Məhkəmə qərarları › İş №2(079)-311/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-311/2025

22.07.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-311/2025 22.07.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X24 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh3 iştirakları ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı mirasın faktiki qəbul edilməsi və həmin miras əmlakda payın müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı “09” aprel 2025-ci ildə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək mərhum anası X12 miras qalan Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən 286A və 286B nömrəli fərdi yaşayış evi və həyətyanı torpaq sahəsinin miras əmlak olaraq onun tərəfindən qəbul edilməsi faktının qəbul edilməsi və payların müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, mərhum anam X29 15 aprel 2003-cü il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən torpağın mülkiyyətə verilməsinə dair 286 A və 286 B nömrəli yaşayış evi və həyətyanı sahəsindən ibarət miras əmlak qalmışdır. Mərhum anam X20 X21 (həyat yoldaşı - 1981-ci il tarixdə vəfat etmişdir), qızı Cavabdeh1, oğlu X22 (1985-ci il tarixdə vəfat etmişdir), qızı Cavabdeh2, oğlu Cavabdeh3, oğlu X13 (2007-ci il tarixdə vəfat etmişdir), qızı Cavabdeh4, qızı X25 vərəsələri vardır. Mərhum anam X29 vəfat etdikdən sonra Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən miras əmlakda mən yaşayıb qəbul etmişəm və mirası qəbul etdiyimi şəksiz nümayiş etdirmişəm. Həmçinin mərhum anam X29 04 yanvar 1991-ci tarixli notariat kontorunda təsdiq edilmiş möhürlü vəsiyyətnamədə evini və bütün əşyalarını mən və digər vərəsə olan bacım Cavabdeh4 vəsiyyət etdiyini bildirmişdir. Qeyd olunan miras əmlakın mənim adıma rəsmiləşdirilib keçirilməsi ilə bağlı digər vərəsələrin heç bir etirazının olmadığı onların notarial qaydada ərizələri ilə öz təsdiqini tapır. Həmçinin mərhum qardaşım X6 da vərəsələri miras əmlakın mənim tərəfimdən qəbul olunmasına heç bir münasibət bildirməmişlər. Lakin mərhum qardaşım X9 vərəsələri miras əmlaka dair öz münasibətini bildirməmişlər. Mən miras əmlakı faktiki olaraq qəbul etdiyim üçün adıma rəsmiləşdirmək istədim. Buna görə də mirasın qəbulu ilə bağlı Naxçıvan Regional “ASAN Xidmət” Mərkəzindəki Notariat Ofisinə müraciət etdim. Naxçıvan Regional “ASAN Xidmət” Mərkəzindəki Notariat Ofisinin 06 noyabr 2024-cü il tarixli məktubunda mirasın faktiki qəbulunun məhkəmə tərəfindən müəyyən olunduğu üçün məhkəməyə müraciət etməyim tövsiyə olunmuşdur. Bu səbəbdən də mən sözügedən miras əmlakın adıma rəsmiləşdirilməsi üçün məhkəmə qarşısında iddia qaldırmaq məcburiyyətində qaldım və istəyirəm ki, məhkəmə qaydasında öz həllini tapsın. Babək Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə Cavabdeh8 cavabdeh qismində, xx.xx.2025-ci il tarixli qərardadı ilə X23, X14 və X10 isə cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər. İddiaçı məhkəmə iclasında verdiyi izahatında anası X20 2003-cü ildə vəfat etdiyini, ondan Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən 0.6 ha həyətyanı torpaq sahəsinin və həmin torpaqda yerləşən fərdi yaşayış evinin miras qaldığını, mərhum anası X20 Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən 0.6 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evini ona və bacısı Məryəmə vəsiyyət etdiyini, əvvəlcə həmin həyətdə köhnə bir tikilinin olduğunu, daha sonra həmin tikililərin yerinə anası ölməmişdən 3 il qabaq, yəni təxminən 2000-ci illərdə indiki evi tikdiklərini, evin 2 otaq və 1 aynabənddən ibarət olduğunu, anası vəfat edəndə orada özü və bacısı Məryəmin yaşadığını, həmin vaxt hər ikisinin subay olduğunu, anasının vəfatından 1 il yarım sonra sonra ailə qurduğunu, ailə qurduqdan sonra da bir müddət miras əmlakda yaşayıb sonra həyat yoldaşının evinə köçdüyünü, anasının yas mərasiminin həmin həyətdə olduğunu, həmin vaxt qardaş bacılarının hərəsinin öz ailələri ilə birlikdə öz evlərində yaşadığını, qardaşı Məhərrəmin 1985, Abbasqulunun isə 2007-ci ildə vəfat etdiyini, Məhərrəmin vəfat edəndə miras əmlakda onlarla birlikdə qaldığını, belə ki, onun 1978-ci ildə nikahının pozulduğunu və vərəm xəstəsi olduğuna görə vəfat etdiyini, Məhərrəmin uşaqlarının Yazgül, Əli, Səfər və Vəli olduğunu, Vəlinin hazırda Rusiyada yaşadığını və buna görə iddia ərizəsində onun adını qeyd etdirmədiyini, anası öldükdən sonra vərəsələrdən heç kimin orada qalmadığını və anasından qalan heç bir əşyanı götürmədiklərini, vəsiyyətnamənin təxminən 1990-cı ildə verildiyini, anası öldükdən sonra özü və bacısı Məryəmin orada yaşamağı ilə bağlı heç bir problem yaranmasın deyə həmin vəsiyyətnamənin verildiyini, hazırda vəsiyyətnamənin bir surətinin onlarda, bir surətinin isə notariusda olduğunu, hazırda miras əmlaka nəzarət etməyi Ordubad rayon sakini Əsgər adlı şəxsə həvalə etdiyini, özünün isə ərindən qalmış miras əmlakda yaşadığını bildirmişdir. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında hazırda öz övladları ilə birlikdə öz evində qaldığını, anası xəstə olanda ona ancaq iddiaçının qulluq etdiyini, anası öldükdən sonra orada bacıları Tərlan və Məryəmin qaldığını, orada köhnə evin yerinə qardaşı Rzaqulunun köməkliyi ilə iddiaçının yeni ev tikdiyini, evin tikintisinə kömək etmədiyini, öz evi və həyətinin olduğunu, həmin mirasdan pay istəmədiyini bildirmişdir. Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında ərizənin təmin olunmasına etiraz etmədiyini, anasına iddiaçının baxdığını, qardaşı Məhərrəmin də xəstə olanda iddiaçının ona qulluq etdiyini, həmin evdə az bir miqdarda əşya olduğunu, öz övladları ilə birlikdə öz evində qaldığını, anasının vəsiyyətnamə verdiyindən xəbərinin olduğunu, miras əmlaka dair heç bir tələbinin olmadığını bildirmişdir. Cavabdeh3 məhkəmə iclasında verdiyi izahatında 2000-ci ildə həmin həyətdə köhnə evin yerinə iddiaçı ilə birlikdə ev tikdiklərini, qardaşı Məhərrəmin uşaqlarının isə onlara kömək etmədiyini, anasının bütün xərclərini iddiaçının çəkdiyini, özünün də ona kömək etdiyini, anasının yasını da bacısı Tərlanın etdiyini, anası evi ona vermək istəsə də, bundan imtina etdiyini və evin bacılarına vəsiyyət edilməsini istədiyini, anası öldükdən sonra həmin həyətə 2 il gedib-gəlsə də, daimi olaraq orada yaşamadığını, sadəcə bacısıgilə baş çəkmək üçün gedib-gəldiyini, hazırda həmin əmlakdan pay istəmədiyini, həmin əmlaka bacısı Tərlanın nəzarət etdiyini, qardaşı Məhərrəmin 1985-ci ildə həmin evdə vəfat etdiyini, onun ölümündən sonra onun uşaqlarından heç kimin oraya gedib-gəlmədiyini, həmin vaxt Məhərrəmin nikahının pozulduğunu və uşaqların onun yasına belə gəlmədiyini bildirmişdir. Cavabdeh4 məhkəmə iclasında verdiyi izahatında anası öldükdən sonra həmin əmlakda özü və bacısının qaldığını, hazırda da oraya gedib nəzarət etdiklərini bildirmişdir. Cavabdeh5 məhkəmə iclasında verdiyi izahatında atası Məhərrəmin rəhmətə gedəndə 11 yaşında olduğunu, həmin vaxt atasıyla anasının ayrıldığını, iddiaçı və digər cavabdehlərin atasını görməyə icazə vermədiyini, ona görə həmin vaxtdan həmin həyətə getmədiyini, onların onun və bacı və digər qardaşlarının necə yaşamağı ilə maraqlanmadıqlarını, atası ilə anası ayrılanda həmin həyəti ortadan bölüb yenə onlara satdıqlarını, iddiaya etiraz etdiyini, iddiaçının orada yaşamasına etiraz etmədiyini, ancaq adlarına rəsmiləşdirilməsini istəmədiyini, atası vəfat etdikdən sonra 1 dəfə həmin evə yalnız 1996-cı ildə getdiyini, 1996-cı ildən bəri həmin evə getmədiyini, həmin evdə olan əşyaların əksəriyyətinin onlara məxsus olduğunu və nənəsinin yasına getmədiyini bildirmişdir. Cavabdeh6 məhkəmə iclasında verdiyi izahatında heç nəyə qol çəkməyəcəyini, iddiaçı və cavabdehlərin atası Məhərrəm öldükdən sonra onlarla maraqlanmadığını, atasını da görmədiyini, onları babalarının saxladığını, dayı və bibilərinin küçədə də onları görəndə dindirmədiklərini, həmin evi iddiaçının satmaq istədiyini və ona görə sənədləşdirmək üçün məhkəmədə iddia qaldırdığını, iddiaya etiraz etdiyini, digər qardaşı Vəlinin 1976 təvəllüdlü olduğunu, evli və hazırda Rusiyada qaldığını, onun ikili vətəndaşlığı olduğunu, nənəsi öldükdən sonra o evə getmədiyini və atasının da ölümündən xəbərinin olmadığını bildirmişdir. Cavabdeh7 məhkəmə iclasında verdiyi izahatında atasının vəfatından xəbərinin olmadığını, onu heç görmədiyini və nənəsi öldükdən sonra həmin evə getmədiyini bildirmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 məhkəmə iclasında verdiyi izahatında iddiaçının bibisi olduğunu, iddiaya etirazının olmadığını, həmin evdə iddiaçı və digər bibisi Məryəmin yaşadığını, nənəsinin vəfatından sonra iddiaçının evləndiyini bildirmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X23, X14 da X5 izahatına oxşar izahat vermiş və iddiaya etiraz etməmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7, Cavabdeh8 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3351617X10, https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3351617X14 və https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3351617X23 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbini rəhbər tutmaqla işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını işdə iştirak edən şəxslərin izahatları ilə birlikdə tədqiq edən məhkəmə müəyyən edir ki, X12 Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən torpağın mülkiyyətə verilməsinə dair 286 A və 286 B nömrəli şəhadətnamələr əsasında yaşayış evi təyinatlı həyətyanı sahələrinin miras qalması, mirasın miras qoyan X20 15 aprel 2003-cü il ildə vəfat etməsi ilə açılması, onun sağ qalan birinci növbə vərəsələrinə İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 daxil olması, birinci növbə vərəsələrindən X7 miras qoyan X2 xx.xx.1985-ci il tarixdə vəfat etməsi, X7 oğlunun birinci növbə vərəsələrinə X38, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 daxil olması, birinci növbə vərəsələrindən X6 isə xx.xx.2007-ci il tarixdə vəfat etməsi, X6 birinci növbə vərəsələrinə X26, X23, X14 və X5 daxil olması, miras qoyan X20 xx.xx.1990 və xx.xx.1991-cı ildə vəsiyyətnamə verməsi mülki işin mübahisəsiz hallarıdır. Belə ki, ərizəyə əlavə edilmiş; - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 13/1541 nömrəli, xx.xx.2024-cü il tarixli arxiv arayışından mərhum X15 ilə X29 arasında xx.xx.1940-cı il tarixdə 2 №-li aktla nikah bağlanması; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, İİ -JQ seriyalı 250682 nömrəli ölüm akt qeydləri kitabından çıxarışdan X8 xx.xx.1981-ci il tarixdə vəfat etməsi, bunun ölüm akt qeydləri kitabının 8-ci səhifəsində qeydə alınması; - Babək Rayon Nehrəm kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli, Az-İ seriyalı, 011647 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən X20 xx.xx.2003-cü il tarixdə vəfat etməsi, bunun ölüm akt qeydləri kitabında 27 № ilə qeydə alınması; - Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyəti Nehrəm qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1972 nömrəli arayışdan mərhum X20 ailə üzvlərinə X15 (vəfat edib), Cavabdeh1, X16 (vəfat edib), Cavabdeh2, Cavabdeh3, X13 (vəfat edib), Cavabdeh4 və İddiaçı daxil olması; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 619521 nömrəli doğum akt qeydləri kitabından çıxarışından atası X15, anası X29 olan Cavabdeh1 xx.xx.1947-ci il tarixdə anadan olması, bunun doğum akt qeydləri kitabının 74-cü səhifəsində qeydə alınması; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 535296 nömrəli doğum akt qeydləri kitabından çıxarışdan atası X15, anası X29 olan X7 xx.xx.1951-ci il tarixdə anadan olması, bunun doğum akt qeydləri kitabının 28-cı səhifəsində qeydə alınması; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 842907 nömrəli doğum akt qeydləri kitabından çıxarışından atası X15, anası X29 olan Cavabdeh2 xx.xx.1953-cü il tarixdə anadan olması, bunun doğum akt qeydləri kitabının 48-ci səhifəsində qeydə alınması; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 263240 nömrəli doğum akt qeydləri kitabından çıxarışdan atası X15, anası X29 olan Cavabdeh3 xx.xx.1955-ci il tarixdə anadan olması, bunun doğum akt qeydləri kitabının 56-cı səhifəsində qeydə alınması; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 512917 nömrəli doğum akt qeydləri kitabından çıxarışından atası X15, anası X29 olan X6 xx.xx.1958ci il tarixdə anadan olması, bunun doğum akt qeydləri kitabının 60-cı səhifəsində qeydə alınması; - “Elektron notariat” X3 vasitəsilə “X19” AQİS-dən çıxarışdan Nehrəm İcra nümayəndəliyi tərəfindən verilmiş 172 nömrəli akt qeydinə əsasən xx.xx.1966-cı il tarixdə doğulduğu, atasının X15, anasının isə X20 olması; - Naxçıvan “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3339 nömrəli arayışa əsasən X9 xx.xx.1981-ci ildə vəfat etməsi, bunun ölüm akt qeydləri kitabında 66 № ilə qeydə alınması; - Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyəti Nehrəm qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1974 nömrəli arayışdan mərhum X9 Babək rayon, Nehrəm qəsəbəsində yaşayan ailə üzvlərinə X38, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 daxil olması; -Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, İİİ JQ seriyalı, 268142 nömrəli doğum akt qeydləri kitabından çıxarışından atası X22, anası X39 olan Cavabdeh5 xx.xx.1974-cü il tarixdə anadan olması, bunun doğum akt qeydləri kitabının 242-ci səhifəsində qeydə alınması; -Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, V JQ seriyalı, 340882 nömrəli doğum akt qeydləri kitabından çıxarışından atası X16, anası X39 olan Cavabdeh6 xx.xx.1978-ci il tarixdə anadan olması, bunun doğum akt qeydləri kitabının 23-cü səhifəsində qeydə alınması; -Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, Vİİ JQ seriyalı, 325796 nömrəli doğum akt qeydləri kitabından çıxarışından atası X22, anası X39 olan Cavabdeh7 xx.xx.1981-ci il tarixdə anadan olması, bunun doğum akt qeydləri kitabının 23-cü səhifəsində qeydə alınması; - Babək Rayon Nehrəm kənd İnzibati dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, Az-İ seriyalı, 165455 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən X6 xx.xx.2007-ci il tarixdə vəfat etməsi, bunun ölüm akt qeydləri kitabında 48 № ilə qeydə alınması; - Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyəti Nehrəm qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1973 nömrəli arayışdan mərhum X6 Babək rayon, Nehrəm qəsəbəsində yaşayan ailə üzvlərinə X23, X14 və X5 daxil olması; - JN-286A seriyalı, 10300058 kod nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnaməyə əsasən Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən 0.6 ha fərdi yaşayış evi təyinatlı torpaq sahəsinin X29 və X11 ümumi mülkiyyətində olması; - JN-286B seriyalı, 10300058 kod nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnaməyə əsasən Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən 0.3 ha fərdi yaşayış evi təyinatlı torpaq sahəsi X29 və X11 ümumi mülkiyyətində olması; - miras qoyan X20 xx.xx.1990-cı ildə vəsiyyətnamə verməsi və həmin vəsiyyətnamənin xx.xx.1991-ci il tarixdə Babək rayon notariat kontorunun dövlət notariusu M.Mehdiyev tərəfindən təsdiq edilməsi; - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi, Naxçıvan Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən İddiaçı müraciətinə cavab olaraq verilmiş xx.xx.2024-cü il tarixli, 1676/2024 nömrəli ərizədən vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilməsi müəyyən olunur. Mülki işin mübahisə doğuran halı İddiaçı X12 miras qalan əmlakı faktiki olaraq qəbul edib-etməməsi və həmin miras əmlakda payın müəyyən edilməsidir. Mülki işin mübahisəli halının həlli ilə bağlı tərəflərin izahatlarını və müstəqil tələb irəli sürməyən şəxslərin ifadələrini mülki iş materialları ilə əlaqəli şəkildə, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə qeyd edir ki, tərəflər arasında vərəsəlik münasibətlərindən irəli gələn hüquq münasibətləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi və digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə vərəsəlik anlayışı altında, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür. Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır (Mülki Məcəllənin 1133-cü maddəsi). Mülki məcəllənin 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Mülki işin araşdırılması zamanı miras qoyan tərəfindən vəsiyyətnamə qoyulması müəyyən olunmuşdur. Həmin Məcəllənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Vərəsəlik hüququnun mühüm elementlərindən biri vəsiyyət azadlığıdır. Vəsiyyət azadlığı vasitəsilə miras qoyana mülkiyyəti üzərində sərəncam vermək hüququndan irəli gələrək, vərəsəliyi öz sağlığında şəxsi istəyinə uyğun olaraq tənzimləmək imkanı verilir. Bu azadlığın təminatını müəyyən edən Mülki Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər.( Mülki Məcəllənin 1167-ci maddəsi). Həmin məcəllənin 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin.( MM-nin 1179.2-ci maddəsi) Mülki iş materiallarına əlavə olunmuş miras qoyan X29 tərəfindən xx.xx.1990-cı ildə verilmiş vəsiyyətnamədən X20 öz adına olan həyətyanı torpaq sahəsini, hazırda yaşadığı 2 otaq, 1 koridordan ibarət fərdi yaşayış evini və istifadə etdiyi bütün ev əşyalarını Cavabdeh4 və X17 vəsiyyət etməsi aydın olur. xx.xx.1991-ci il tarixdə Babək rayon notariat kontorunun dövlət notariusu M.Mehdiyev tərəfindən təsdiq edilmiş vəsiyyətnamədə isə göstərilmişdir ki, mən X4 MR Nehrəm kəndində olan ölən günədək şəxsi mülkiyyət hüququ ilə mənə məxsus iki otaq, bir koridordan ibarət evini və həmin evdə yerləşən bütün ev əşyalarını öləndən sonra öz doğma qızlarım Cavabdeh4 və X17 bərabər paylarda vəsiyyət edirəm. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-ci maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Əqd kimi vəsiyyətnamənin spesifik xüsusiyyəti ondan ibarətdir ki, o tərtib edildikdən sonra ehtimal olunan vərəsələr üçün heç bir hüquqi nəticə yaratmır. Vərəsəlik hüquq münasibətləri vəsiyyət edən şəxsin ölümü və ya ölmüş elan edilməsi ilə yaranır. Həmin məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.1 və 1243.2-ci maddələrinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan Mülki Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Vəsiyyət üzrə vərəsəlik zamanı vəsiyyət etmək azadlığı prinsipindən irəli gələrək miras əmlak miras qoyanın iradəsinə əsasən vəsiyyətnamədə göstərilən şəxslərə keçir. Qeyd olunmalıdır ki, vərəsəlik ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. Mübahisəli hüquq münasibəti yaranan zaman qüvvədə olan qanunvericilik mirasın qəbul olunmasının müddətini və qaydalarını müəyyənləşdirib. Miras qalmış mülkün qəbul edilməsi ilə bağlı məhkəmə bildirir ki, mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Vəsiyyət üzrə vərəsə İddiaçı və X18 miras açıldıqdan sonra qanunla nəzərdə tutulmuş müddətdə miras əmlakı qəbul edib-etməməsinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə” xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə, həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Həmçinin həmin qərarda qeyd olunmuşdur ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu maddəsində əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübutların aşağıdakılar ola biləcəyi qeyd edilmişdir: - vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; - mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; - mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; - mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; - miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Babək rayon İcra Hakimiyyəti Nehrəm qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışda qeyd olunur ki, X25 Babək rayon İcra Hakimiyyəti Nehrəm qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin təsərrüfat başı uçot kitabında 1996-2004-cü illərdə qeydiyyatda durmuş və yaşamış, X29 vəfat etdiyi gündən sonra da 2004-cü ilədək həmin evdə yaşamışdır. İş materialları ilə müəyyən edilir ki, cavabdehlər tərəfindən miras əmlak nə faktiki, nə də qanunla müəyyən edilmiş qaydada qəbul edilməmişdir. Ümumilikdə isə İddiaçı və X18 15 aprel 2003-cü ildə vəfat etmiş X20 ölümündən sonra mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddət ərzində fasiləsiz olaraq miras əmlaka yiyələnib yaşamaqla faktiki sahiblik etmək üsulu ilə vəsiyyət edilmiş əmlakı qəbul etməsi işdə iştirak edən şəxslərin izahatları və yazılı sübutlarla mübahisəsiz qaydada müəyyən olunmuşdur. Bununla belə vəsiyyət etmək azadlığı mütləq xarakter daşımır və mülkiyyət hüququ kimi sosial ədalət baxımından qanunvericiliklə müəyyən edilən hədləri mövcuddur. Mülki qanunvericiliyə əsasən vəsiyyət etmək azadlığı mirasda məcburi pay institutu ilə məhdudlaşdırılmışdır. Vəsiyyət edənin iradəsini (və ya vəsiyyət azadlığını) məhdudlaşdıran Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Deməli, vəsiyyət edən vəsiyyətnamə əsasında bu şəxsləri mirasdan məcburi pay almaq hüququndan məhrum edə bilməz. Mülki Məcəllənin 1193-cü maddəsində məcburi pay hüququ olan şəxslərin dairəsini bu cür müəyyən etməklə, yəni qanun üzrə vərəsələrdən məhz birinci növbə vərəsələri göstərməklə, qanunverici ailə münasibətlərinin qorunub saxlanması və himayə edilməsi məqsədini güdür. Mirasda məcburi pay hüququ məcburi vərəsələrə (vəsiyyət edənin uşaqları, valideynləri və arvadına (ərinə) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq həcmi qanunvericiliklə müəyyən edilmiş qaydada verilən minimum pay haqqıdır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ, İİİ, İV və V hissələrinə, 26-cı maddəsinin İİ hissəsinə, 29-cu maddəsinin İ və Vİİ hissələrinə, 71-ci maddəsinin İ və İİ hissələrinə və 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2021-ci il 19 fevral tarixli Qərar). Mülki Məcəllənin 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Buna görə də, məcburi pay hüququ olan şəxslər miras qoyanın vəsiyyəti əsasında qanun üzrə vərəsəlikdən məhrum olarlarsa, mirasın açılması anından onların öz məcburi paylarının verilməsini digər vərəsələrdən tələb etmək hüququ yaranır və bu hüququn pozulması halında onun müdafiəsi qaydası digər vərəsəlik növləri üzrə pozulmuş hüquqların müdafiəsi qaydasından fərqlənmir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” 2014-cü il 22 aprel tarixli Qərarında da göstərmişdir ki, miras əmlakdan vərəsələrə çatası pay, o cümlədən məcburi pay miras açıldıqdan sonra müəyyən edildiyinə görə, həmin payı tələb etmək hüququ da miras açıldıqdan sonra həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1202.2-ci maddəsinə görə məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. Tərəflərin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin izahatlarından məcburi pay hüququna malik şəxslərin miras qoyanın sağ olan uşaqlarının X12 miras qalmış məcburi payı qəbul etmələri müəyyən olunmamışdır. Belə ki, işdə iştirak edən şəxslər məhkəmə iclasında verdikləri izahatlarında yalnız İddiaçı və X18 miras açıldıqdan sonra həmin miras əmlakda yaşayıb faktiki olaraq mirası qəbul etməsini bildirmiş, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin miras əmlakı hər hansı formada qəbul etmədiklərini bildirmişlər. İddia ərizəsinə əlavə edilmiş JN-286A seriyalı, 10300058 kod nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnaməyə əsasən Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən 0.6 ha fərdi yaşayış evi təyinatlı torpaq sahəsi X29 və X11 ümumi mülkiyyətindədir. Həmçinin JN-286B seriyalı, 10300058 kod nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnaməyə əsasən Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən 0.3 ha fərdi yaşayış evi təyinatlı torpaq sahəsi X29 və X11 ümumi mülkiyyətindədir. Mülki Məcəllənin 223.3-cü maddəsinə görə ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Belə olan halda məhkəmə müəyyən edir ki, X1 əmlaklarda X29 ilə payları bərabər sayılan mülkiyyət hüququ mövcud olmuşdur. Həmçinin MM-in 1170.1-ci maddəsinə görə vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. Yuxarıda qeyd olunanları rəhbər tutaraq yekunda məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, 15 aprel 2003-cü il tarixdə vəfat etmiş X12 miras qalmış JN-286A seriyalı, 10300058 kod nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnaməyə əsasən Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən 0.6 ha fərdi yaşayış evi təyinatlı torpaq sahəsi və JN- 286B seriyalı, 10300058 kod nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnaməyə əsasən Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən 0.3 ha fərdi yaşayış evi təyinatlı torpaq sahəsinin miras əmlak olaraq İddiaçı və X28 tərəfindən faktiki qəbul olunması faktı müəyyən olunmalı, sözügedən əmlaklarda İddiaçı ¾ hissədə, Cavabdeh4 isə ¼ hissədə payları müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin olunsun. 15 aprel 2003-cü il tarixdə vəfat etmiş X12 miras qalmış JN-286A seriyalı, 10300058 kod nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnaməyə əsasən Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən 0.6 ha fərdi yaşayış evi təyinatlı torpaq sahəsi və JN-286B seriyalı, 10300058 kod nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnaməyə əsasən Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən 0.3 ha fərdi yaşayış evi təyinatlı torpaq sahəsinin miras əmlak olaraq İddiaçı və X28 tərəfindən faktiki qəbul olunması faktı müəyyən olunsun. Sözügedən əmlaklarda İddiaçı ¾ hissədə, Cavabdeh4 isə ¼ hissədə payları müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar