Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(079)-372/2020 19.10.2020 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Mən, Babək Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlu, İddiaçı Cavabdeh qarşı “miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq, müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək X1 miras qalmış Babək rayonu, Aşağı Uzunoba kəndində yerləşən, sahəsi 0.13 ha həyətyanı torpaq sahəsi və 797 kv.m xüsusi mülkiyyətə verilmiş fərdi yaşayış sahəsi, həmçinin 0.44 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 1263 kv.m xüsusi mülkiyyətə ayrılan əkin sahəsinin onun, yəni İddiaçı tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini, ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, aşağıda göstərilənlərə görə iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə görə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakimiddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.1.-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Həmin Məcəllənin 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı mərhum atası X1 miras qalmış Babək rayonu, Aşağı Uzunoba kəndində yerləşən, sahəsi 0.13 ha həyətyanı torpaq sahəsi və 797 kv.m xüsusi mülkiyyətə verilmiş fərdi yaşayış sahəsi, həmçinin 0.44 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 1263 kv.m xüsusi mülkiyyətə ayrılan əkin sahələrinə dair vərəsəlik şəhadətnaməsinin verilməsi üçün müvafiq notariat orqanına müraciət etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi iddiaçıya geri qaytarılmalıdır. İddiaçıya izah olunsun ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə görə ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, məhkəmə iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, xx.xx.2020-ci il tarixdə 80849 nömrəli qəbzlə İddiaçı tərəfindən “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialına 10 manat məbləğində ödədiyi dövlət rüsumu ona qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.1.5, 152.1.6, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı Cavabdeh qarşı “miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılsın. Tərəflərə izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçı tərəfindən “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialına xx.xx.2020-ci il tarixdə 80849 nömrəli qəbzlə ödənilmiş 10 manat dövlət rüsumu ona qaytarılsın. Qərardaddan, o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №2(079)-372/2020
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-372/2020
19.10.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver