Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-357/2022 27.10.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X30 məhkəmə iclas katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı “07” iyul 2022-ci ildə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək mərhum anası X5 mülkiyyətində olan Babək rayonu, Şəkərabad kəndində yerləşən 0.0585 hektar həyətyanı torpaq sahəsinin miras əmlak olaraq onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdi ki, atam X61 26 avqust 1987-ci ildə, anam X19 isə 06 oktyabr 2017-ci ildə ölmüşdü. Onların mən də daxil olmaqla 9 nəfər uşağı olub.
1. X73-20 noyabr 2020-ci il tarixdə ölüb;
2. Hüseynova (Nəbiyeva) Sərfinaz Rəfi qızı-29 iyun 2013-cü il tarixdə ölüb;
3. Məhərrəmova (Nəbiyeva) Ərkinaz Rəfi qızı;
4. X68-19 iyul 1993-cü il tarixdə ölüb;
5. X74;
6. X62;
7. Hüseynova (Nəbiyeva) İmküsün Rəfi qızı;
8. X37;
9. Məmmədova (Nəbiyeva) Əntiqə Rəfi qızı. Mərhum anam X19 06 oktyabr 2017-ci il tarixdə öləndən sonra onun mülkiyyətinə olan Babək rayonu, Şəkərabad kəndində yerləşən 0.0585 hektar həyətyanı torpaq sahəsi miras qalmışdır. Mən anamın ölümündən sonra onun mülkiyyətində olan Babək rayonu, Şəkərabad kəndində yerləşən torpaq sahəsini 28 aprel 2022-ci il tarixdə Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində **********12 nömrəli reyestr və ********** qeydiyyat nömrə ilə rəsmiləşdirib, adına çıxarış almışam. Birinci növbəli vərəsə kimi həmin torpaq sahəsini əkib-becərərək, meyvə ağaclarına qulluq göstərməklə miras əmlakı olaraq faktiki qəbul edib, həyətyanı sahə və əmlaka görə bələdiyyə vergisini ödəmişəm, bu günə borcu yoxdur. Hal-hazırda bacılarım Ərkinaz və İmminisə, o cümlədən də mərhum qardaşlarım Orucun, Ramizin və bacım Sərfinazın vərəsələri miras əmlakın qəbulundan imtina barədə notarial qaydada ərizə veriblər. X4 ilə X62 uzun müddətdir ki, Azərbaycan Respublikası ərazisində qeydiyyatdan çıxıb, Rusiya Fedarasiyasna getmişlər, onlarla hərhansı bir əlaqəmiz yoxdur, heç mərhum anamız Mirvarinin yas mərasiminə belə gəlmədilər. Onlarla nə telefon əlaqələrimiz var, nə də harada yaşamaları barədə hər hansı bir məlumatımız yoxdur. Bacım Hüseynova (Nəbiyeva) İmküsün Rəfi qızı sözügedən miras əmlakla bağlı digər vərəsələr kimi fikrini bildirmədiyindən mən məhkəmə qarşısında iddia qaldırmaq məcburiyyətində qaldım və istəyirəm ki, məhkəmə qaydasında öz həllini tapsın. Mən miras əmlakı faktiki olaraq qəbul etdiyim üçün adıma rəsmiləşdirmək istədim. Buna görə də mirasın qəbulu ilə bağlı müvafiq şəhadətnamə verilməsi üçün Babək Rayon Notariat Ofisinə müraciət etdim. Notariat Ofisinin 19 aprel 2022-ci il tarixli, 33 nömrəli məktubunda mirasın faktiki qəbulunun məhkəmə tərəfindən müəyyən olunduğu üçün məhkəməyə müraciət etməyim tövsiyyə olunmuşdur. İddiaçı məhkəmədə verdiyi izahatında 1967-ci ildə əvvəlki adı ilə Naxçıvan rayonu, Şəkərabad kəndində anadan olduğunu, atasının X63, anasının isə X14 olduğunu, valideynlərinin 1943-cü ildə ailə qurduğunu, onların birgə nikahından dördü oğlan, beşi qız olmaqla doqquz övladının dünyaya gəldiyini, özünün evin sonuncu uşağı olduğunu, atası Rəfinin 1987-ci ildə, anası Mirvarinin isə 06 oktyabr 2017-ci ildə rəhmətə getdiyini, anasının ölümündən sonra Babək rayonu, Şəkərabad kəndində 5 sot torpaq sahəsinin miras qaldığını, anasının sağlığında özünə aid olan torpaq sahəsinin bir hissəsini nəvəsi Cəmaləyə satdığını, miras qalan torpaq sahəsində köhnə tikili ev yerləşdiyini, anasının sağlığında həmin evdə yaşadığını, onun ölümündən sonra anasından miras qalmış evə və torpaq sahəsinə özünün sahiblik etdiyini, həyətində olan ağaclara baxdığını, anasının ölməsindən 5 il keçməsinə baxmayaraq bacılarının ona bu il “anama sən qulluq etmisən, get evi keçir adına” dediklərini, bundan sonra özünün anasından miras qalmış əmlakı adına keçirmək üçün sənədləşmə işləri apardığını, bacısı İmküsündən başqa bütün vərəsələrin buna razılıq verdiyini, həmçinin qardaşlarından Asif və Muxtərin yaşayış yeri barədə məlumatı olmadığından bunu məhkəmədən kənar qaydada həyata keçirə bilmədiyini, anası Mirvarinin sağlığında vəsiyyətnamə tərtib etmədiyini və anasının valideynlərinin hazırda sağ olmadığını, qardaşları Asif və Muxtarın isə 35 ildir ki Naxçıvan ərazisində olmadıqlarını, valideynləri öləndə belə onların yas məclislərində iştirak etmədiklərini, onlar barəsində müvafiq orqanlara müraciət edərək axtarış versələr də nəticəsi olmadığını, bacı-qardaşlarından Oruc, Sərfinaz, Ramizin rəhmətə getdiyini, sağ olan bacı qardaşlarının isə hamısının özünün evi olduğunu, anasından miras qalmış daşınmaz əmlakın bütün xərclərini özü çəkdiyini, onun həyətində olan alma, almaxara, göycə və sair ağaclara özünün baxıb qulluq etdiyini bildirərək, yekunda məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə Cavabdeh mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbini rəhbər tutmaqla cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını tədqiq edən, işdə iştirak edən şəxsin izahatını və şahidlərin ifadələrini dinləyən məhkəmə müəyyən edir ki, İddiaçı anasının X19, atasının isə X61 olması, X19 ilə X61 arasında nikah bağlanması, X38 26 sentyabr 1987-ci ildə, X5 06 oktyabr 2017-ci ildə ölməsi, X3 Babək rayonu, Şəkərabad kəndində yerləşən 0.0585 hektar həyətyanı torpaq sahəsinin miras qalması, X57, X20, X26, X45, X58, X39, X27, X21 və X31 mərhum X5 vərəsələri olması, miras qoyanın vərəsələrindən olan X73 ilə X22 arasında nikaha bağlanması, X57 20 noyabr 2020-ci ildə ölməsi, X28, X46, X15, X6 və X7 X57 vərəsələri olması, X28 mərhum X3, X57 digər vərəsələrinin isə ondan qalan miras əmlakı qəbul etməməsi, X59 ilə miras qoyanın vərəsələrindən olan X40 arasında 17 dekabr 1965-ci ildə nikah bağlanması, X16 29 iyun 2013-cü ildə ölməsi, X41, X29, X23, X17, X8 və X32 X16 vərəsələri olması, onlardan X29 ölməsi, X41, X23, X18, X8 və X32 mərhum X3 miras qalmış əmlakı qəbul etməməsi, Məhərrəmova (Nəbiyeva) Ərkinaz Rəfi qızı və X21 mərhum X3 miras qalan əmlakı qəbul etməməsi, miras qoyanın vərəsələrindən X68 ilə X1 11 oktyabr 1979-cu ildə nikaha daxil olması, X45 isə 19 iyul 1993-cü ildə ölməsi, X2, X42, X47 X45 vərəsələri olması, onun vərəsələrinin məhrum X3 miras qalan əmlakı qəbul etməməsi, miras qoyanın vərəsələrindən X74 ilə X9 24 mart 1999-cu ildə nikaha daxil olması, onun Azərbaycan Respublikası ərazisi üzrə yaşayış və ya olduğu yer üzrə qeydiyyatda olmaması, miras qoyanın vərəsələrindən X43 barəsində “Vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi üzrə nikah və ölüm akt qeydinin olmaması mülki işin mübahisəsiz hallarıdır. Bu faktların mülki işin mübahisəsiz halları olması iddia ərizəsinə əlavə edilmiş aşağıdakılarla təsdiq olunur: - Naxçıvan MSSR Naxçıvan rayonu, Yarımca kənd soveti tərəfindən verilmiş 10 oktyabr 1967-ci il tarixli, AZ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən İddiaçı xx xxxxxxxx 1967-ci il tarixdə Naxçıvan rayonu, Şəkərabad kəndində dünyaya gəlməsi, X38 onun atası, X5 anası olması; - Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 15 aprel 2022-ci il tarixli akt qeydindən çıxarışdan X61 ilə X19 arasında 23 mart 1943-cü il tarixdə nikah bağlanması; - Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilən İİİ-JQ seriyalı, 341523 nömrəli, 15 aprel 2022-ci il tarixli akt qeydindən çıxarışdan X38 26 sentyabr 1987-ci ildə ölməsi; - Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 701393 nömrəli, 09 oktyabr 2017-ci il tarixli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən X5 06 oktyabr 2017-ci ildə Babək rayonu, Şəkərabad kəndində ölməsi; - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, 28 aprel 2022-ci il qeydiyyat tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan Babək rayonu, Şəkərabad kəndində yerləşən 0.0585 hektar torpaq sahəsinin X5 xüsusi mülkiyyətində olması; - Babək Rayon İcra Hakimiyyətinin Şəkərabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 aprel 2022-ci il tarixli, 287 nömrəli arayışdan X57, X20, X26, X45, X58, X39, X27, X21 və X31 X5 vərəsələri olması; - Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 20 aprel 2022-ci il tarixli akt qeydindən çıxarışdan X57 01 sentyabr 1945-ci il tarixdə dünyaya gəlməsi, X38 onun atası, X5 onun anası olması; - Ordubad rayon VVAQ şöbəsi tərəfindən verilmiş 29 dekabr 1975-ci il tarixli, Az seriyalı, 212880 nömrəli evlənmək haqında şəhadətnamənin təsdiq edilmiş surətindən X73 ilə X10 arasında həmin tarixdə nikah bağlanması; - Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İİ seriyalı, 084569 nömrəli, 01 dekabr 2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən X57 20 noyabr 2020-ci ildə ölməsi; - Babək Rayon İcra Hakimiyyətinin Şəkərabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 20 aprel 2022-ci il tarixli, 293 nömrəli arayışdan X28, X46, X15, X6 və X7 X57 vərəsələri olması; -iddia ərizəsinə əlavə edilən və Bakı şəhəri 6 saylı Notariat ofisi tərəfindən təsdiq edilən 07 iyun 2022-ci il tarixli, 8İ-6592 nömrəli, 2 saylı Bakı “ASAN” xidmət mərkəzinin Notariat ofisi tərəfindən təsdiq edilən 30 aprel 2022-ci il tarixli, 8İ-8682 nömrəli, Naxçıvan şəhər 1 saylı Notariat ofisinin 20 may 2022-ci il tarixli, 8İ-1857 və 22 aprel 2022-ci il tarixli, 8İ-1418 nömrəli, 3 saylı Bakı “ASAN” xidmət mərkəzinin Notariat ofisi tərəfindən təsdiq edilən 10 may 2022-ci il tarixli, 8İ-14189 nömrəli ərizələrdən X10, X46, X15, X24, X11 mərhum X3 və X48 qalan miras əmlakı qəbul etməməsi; - Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 20 aprel 2022-ci il tarixli, 012083 nömrəli akt qeydindən çıxarışdan 15 iyul 1949-cu ildə X20 dünyaya gəlməsi, X38 onun atası, X5 onun anası olması; - Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilən 14 iyun 2022-ci il tarixli, İ-JE seryalı, 240470 nömrəli akt qeydindən çıxarışdan X59 ilə X40 arasında 17 dekabr 1965-ci il tarixdə nikah bağlanması və nikah bağlanması zamanı sonuncunun özünə ərinin soyadını seçməsi; - Babək rayon Yarımca kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən AZ-İ seriyalı, 377977 nömrəli, 11 iyul 2013-cü il tarixli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən X16 29 iyun 2013-cü ildə ölməsi; - Babək Rayon İcra Hakimiyyətinin Yarımca kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 iyun 2022-ci il tarixli, 512 nömrəli arayışdan X33, X41, X29, X23, X18, X8 və X32 X16 vərəsələri olması; - Naxçıvan şəhər qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 749723 nömrəli, 14 iyul 2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən X29 07 iyul 2020-ci ildə ölməsi; - Babək rayon Notariat ofisi tərəfindən təsdiq edilən 13 iyun 2022-ci il tarixli, 8İ-751 nömrəli, Bakı şəhəri 24 saylı Notariat ofisi tərəfindən təsdiq edilən 16 iyun 2022-ci il tarixli, 8İ-2677 nömrəli ərizələrdən mərhum X16 vərəsələrinin mərhum X3 miras qalmış əmlakı qəbul etməməsi; - Naxçıvan rayonu, Şəkərabad kənd sovetliyi tərəfindən verilmiş 20 oktyabr 1952-ci il tarixli, İE seriyalı, 644134 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X26 19 oktyabr 1952-ci ildə dünyaya gəlməsi, X38 onun atası, X5 onun anası olması; - Naxçıvan rayonu, Yarımca kənd sovetliyi tərəfindən verilmiş 18 mart 1965-ci il tarixli, AZ seriyalı, 693436 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X21 12 mart 1965-ci ildə dünyaya gəlməsi, X38 onun atası, X5 onun anası olması; - Naxçıvan şəhər 2 saylı Notariat ofisi tərəfindən təsdiq edilən 24 iyun 2022-ci il tarixli, 8İ-1738 nömrəli ərizədən X49 və X37 mərhum X3 miras qalan əmlakı qəbul etməməsi; - Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 20 aprel 2022-ci il tarixli, İJ seriyalı, 428548 nömrəli akt qeydindən çıxarışdan X45 09 yanvar 1956-cı il ildə dünyaya gəlməsi, X38 onun atası, X5 onun anası olması; - Babək rayonu, Yarımca kənd sovetliyi tərəfindən verilən 11 oktyabr 1979-cu il tarixli, İ-JQ seriyalı, 470079 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən X68 ilə X12 arasında 11 oktyabr 1979-cu il tarixdə nikah bağlanması; - Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilən İİ-JQ seriyalı, 419536 nömrəli, 15 aprel 2022-ci il tarixli akt qeydindən çıxarışdan X45 19 iyul 1993-cü ildə ölməsi; - Babək Rayon İcra Hakimiyyətinin Şəkərabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 21 iyun 2022-ci il tarixli, 456 nömrəli arayışdan X2, X42, X47 X45 vərəsələri olması; - Bakı şəhəri 40 saylı Notariat ofisi tərəfindən təsdiq edilən 13 iyun 2022-ci il tarixli, 8İ- 2056 və 8İ-2055 nömrəli, Bakı şəhəri 2 saylı Notariat ofisi tərəfindən təsdiq edilən 14 iyun 2022-ci il tarixli, 8İ-1600 nömrəli ərizələrdən X45 vərəsələri X2, X42 və X47 mərhum X3 miras qalan əmlakı qəbul etməməsi; - Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 21 aprel 2022-ci il tarixli, İJ seryalı, 427588 nömrəli akt qeydindən çıxarışdan X58 03 yanvar 1958-ci ildə dünyaya gəlməsi, X38 onun atası, X5 onun anası olması; - Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilən 13 iyun 2022-ci il tarixli, Vİİ-JQ seryalı, 330685 nömrəli akt qeydindən çıxarışdan X74 ilə X25 arasında 24 mart 1999-cu il tarixdə nikah bağlanması; -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 29 aprel 2022-ci il tarixli, 0xx/xx-2328 nömrəli məktubuna əlavə edilmiş Milli Avtomatlaşdırılmış Pasport Sistemi üzrə məlumat şöbəsi tərəfindən verilmiş 26 aprel 2022-ci il tarixli arayışından X58 Azərbaycan Respublikası ərazisində yaşayış və ya olduğu yer üzrə qeydiyyatda olmaması; - Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 18 aprel 2022-ci il tarixli, İ-İE seryalı, 771820 nömrəli akt qeydindən çıxarışdan X39 15 dekabr 1959-cu ildə dünyaya gəlməsi, X38 onun atası, X5 onun anası olması; -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 29 aprel 2022-ci il tarixli, 0xx/xx-2328 nömrəli məktubuna əlavə edilmiş Milli Avtomatlaşdırılmış Pasport Sistemi üzrə məlumat şöbəsi tərəfindən verilmiş 26 aprel 2022-ci il tarixli arayışından X43 Azərbaycan Respublikası ərazisində yaşayış və ya olduğu yer üzrə qeydiyyatda olmaması; - Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 13 iyun 2022-ci il tarixli, 265 nömrəli arayışdan X39 barəsində nikah haqqında akt qeydinin aşkar edilməməsinin müəyyən olunması; - Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 21 aprel 2022-ci il tarixli, 178 nömrəli arayışdan X39 barəsində ölümü haqqında akt qeydinin aşkar edilməməsinin müəyyən olunması aydın olur. Bunlardan başqa X58 və X39 Azərbaycan Respublikası ərazisində yaşayış və ya qeydiyyatda olduğu yer barədə məlumat olmaması "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan da öz təsdiqini tapır. Babək Rayon İcra Hakimiyyətinin Şəkərabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 09 iyun 2022-ci il tarixli, 432 və 433 nömrəli arayışlardan X58 və X39 Babək rayonu, Şəkərabad kəndində yaşamaması müəyyən edilir. İddiaçınun mərhum anası X3 miras qalmış Babək rayonu, Şəkərabad kəndində yerləşən 0.0585 ha torpaq sahəsini miras əmlak kimi qəbul edilməsinin müəyyən edilməsini tələb etməsi isə mülki işin mübahisəli halıdır. Məhkəmə mülki işin mübahisəli halının hüquqi həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir neçə qərarında qeyd edilir ki, konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi və digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinin məzmunundan isə aydın olur ki, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Mülki iş materialları ilə miras qoyan X5 06 oktyabr 2017-ci ildə ölməsi sübuta yetirilir. Yəni onun ölümü ilə miras açılmış və bu andan sonra miras əmlak üzrə müəyyən şəxslərvərəsəliyə çağırılan şəxs (mümkün vərəsə) subyektiv vərəsəlik hüququnu həyata keçirmək və miras əmlakı əldə etmək imkanı qazanmışdı. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə vərəsəlik anlayışı altında, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür. Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır (Mülki Məcəllənin 1133-cü maddəsi). İddia tələbinin məhkəmədə araşdırılması zamanı miras qoyan X19 tərəfindən vəsiyyətnamə tərtib edilmədiyi müəyyən edilmişdi. Qeyd edilən fakt Babək Rayon Notariat Ofisinin 10 avqust 2022-ci il tarixli, 74 nömrəli məktubu ilə müəyyən edilir. Bu isə o deməkdir ki, hazırkı vəziyyətdə vərəsəliyin qanunla müəyyən edilmiş əsası tətbiq edilməlidir. Mülki Məcəllənin 1134.1-cü maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Qanun üzrə vərəsələrin dairəsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən qanun üzrə vərəsəliyin beş növbəsi fərqləndirilir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinin mahiyyətinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsələr sayılır. Bundan başqa qeyd edilən Məcəllənin 1159.1.3-cü maddəsinin mahiyyətinə görə birinci növbə vərəsələrin nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Məhkəmə həmçinin onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1160-cı maddəsinin tələbinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Qanunvericiliyin sadalanan tələblərini iş materialları ilə əlaqələndirən məhkəmə bildirir ki, X19 06 oktyabr 2017-ci ildə öldüyü vaxt onun övladlarından Hüseynova (Nəbiyeva) Sərfinaz Rəfi qızı və X34 deyildi. Bu səbəbdən də miras qoyanın öldüyü sağ olan digər övladları ilə birlikdə onun ölümündən qabaq dünyasını dəyişmiş övladlarının- Hüseynova (Nəbiyeva) Sərfinaz Rəfi qızı və X45 uşaqları onun qanun üzrə vərəsəsi sayılır. Miras qoyanın vərəsələrinin dairəsi müəyyən edildikdən sonra miras əmlakın dairəsi ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 94-cü bəndinə görə mirasın tərkibinə ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Qanunvericiliyə əsasən mirasın tərkibinə miras qoyanın sağlığında mülkiyyət hüququ əldə etdiyi daşınmaz və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlak, habelə mükafat, müəllif qonorarı, alınmamış əmək haqqı, pensiya, bank əmanətləri, qiymətli kağızlar, müəssisədəki pay və sığorta ödənişi və s. daxil edilir. Miras qoyanın qanunla müdafiə edilən əmlak və şəxsi qeyri-əmlak hüquqlarına zərər vurulması ilə əlaqədar dəymiş ziyanın ödənilməsi haqqında tələb vərəsələrə keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1257-ci maddəsində isə mirası qismən qəbul etməyin yolverilməzliyi öz əksini tapmışdır. Mülki Məcəllənin yuxarıda qeyd edilən normaları özündə miras əmlakın tamlığı, bütövlüyü prinsipini ehtiva edir. Mülki iş materiallarından məlum olur ki, Babək rayonu, Şəkərabad kəndində olan 0.0585 hektar torpaq sahəsi xüsusi mülkiyyətdə olan əmlakdır və onun mülkiyyətçisi mərhum X13r. Yuxarıda da qeyd edildiyi kimi Azərbaycan Respublikası Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mirasın açıldığı yerin anlayışı isə Mülki Məcəllənin 1147-ci maddəsi ilə müəyyən edilir. Belə ki, həmin normaya görə miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Əgər miras müxtəlif yerlərdədirsə, mirasın açıldığı yer daşınmaz əmlakın və ya onun qiymətli hissəsinin olduğu yer, daşınmaz əmlak olmadıqda isə daşınar əmlakın və ya onun əsas hissəsinin olduğu yer sayılır. Əgər miras əmlak üzrə miras qoyanın bir neçə vərəsəsi olsa bu zaman hər bir vərəsə mirası müstəqil qəbul etməlidir. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarından görünür ki, Azərbaycan Respublikası mülki qanunvericiliyi mirasın qəbul edilməsinin iki üsulunu - formal, yəni notariat kontoruna ərizə verməklə və qeyri-formal–faktiki cəhətdən qəbul edilmə üsulunu müəyyənləşdirir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu, yəni onu faktiki olaraq qəbul etmək isə iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Mirasın faktiki qəbulu üsulu odur ki, bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib olur, onun üzərində fiziki “ağalıq” edir. Yəni bu hərəkətlərdən mirası qəbul etməsi açıq-aşkar görünür və bəlli olur. Mirasın faktiki idarə edilməsi isə üsulu isə o deməkdir ki, vərəsənin etdiyi elə hərəkətdir ki, bu hərəkətləri adətən o öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün edir. “G. Qəhrəmanovanm şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının “18” oktyabr 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “18” iyul 2014-cü il tarixli qərarında göstərmişdir ki, miras əmlakı faktiki idarə etmək vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.” İşin mübahisəli halının məhkəmə araşdırılması zamanı müəyyən olunur ki, İddiaçı mirası qeyri-formal üsulla qəbul etmişdi. Yəni o, mirası faktiki idarə etməklə qəbul edib. Bu fakt həm məhkəmədə tədqiq edilən sübutlarla, həm də məhkəmədə dindirilmiş şahid ifadələri ilə öz təsdiqini tapır. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində Babək rayonu, Şəkərabad kəndində yaşadığını, özünün yaşadığı evin yerləşdiyi torpaq sahəsinin mərhum Mirvari Zeynalovanın torpaq sahəsinə bitişik olduğunu, yəni onunla qonşuluqda yaşadığını, onun qaldığı evin köhnə möhrə divardan ibarət olduğunu, 2017-ci ilin oktyabr ayında Mirvarinin rəhmətə getdiyini, onun yas mərasimində özünün şəxsən iştirak etdiyini, bildiyinə görə Mirvarinin 4 qızı 3 oğlan övladı olduğunu, onun ölümündən sonra mərhumun evində heç kimin qalmadığını, amma həyətdə olan ağaclara Əntiqənin qulluq etməsini, həmçinin onun oğlu ilə birlikdə dəfələrlə həyəti yığışdırmasının şahidi olduğunu, mərhuma məxsus həyətdə alma, ərik, almaxara ağaclarının olduğunu, özünün yaşadığı həyətdən baxanda Mirvarinin həyətinin göründüyünü, Əntiqə və onun oğlunun həyəti yığışdıran zaman bir neçə dəfə ondan təsərrüfat alətləri aldığını, həyətdə ağaclardan başqa əkin-biçin işlərinin olmadığını, Mirvarinin ölümündən sonra onun yaşadığı evdə Əntiqə və onun oğlundan başqa heç kimi görmədiyini, sonuncu dəfə mərhumun ölməsinin il dönümü ərəfəsində onların həyəti yığışdırdığını gördüyünü qeyd etmişdi. Digər Şahid1 məhkəmədə verdiyi ifadəsində 8-ci sinifdən oxuyandan Babək rayonu, Şəkərabad kəndində yaşadığını, özünün qaldığı evlə mərhumun Mirvarinin yaşadığı ev arasında bələdiyyəyə məxsus torpaq sahəsində yerləşən artezian quyusunun olduğunu, xatırladığına görə Mirvarinin 2017-ci ilin oktyabr ayında öldüyünü, onun yas mərasimində ilk iştirak edən şəxslərdən birinin özünün olduğunu, bu barədə bir neçə dəfə zəng edib xəbər verdiyini, mərhumun uşaqlarından Oruc, Ərkinaz, Sərfinaz, Əntiqə, İmküsün və Muxtəri tanıdığını, Mirvarinin ölənə kimi Babək rayonu, Şəkərabad kəndində yerləşən evində tək yaşadığını, arabir isə bir nəvəsinin gəlib onunla qaldığını, o, öldükdən sonra isə onun evində heç kimin yaşamadığını, Mirvariyə məxsus həyətdə alma, ərik ağacları olduğunu, mərhumun ölümündən sonra həyətdə olan evə qulluq etməsində, oranın təmizlənməsində Əntiqə və Ərkinazı gördüyünü, həyət-bacaya onların baxdığını, qulluq etdiyini, sonuncu dəfə Əntiqəni həyətdə 2022-ci ilin oktyabr ayının 12-də kənddə şəhidin il dönümü ilə bağlı olan mərasim zamanı gördüyünü, Mirvarinin ölümündən sonra onun həyətində Əntiqə, Ərkinaz və Əntiqənin oğlundan başqa heç kimi görmədiyini bildirmişdir. Şahid ifadələrinin sübut kimi qəbul edilənliyinə gəldikdə məhkəmə bildirir ki, iddiaçının məhkəməyə təqdim etdiyi şahidlərin iş üçün əhəmiyyət kəsb edən halın, yəni iddiaçının mirasın qəbul etmə faktının müəyyən edilməsi üçün kifayət edir. Çünki onların hər ikisi mərhum Mirvari Zeynalovanın ölümündən qabaq yaşamış və hazırda miras qalmış torpaq sahəsinin qonşuluğunda yaşamaqla orada baş verənləri müşahidə etmişdi. Həmçinin onların ifadəsində qeyd etdiyi bir çox xüsusiyyət də üst-üstə düşür. Bunlarda əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 99-cu bəndinə görə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: -vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; -mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; -mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; -miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Qeyd edilən normanı mülki iş materialları ilə əlaqəli şəkildə tədqiq edən məhkəmə qeyd edir ki, İddiaçı mirası qeyri-formal üsulla qəbul etməsi aşağıdakı sübutlarla öz təsdiqini tapır: -iddia ərizəsinə əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Babək rayonu, Şəkərabad bələdiyyəsi tərəfindən verilmiş 19 aprel 2022-ci il tarixli, 17 nömrəli arayışda X5 Babək rayonu, Şəkərabad kəndində yerləşən pay torpağı, həyətyanı sahə və əmlaka görə bələdiyyə vergisinin ödənilməsi, arayışın verildiyi tarixə borcunun olmaması qeyd edilir; -iş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Babək rayonu, Şəkərabad bələdiyyəsi tərəfindən verilmiş 10 avqust 2022-ci il tarixli, 26 nömrəli arayışda X5 ölümündən sonra onun mülkiyyətində olan Babək rayonu, Şəkərabad kəndində yerləşən əmlakla bağlı bələdiyyə vergisinin İddiaçı ödəməsi göstərilir; -iş materiallarına əlavə edilmiş Babək Rayon İcra Hakimiyyətinin Şəkərabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 avqust 2022-ci il tarixli, 559 nömrəli arayışda X5 ölümündən sonra onun mülkiyyətində olan Babək rayonu, Şəkərabad kəndində yerləşən əmlakla İddiaçı nəzarət etməsi öz əksini tapır. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, Babək rayonu, Şəkərabad kəndində yerləşən və mərhum X3 qalmış mirasın İddiaçı tərəfindən faktiki olaraq qəbul edilməsi müəyyən edilməlidir. Məhkəmə onu da tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edilsə də, iddiaçı məhkəməyə ərizə isə müraciət edərək iddia qaldırılan zaman ödədiyi 100 (bir yüz) manat miqdarında dövlət rüsumu özünə aid edilməsini məhkəmədən xahiş emişdi. Məhkəmə həmçinin onu da tərəflərin nəzərinə çatdırır ki, miras qoyanın vərəsələrindən hər hansı birinin mirasın qəbul etməsi ilə bağlı məhkəməyə müraciət etməsi digər vərəsələrinin bununla bağlı hüququnu məhdudlaşdırmır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia təmin edilməli; - 06 oktyabr 2017-ci ildə Babək rayonu, Şəkərabad kəndində ölən X3 miras qalmış əmlakın (o cümlədən Babək rayonu, Şəkərabad kəndində yerləşən sahəsi 0.0585 hektar torpaq sahəsinin) İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən olunmalı; -iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat miqdarında dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qətetdi:
İddia təmin edilsin. 06 oktyabr 2017-ci ildə Babək rayonu, Şəkərabad kəndində ölən X3 miras qalmış əmlakın (o cümlədən Babək rayonu, Şəkərabad kəndində yerləşən sahəsi 0.0585 hektar torpaq sahəsinin) İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən olunsun. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat miqdarında dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:- Zamiq Əliyev