Məhkəmə qərarları › İş №2(079)-46/2021

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-46/2021

09.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(079)-46/2021 09.02.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X6 məhkəmə iclas katibliyi, İddiaçı, onun vəkili Vəkil1, Cavabdeh, onun vəkili Vəkil2 və cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı xx xxxxxxx 2020-ci il tarixidə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ilə birgə nikah dövründə Babək rayonu, Didivar kəndində yerləşən torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinə çəkilən xərcin yarısının ona ödənilməsi, eləcə də xx xxxxxx 2014-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında əldə olunmuş “Vaz 21074” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə əlaqədar bağlanmış xx xxxxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin avtomobilin birgə nikah dövründə qazanılmış əmlak hesab edilməsi və dəyərinin yarısının cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, tələbini əsaslandıraraq bildirmişdir ki, Cavabdeh ilə xx xxxxxxxx 2011-ci il tarixdə rəsmi nikah qeyd etdirib ailə qurmuşam. Bizim həmin nikahdan bir övladımız dünyaya gəlib. Müəyyən səbəblərdən aramızda olan nikah Babək Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(079)-76/2020 nömrəli qətnaməsi ilə pozulub. Birgə nikahda olarkən 2014-cü il tarixdə yaşadığımız Babək rayonu, Didivar kəndində qayınatam X8 razılığı ilə ona məxsus olan 1052.24 kvadrat metr həyətyanı torpaq sahəsi üzərində təməlindən başlayaraq 3 otaq, 1 salon, 1 mətbəx, hamam tualet tikib, dam örtüyünü vurmuşduq. Təxminən həmin evin tikintisinə 20000 (iyirmi min) manat xərc çəkmişik. Lakin nikahımız pozulduğuna görə evin içində hər hansı bir kosmetik iş aparmamışıq. Biz ev tikdiyimiz vaxtda mən “Ləzzət” biskvit və şokolad fabrikində, Əyyub isə “Ləzzət” firmasında ekspeditor işləyirdi. Hər ikimiz yüksək məbləğdə əmək haqqı alıb, evin tikilməsinə xərcləmişik. Ona görə də həmin evə çəkilmiş xərcini yarısı, yəni 10000 (on min) manatın cavabdehdən alınıb mənə verilməlidir. Bundan başqa Əyyubla mənim aramızda olan ailə münasibətləri pozulduğuna görə o, xx xxxxxx 2019-cu il tarixdə Naxçıvan şəhərində kirayədə yaşadığımız mənzildən çıxıb getdi. Mən də övladımı özümlə birlikdə götürüb atam evinə getdim. Hal-hazırda da orada yaşayıram. Əyyub isə bundan istifadə edərək nikaha daxil olduqdan sonra birgə yaşadığımız dövrdə alqı-satqı müqaviləsi əsasında onun adına xx xxxxxx 2014-cü il tarixdə aldığımız “Vaz 21074” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobili (xx xxxxxx 2017-ci il tarixdə dövlət qeydiyyat nişanlı dəyişdirilərək **-BE-*** dövlət qeydiyyat nişanı verilmiş) xx xxxxxx 2019-cu il tarixdə, yəni ayrı yaşadığımız dövrdə mənim xəbərim və razılığım olmadan alqı-satqı müqaviləsi əsasında 5000 (beş min) manat müqabilində Babək rayonu, Şıxmahmud kənd sakini X1. Mən birgə nikah dövrü inşa etdiyimiz evə çəkilən xərcin və avtomobilin satışına görə əldə olunan puldan mənə çatacaq payı dəfələrlə Əyyubdan tələb etsəm də o, bundan qəti olaraq imtina edir. İddiaçı və onun vəkili Vəkil1 xx xxxxxx 2021-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında məhkəməyə müraciət edərək Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız edilməsi və birgə nikah dövründə inşa edilən yaşayış evinə çəkilən xərclərin yarısının ödənilməsi dair iddia tələbi ilə məhkəmədə iddia qaldırdığını, həmin yaşayış evinin Babək rayonu, Didivar kəndində yerləşən 1052.24 kvadrat metr həyətyanı torpaq sahəsi üzərində olduğunu, işin məhkəmədə baxılması zamanı torpaq sahəsinin X10, X4, X11 və X7 mülkiyyətində olmasının müəyyən edildiyini, bu səbəbdən də iddia tələbinin birgə nikah dövründə inşa edilən yaşayış evinə çəkilən xərclərin yarısının ödənilməsinə dair hissədə baxılmamış saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edərək bu barədə ərizəsini məhkəməyə təqdim etmiş və məhkəmənin xx xxxxxx 2021-ci il tarixli, 2(079)-46/2021 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız edilməsi və birgə nikah dövründə inşa edilən yaşayış evinə çəkilən xərclərin yarısının ödənilməsi tələbinə mülki iş üzrə iddia tələbinin “birgə nikah dövründə inşa edilən yaşayış evinə çəkilən xərclərin yarısının ödənilməsi”nə dair hissəsi baxılmamış saxlanılmalıdır. Bundan əlavə iş üzrə xx xxxxxx 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı və Cavabdeh eyni tarixli ərizə ilə məhkəməyə müraciət edərək, aralarında razılığa gəldiklərini və məhkəmədən aralarında razılığa gəldikləri və aşağıda qeyd edilən şərtlər daxilində barışıq sazişini təsdiq edilməsini xahiş etmişlər: -iş üzrə Cavabdeh İddiaçı Vaz 21074” markalı minik, **-BE-*** dövlət qeydiyyat nişanlı nişanlı (buraxılış ili 2007, rəngi ağ mirvari, mühərrik: 8973704, ban: XTA**********0021) avtomobilin faktiki satışından əldə olunan 4900 (dörd min doqquz yüz) manat məbləğin yarısını təşkil edən 2450 (iki min dörd yüz əlli) manat məbləğinin 1050 (bir min əlli) manat hissəsini əvvəldən tam şəkildə, qalan 1400 (bir min dörd yüz) manat hissəsini isə xx xxxx 2021-ci ildən başlayaraq növbəti ayların 21-də hər ay 100 (bir yüz) manat olmaqla ödəməyi öhdəsinə götürür, İddiaçı isə bunu qəbul edir; -həmçinin İddiaçı Cavabdeh tərəfindən 2450 (iki min dörd yüz əlli) manat məbləğində pul tam ödənildikdən sonra yuxarıda qeyd edilən avtomobilə dair İddiaçı gələcəkdə başqa bir tələbi olmayacaq. Məhkəmə iş üzrə tərəflərin barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi barədə xahişini və mülki iş materiallarını qanunvericiliyin tələbləri ilə əlaqəli şəkildə tədqiq edərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinin tələbinə görə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmçinin həmin Məcəllənin 191.1-ci maddəsinin mahiyyətindən görə tərəflərin barışıq sazişi məhkəmə iclasının protokolunda bunun şərtlərinin qeyd etməklə imzalaması və ya bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Bundan əlavə qeyd edilən Məcəllənin 52.5-ci maddəsi ilə müəyyən edilir ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə iş materiallarını və barışıq sazişinin şərtlərini araşdırıb yuxarıda qeyd olunan prosessual hüquq normalarına istinadən hesab edir ki, barışıq sazişinin şərtləri qanuna zidd olmadığından, tərəflərin və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından barışıq sazişinin şərtləri təsdiq olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0 və 261.0.5-ci maddələrinin mahiyyətinə əsasən tərəflər barışıq sazişi imzalamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 191.2-ci maddəsinin tələbinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prossesual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddidan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Yuxarıda qeyd edilən prosessual normanın tələbini rəhbər tutaraq tərəflərə izah edilsin ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə məhkəmə hesab edir ki, tərəflərin bağlamış olduqları xx xxxxxx 2021-ci il tarixli barışıq sazişi qanuni və əsaslı olduğu üçün təsdiq edilməli, hazırki mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 122.3-cü maddəsinə tərəflər barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin razılığına uyğun olaraq bölüşdürülür. Hazırki vəziyyətdə isə tərəflə bu barədə məhkəməyə hər hansı razılıq və saziş təqdim etmədiyindən məhkəmə hesab edir ki, bu hala hüquqi qiymət verilməsinə ehtiyac yoxdur. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191, 262- 264, 267- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız edilməsi tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış xx xxxxxx 2021-ci tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. İş üzrə Cavabdeh İddiaçı Vaz 21074” markalı minik, **-BE-*** dövlət qeydiyyat nişanlı nişanlı (buraxılış ili 2007, rəngi ağ mirvari, mühərrik: 8973704, ban: XTA**********0021) avtomobilin faktiki satışından əldə olunan 4900 (dörd min doqquz yüz) manat məbləğin yarısını təşkil edən 2450 (iki min dörd yüz əlli) manat məbləğinin 1050 (bir min əlli) manat hissəsini əvvəldən tam şəkildə, qalan 1400 (bir min dörd yüz) manat hissəsini isə xx xxxx 2021-ci ildən başlayaraq növbəti ayların 21-də hər ay 100 (bir yüz) manat olmaqla ödəməyi öhdəsinə götürür, İddiaçı isə bunu qəbul edir.

2. İddiaçı Cavabdeh tərəfindən 2450 (iki min dörd yüz əlli) manat məbləğində pul tam ödənildikdən sonra yuxarıda qeyd edilən avtomobilə dair İddiaçı gələcəkdə başqa bir tələbi olmayacaq. İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız edilməsi tələbinə mülki iş üzrə barışıq sazişi məhkəmə tərəfindən təsdiq olunduğundan iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsinin eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar