Məhkəmə qərarları › İş №2(079)-312/2020

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-312/2020

28.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(079)-312/2020 28.10.2020 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan siyahının ona məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair mülki işə Babək Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Naxçıvan MR Babək rayon Y.Buzqov kəndinin erməni işğalçılarından müdafiə olunmasında döyüşən Şahid2 rəhbərlik etdiyi könüllü dəstənin siyahısının ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs1 Aşağı Buzqov kənd İnzibati Ərazi dairəsi və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti maraqlı şəxs qismində cəlb olunmuşlar. Məhkəmə iclasında ərizəçi qismində izahat verən Ərizəçi ərizəsini müdafiə edərək bildirdi ki, 1992-ci ilin may ayının 20-də Y.Buzqov kəndini və torpaqları müdafiə etmək üçün könüllü olaraq Şahid2 rəhbərlik etdiyi könüllü dəstəyə yazılıbdır, həmin dəstədə xx xxxxxx 1992-ci il tarixədək torpaqların müdafiəsində döyüşübdür. Həmin faktı həmin siyahıda adları olan onun döyüş yoldaşları da təsdiq edə bilərlər, könüllülər dəstəsində könüllü olaraq döyüşlərdə iştirak etməsi barədə arayış verilməsi üçün Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, eyni zamanda Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etsə də, həmin orqanlardan daxil olan cavablarda onun arxivdə “Nizami hissə üzrə əmrlər kitabın”da onun barəsində heç bir məlumatın olmaması göstərilmişdir. Onun döyüşlərdə iştirak etməsi isə Şahid2 rəhbərlik etdiyi könüllü dəstənin siyahısında adı 20-ci sırada göstərilibdir. Arxivdə saxlanılan “Nizami hissə üzrə əmrlər kitabın”da məlumatın olmaması isə könüllülər dəstəsinin siyahısını müvafiq orqanlara təqdim etməmələri səbəb olubdur. Həmin siyahı Babək rayon Buzqov kənd nümayəndəliyi tərəfindən təsdiq edilibdir. O müharibə veteranı vəsiqəsini almaq istəsə də, onun adı ilə Babək rayon Y.Buzqov kənd İcra nümayəndəsinin təsdiq etdiyi siyahıda uyğunsuzluq olduğundan ala bilmir. O həmin siyahıda adının düzəldilməsi üçün Babək rayon A.Buzqov kənd icra nümayəndəliyinə müraciət etsə də, nümayəndəlik həmin siyahıda düzəliş edilməsindən imtina edibdir, buna görə də o məcbur qalıb məhkəməyə müraciət edibdir, sonda göstərilənləri nəzərə alaraq məhkəmədən Naxçıvan MR Babək rayon Y.Buzqov kəndinin erməni işğalçılarından müdafiə olunmasında döyüşən Şahid2 rəhbərlik etdiyi könüllü dəstənin siyahısının ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə maraqlı şəxs Babək rayon Aşağı Buzqov kənd icra nümayəndəliyinə qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə maraqlı şəxs Babək rayon Aşağı Buzqov kənd icra nümayəndəliyinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə digər maraqlı şəxs Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş,lakin maraqlı şəxs Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi R.Qasımov tərəfindən məhkəmənin ünvanına xx xxxxxxx 2020-ci il tarixdə daxil olmuş teleqramındaƏrizəçi "hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi" tələbinə dair tərəflərindən verilmiş etiraz ərizəsini dəstəklədiklərini və xx xxxxxxx 2020-ci il tarixdə keçiriləcək məhkəmə prosesinə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-cı maddəsini rəhbər tutaraq iştiraklarının olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə maraqlı şəxs Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Seyidov MirCalal M.Əşirəf oğlu 1955-ci ildə Babək rayonu, Cəhri kəndində anadan olduğunu, həmin kənddə yaşadığını, Ərizəçi uşaqlıqdan 30 ildən artıq müddətdir ki, tanıdığını, Səlvərin onun həmkəndlisi həm də sürücü yoldaşı olduğunu, Səlvəri kənddə “Səmərqənd” kimi çağırdıqlarını, bu yaxınlarda kənddə gedən söhbət zamanı təsadüfən, onun adının sənədlərdə “Səlvər” olduğunu, ondan sonra o, Səmərqəndin əsl adının “Səlvər” olduğunu öyrəndiyini bildirmişdir. Məhkəmədə sualları cavablandıran şahid Seyidov MirCalal M.Əşirəf oğlu bildirdi ki, istər orta məktəbdə, istərsə də sürücü yoldaşı olduğu zaman o Səlvəri “Səmərqənd” kimi çağırıbdır, Səlvərin mərhum atası da onu “Səmərqənd” adı ilə çağırıbdır. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 izahatında Səlvərində, onun da Cəhri kəndində doğulub orada böyüdüklərini, Səlvəri balaca vaxtdan tanıdığını, hər zaman Səlvəri “Səmərqənd” olaraq çağırdığını Səlvərin adını Səmərqənd kimi qeyd edildiyi siyahının onun tərəfindən tərtib olunduğunu, 1992-ci ilin may-avqust aylarında Səlvərin onun yaratdığı könüllülər dəstəsinin tərkibində Y.Buzqovda döyüş bölgəsində iştirak etdiyini, o Səlvəri “Səmərqənd” olaraq tanıdığı üçün siyahıda adını “Səmərqənd” kimi qeyd etdiyini, həmin siyahı onun tərəfdən tərtib olunduğunu və kənd soveti, indiki Buzqov İcra nümayəndəsi tərəfindən isə təsdiq olunduğunu, siyahıda olan şəxsləri şəxsən tanıdığını, onların hamısının Babək rayonu, Cəhri kəndinin sakinləri olduğunu, həmin şəxsləri və eyni zamanda Səlvəri şəxsən tanıdığı üçün onların sənədlərinə baxmağa ehtiyac görmədiyini, ona görə də Səlvəri “Səmərqənd” kimi tanıdığı üçün onun adını siyahıda “Səmərqənd” olaraq yazdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid3 xx.xx.1967 ildə Babək rayonu, Cəhri kəndində doğulduğunu, hal-hazırda da həmin kənddə yaşadığını, Səlvəri uşaqlıqdan “Səmərqənd” kimi tanıdığını, son vaxtlar onun əsl adının Səlvər olduğunu bildiyini, o Səlvərlə birlikdə 1992-ci ilin may-avqust aylarında Yuxarı Buzqov kəndində gedən döyüşlərdə iştirak etdiyini, o həmin döyüşlərdə iştirak etdiyi üçün veteran vəsiqəsi aldığını və vəsiqənin surətini də məhkəməyə təqdim etdiyini bildirmişdir. Məhkəmədə sualları cavablandıran Şahid3 bildirdi ki, onların kəndində hər kəs Səlvəri “Səmərqənd” olaraq çağırıbdır, döyüşlərdə olduqları vaxtda o Səlvəri “Səmərqənd” olaraq çağırıbdır, ona 1992-ci ilin may-avqust aylarında Yuxarı Buzqov kəndində gedən döyüşlərdə iştirak etdiyi üçün veteran vəsiqəsi verilibdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 xx xxxxxx 1966-cı ildə Babək rayonu, Cəhri kəndində doğulduğunu, Səlvər ilə həmin kənddə bir məhəllədə yaşadıqlarını. 1992-ci ilin may ayının 20-dən Buzqov kəndində olan döyüş bölgəsində olduğunu, Səlvərin də onunla birlikdə Buzqov kəndində gedən döyüşlərdə iştirak etdiyini, o həmin döyüşlərdə iştirak etdiyi üçün 2010-cu ildə veteran vəsiqəsi aldığını vəsiqənin surətini də məhkəməyə təqdim etdiyini bildirmişdir. Məhkəmədə sualları cavablandıran Şahid1 bildirdi ki, o orta məktəbdə, ümumiyyətlə Səlvərin adının “Səmərqənd” olaraq bilibdir, son zamanlar Səlvərin əsl adının “Səmərqənd” yox Səlvər olduğunu bilibdir, o təsdiq edir ki, Səlvər Buzqov kəndində gedən döyüşlərdə iştirak edibdir və həmin siyahıda göstərilən “Səmərqənd” Ərizəçidur. İş materiallarında olan Babək rayon Cəhri qəsəbə İƏDN-in xx xxxxxxxx 2020-ci il tarixli, 1529 nömrəli arayışı ilə müəyyən olunur ki, Ərizəçi Babək rayonu, Cəhri qəsəbəsində yaşayır. İş materiallarına əlavə edilmiş edilmiş Babək RPŞ tərəfindən verilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surətindən ərizəçinın adının Ərizəçi olduğu görünür. İş materiallarına əlavə edilmiş edilmiş Babək RPŞ tərəfindən verilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surətindən Ərizəçi Babək rayonu, Cəhri kəndində qeydiyyatda olduğu görünür. İş materiallarına əlavə olunmuş АЗ seriyalı, 591362 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxx 1964-cü il tarixdə doğulmuş, doğum haqqında şəhadətnamənin ata qrafasında X5, ana qrafasında X2 qeyd edilmişdir. İş materiallarında olan İV-ЖГ seriyalı, 253074 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən məlum olur ki, Ərizəçi və X9 arasında nikah xx xxxxxx 1986-cı ildə bağlanmış, bu barədə akt qeydləri kitabında 15 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş H3 nömrəli Hərbi Biletin tərcümə olunmuş sürətindən Ərizəçi xx xxx 1983-cü il tarixdə hərbi xidmətə çağırılıb, xx xxxx 1985-ci il tarixdə SSSRİ MN-nin 28.03.85-ci il tarixli 72 nömrəli əmri əsasında ehtiyata buraxılması və Naxçıvan MSSSR Babək RHK xx.xx.1985-ci il tarixdə Rayon hərbi komissarlıqda uçota qəbul edilməsi görünür. İş materiallarına əlavə edilmiş Buzqov kənd icra nümayəndəliyinin möhürü ilə təsdiq edilmiş Naxçıvan MR Babək r-n Y.Buzqov kəndinin erməni işğalçılarından müdafiə olunmasında döyüşən Şahid2 rəhbərlik etdiyi könüllü dəstənin notariat qaydada təsdiq olunmuş siyahısından X1 adının 20-ci sırada göstərilməsi müəyyən olunur. İş materiallarında olan Babək RİH Aşağı Buzqov kənd icra nümayəndəliyinin Ərizəçi xx xxxxxxxx 2020-ci il tarixdə daxil olmuş xx xxxxxx 2020-ci il tarixli müraciətinə cavab olaraq xx xxxxxxxx 2020-ci il tarixli, 16 nömrəli məktubunda qeyd edilən düzəlişin edilməsindən səlahiyyətlərinin olmaması əsası ilə imtina edildiyi görünür. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx xxxxxxx 2020-ci il tarixdə daxil olmuş etiraz ərizəsində maraqlı təşkilat hazırki mülki iş üzrə işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti etiraz ərizəsində göstərmişdir ki, Babək rayonu, Cəhri kənd sakini, 1964-cü il təvəllüdlü Qurbanov Səmərqənd (Səlvər) Hüseyn oğluna nə keçmiş Azərbaycan Respublikası Hərbi Komissarlığının, nədə ki, hal-hazırda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nəzdindən fəaliyyət göstərən müvafiq komissiyalar tərəfindən veteran adı və vəsiqəsi verilməmişdir. Mülki prosessual qanunvericilikdə xüsusi icraat qaydasında məhkəmə tərəfindən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin şərtləri nəzərdə tutulmuşdur. Həmin şərtlər aşağıdakı ardıcılıqla göstərilmişdir: ərizəçinin müəyyən edilməsini məhkəmədən xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır, ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onları bərpa edə bilməməlidir. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədləri başqa qaydada ala bilməməsi dedikdə, həmin sənədlərin məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarın 14-cü bəndinə əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər. Bununla bağlı məhkəmə qeyd etmək istəyir ki, iş materialları və eləcədə ərizəçinin izahatı ilə müəyyən olur ki, Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun döyüş əməliyyatlarında iştirak etməsi faktının deyil, Naxçıvan MR Babək rayon Y.Buzqov kəndinin erməni işğalçılarından müdafiə olunmasında döyüşən Şahid2 rəhbərlik etdiyi könüllü dəstənin siyahısının ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 307.2 və 307.2.5-ci maddələrinə əsasən, məhkəmə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin (həmkarlar ittifaqları və digər ictimai birliklərin siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarın 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisişəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli 216 saylı Qərarı ilə 2 təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Beləliklə məhkəmə ərizəçinin izahatına və şahid ifadələrinə iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Buzqov kənd icra nümayəndəliyinin möhürü ilə təsdiq edilmiş Naxçıvan MR Babək r-n Y.Buzqov kəndinin erməni işğalçılarından müdafiə olunmasında döyüşən Şahid2 rəhbərlik etdiyi könüllü dəstənin siyahısının iş üzrə Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, sübutlara əsasən ərizəçinin adının “Səlvər” olması müəyyən edilir. Yəni iş üzrə ərizəçinin adı Naxçıvan MR Babək r-n Y.Buzqov kəndinin erməni işğalçılarından müdafiə olunmasında döyüşən Şahid2 rəhbərlik etdiyi könüllü dəstənin siyahısında doğru olmayaraq "Səmərqənd" kimi yazılmışdır. Ərizəçi həmin yanlışlıqların düzəldilməsi üçün Babək RİH X3 müraciət etmiş, həmin orqan isə həmin siyahıda düzəlişlər etmək səlahiyyətinin olmaması əsası ilə düzəlişin edilməsindən imtina etmişdir. Həmin siyahı əsasında ərizəçinin “müharibə veteranı vəsiqəsi” ala bilməsi mümkün deyil, çünki ərizəçinin şəxsiyyət vəsiqəsindəki adı ilə hüquq müəyyənedici sənəddəki adı uyğun gəlmir. Ona görə də ərizəçinin tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Naxçıvan MR Babək r-n Y.Buzqov kəndinin erməni işğalçılarından müdafiə olunmasında döyüşən Şahid2 rəhbərlik etdiyi könüllü dəstənin siyahısının iş üzrə Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar