündən bəri bacıların oraya gedə bilmədiklərini, atası vəfat edəndə onsuz da həmin həyətdə hər şeyin hazır vəziyyətdə olduğunu, həyətin qarşısında atasının jest materialdan divar çəkdiyini, iddiaçının isə keçmiş yoldaşından qalan mirasla bağlı hərəkət etmədiyini, bunun əvəzində atasının mirasına göz dikdiyini, atasının o vaxt həmin həyətə bitişik yerdən torpaq alıb iddiaçıya verdiyini, iddiaçının da ayrıldıqdan sonra orada qaldığını, lakin ataları öldükdən sonra onların öz ata həyətlərinə gəlməsinə icazə vermədiyini, ata evinə həsrət qaldıqlarını, iddiaçının orada heç bir iş görmədiyini, atasının özünün kifayət qədər pulu olduğunu və evin bütün təmir işlərini özünün etdirdiyini, iddiaçının ondan mirasdan imtina ilə bağlı ərizə verməyi tələb etdiyini, buna razı olmadığını, atası hətta vəfat edəndə ona “Nəzakət, sürmədəki pula dəymə, bacılarını razı sal, mənim dəfnimi yaxşı götür” dediyini, Nəzakətin elə atasının malına görə boşanıb gəlib həmin evdə yaşadığını, ərinin ona təklif etdiyi mirası isə qəbul etmədiyini, razılıq verməsi üçün 1000 manat verməsini iddiaçıya təklif etdiyini, iddiaçının isə pulu olmadığını bildirəndə daha aşağı məbləğlər təklif etdiyini, axırda hətta 100 manat verməsini ona təklif etdiyini, lakin iddiaçının ona veriləcək pulunun olmadığını bildirdiyini, atasının 2012-ci ildə vəfat etdiyini, həmin il ilk öncə anasının, sonra atasının vəfat etdiyini, həmin evə yaxın yolun kənarında özünün bir evinin olduğunu, atasının sağlığında atasının həmin evi ona aldığını, iddiaçının boşandıqdan sonra gəlib orada qaldığını, iddiaçının ata və anası ilə hər gün dava etdiyini, hətta atasının iddiaçıya “Məni xəstə etsə sən edəcəksən” dediyini, özünə məxsus həmin evi və torpaq sahəsini 2 il öncə satdığını, iddiaçının onlara qulluq etmədiyini, ata və anasının ölən günədək özləri-özlərinə baxdıqlarını, atası vəfat edəndə evli olduğunu və Şərur rayonu Vərməziyar kəndində yaşadığını, atasının ölümündən sonra isə orada qalmadığını, atası öldükdən sonra həmin daşınar və ya daşınmaz əmlakdan heç nəyin onlara çatmadığını, bir əşyanın belə onlara verilmədiyini, atasının yasından sonra hamısının öz evlərinə qayıtdıqlarını, ondan sonra oraya get-gəlin olmadığını, anası öldükdən sonra atasının özüözünü idarə etdiyini, ölənə qədər də özü-özünə qulluq etdiyini, yataq şəraitində olmadığını, heç bir sənədə qol çəkməyəcəyini bildirmiş, əmlakdan öz payının ayrılıb verilməsini məhkəmədən xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 məhkəmədə verdiyi izahatında iddiaya etiraz etdiyini, iddiaçının atalarından qalan 50000 manata yaxın pulu mənimsədiyini, ataları vəfat etdikdən sonra da onlara həmin evə getməyə icazə vermədiyini, onları həmin həyətdən qovduğunu, indi də mirası adına rəsmiləşdirmək istədiyini, hazırda da həmin həyətə gedə bilmədiklərini, atasının 2012-ci ildə vəfat etdiyini, atasının vəfatından əvvəl iddiaçının həmin həyətin arxa hissəsində palçıqdan bir otaqlı evdə yaşadığını, çünki anası və atasının iddiaçı ilə yola getmədiklərini, 2012-ci ildə atası öləndə Nəzakətin həmin evdə qaldığını, iddiaçının nikahı pozulanda ilk öncə həyətin arxa hissəsində olan palçıq evdə qaldığını, sonra da indiki evə köçdüyünü, atası sağ olanda həmin evə gedib-gəldiklərini, amma atası öldükdən sonra o və digər bacıları həmin evə getmədiklərini, iddiaçının buna icazə vermədiyini, atasından qalan heç bir əşya qəbul etmədiklərini, mərhum bacısı Xasagülün atası öləndə Qaraçuq kəndində öz ailəsi ilə qaldığını, hazırda miras əmlakda Nəzakətin qızları ilə birlikdə qaldığını bildirmiş və ata mirasından öz payına düşəni tələb etmişdir. Şahid2 məhkəmədə verdiyi ifadəsində iddiaçının onun qonşusu olduğunu, X7 tanıdığını, iki ev onlardan aralı olduqlarını, Nəzakətin evlənib boşandıqdan sonra o evdə qaldığını, Ələsgərin sağlığında iddiaçıya və onun uşaqlarına baxdığını, Ələsgər öldükdə isə yası Nəzakətin saxladığını, baş daşını Nəzakətin qoydurduğunu həmin evdə iddiaçının qaldığını, evin sınıq-uçuğunu Nəzakətin düzəltdirdiyni, dul qadın olduğunu, atası, əri və ya oğlunun olmadığını, Ələsgərin yasından sonra qızlarının o evə gedib-gəldiyini, lakin yalnız Nəzakətin yasdan sonra o evdə qaldığını bildirmişdir. Şahid1 məhkəmədə verdiyi ifadəsində tərəflərin onun ata tərəfindən qohumları olduğunu, atasının əmi uşaqları, həm də qonşuları olduğunu, Nəzakətin evlənib sonra boşandığını, boşandıqdan sonra ata evində qaldığını, Ələsgərin təxminən 15 il əvvəl rəhmətə getdiyini, ondan sonra Nəzakətin həmin evdə qaldığını, bacılarının o evdə daimi qaldığını görmədiyini, Ələsgərin qızlarının Nəzakət, Pəri, Səkinə, Qızxanım və Xasagül olduğunu, Xasagülün rəhmət getdiyini bildirmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada Cavabdeh2 məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbini rəhbər tutmaqla Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını işdə iştirak edən şəxslərin izahatları ilə birlikdə tədqiq edən məhkəmə müəyyən edir ki, X12 ilə X10 birgə nikahından xx.xx.1957-ci ildə X14, xx.xx.1959cu ildə X17, xx.xx.1961-ci ildə X11, xx.xx.1964-cü ildə X19 və xx.xx.1966-cı ildə İddiaçı doğulması, X10 xx.xx.2012-ci ildə, X4 isə xx.xx.2012-ci ildə vəfat etməsi, Naxçıvan şəhəri, Bulqan kəndi, 1-ci küçə, döngə 1 ünvanında 0.1973 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin X4 mülkiyyətində olması, miras qoyan X4 xx.xx.2010-cu ildə bütün əmlakını notarial qaydada İddiaçı vəsiyyət etməsi mülki işin mübahisəsiz hallarıdır. Belə ki, mülki iş materiallarına əlavə edilmiş: - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilən 10 mart 2025-ci il tarixli, AZ seriyalı, 592215 nömrəli doğum kitabından çıxarışdan X12 ilə X10 birgə nikahından X5 xx.xx.1957-ci ildə doğulması; - Naxçıvan şəhər Nikah Evi tərəfindən verilən xx.xx.2025-ci il tarixli, 513958 nömrəli doğum kitabından çıxarışdan X12 ilə X10 birgə nikahından X8 xx.xx.1959-cu ildə doğulması; - Naxçıvan şəhər Nikah Evi tərəfindən verilən xx.xx.2025-ci il tarixli, 074405 nömrəli doğum kitabından çıxarışdan X12 ilə X10 birgə nikahından X3 xx.xx.1961-ci ildə doğulması; - Naxçıvan şəhər Nikah Evi tərəfindən verilən xx.xx.2025-ci il tarixli, 592044 nömrəli doğum kitabından çıxarışdan X12 ilə X10 birgə nikahından X15 xx.xx.1964-cü ildə doğulması; - Qaraxanbəyli kənd soveti tərəfindən verilmiş xx.xx.1966-cı il tarixli, AЗ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamədən X12 ilə X10 birgə nikahından İddiaçı xx.xx.1966-cı il tarixdə doğulması; - Naxçıvan şəhər qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 492517 nömrəli, 30 yanvar 2012-ci il tarixli ölüm haqqında şəhadətnamədən X10 10 yanvar 2012-ci ildə ölməsi; - Naxçıvan şəhər qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 377431 nömrəli, 01 may 2012-ci il tarixli ölüm haqqında şəhadətnamədən X4 12 aprel 2012-ci ildə ölməsi; - Naxçıvan Şəhər İcra Hakimiyyətinin Qaraçuq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 23 oktyabr 2023-cü il tarixli, 1928 nömrəli arayışdan X10 vərəsələrinin dairəsinə X13, Cavabdeh2, X9, Cavabdeh1 və İddiaçı və X4 daxil olması; - Naxçıvan şəhər Nikah Evi tərəfindən verilən xx.xx.2023-cü il tarixli, AZ-İ seriyalı, 497372 nömrəli ölüm kitabından çıxarışdan X6 xx.xx.2015-ci ildə ölməsi; - Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli, 02 iyul 2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan Naxçıvan şəhəri, Bulqan kəndi, 1-ci küçə, döngə 1-də 0.1973 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 60.80 kv.m yaşayış, 62.96 kv.m köməkçi sahədən ibarət 9 nömrəli fərdi yaşayış evinin X4 mülkiyyətində olması; - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi, Naxçıvan “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən İddiaçı müraciətinə cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli, 719/2023 nömrəli məktubdan mirasın qəbuluna dair şəhadətnamənin verilməsindən imtina olunması və məhkəməyə müraciət etməsinin tövsiyə olunması; - Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti tərəfindən verilmiş 04/857 nömrəli, xx.xx.2025-ci il tarixli məktuba əsasən daşınmaz əmlakın dövlət reyestrində X4 adına xx.xx.2013-cü il tarixdə 37 inventar nömrəli texniki pasport və JN-924A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə əsasında ünvan 1 ünvanında 1973, 6 m2 torpaq sahəsində yerləşən, ümumi sahəsi 123.76 m2 olan 3 otaqlı fərdi yaşayış evinin qeydiyyata alınması müəyyən olunur. Mülki işin mübahisə doğuran halı İddiaçı atası X2 miras qalmış Naxçıvan şəhəri, Bulqan kəndi, 1-ci küçə, döngə 1-də yerləşən miras əmlakı faktiki olaraq qəbul edibetməməsi və həmin miras əmlakda payının müəyyən edilməsidir. Mülki işin mübahisəli halının həlli ilə bağlı tərəflərin işdə iştirak edən şəxslərin izahatlarını mülki iş materialları ilə əlaqəli şəkildə, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə qeyd edir ki, tərəflər arasında vərəsəlik münasibətlərindən irəli gələn hüquq münasibətləri mövcuddur. Məhkəmə mülki işin mübahisəli halının hüquqi həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir neçə qərarında qeyd edilir ki, konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi və digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə vərəsəlik anlayışı altında, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür. Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır (Mülki Məcəllənin 1133-cü maddəsi). Mülki məcəllənin 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Vərəsəlik hüququnun mühüm elementlərindən biri vəsiyyət azadlığıdır. Vəsiyyət azadlığı vasitəsilə miras qoyana mülkiyyəti üzərində sərəncam vermək hüququndan irəli gələrək, vərəsəliyi öz sağlığında şəxsi istəyinə uyğun olaraq tənzimləmək imkanı verilir. Bu azadlığın təminatını müəyyən edən Mülki Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər.( Mülki Məcəllənin 1167-ci maddəsi). Həmin məcəllənin 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin.( MM-nin 1179.2-ci maddəsi) Mülki iş materiallarına əlavə olunmuş miras qoyan X12 tərəfindən xx.xx.2010-cu il tarixdə, saat 10:15-də verilmiş və Naxçıvan şəhər birinci dövlət notariat kontorunun dövlət notariusu S.S.Abışov tərəfindən təsdiq edilmiş vəsiyyətnamədə göstərilmişdir ki, Naxçıvan şəhəri, Bulqan kəndində yaşayan X12 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, ölən gündə özünə məxsus olan bütün əmlakı, o cümlədən Naxçıvan şəhəri, Bulqan kəndində yerləşən mülkünü və bütün daşınar əşyalarını qızı İddiaçı vəsiyyət etmişdir. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-ci maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Əqd kimi vəsiyyətnamənin spesifik xüsusiyyəti ondan ibarətdir ki, o tərtib edildikdən sonra ehtimal olunan vərəsələr üçün heç bir hüquqi nəticə yaratmır. Vərəsəlik hüquq münasibətləri vəsiyyət edən şəxsin ölümü və ya ölmüş elan edilməsi ilə yaranır. Həmin məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.1 və 1243.2-ci maddələrinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan Mülki Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Vəsiyyət üzrə vərəsəlik zamanı vəsiyyət etmək azadlığı prinsipindən irəli gələrək miras əmlak miras qoyanın iradəsinə əsasən vəsiyyətnamədə göstərilən şəxslərə keçir. Qeyd olunmalıdır ki, vərəsəlik ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. Mübahisəli hüquq münasibəti yaranan zaman qüvvədə olan qanunvericilik mirasın qəbul olunmasının müddətini və qaydalarını müəyyənləşdirib. Miras qalmış mülkün qəbul edilməsi ilə bağlı məhkəmə bildirir ki, mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Vəsiyyət üzrə vərəsə İddiaçı miras açıldıqdan sonra qanunla nəzərdə tutulmuş müddətdə miras əmlakı qəbul edib-etməməsinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə” xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə, həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Həmçinin həmin qərarda qeyd olunmuşdur ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu maddəsində əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübutların aşağıdakılar ola biləcəyi qeyd edilmişdir: - vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; - mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; - mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; - mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; - miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Naxçıvan Şəhər İcra Hakimiyyəti Qaraçuq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 22 yanvar 2025-ci il tarixli, 86 nömrəli arayışda İddiaçı Naxçıvan şəhəri, Bulqan kəndində kəndində pasport qeydiyyatında olması, həmçinin işdə iştirak edən şəxslərin üst-üstə düşən izahatları və şahid ifadələri əsasında faktiki olaraq orada yaşaması müəyyən olunur. Naxçıvan MR Qaz İstismar Xidməti, Naxçıvan MR Elektrik İstismar Xidməti, Naxçıvan poçt “MMC”-nin ödəmə qəbzlərindən aydın olur ki, Naxçıvan şəhəri, Bulqan kəndində yerləşən evə quraşdırılmış sayğaclarin abunəçi kimi İddiaçı adına qeydiyyata alınması müəyyən olunur. Beləliklə tərəflərin mülki iş materialları ilə birlikdə tədqiqi nəticəsində həqiqiliyi müəyyən edilmiş izahatları, yazılı sübutlar və şahid ifadələri əsasında X2 vəsiyyət üzrə vərəsəlik əsasında keçmiş miras əmlakın İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən olunmuşdur. Ümumilikdə isə İddiaçı Məhərrəm qızının nikahı pozulduqdan sonra 1997-ci ildən fərdi yaşayış evinin texniki pasportuna əsasən 1971-1980-ci illərdə inşa edilmiş fərdi yaşayış evində daimi olaraq yaşaması, onun 2012-ci ilin 10 yanvar tarixində həm X10, həm də həmin ilin 12 aprel tarixində X4 ölümündən sonra mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddət ərzində fasiləsiz olaraq miras əmlaka yiyələnib yaşamaqla faktiki sahiblik etmək üsulu ilə vəsiyyət edilmiş əmlakı qəbul etməsi müəyyən olunmuşdur. Bununla belə vəsiyyət etmək azadlığı mütləq xarakter daşımır və mülkiyyət hüququ kimi sosial ədalət baxımından qanunvericiliklə müəyyən edilən hədləri mövcuddur. Mülki qanunvericiliyə əsasən vəsiyyət etmək azadlığı mirasda məcburi pay institutu ilə məhdudlaşdırılmışdır. Vəsiyyət edənin iradəsini (və ya vəsiyyət azadlığını) məhdudlaşdıran Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Deməli, vəsiyyət edən vəsiyyətnamə əsasında bu şəxsləri mirasdan məcburi pay almaq hüququndan məhrum edə bilməz. Mülki Məcəllənin 1193-cü maddəsində məcburi pay hüququ olan şəxslərin dairəsini bu cür müəyyən etməklə, yəni qanun üzrə vərəsələrdən məhz birinci növbə vərəsələri göstərməklə, qanunverici ailə münasibətlərinin qorunub saxlanması və himayə edilməsi məqsədini güdür. Mirasda məcburi pay hüququ məcburi vərəsələrə (vəsiyyət edənin uşaqları, valideynləri və arvadına (ərinə) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq həcmi qanunvericiliklə müəyyən edilmiş qaydada verilən minimum pay haqqıdır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ, İİİ, İV və V hissələrinə, 26-cı maddəsinin İİ hissəsinə, 29-cu maddəsinin İ və Vİİ hissələrinə, 71-ci maddəsinin İ və İİ hissələrinə və 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2021-ci il 19 fevral tarixli Qərar). Mülki Məcəllənin 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Buna görə də, məcburi pay hüququ olan şəxslər miras qoyanın vəsiyyəti əsasında qanun üzrə vərəsəlikdən məhrum olarlarsa, mirasın açılması anından onların öz məcburi paylarının verilməsini digər vərəsələrdən tələb etmək hüququ yaranır və bu hüququn pozulması halında onun müdafiəsi qaydası digər vərəsəlik növləri üzrə pozulmuş hüquqların müdafiəsi qaydasından fərqlənmir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” 2014-cü il 22 aprel tarixli Qərarında da göstərmişdir ki, miras əmlakdan vərəsələrə çatası pay, o cümlədən məcburi pay miras açıldıqdan sonra müəyyən edildiyinə görə, həmin payı tələb etmək hüququ da miras açıldıqdan sonra həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1202.2-ci maddəsinə görə məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. Tərəflərin izahatlarından və şahid ifadələrindən məcburi pay hüququna malik şəxslər miras qoyanın sağ olan uşaqları Cavabdeh1, X9 və Cavabdeh2 X2 miras qalmış məcburi payı qəbul etmələri müəyyən olunmamışdır. Belə ki, işdə iştirak edən şəxslər məhkəmə iclasında verdikləri izahatlarında yalnız İddiaçı miras açıldıqdan sonra həmin miras əmlakda yaşayıb faktiki olaraq mirası qəbul etməsini bildirmiş, Cavabdeh1 və Cavabdeh2 izahatlarında həmin miras əmlakı hər hansı formada qəbul etmədiklərini bildirmişlər. Cavabdehlər tərəfindən mirasdan paylarının müəyyən edilməsinə dair etirazlarının əsası kimi istinad edilən halları təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır. Halbuki Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunmuş “məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir” və 77.1-ci maddəsində əks olunmuş “hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir” normalarını tərəflərin nəzərinə çatdıran məhkəmə bildirir ki, yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı ərizənin əsasını təşkil edən halları, cavabdeh isə etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Çəkişmə prinsipi hər bir tərəfin üzərinə istinad etdiyi halları sübut etmək vəzifəsi qoyduğu halda (Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar istisna olmaqla), məhkəmənin öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini istisna edir. Konstitusiya Məhkəməsi Plenumunun Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə 2012-ci il 5 oktyabr tarixli Qərarında göstərilmişdir ki, vərəsə miras əmlakın bir hissəsini mülki qanunvericilikdə nəzərdə tutulmuş əsasla (qanun üzrə və ya vəsiyyət üzrə) qəbul etdikdə, o, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, hamısını və ya ona çatası payın qəbul edilməsi kimi qiymətləndirilməlidir. Bu, vərəsələrin miras qalmış əmlakın qəbul edilməsi üçün əvvəl ifadə edilmiş iradəsini təsdiq edir, həmçinin həmin əmlaka onların qanuni əsaslarla əldə olunmuş mülkiyyət hüquqlarının davamlılığını və əsassız məhdudiyyətlər qoyulmadan həyata keçirilməsini təmin edir. Yuxarıda qeyd olunan normaların hazırkı mülki iş üzrə tədqiq edilmiş sübutlarla qarşılıqlı təhlilindən belə nəticəyə gəlmək olur ki, iddia təmin olunmalı, xx.xx.2012-ci ildə vəfat etmiş X2 miras qalmış Naxçıvan şəhəri, Bulqan kəndi, 1-ci küçə, döngə 1 ünvanında 0.1973 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 60.80 m2 yaşayış, 62.96 m2 köməkçi sahədən ibarət 9 nömrəli fərdi yaşayış evinin miras əmlak olaraq İddiaçı tərəfindən faktiki qəbul olunması faktı müəyyən olunmalı və həmin miras əmlakda İddiaçı tam hissədə payı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İşə baxılması ilə əlaqədar məsrəflərin dairəsi isə qeyd edilən Məcəllənin 115.0 və 115.0.6-ci maddəsi ilə tənzimlənir ki, bu məsrəflərə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər də daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Sözügedən Məcəllənin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Mülki iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, EM-06//72VK-9901/25 nömrəli xidmət müqaviləsi və Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli orderdən iddiaçı ilə Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Nümayəndə arasında həmin tarixdə müqavilənin bağlanması və hüquqi yardıma görə haqqın qarşılıqlı razılığa əsasən 300 manat müəyyən olunması aydın olur. Məhkəmə belə hesab edir ki, tələb əsaslı sayıldığından MPM-in 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100.00 (bir yüz) manat dövlət rüsumu və vəkil xərci olaraq 300 manat miqdarında pul cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli, 02 iyul 2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X4 mülkiyyətində olan və ondan miras qalmış Naxçıvan şəhəri, Bulqan kəndi, 1-ci küçə, döngə 1 ünvanında 0.1973 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 60.80 m2 yaşayış, 62.96 m2 köməkçi sahədən ibarət 9 nömrəli fərdi yaşayış evinin miras əmlak olaraq İddiaçı tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən olunsun və həmin miras əmlakda İddiaçı tam payı müəyyən edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 100.00 (bir yüz) manat miqdarında dövlət rüsumu və vəkil xərci olaraq 300 manat miqdarında pul müştərək qaydada alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-260/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-260/2025
30.06.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver