Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-349/2022 30.08.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X15 məhkəmə iclas katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh2 və Cavabdeh1nə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və ondan doğan hüquqi nəticələrin ləğvi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı “30” iyun 2022-ci ildə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 24 iyul 2007-ci il tarixli, 2-V1-56 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab olunması və ondan doğan hüquqi nəticələrin ləğv olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdi ki, Babək Rayon Aqrar İslahat Komissiyasının 27 sentyabr 1999-cu il tarixli, 81 nömrəli qərarı ilə X8 ailə başçısı olmaqla yanaşı anam X6 ilə birlikdə Babək rayonu, Nehrəm qəsəbəsində 0.14 hektar həyətyanı və JN-766 KOD 10300058 nömrəli dövlət aktına əsasən 0.43 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahələri verilmişdir. X8 31 may 2004-cü il tarixdə anam X6 isə 19 oktyabr 2006cı il tarixdə ölmüşdü. Onların mən də daxil olmaqla 5 nəfər uşaqları (vərəsələri) olmuşdur. Bacılarım Xanım, Zeynəb və Həcər ailə qurub, öz evlərində yaşayırlar. Mənsə öz evimdə yaşamaqla, həm də atamın mülkiyyətində olan və mənim torpaq sahəmə bitişik torpaq sahəsini istifadə etməklə, həm də orada ev tikmişəm. Həmin evi adıma rəsmiləşdirmək istəyəndə mənə məlum oldu ki, qardaşım Cavabdeh2 20 iyul 2007-ci il tarixdə mənim adımdan mirasın qəbulundan imtina barədə ərizə yazıb imzamı saxtalaşdıraraq Cavabdeh1nə təqdim etməklə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alıb, torpaq sahəsini öz adına rəsmiləşdirmişdir. Mən mirasla bağlı hər hansısa bir ərizəyə qol çəkib, mirasın qəbulundan imtina etməmişəm, qardaşım İbrahimxəlil imzamı saxtalaşdırıb. Ərizədə çəkilmiş imzalardan ümumiyyətlə mənim xəbərim olmayıb. Həmin imza nümünələrinin xəttşünaslıq ekspertizasına göndərilərək həqiqətin ortaya çıxmasını və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunmasını istəyirəm. Hesab edirik ki, artıq mənim pozulmuş hüquqlarımın bərpası məhkəmə qaydasında tənzimlənməli və iddia tələbim tam təmin edilib, əsaslı məhkəmə qətnaməsi çıxarılacaqdır. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə iddiaçıya və Cavabdeh1nə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişdi. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbinə əsaslanmaqla İddiaçı və Cavabdeh1 nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmədə verdiyi izahatında iş üzrə iddiaçı olan anası Fatmanın 1950-ci ildə anadan olduğunu, anasının atasının, yəni babasının X16, anasının-nənəsinin X3 olduğunu, babası ilə nənəsinin 1949-cu ildə ailə qurduqlarını, onların birgə nikahından Fatma, Xanım, Zeynəb, Həcər və İbrahimxəlil adlı 5 uşağın dünyaya gəldiyini, Xanımın 3 il olar ki, rəhmətə getdiyini, babasının 2004-cü ildə, nənəsinin isə 2006cı ildə öldüyünü, bildiyinə görə babasının sağlığında iki mülkünün- torpaq sahəsinin olduğunu, bu iki torpaq sahəsindənbaşqa bildiyinə görə çöl torpağının da olduğunu, babasına aid evlərdən birində dayısı, yəni cavabdeh İbrahimxəlilin, digərində isə xalası Həcər Hüseynovanın yaşadığını, dayısının da, xalasının da babasının və nənəsinin sağlığından indiyədək mərhuma məxsus evdə yaşadıqlarını, anası Fatmanın yaşadığı evin isə onun özünə məxsus olduğunu, həm babası Hüseynin, həm də nənəsi Zeynəbxatının valideynlərinin dünyasını dəyişdiklərini, anası ilə babasının torpaq sahələrinin yan-yana yerləşdiyini, sənəd üzrə torpaq sahələri uzunsov yerləşsə də faktiki olaraq babasının sağlığında onları anası və dayısı İbrahimxəlil arasında eninə bölündüyünü, babasının tikdiyi, yəni hazırda dayısı yaşadığı evin anasının həyətinə düşdüyünü, anasının yaşadığı evin isə özünə aid torpaq sahəsində yerləşdiyini, yəni babasının torpaq sahəsinə keçmədiyini, anasının babası və nənəsinin ölümündən sonra onlara məxsus evdə qalmadığını, anasının valideynlərindən qalan əmlakın qəbul edilməsi ilə bağlı notariusa ərizə vermədiyini, onlara məxsus torpağın vergisini ödəmədiyini, orada olan ağaclara qulluq etmədiyini, babasına və nənəsinə aid çöl torpaqlarının dayısı İbrahimxəlilin və xalası Həcərin istifadəsində olduğunu, bir sözlə anası İddiaçı öz valideynlərindən qalan mirası qəbul etmədiyini, bu səbəbdən də bununla bağlı sübutlarının olmadığını, anasına aid həmin torpağın yan hissəsində özlərinin dörd il olar ki, ev tikintisinə başladıqlarını, lakin ora yol problemi olduğundan bunu həyata keçirə bilmədiklərini, dayısının onlara 3 mert enində yol vermək istədiyini, lakin bunu qəbul etmədiklərini, cavabdehə qarşı torpaq sahəsindən çıxarılma tələbi ilə bağlı Babək Rayon Məhkəməsində iddia qaldırdıqlarını, orada ev tikintisinə başladıqları zaman torpağı özlərinin torpaq sahəsi bilib ev tikintisinə başladıqlarını, yəni ev tikilən hissəsinin babasına və ya nənəsinə aid torpaq hesab etmədiklərini, köhnədən tikilən evlərinin heç birinin babasına aid olan torpaq sahəsinə düşmədiyini, anasının valideynləri öldükdən sonra İddiaçı bacıqardaşlarından ata-anasına aid mirasdan pay istəmədiyini, anasının bildirdiyinə görə ona kimsənin atasından və anasından qalan evi adına keçirmək istəməsini demədiyini, anasının atasına məsxus evin dayısının adına keçməsindən xəbərsiz olduğunu, həmin vaxt anası ilə dayısının küsülü olduğunu, yəni danışmadıqlarını, anasının ona sənədə imza etmədiyini dediyini, həmçinin onun böyük hərflə imza etmədiyini bildirdiyini, dayısı ilə anası arasında təqribən 10-15 ildir ki, torpaqla bağlı mübahisə olduğunu, özləri ev tikməyə başladıqdan sonra isə bu mübahisələrin daha da kəskinləşdiyini, müharibədən qabaq torpaq sahəsinin ölçülməsi üçün torpaq komitəsinə müraciət etdiklərini, komitənin əməkdaşlarının gəlib yerində torpağa baxdıqlarını, lakin müharibə başladıqdan sonra bu məsələnin dayandığını, sonradan yenə komitəyə müraciət etdiklərini, 28 fevral 2022-ci ildə komitənin əməkdaşları gəlib torpağa baxanda dayısı İbrahimxəlilin torpağı adına sənədləşdirdiklərini öyrəndiklərini qeyd edərək, yekunda məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdi. Cavabdeh2 məhkəmədə verdiyi izahatında 1962-ci ildə Nehrəm kəndində anadan olduğunu, atasının X16, anasının X6 olduğunu, valideynlərinin 1949-cu ildə ailə qurduqlarını, onların 7 övladının dünyaya gəldiyini, uşaqların ikisi balaca olarkən, bacısı Xanımın isə sonradan öldüyünü, atasının sağlığında onun bir həyətyanı, bir çöl torpağının olduğunu, həyətyanı torpaq sahəsinin 1600 kvadrat metr olduğunu, onun 200 kvadrat metr hissəsinin bacısı Həcərə verildiyini, 1400 kvadrat metr hissəsi isə özündə olduğunu, atasının sağ ikən qaldığı evdə hazırda bacısı Həcərin yaşadığını, atasının 2004-cü ildə, anasının isə 2006-cı ildə öldüyünü, valideynləri öləndən sonra onlardan qalan evlərin birində bacısı Həcərin, digərində isə özünün yaşadığını, özünün 1988-ci ildən həmin evdə yaşadığını, bacısının isə əvvəlcə ata-anası ilə birlikdə yaşadığını, onların ölümündən sonra da həmin evdə yaşamağa davam etdiyini, əvvəlki həyətlərinin balaca olduğu üçün atasının oradan köçmək məqsədi ilə hazırda öznün qaldığı evi tikdiyini, sonra isə atasının ondan hazırda yaşadığı evə köçmələrini istədiyini, həmin evin iki otağını ona, 2 otağını bacısı Fatmaya verdiyini, həyəti də otaqlara uyğun böldüyünü, halbuki həyətin sənəd üzrə uzunsov bölündüyünü, özünün və bacıcı Fatmanın yaşadığı evin torpaq sahəsində eninə tikildiyini, atasının şifahi şəkildə 2 otağı bacısına, 2 otağı ona verdiyini, islahat aparılan zaman da həyətin və evlərin bu formada olduğunu, yəni evin 1988-ci ildə inşa edildiyini, islahat zamanı verilən sənədin həyətin faktiki vəziyyətinə uyğun olmadığını, torpaq sahəsinə gedib-gəlmək üçün həyətin aşağı tərəfindən yolun olduğunu, həyətin açıqlıq olduğunu, konkret olaraq divar çəkilərək yol verilmədiyini və ya müəyyən edilmədiyini, özünün 3 mert enində bacısına yol təklif etdiyini, lakin onun bunu qəbul etmədiyini, ata-anasının ölməsindən sonra bunu kənd sovetinə bildirdiyini, kənd sovetinin də ona evi kimin adına sənədləşdirmək istədiyini soruşduğunu, həmçinin bacılarının hamısının razılıq ərizələri verməli olduqlarını ona dediyini, kənd sovetinin müavini Məhəmməd Əliyarovun onunla atasının köhnə evinə getdiklərini, orada bacılarının ərizə yazdıqlarını, bacıları krill əlibası ilə yazdıqlarından Məhəmməd müəllimin onlara ərizəni latın əlibası ilə yazmalı olduqlarını bldirdiyini, bundan sonra öz uşaqlarının latın qrafikası ilə ərizələri yazdıqlarını, bacılarının isə həmin ərizələri imzaladıqlarını, həmin vaxt bacılarının hamısının orada olduqlarını, onların heç biri ilə küsülü olmadığını elə həmin vaxtdan Farmanın torparə öz adına sənədləşdirdiyi bildiyini qeyd edərək, yekunda iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdi. Mülki iş materiallarını tədqiq edən və işdə iştirak edən şəxslərin izahatlarını dinləyən məhkəmə müəyyən edir ki, mərhum X16 ilə X1 02 iyun 1949-cu ildə nikaha daxil olması, X13 31 may 2004-cü ildə, X3 isə 19 oktyabr 2006-cı ildə ölməsi, X3, İddiaçı, X9, X7, X10 və Cavabdeh2 X13 vərəsələri olması, Babək rayonu Nehrəm qəsəbəsində yerləşən 0.13 hektar həyətyanı torpaq sahəsinin İddiaçı mülkiyyətində olması mülki işin mübahisəsiz hallarıdır. Bunların mülki işin mübahisəsiz halları olması işə əlavə edilmiş aşağıdakı sənədlərlə təsdiq olunur: - Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 22 iyun 2022-ci il tarixli akt qeydindən çıxarışdan X16 ilə X5 arasında 02 iyun 1949-cu ildə nikah bağlanması, nikah bağlanması zamanı sonuncunun özünə “ Hüseynova” soyadını seçməsi; - Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 028582 nömrəli, 22 iyun 2022-ci il tarixli və AZ-İ seriyalı, 117041 nömrəli, 22 iyun 2022-ci il tarixli akt qeydlərindən çıxarışlardan X13 31 may 2004-cü ildə, X3 isə 19 oktyabr 2006-cı ildə ölməsi; - Babək Rayon İcra Hakimiyyətinin Nehrəm qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 fevral 2022-ci il tarixli, 785 nömrəli arayışdan X3, İddiaçı, X9, X7, X10 və Cavabdeh2 X4 vərəsələri olması; - JN seriyalı, 1906A nömrəli, 10300058 kod nömrəli Torpağa mülkiyyətə hüququna dair şəhadətnamənin təsdiq edilmiş surətindən Babək rayonu, Nehrəm kəndində yerləşən 0.13 hektar torpaq sahəsinin İddiaçı mülkiyyətində olması aydın olur. İddiaçı Cavabdeh2 və Cavabdeh1nə qarşı Babək Rayon Dövlət Notariat Kontorunda rəsmiləşdirilmiş 24 iyul 2007-ci il tarixli, 2-V1-56 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması və həmin müqavilədən yaranan bütün hüquqi nəticələrin ləğv olunmasını tələb etməsi isə mülki işin mübahisəli hallarıdır. Mülki işin mübahisəli hallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə bildirir ki, iddiaçının blə bir tələblə müraciət etmək hüququ onun mərhum atası X11 və X2 qalmış miras əmlakın qəbul edilməsi faktından, yənin onun həqiqi vərəsə statusuna malik olmasından asılıdır. Çünki vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması və həmin müqavilədən yaranan bütün hüquqi nəticələrin ləğv olunmasını mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun yaranması məhz iddiaçının miras qoyanlardan qalmış əmlakın qəbul edilməsindən sonra mümkündür. Əks təqdirdə o, digər vərəsələrin mirasın qəbul edilməsi və ondan irəli gələn hərəkətləri mübahisələndirə bilməz. Məhkəmə mülki işin qeyd edilən halının hüquqi həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi və digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Mirasın qəbul edilməsi üçün ilkin şərt mirasın açılmasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinin məzmunundan isə aydın olur ki, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Mülki iş materialları ilə miras qoyan X13 31 may 2004-cü ildə, X3 isə 19 oktyabr 2006-cı ildə ölməsi sübuta yetirilir. Yəni onların ölümü ilə miras açılmış və həmin anlardan sonra miras əmlak üzrə müəyyən şəxslər-vərəsəliyə çağırılan şəxs (mümkün vərəsə) subyektiv vərəsəlik hüququnu həyata keçirmək və miras əmlakı əldə etmək imkanı qazanmışdı. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə vərəsəlik anlayışı altında, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür. Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır (Mülki Məcəllənin 1133-cü maddəsi). İddia tələbinin məhkəmədə araşdırılması zamanı miras qoyanlar tərəfindən vəsiyyətnamə tərtib edilməsi müəyyən edilməmişdi. Belə olan halda isə vərəsəliyin qanunla müəyyən edilmiş əsası tətbiq edilir. Qanun üzrə vərəsələrin dairəsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən qanun üzrə vərəsəliyin beş növbəsi fərqləndirilir. Qeyd edilən Məcəllənin 1159.1.1-ci maddəsinin mahiyyətinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsələr sayılır. Məhkəmə həmçinin onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1160-cı maddəsinin tələbinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Qanunvericiliyin sadalanan tələblərini iş materialları ilə əlaqələndirən məhkəmə bildirir ki, X16 31 may 2004-cü ildə öldüyü zaman sağ olan arvadı və övladları Cavabdeh2 onun qanun üzrə vərəsəsi sayılır. Tərəflər məhkəməyə X3 vərəsələrinin dairəsi ilə bağlı hər hansı bir sübut təqdim etməsə də, işdə iştirak edən şəxlərin məhkəmədə verdiyi izahatlarından onun vərəsələrinin mərhumun 19 oktyabr 2006-cı ildə öldüyü vaxt sağ olan övladları olmasını müəyyən edilir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 94-cü bəndinə görə mirasın tərkibinə ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Qanunvericiliyə əsasən mirasın tərkibinə miras qoyanın sağlığında mülkiyyət hüququ əldə etdiyi daşınmaz və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlak, habelə mükafat, müəllif qonorarı, alınmamış əməkhaqqı, pensiya, bank əmanətləri, qiymətli kağızlar, müəssisədəki pay və sığorta ödənişi və s. daxil edilir. Miras qoyanın qanunla müdafiə edilən əmlak və şəxsi qeyri-əmlak hüquqlarına zərər vurulması ilə əlaqədar dəymiş ziyanın ödənilməsi haqqında tələb vərəsələrə keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1257-ci maddəsində isə mirası qismən qəbul etməyin yolverilməzliyi prinsipi öz əksini tapmışdır. Mülki Məcəllənin yuxarıda qeyd edilən normaları özündə miras əmlakın tamlığı, bütövlüyü prinsipini ehtiva edir. Miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, fiziki şəxsin ölməsi vərəsəlik hüquq münasibətlərinin əmələ gəlməsinə səbəb olur. Bu münasibətlər isə öz növbəsində subyektiv vərəsəlik hüququnu müəyyənləşdirir. Yəni vərəsəlik münasibətlərində iştirak edən şəxs subyektiv vərəsəlik hüququ əldə edir. Bu hüququ əldə şəxs isə vərəsəliyə çağırılmış olur. Vərəsəliyə çağırılmaq isə özündə həmin şəxsin vərəsələr dairəsinə daxil olmasını ifadə edir, yəni şəxs mümkün vərəsə sayılır. Mümkün vərəsə dedikdə mirası əldə etmək hüququ və ya imkanı olan şəxs başa düşülür. X4 31 may 2004-cü ildə və X3 19 oktyabr 2006-cı ildə ölümü ilə onların övladlarından biri olan İddiaçı vərəsəliyə çağırılmış və ya mümkün vərəsə hesab edilmişdi. Qanunvericiliyin tələbinə görə isə mirasın açılması, şəxsin subyektiv vərəsəlik hüququ əldə etməsi, onun vərəsəliyə çağırılması miras əmlakı əldə etməyə kifayət etmir. Qeyd edilənlər şəxsə yalnız miras əmlakı əldə etmək şansı verir. Həmin şəxs o halda miras əmlakı əldə edilə bilər ki, miras əmlakın əldə edilməsinə öz razılığını ifadə etsin. Yəni mirasın qəbulu şəxsin iradəsindən asılı olduğuna görə o hüquqi hərəkət sayılır. Bu fakt nəticəsində, yəni öz razılığını ifadə etməklə şəxs subyektiv vərəsəlik hüququ həyata keçirmiş olur ki, bu hüquqi addımdan sonra o həqiqi vərəsə (mirası qəbul etmiş mümkün vərəsə) statusunu əldə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Əgər miras əmlak üzrə miras qoyanın bir neçə vərəsəsi olsa bu zaman hər bir vərəsə mirası müstəqil qəbul etməlidir. Həmçinin qeyd edilən Məcəllənin 1246-ci maddəsində mirasın qəbul edilməsinin müddəti əks edilmişdir ki, həmin normaya əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarından görünür ki, Azərbaycan Respublikası mülki qanunvericiliyi mirasın qəbul edilməsinin iki üsulunu - formal, yəni notariat kontoruna ərizə verməklə və qeyri-formal–faktiki cəhətdən qəbul edilmə üsulunu müəyyənləşdirir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu, yəni onu faktiki olaraq qəbul etmək isə iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Mirasın faktiki qəbulu üsulu odur ki, bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib olur, onun üzərində fiziki “ağalıq” edir. Yəni bu hərəkətlərdən mirası qəbul etməsi açıq-aşkar görünür və bəlli olur. Mirasın faktiki idarə edilməsi isə üsulu isə o deməkdir ki, vərəsənin etdiyi elə hərəkətdir ki, bu hərəkətləri adətən o öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 99-cu bəndinə görə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: -vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; -mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; -mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; -miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Məhkəmə 01 iyul 2022-ci il tarixli məhkəmə bildirişi ilə İddiaçı mərhum X16 və X2 miras qalan əmlakın qəbul edilməsi barədə sübutlarını işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər məhkəməyə təqdim etməsini təklif etsə də, iddiaçı tərəf qeyd edilən faktın təsdiqi ilə bağlı məhkəmə sübut təqdim etməmişdi. Bundan başqa hazırki mübahisənin predmeti olmasa da onun gələcək perespektivi baxımından məhkəmə onu da qeyd edir ki, iddiaçının nümayəndəsinə verilmiş sübut sullarına cavablardan İddiaçı ümumiyyətlə valideynlərindən qalan miras əmlakın qəbul etməsi niyyətində olmaması və onu qəbul etməməsi aydın olur. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yuxarıda qeyd edilənləri ümumiləşdirək məhkəmə belə hesab edir ki, İddiaçı valideynlərindən qalmış mirası qəbul etməsi ilə bağlı məhkəməyə sübut təqdim etmədiyindən onun tələbi əsaslı sayıla bilməz. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1273-1ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Yuxarıda da qeyd edildiyi ki, iddiaçının vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması və həmin müqavilədən yaranan bütün hüquqi nəticələrin ləğv olunmasını tələb etməsi tələbini irəli sürməsi üçün ilk olaraq onun həqiqi vərəsə statusu əldə etməli və ya mirası qəbul etməlidir. Çünki şəxs yalnız bundan sonra miras əmlaka mülkiyyət hüquq əldə etməklə, həmin əmlak barəsində onun mənafeyini pozan hərəkət və ya qərarları mübahisələndirmək hüququ əldə edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. İddiaçı isə valideynlərindən miras qalamış əmlakın qəbul edilməsi və ya həqiqi vərəsə statusu əldə edərək miras əmlak üzərində mülkiyyət hüququ əldə etməsi bağlı məhkəmə mötəbər sübut təqdim etmədiyindən onun valideynlərindən qalmış miras barəsində digər vərəsələr tərəfindən həyata keçirdiyi hüquqi hərəkətlərin qanunsuz və əsassızlığını mübahisələndirmək hüququ mövcud deyil. Çünki, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli qərarına əsasən subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bundan məhkəmə onu da iddiaçının nəzərinə çatdırmağı zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1272 və 1273-cü maddələrinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. İddiaçı tərəf isə mübahisə predmeti olan vərəsəlik şəhadətnaməsindən 2022-ci ilin fevralın 28-dən məlumatlı olmasını bildirsə də, bunula bağlı məhkəməyə sübut təqdim etməişdi. Onun məhkəməyə 2022-ci ilin iyin ayının 30-da müraciət etməsini nəzərə alsaq iddiaçı tərəf özünün qeyd etdiyi vaxtı isə qəbul etsək, yenə də o, qanunla müəyyən edilmiş iki aylıq müddət ötürülmüşdü. Mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Mülki Məcəllənin 1246 və 1272-ci maddələrində qeyd edilən müddətlər kəsici müddət olmaqla, məhkəmə tərəfindən tətbiq edilən bilən müddətdir. Bütün bunlara əsaslanaraq məhkəmə belə nəticəyə gəlir ki, mülki qanunvericiliyin özündə əks etdirdiyi kəsici müddətlər də iddiaçı tərəfindən ötürülmüşdü. Məhkəmə ona təqdim edilmiş sübutları və məhkəmədə dindirilmiş şəxslərin izahatlarını qanunvericiliyin tələbləri ilə qarşılıqlı və əlaqəli şəkində tədqiqinin yekunu olaraq belə hesab edir ki, İddiaçı Cavabdeh2 və Cavabdeh1nə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və ondan doğan hüquqi nəticələrin ləğvi tələbi əsassız olduğundan təmin edilməməli və onun iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia rədd edilsin. İddiaçı Cavabdeh2 və Cavabdeh1nə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və ondan doğan hüquqi nəticələrin ləğvi tələbi əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:- Zamiq Əliyev
Məhkəmə qərarları › İş №2(079)-349/2022
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-349/2022
30.08.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver