Məhkəmə qərarları › İş №2(079)-266/2020

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-266/2020

14.09.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(079)-266/2020 14.09.2020 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, Kəngərli Bayram Akif oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdehlər Babək Rayon Notariat Ofisinin notariusu X4, Alcan (Xəlilova) Nəsibə Müzəffər qızı və Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Babək Rayon Notariat Ofisi, Cavabdeh1 və Alcan (Xəlilova) Nəsibə Müzəffər qızına qarşı “vərəsəlik şəhadətnamələrinin və həmin şəhadətnamələr əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi, onlara dair qeydiyyatın ləğv edilməsi, mirasın faktiki olaraq qəbul edilməsi və miras əmlaklardan payların müəyyən edilməsi” tələbinə dair mülki işə Babək Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: İddiaçı cavabdehlər Babək Rayon Notariat Ofisi, Cavabdeh1 və Alcan (Xəlilova) Nəsibə Müzəffər qızına qarşı ərizə ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, Babək Rayon Dövlət Notariat Kontorunda rəsmiləşdirilmiş xx xxxxxx 2012-ci il tarixli, 2-V-932 vərəsəlik şəhadətnaməsinin etibarsız hesab olunması, həmin şəhadətnamə əsasında əmanət kassasında X1 miras qalmış olan və Cavabdeh1 tərəfindən götürülmüş pulun indeksləşdirilərək yenidən hesablanmaqla geri qaytarılması, Babək Rayon Dövlət Notariat Kontorunda rəsmiləşdirilmiş xx xxx 2013-cü il tarixli, 2V-49 saylı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Babək Rayon Dövlət Notariat Kontorunda rəsmiləşdirilmiş xx xxx 2013-cü il tarixli, 2V-49 saylı vərəsəlik hüququ haqqında şəhadətnamənin əsasında və Cavabdeh1 adına verilmiş xx.xx.2013-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın etibarsız hesab edilməsi və aparılmış qeydin ləğvi, Babək Rayon Dövlət Notariat Kontorunda rəsmiləşdirilmiş xx xxxxxx 2016-ci il tarixli, 2-V-16 saylı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, Babək Rayon Dövlət Notariat Kontorunda rəsmiləşdirilmiş xx xxxxxx 2016-ci il tarixli, 2-V-16 saylı vərəsəlik hüququ haqqında şəhadətnamənin əsasında verilmiş və Cavabdeh2, X2, Cavabdeh1 və X5 adına verilmiş xx.xx.2016-cı il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsi və aparılmış qeydin ləğv edilməsi, İddiaçı tərəfindən atası X1 miras qalmış Babək rayonu, Hacıvar kəndində yerləşən 0.31 ha və 0.10 ha həyətyanı torpaq sahəsinə münasibətdə mirasın qəbul faktının təsdiq olunması, atası X1 miras qalmış əmlaklarda miras paylarının müəyyən olunması, 0.32 ha həyətyanı torpaq sahəsi Cavabdeh1 adına rəsmləşdirildikdən sonra satılarkən qalan miras əmlak barədə aparılmış və 0.15 ha torpaq sahəsi və üzərində yerləşən 987.3 kv.m torpaq sahəsi barədə Cavabdeh1 adına verilmiş Çıxarışın etibarsız hesab olunması və aparılmış qeydin ləğvi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki,İddiaçı cavabdehlər Babək Rayon Notariat Ofisi, Cavabdeh1 və Alcan (Xəlilova) Nəsibə Müzəffər qızına qarşı vərəsəlik şəhadətnamələrinin və həmin şəhadətnamələr əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi, onlara dair qeydiyyatın ləğv edilməsi, mirasın faktiki olaraq qəbul edilməsi və miras əmlaklardan payların müəyyən edilməsi tələbinə dair mülki iş baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə görə məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə ərizə baxılmamış saxlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.1.-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Həmin Məcəllənin 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, İddiaçı mərhum atası X1 miras qalmış Babək rayonu, Hacıvar kəndində yerləşən 0.32 ha və 0.10 ha həyətyanı torpaq sahəsinə münasibətdə mirasın qəbul faktının təsdiq olunması və miras əmlaklardan payların müəyyən edilməsini tələb etsə də, mərhum atası X1 miras qalmış Babək rayonu, Hacıvar kəndində yerləşən 0.32 ha və 0.10 ha həyətyanı torpaq sahələrinə dair vərəsəlik şəhadətnaməsinin verilməsi üçün müvafiq notariat orqanına müraciət etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Babək Rayon Notariat Ofisi, Cavabdeh1 və Alcan (Xəlilova) Nəsibə Müzəffər qızına qarşı vərəsəlik şəhadətnamələrinin və həmin şəhadətnamələr əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi, onlara dair qeydiyyatın ləğv edilməsi, mirasın faktiki olaraq qəbul edilməsi və miras əmlaklardan payların müəyyən edilməsi tələbinə dair mülki iş baxılmamış saxlanılmalıdır. İddiaçıya izah olunsun ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinin tələbinə əsasən Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlandıqda ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, məhkəmə iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, xx.xx.2020-ci il tarixdə 58854 nömrəli qəbzlə İddiaçı tərəfindən “Kapital Bank” X3 Naxçıvan filialına 10 manat məbləğində ödədiyi dövlət rüsumu ona qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.1.5, 152.1.6, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı cavabdehlər Babək Rayon Notariat Ofisi, Cavabdeh1 və Alcan (Xəlilova) Nəsibə Müzəffər qızına qarşı “vərəsəlik şəhadətnamələrinin və həmin şəhadətnamələr əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi, onlara dair qeydiyyatın ləğv edilməsi, mirasın faktiki olaraq qəbul edilməsi və miras əmlaklardan payların müəyyən edilməsi” tələbinə dair mülki iş baxılmamış saxlanılsın. Tərəflərə izah olunsun ki, iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. İddiaçı tərəfindən “Kapital Bank” X3 Naxçıvan filialına xx.xx.2020-ci il tarixdə 58854 nömrəli qəbzlə ödənilmiş 10 manat dövlət rüsumu ona qaytarılsın. Qərardaddan, o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad ondan şikayət vermə hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Hakim: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar