Məhkəmə qərarları › İş №2(079)-465/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-465/2023

05.12.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-465/2023 05.12.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X12 məhkəmə iclas katibliyi, İddiaçı, onun vəkili Vəkil, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13, şahidlər Şahid1, Şahid4, Şahid3 və Şahid2 iştirakı ilə, İddiaçı Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1nə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı “09” avqust 2023-cü ildə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1nə qarşı iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Babək Rayon Notariat Kontorunun (əvvəlki adı ilə) 13 avqust 2018-ci il tarixli, 2V-17 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməsinin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdir ki, mərhum atam Zeynalov Vəkil Şəveş oğlu 04 iyun 2001-ci ildə vəfat etmişdir. Ondan Babək rayonu, Nəzərabad kəndində yerləşən JN 337 nömrəli “Torpağın mülkiyyət hüququna dair” dövlət aktı əsasında verilmiş kənd təsərrüfatlı təyinatlı 0.75 hektar paylı torpaq sahəsi miras olaraq qalmışdır. Bundan əlavə paylı mülkiyyət olaraq hal-hazırda mənim faktiki olaraq yaşadığım evin yerləşdiyi həyətyanı torpaq sahəsi də atamdan miras əmlak olaraq qalmışdır. Qeyd edilən hər iki torpaq sahəsi paylı mülkiyyət olaraq verilmişdir. Orada (hər iki torpağın mülkiyyətə verilməsinə dair hüquqi sənəddə) atamın, analığımın və hər iki bacımın (Hürü və Tovuz) adı qeyd olunmuşdur. Mən atamın və anamın sağlığında və onların ölümündən sonra da hal-hazırda yaşadığım evdə yaşamışam. Beləliklə də miras əmlakı faktiki olaraq qəbul etmişəm. X3 isə 2019-cu ildə vəfat etmişdir. 31 iyul 2018-ci il tarixində Babək rayonu, Nəzərabad kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyin 247 saylı arayışında mərhum atam Zeynalov Vəkil Şəveş oğlunun vərəsələri 9 vərəsəsi olduğu halda onlardan 6-sı qəsdən gizlədilərək (sənəd saxtalaşdırılaraq) saxta vərəsəlik arayışı təqdim edilmişdir. Həmin vərəsəlik arayışı əsasında yuxarıda qeyd edilən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi analığım Xanımın adına vərəsəlik icraatı açılmış, onun adına qanun üzrə vərəsəlik hüquqi haqqında şəhadətnamə verilmiş, Xanım isə atamdan qalan miras əmlakın ona aid hissəsini öz adına sənədləşdirmiş, bundan sonra isə həmin torpaq sahəsi satılmışdır. Mənim bundan ümumiyyətlə məlumatım olmamışdır. Halbuki mən qeyd etdiyim kimi miras əmlakı faktiki olaraq qəbul edən həqiqi vərəsəyəm və ümumiyyətlə notariat ofisində vərəsəlik icraatı açılan zaman mənə də birinci növbəli vərəsə (mümkün vərəsə) qismində məlumat verilməli idi. Lakin icra nümayəndəliyinin saxta arayışına notariat ofisi fikir verməmiş və həmin arayış əsasında vərəsəlik icraatı aparılmışdır. Həmin torpaq sahəsini Xanımın adına sənədləşdirdikdən sonra (vərəsəlik icraatı və paylı mülkiyytəçilər olan Tovuz və Hürü öz payını Xanımın adına rəsmiləşdirdikdən sonra) Xanım həmin torpaq sahəsini üçüncü şəxsə alqı-satqı yolu ilə özgəninkiləşdirilmişdir. Mən 2023-cü ilin yanvarın 21-i Cavabdeh1nə yaşadığım evi (atamdan miras qalan, lakin hələ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayan) sənədləşdirmək üçün (vərəsəlik qaydasında) müraciət etdikdə orada mənə məlum oldu ki, qeyd edilən torpaq sahəsi artıq mənim məlumatım olmadan sənədləşdirilmiş və həll olunmuşdur. Mən bundan sonra bu məlumatı aldıqdan sonra artıq rəsmi qaydada Babək rayon prokurorluğuna rəsmi qaydada müraciət etdim və müraciətim əsasında rəsmi qaydada cinayət işi başlanıldı. Halhazırda həmin cinayət işinin istintaqı rəsmi qaydada davam edir. Yuxarıda qeyd etdiyim kimi mən faktiki olaraq miras əmlakı qəbul etmişəm. Eyni zamanda yuxarıda digər vərəsələr Hürü və Tovuz atamdan qalan paylı miras əmlakdan rəsmi qayada notarial olaraq imtina etmişdir. Mirasın bir hissəsindən imtina ondan bütövlükdə imtina sayılır. Yəni Tovuz və Hürünün digər miras əmlak olan (Vəkil və Xanıma münasibətdə) həyətyanı sahəsindən vərəsə olaraq heç bir paylarından söhbət gedə bilməz (özlərinin payları istisna olmaqla həmin torpaq sahəsində də onlar payçı kimi qeyd olunmuşdur). Mən həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunmasını istəyirəm. 12 sentyabr 2023-cü ildə keçirilən məhkəmə hazırlıq iclasında İddiaçı iddia tələbini artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək mülki işə atası Zeynalov Vəkil Şəveş oğlundan miras qalmış əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbi kimi baxılmasını məhkəmədən xahiş etmişdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələbinə əsaslanmaqla məhkəmə mülki işə iddia tələbinin həcminin artırılması nəzərə almaqla baxmışdı. İddiaçı məhkəmədə verdiyi izahatında iddia tələbini müdafiə etdiyini, 1973-cü ildə əvvəlki adı ilə Naxçıvan rayonu, Nəzərabad kəndində anadan olduğunu, atasının Zeynalov Vəkil Şəveş oğlu, anasının isə X15 olduğunu, onların evliliyindən 5 uşaq yəni özü, qardaşları Fərhad, Səyyad, bacıları Çiçək və Həvvanın olduğunu, qardaşlarının 2016-cı ildə rəhmətə getdiyini, bildiyinə görə atasının 3 dəfə rəsmi, 2 dəfə isə qeyri-rəsmi ailə qurduğunu, atasının birinci evliliyinin Pərişanla olduğunu, anası Pərişan 1976-cı ildə öldükdən sonra atasının Göyərçin ilə ailə qurduğunu, sonuncu ilə evliliyindən atasının uşağı olmadığını, atasının üçüncü dəfə 1991-ci ildə X14 ilə ailə qurduğunu, onunla evliliyindən Hürü və Tovuz adlı iki uşaq olduğunu, Xanımın Vəkil ilə ailə qurmasından sonra Babək rayonu, Nəzərabad kəndində yerləşən atası Vəkilin evində yaşadığını, bacıları Hürü və Tovuzun da həmin evdə dünyaya gəldiyini, atası Xanım ilə ailə quran vaxt özünün subay olduğunu, sözü gedən vaxtda atası evində özünün, bacısı Həvvanın, analığı Xanımın yaşadığını, atası ilə Xanımın ailə qurmasından 6 ay sonra özünün evləndiyini, bacısı Həvvanın isə 1993-cü ildə ailə qurub, ər evinə getdiyini, atasından qalan evin iki otaq, bir koridor və aynəbənddən ibarət olduğunu, sonradan özünün həmin evə əlavələr etdiyini, atasının sağ vaxtında otaqların birində özünün ailəsi ilə, digərində isə atasının Xanım və qızları ilə birlikdə qaldığını, 2001-ci ilin iyun ayının 4-də atasının rəhmətə getdiyini, bundan sonra da özün ailəsi ilə birlikdə və analığı Xanımın qızları Hürü və Tovuz ilə həmin evdə əvvəlki qaydada yaşamağa davam etdiyini, atası öləndə Hürü və Tovuzun 8-9 yaşında olduğunu, Xanımın isə ölənədək, yəni 2019-cu ilədək atası Vəkilə məxsus evdə qaldığını, Hürünün təqribən Xanımın ölümündən 5- 6 il, Tovuzun isə onun ölümündən 1 il qabaq ailə qurub ər evinə getdiyini, atası Vəkilin sağlığında vəsiyyətnamə tərtib etmədiyini, 2023-cü ilin yanvar ayında Xanımın atasından qalan mirası qəbul etməsi barədə şəhadətnamə almasından xəbər tutduğunu, bunun səhərisi gün Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə ərizə ilə müraciət etdiyini, daha sonra isə Naxçıvan Muxtar Respublikası Prokurorluğuna ərizə yazdığını, bundan sonra vərəsəlik arayışını verən icra nümayəndəsinin və onun müavini barəsində cinayət işi başlandığını, ata evinin sahəsi 16 hektar olan torpaq sahəsində tikildiyini, atasından qalan çöl torpağının 2008-2009-cu illərdə Xanımın Aydın adlı şəxsə satdığını, atasından qalan evin sənədləşdirilmədiyini, atasından qalan həm həyətyanı, həm də çöl torpaq sahələrinin Xanım, Hürü, Tovuz və atasının mülkiyyətində olduğunu, Xanım tərəfindən mirasın qəbulunun qanunsuz həyata keçirildiyini, çünki vərəsəlik arayışında Zeynalov Vəkil Şəveş oğlunun vərəsələrinin dairəsi düzgün qeyd olunmadığını, orada ancaq Xanımın və onun uşaqlarının adının qeyd edildiyini, halbuki, özünün doğulduğu gündən bu günədək ata evində yaşayaraq mirası qəbul etdiyini, həmin evə qulluq edib, orada tikililər apardığını, Xanım və onun qızları yaşadığı otaqların əvvəlki kimi qaldığını, orada heç kimin yaşamadığını, bildiyinə görə Aydının atasından miras qalan, yəni Xanımın ona satdığı torpaq sahəsi üzərində parnik tikdiyini, artezian quyusu qazdırdığını, atası öldüyü gündən 2023-cü ilədək mirasın qəbulu ilə bağlı hər hansı orqana müraciət etmədiyini, oranın atası evi olduğunu, heç kimin ona nəsə deyəcəyini düşünmədiyini, bu günədək ona hər hansı şəxsin “evdən çıx” sözünü demədiyini, cavabdehlərin ata evi kimi onun yaşadığı evə gəlib-getməsinə etirazının olmadığını qeyd edərək, yekunda tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 məhkəmədə verdiyi izahatında iddia tələbini qəbul etdiyini, 1991-ci ildə Babək rayonu, Nəzərabad kəndində anadan olduğunu, atasının Zeynalov Vəkil Şəveş oğlu, anasının X14 olduğunu, onların evliliyindən iki uşaq, yəni özü və bacısı Tovuzun dünyaya gəldiyini, bildiyinə görə atasının 3 dəfə ailə qurduğunu, onun birinci arvadının Pərişan olduğunu, həmin evliliyindən Fərhad, Səyyad, Çiçək, Həvva və Əlinin dünyaya gəldiyini, atasının ikinci dəfə Göyərçin adlı qadınla ailə qurduğunu, onunla olan evliliyindən uşaq olmadığını, üçüncü evliliyinin isə anası Xanımla olduğunu, özünün Zeynalov Vəkil Şəveş oğlunun evində böyüdüyünü, həmin evdə qardaşı Əlinin ailəsi ilə birlikdə, həmçinin anası Xanım, bacısı Tovuz, atası Vəkil və özünün qaldığını, atasından qalan evin 4 otaqlı olduğunu, 1 otaq və aynabəndin yarısının Əlinin istifadəsində, bir otaq, bir koridor və aynabəndin qalan yarısının isə onların istifadəsində olduğunu, özü, atası, bacısı və anasının birlikdə, Əlinin isə ailəsi ilə ayrı yaşadığını, atasının 2001-ci ilin iyun ayının 3-də öldüyünü, həmin vaxt özünün 10, bacısı Tovuzun isə 9 yaşı olduğunu, özünün 23 yaşına qədər, bacısı Tovuzun isə 25 yaşına qədər ata evində yaşadığını, anasının 2019-cu ilin noyabr ayının 7-də rəhmətə getdiyini, özünün gözünü açanda qardaşı Əli və bacısı Həvvanın ata evində yaşadığını gördüyünü, Əlinin bu gün də orada qalmaqda davam etdiyini, ata evində olan evlərin girişçıxışının ayrı olduğunu, atası öləndən sonra Əlinin onlara çox əziyyət verdiyini, onun evə içkili gələrək onları evdən qovaladığını, bacısı, anası və özünün atasından qalan mirası qəbul etmək üçün deyil, anası onkoloji xəstə olduğundan və bununla bağlı onlara pul lazım olduğundan atasından qalan torpaq sahəsini satmaq üçün sənədləşdirmə apardıqlarını, daha sonra torpaq sahəsini 300 manata Aydına satdıqlarını, anasının yas və dəfn işlərini qardaşı oğlu Səbuhinin həyata keçirdiyini, özünün 2013-cü ildə ailə quraraq həmin vaxtdan Nehrəm kəndində yaşadığını, vərəsəlik arayışında digər vərəsələrin adının hansı səbəbdən yazılmamasından xəbərinin olmadığını, həmin vaxt sənədin məzmununa baxmadığını, torpaq sahələrindən olan paylarının müəyyən edilmədiyini, özünün də atasından qalan əmlakdan pay istədiyini bildirmişdir. Digər Cavabdeh3 məhkəmədə verdiyi izahatında iddia tələbini qəbul etdiyini, 1992-ci ildə Babək rayonu, Nəzərabad kəndində doğulduğunu, atasının Zeynalov Vəkil Şəveş oğlu, anasının X14 olduğunu, valideynlərinin 1990-cı ildə ailə qurduğunu, 1991-ci ildə isə nikaha daxil olduqlarını, onların evliliyindən iki uşaq, yəni özü və bacısı Hürünün dünyaya gəldiyini, bildiyinə görə atasının 5 dəfə ailə qurduğunu, bunlardan üçünün rəsmi, ikisinin isə qeyri-rəsmi evlilik olduğunu, atasının birinci evliliyinin Pərişanla olduğunu, həmin evliliyindən Fərhad, Səyyad, Çiçək, Həvva və Əlinin dünyaya gəldiyini, atasının ikinci dəfə Göyərçin adlı qadınla ailə qurduğunu, üçüncü dəfə isə öz anası Xanım ilə ailə qurduğunu, atasının Pərişan və Xanımla olan evliliyindən başqa digər nikahlarından uşaqlarının olmadığını, atasının 4 iyun 2001-ci ildə öldüyünü, o, öləndən sonra özünün Babək rayonu, Nəzərabad kəndində olan ata evində yaşadığını, bildiyinə görə həmin evin sənədləşdirilmədiyini, evin yerləşdiyi torpaq sahəsinin özü, bacısı Hürü, atası Vəkil və anası Xanımın mülkiyyətində olduğunu, həmin torpaq sahəsi üzrə paylarının müəyyən edilmədiyini, atasının sağlığında evi iki yerə böldüyünü, onun bir hissəsində özü, bacısı, anası və atasının yaşadığını, digər hissəsində isə qardaşı Əlinin ailəsi ilə birlikdə qaldığını, yəni bir otaq, bir koridor və aynabəndin yarısının özlərinin istifadəsində, bir otaq, aynabəndin digər yarısının isə Əlinin istifadəsində olduğunu, atasının ölümündən sonra da evdə bu şəkildə yaşadıqlarını, atası öləndə özünün 9, Hürünün isə 10 yaşı olduğunu, 2018-ci ilədək həmin evdə qaldığını, ailə qurandan sonra isə anası Xanımın evdə tək qaldığını, sonradan anası xəstələnəndə özünün bir müddət anası ilə yaşadığını, qardaşı Fərhad sağ olan vaxtı özünün Cahanda işlədiyini, həmin vaxt Əlinin içkili gələrək onlara çox narahatçılıq verdiyini, evdən qovalamaq istədiyini, buna görə də özünün işləyib yığdığı pulla tuğla alıb, 12 metr uzunluğunda hasar çəkdiyini, bundan sonra Əli ilə qonşu kimi yaşadıqlarını, hər iki evin giriş-çıxışının ayrı olduğunu, Əlinin atasının sağlığından indiyədək həmin evdə yaşadığını, anası Xanım rəhmətə gedəndən sonra Əlinin onları ata evinə qoymadığını, sonra isə özünün tikdirdiyi hasarı sökdüyünü, özünün Əli ilə mübahisəsi olmadığını, dəfələrlə anasının yaşadığı evə gedib orada ona ehsan vermək istədiyini, lakin Əlinin onu evdən qovaladığını və küçəni ağlaya-ağlaya evinə qayıtdığını, anası onkoloji xəstə olduğundan onlara pul lazım olduğunu, buna görə də torpağı satmaq istədiklərini, bu səbəbdən də torpaq sahəsinə aid hissədə imtina ərizəsi verdiklərini, özünün atasından qalan mirasdan pay istədiyini, hazırda bütün əşyalarının evin içərisində qaldığını, Əlinin onları evə qoymadığını, özünün ancaq çöl torpağından imtina etdiyini bildirmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada Cavabdeh1nə məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdi. Cavabdeh1 nümayəndəsi Nümayəndə məhkəmə hazırlıq iclasında verdiyi izahatında iddia tələbini qəbul etmədiyini, mərhum Xanım Hüseynovanın müraciəti əsasında 13 avqust 2018-ci ildə vərəsəlik işi açıldığını, həmin vaxt icra nümayəndəliyinin verdiyi 31 iyul 2018-ci il tarixli arayışa əsasən mərhum Zeynalov Vəkil Şəveş oğlunun vərəsələri kimi Xanım, Tovuz və Hürünün qeyd edildiyini, vərəsələrdən Hürü və Tovuzun miras əmlakdan imtina etdiyini və buna dair ərizə verdiklərini, icra nümayəndəsi tərəfindən verilmiş arayışda yalnız qeyd edilən şəxlərin adı vərəsə kimi göstərildiyini və özünün digər vərəsələrdən məlumatsız olduğunu, bu səbəbdən də Babək rayonu, Nəzərabad kəndində yerləşən torpaq sahəsinin mərhum Zeynalov Vəkil Şəveş oğluna məxsus olan ¼ hissəsi ilə bağlı X9 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verdiyini, bundan sonra Hürü və X17 verdiyi etibarnamə əsasında sonuncunun torpaq sahəsini X1, ümumiyyətlə vərəsələrin dairəsini müəyyən etmək üçün ilkin olaraq icra nümayəndəliyindən vərəsəlik arayışı alındığını, daha sonra isə ataananın müəyyən edilməsi üçün doğum haqqında şəhadətnamənin tələb edildiyini, son zamanlar isə vətəndaşların arxiv idarəsindən ailə üzvləri barədə arayış aldıqdan sonra icra nümayəndəliyindən vərəsəlik arayışının alındığını, əgər bütün vərəsələr arasında mirasın bir vərəsə tərəfindən qəbul edilməsi ilə bağlı mübahisə mövcud deyilsə, onlardan hər hansı biri mirasın qəbulu üçün qanunvericiliklə müəyyən edilmiş üç aylıq müddəti ötürdükdən sonra mirasın qəbuluna dair ərizə verdikləri halda həmin şəxsə vərəsələik şəhadətnaməsi verildiyini, Babək rayonu ərazisində demək olar ki, 90 faiz vərəsəlik işlərinin bu cür xarakterə malik olduğunu, yəni vərəsələr tərəfindən mirasın faktiki olaraq qəbul edildiyini, sənədləşdirmə aparılmadığını və bütün vərəsələrin etirazı oılmadığı halda mirası bir vərəsənin adına rəsmiləşdirdiklərini, şəxsin 18 yaşına çatanadək fəaliyyət qabiliyyətsiz hesab edildiyini, onun əvəzindən mirası valideyninin qəbul etdiyini, vərəsəlik şəhadətnaməsində isə onlarının hər birinin adı və payının qeyd edildiyini, Zeynalov Vəkil Şəveş oğlundan miras qalan torpaq sahəsi üzrə mərhumun payının, yəni miras kütləsinin torpaq sahəsinin ¼ hissəsi təşkil etdiyini, torpaq sahəsinin qalan ¾ hissəsi üzrə payın isə digər mülkiyyətçilər Xanım, Hürü və Tovuza məxsus olduğunu, şəhadətnamə verildikdən sonra X5 torpaq sahəsi üzərində payının 2/4 hissə olduğunu, Xanımın ona ancaq dövlət aktını təqdim etdiyini, bu səbəbdən də vərəsəlik şəhadətnaməsində ancaq həmin aktda qeyd edilən torpaq sahəsinin qeyd edildiyini, İddiaçı tərəflər arasında mübahisə yarananadək mirasın qəbul edilməsi ilə bağlı notariat ofisinə müraciət etmədiyini, tərəflər arasında mübahisə yarandıqdan sonra özünün icra nümayəndəsindən niyə arayışda digər vərəsələrin adının qeyd edilmədiyini soruşduğunu, icra nümayəndəsinin isə ona torpağın sənədində kimlərin adı qeyd edilibsə onların adını vərəsəlik arayışında qeyd etdiyini bildirdiyini, özünün tərəflərin hər hansı biri ilə şəxsi yaxınlığının olmadığını, ona verilən vərəsəlik arayışı əsasında vərəsəlik şəhadətnaməsini verdiyini bildirmişdi. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbini əsaslanmaqla Cavabdeh1 nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə qəbul ediləcək məhkəmə aktı X13 hüquq və vəzifələrinə toxunma ehtimalı olduğundan o, məhkəmənin 12 oktyabr 2023-cü il tarixli qərardadı ilə cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb edilmişdi. Cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X20 məhkəmədə verdiyi izahatında 2018-ci ildə torpaq sahəsini Xanımdan 350 dollar qarşılığında aldığını, torpağı almamışdan təqribən 3-4 il öncə onu etibarnamə əsasında əldə etdiyini, həmin torpaq sahəsi ilə özünə məxsus olan torpaq sahəsi bitişik olduğundan və arvadı ilə mərhum Xanımın arasında yaxın münasibət olduğundan, Xanımın onun arvadına torpaq sahəsini satmaq istədiyini bildiridiyindən həmin torpaq sahəsini aldığını, orada bostan əkdiyini, əlavə olaraq parnik düzəltdiyini, parnikin sökülüb ayrıla bilən olduğunu, torpaq sahəsini rəsmiləşdirmək üçün notariusa özü, Xanım, Hürü və Tovuzun getdiyini, mərhum Vəkili qonşu kəndli kimi tanıdığını, həmçinin onun uşaqlarını da tanıdığını, lakin onun vərəsələrini tanımadığını, torpağın şəhadətnaməsində 3 nəfərin adı olduğundan notariusa onlarla getdiyini, özünün vərəsəlik arayışını görmədiyini, tərəflər arasında mübahisə olmasından təqribən 3 ay bundan öncə məlumatı olduğunu qeyd etmişdir. Mülki iş materiallarını tədqiq edən və işdə iştirak edən şəxslərin izahatlarını dinləyən məhkəmə müəyyən edir ki, Zeynalov Vəkil Şəveş oğlunun X15 ilə ailə qurması, qeyd edilən şəxslərin İddiaçı ata-anası olması, X6 1976-cı ildə ölməsi, Zeynalov Vəkil Şəveş oğlunun 09 yanvar 1991-ci ildə X14 ilə nikaha daxil olması, Vəkil Zeynalovun 04 iyun 2001-ci ildə ölməsi, Babək rayonu, Nəzərabad kəndində yerləşən ümumi mülkiyyətdə olan daşınmaz əmlakların ondan miras qalması, X5 adına mərhum Zeynalov Vəkil Şəveş oğlundan miras qalan əmlakın qəbul edilməsi ilə bağlı 13 avqust 2018-ci il tarixli, 2V-17 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, Babək rayonu, Nəzərabad kəndində yerləşən və Zeynalov Vəkil Şəveş oğlu, X14, Cavabdeh2 və Cavabdeh3 ümumi mülkiyyətində olan torpaq sahəsinin X2, X5 07 noyabr 2019-cu ildə ölməsi, Babək Rayon İcra Hakimiyyətinin Nəzərabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi X10 və onun müavini X7 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə cinayət işi başlanması mülki işin mübahisəsiz hallarıdır. Bu faktların mülki işin mübahisəsiz halları aşağıdakılarla təsdiq olunur: - iş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 16 fevral 2022-ci il tarixli, 13/210 nömrəli arayışdan, həmçinin İddiaçı, Cavabdeh2 və Cavabdeh3 məhkəmədə verdiyi izahatlardan Zeynalov Vəkil Şəveş oğlu ilə X8 ailə qurması, onların evliliyindən Fərhad, Səyyad, Çiçək, Həvva və Əli adlı uşaqların dünyaya gəlməsi; - iddia ərizəsinə əlavə edilən 30 dekabr 1973-cü il tarixli, İİ-JQ seriyalı, 337408 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən İddiaçı xx xxxxxx 1973-cü ildə dünyaya gəlməsi, Zeynalov Vəkil Şəveş oğlunun onun atası, X8 isə onun anası olması; - iddia ərizəsinə əlavə edilən və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 07 iyun 2023-cü il tarixli, İ-JQ seriyalı, 323938 nömrəli akt qeydindən çıxarışdan X6 1976-cı ildə ölməsi; - iddia ərizəsinə əlavə edilən və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilən 07 iyun 2023-cü il tarixli, XV-JQ seriyalı, 378111 nömrəli akt qeydindən çıxarışdan Zeynalov Vəkil Şəveş oğlu ilə X14 arasında 09 yanvar 1991-cü ildə nikah bağlanması; - məhkəməyə təqdim edilən Babək rayon vətəndaşlıq vəziyyət aktlarının dövlət qeydiyyatı şöbəsi tərəfindən verilmiş 08 iyun 2001-ci il tarixli, AZ seriyalı, 100677 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən Zeynalov Vəkil Şəveş oğlunun 04 iyun 2001-ci ildə Babək rayonu, Nəzərabad kəndində ölməsi; - iddia ərizəsinə əlavə edilən JN seriyalı, 076 A nömrəli, 10311068 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiq edilmiş surətindən Babək rayonu, Nəzərabad kəndində yerləşən 0.16 hektar torpaq sahəsinin və 337 nömrəli Torpağa mülkiyət hüququna dair dövlət aktının təsdiq edilmiş surətindən Babək rayonu, Nəzərabad kəndində yerləşən 0.75 hektar torpaq sahəsinin Zeynalov Vəkil Şəveş oğlu, X14, Zeynalova Hürü Vəkil qızı və Zeynalova Tovuz Vəkil qızının ümumi mülkiyyətinə verilməsi; -məhkəməyə təqdim edilmiş Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş 10 avqust 2023-cü il tarixli, 04/504 nömrəli məktubdan islahat əsasında X5 adına Vəkil Zeynalov daxil olmaqla ailə üzvləri ilə birlikdə 7514.95 kvadrat metr kənd təsərrüfatı təyinatlı və 1582 kvadrat metr həyətyanı torpaq sahəsinin qeydiyyata alınması; - məhkəməyə təqdim edilən X5 13 avqust 2018-ci il tarixli, 8İ-198 nömrəli ərizəsinin təsdiq edilmiş surətindən onun Zeynalov Vəkil Şəveş oğlundan miras qalan əmlakın qəbul edilməsi ilə bağlı Babək Rayon Notariat kontoruna müraciət etməsi, iddia ərizəsinə əlavə edilən 13 avqust 2018-ci il tarixli, 2V-17 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən isə X5 Babək rayonu, Nəzərabad kəndində yerləşən 0.75 hektar torpaq sahəsi üzrə mərhum Zeynalov Vəkil Şəveş oğlundan miras qalmış ¼ hissə pay alması; - məhkəməyə təqdim edilən AN-İ seriyalı, ******* nömrəli, 16 oktyabr 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən X14, Zeynalova Hürü Vəkil qızı və Zeynalova Tovuz Vəkil qızının Babək rayonu, Nəzərabad kəndində yerləşən sahəsi 0.3619 hektar olan torpaq sahəsini X4; - məhkəməyə təqdim edilən Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş akt qeydindən çıxarışdan X5 07 noyabr 2019-cu ildə ölməsi; - məhkəməyə təqdim edilən Babək rayon prokurorluğunun 08 may 2023-cü il tarixli, 230906002/41 qeydiyyat nömrəli qərarının təsdiq edilmiş surətindən İddiaçı müraciəti əsasında mərhum X9 verilmiş 31 iyul 2018-ci il tarixli il tarixli vərəsəlik arayışında vərəsələrin dairəsinin düzgün qeyd edilməməsinə görə Babək Rayon İcra Hakimiyyətinin Nəzərabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi X10 və onun müavini X7 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə cinayət işinin başlanması aydın olur. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1ndən: - məhrum atası Zeynalov Vəkil Şəveş oğlundan miras qalmış əmlakın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi; - Babək Rayon Notariat Kontoru tərəfindən verilmiş 13 avqust 2018-ci il tarixli, 2V-17 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsini tələb etməsi isə mülki işin mübahisəli hallarıdır. Mülki işin mübahisəli hallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələblərindən ilkin olaraq onun mərhum atası Zeynalov Vəkil Şəveş oğlundan qalmış miras əmlakın qəbul edilməsi faktına hüquqi aydınlıq gətirilməli, qeyd edilən tələbi əsası olduqdan sonra digər iddia tələbi hüquqi cəhətdən həll edilməlidir. Çünki onun digər tələbi mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun yaranması məhz iddiaçının miras qoyandan qalmış əmlakın qəbul edilməsi faktından asılıdır. Əks təqdirdə o, digər vərəsələrin və şəxslərin mirasın qəbul edilməsi və ondan irəli gələn hərəkətləri mübahisələndirə bilməz. Məhkəmə mülki işin qeyd edilən mübahisəli halının hüquqi həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi və digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Mirasın qəbul edilməsi üçün ilkin şərt mirasın açılmasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinin məzmunundan aydın olur ki, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmçinin həmin Məcəllənin 1147-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Əgər miras müxtəlif yerlərdədirsə, mirasın açıldığı yer daşınmaz əmlakın və ya onun qiymətli hissəsinin olduğu yer, daşınmaz əmlak olmadıqda isə daşınar əmlakın və ya onun əsas hissəsinin olduğu yer sayılır. İşdə iştirak edən şəxslərin məhkəmədə verdiyi izahatlardan məhrum Zeynalov Vəkil Şəveş oğlunun yaşayış yerinin Babək rayonu, Nəzərabad kəndi olması, işin mübahisəsiz hallarından isə onun 04 iyun 2001-ci ildə elə həmin kənddə ölməsi sübuta yetirilir. Yəni onun ölümü ilə miras açılmış və bu andan sonra miras əmlak üzrə müəyyən şəxslər-vərəsəliyə çağırılan şəxs (mümkün vərəsə) subyektiv vərəsəlik hüququnu həyata keçirmək və miras əmlakı əldə etmək imkanı qazanmışdı. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə vərəsəlik anlayışı altında, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür. Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır (Mülki Məcəllənin 1133-cü maddəsi). İddia tələbinin məhkəmədə araşdırılması zamanı miras qoyan Zeynalov Vəkil Şəveş oğlu tərəfindən vəsiyyətnamə tərtib edilmədiyi müəyyən edilmişdi. Bu isə o deməkdir ki, hazırkı vəziyyətdə vərəsəliyin qanunla müəyyən edilmiş əsası tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə görə qnun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Qanun üzrə vərəsələrin dairəsi Mülki Məcəlləsinin 1159-cu maddəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən qanun üzrə vərəsəliyin beş növbəsi fərqləndirilir. Qeyd edilən Məcəllənin 1159.1.1-ci maddəsinin mahiyyətinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsələr sayılır. Məhkəmə həmçinin onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1160-cı maddəsinin tələbinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Qanunvericiliyin sadalanan tələblərini iş materialları ilə əlaqələndirən məhkəmə bildirir ki, Zeynalov Vəkil Şəveş oğlu 04 iyun 2001-ci ildə öldüyü zaman onun sağ olan arvadı X14, birinci evliliyindən olan övladları Fərhad Zeynalov, Səyyad Zeynalov, Həvva Xəlilova, Çiçək Novruzova, İddiaçı və üçüncü evliyindən olan uşaqları Cavabdeh2 və Cavabdeh3 onun qanun üzrə birinci növbə vərəsəsi sayılır. Bunu işdə iştirak edən şəxslərin məhkəmədə verdiyi izahatlarından, həmçinin iddia ərizəsinə əlavə edilən və Nəzəradad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 iyun 2023-cü il tarixli, 286 arayışın təsdiq edilmiş surətindən və mülki işin mübahisəsiz hallarından müəyyən etmək olur. Miras qoyanın vərəsələrinin dairəsi müəyyən edildikdən sonra miras əmlakın dairəsi ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 94-cü bəndinə görə mirasın tərkibinə ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Qanunvericiliyə əsasən mirasın tərkibinə miras qoyanın sağlığında mülkiyyət hüququ əldə etdiyi daşınmaz və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlak, habelə mükafat, müəllif qonorarı, alınmamış əməkhaqqı, pensiya, bank əmanətləri, qiymətli kağızlar, müəssisədəki pay və sığorta ödənişi və s. daxil edilir. Miras qoyanın qanunla müdafiə edilən əmlak və şəxsi qeyri-əmlak hüquqlarına zərər vurulması ilə əlaqədar dəymiş ziyanın ödənilməsi haqqında tələb vərəsələrə keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1257-ci maddəsində isə mirası qismən qəbul etməyin yolverilməzliyi prinsipi öz əksini tapmışdır. Mülki Məcəllənin yuxarıda qeyd edilən normaları özündə miras əmlakın tamlığı, bütövlüyü prinsipini ehtiva edir. Yuxarıda da qeyd edildiyi kimi Azərbaycan Respublikası Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Lakin həmin Məcəllənin 1151.2 və 1162-ci maddələri ilə o da müəyyən edilir ki, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Mülki iş materiallarından məlum olur ki, miras qoyan Zeynalov Vəkil Şəveş oğlunun ölümündən sonra ondan X14, Zeynalova Hürü Vəkil qızı və Zeynalova Tovuz Vəkil qızı ilə ümumi mülkiyyətdə Babək rayonu, Nəzərabad kəndində yerləşən 0.16 hektar həyətyanı və 0.75 hektar kənd təsərrüfatlı təyinatlı torpaq sahələri miras qalmışdır. İddia ərizəsinə əlavə edilmiş Torpağa mülkiyət hüququna dair dövlət aktının torpaq sahəsinin qaimə hissəsindən Babək rayonu, Nəzərabad kəndində yerləşən ümumi sahəsi 0.75 hektar torpaq sahəsinin ayrı-ayrılıqda sahələri 3619,62 kvadrat metr, 2440,26 kvadrat metr və 1255.07 kvadrat metr olan torpaq sahələrindən ibarət olması da müəyyən edilir. Cavabdeh2 və Cavabdeh3 məhkəmədə verdiyi izahatlardan isə aydın olur ki, mərhum Zeynalov Vəkil Şəveş oğlu ölənədək sözü gedən daşınmaz əmlaklar üzrərində ümumi mülkiyyətin iştirakçılarının payı müəyyən edilməmişdi. Bununla bağlı məhkəmə bildirir ki, mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Əgər bu hüququn subyekti birdən artıq olduqda əmlak üzərində ümumi mülkiyyət hüququ yaranır ki, bunun da növləri birgə və paylı mülkiyyətdən ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Həmin Məcəllənin 213.3-cü maddəsinin tələbinə görə isə əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Qanunvericiliyin tələbindən də aydın olur ki, ümumi mülkiyyətin paylı olması prezumpsiyası mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Hazırki vəziyyətdə isə daşınmaz əmlaklar üzrə payın müəyyən edilməsi bağlı mülkiyyətçilər arasında razılaşma olması müəyyən edilmədiyindən, qanunvericiliyin sonuncu qeyd edilən normasını, yəni ümumi mülkiyyətdə olan əmlak üzrə iştirakçıların paylarının bərabərliyi prezumsiyasını rəhbər tutan məhkəmə qeyd edir ki, həmin torpaq sahəsi dörd nəfərin ümumi mülkiyyətinə verildiyindən, onların torpaq sahələri üzərində payları bərabər olmaqla, hər birininin payı bir hissə təşkil edir. Yəni Babək rayonu, Nəzərabad kəndində yerləşən 0.16 hektar həyətyanı və 0.75 hektar kənd təsərrüfatlı təyinatlı torpaq sahələri üzrə məhrum Zeynalov Vəkil Şəveş oğlundan miras qalan pay həmin daşınmaz əmlakların ¼ hissəsi təşkil edir. Qeyd edilənlərdən görünür ki, ümumi mülkiyyətdə olan əmlakların həmin əmlakların digər mülkiyyətçilərinə aid payı miras əmlakın kütləsinə aid deyil. Bu isə o deməkdir ki, iddiaçının tələbində qeyd etdiyi miras kütləsinin hamısı mərhum Zeynalov Vəkil Şəveş oğlunun mülkiyyətinə aid deyil. Miras kütləsinə ümumi mülkiyyətdən ölənə çatası pay daxildir. Miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, fiziki şəxsin ölməsi vərəsəlik hüquq münasibətlərinin əmələ gəlməsinə səbəb olur. Bu münasibətlər isə öz növbəsində subyektiv vərəsəlik hüququnu müəyyənləşdirir. Yəni vərəsəlik münasibətlərində iştirak edən şəxs subyektiv vərəsəlik hüququ əldə edir. Bu hüququ əldə şəxs isə vərəsəliyə çağırılmış olur. Vərəsəliyə çağırılmaq isə özündə həmin şəxsin vərəsələr dairəsinə daxil olmasını ifadə edir, yəni şəxs mümkün vərəsə sayılır. Mümkün vərəsə dedikdə mirası əldə etmək hüququ və ya imkanı olan şəxs başa düşülür. Mərhum Zeynalov Vəkil Şəveş oğlunun 04 iyun 2001-ci ildə ölümü ilə isə onun övladlarından biri olan İddiaçı vərəsəliyə çağırılmış və ya mümkün vərəsə hesab edilmişdi. Qanunvericiliyin tələbinə görə isə mirasın açılması, şəxsin subyektiv vərəsəlik hüququ əldə etməsi, onun vərəsəliyə çağırılması miras əmlakı əldə etməyə kifayət etmir. Qeyd edilənlər şəxsə yalnız miras əmlakı əldə etmək şansı verir. Həmin şəxs o halda miras əmlakı əldə edilə bilər ki, miras əmlakın əldə edilməsinə öz razılığını ifadə etsin. Yəni mirasın qəbulu şəxsin iradəsindən asılı olduğuna görə o hüquqi hərəkət sayılır. Bu fakt nəticəsində, yəni öz razılığını ifadə etməklə şəxs subyektiv vərəsəlik hüququ həyata keçirmiş olur ki, bu hüquqi addımdan sonra o həqiqi vərəsə (mirası qəbul etmiş mümkün vərəsə) statusunu əldə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Əgər miras əmlak üzrə miras qoyanın bir neçə vərəsəsi olsa bu zaman hər bir vərəsə mirası müstəqil qəbul etməlidir. Həmçinin qeyd edilən Məcəllənin 1246-cı maddəsində mirasın qəbul edilməsinin müddəti əks edilmişdir ki, həmin normaya əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarından görünür ki, Azərbaycan Respublikası mülki qanunvericiliyi mirasın qəbul edilməsinin iki üsulunu - formal, yəni notariat kontoruna ərizə verməklə və qeyri-formal–faktiki cəhətdən qəbul edilmə üsulunu müəyyənləşdirir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu, yəni onu faktiki olaraq qəbul etmək isə iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Mirasın faktiki sahiblik etmək üsulu odur ki, bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib olur, onun üzərində fiziki “ağalıq” edir. Yəni bu hərəkətlərdən mirası qəbul etməsi açıq-aşkar görünür və bəlli olur. Mirasın faktiki idarə edilməsi isə üsulu isə o deməkdir ki, vərəsənin etdiyi elə hərəkətdir ki, bu hərəkətləri adətən o öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün edir. “G. Qəhrəmanovanm şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının “18” oktyabr 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “18” iyul 2014-cü il tarixli qərarında göstərmişdir ki, miras əmlakı faktiki idarə etmək vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 99-cu bəndinə görə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: -vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; -mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; -mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; -miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Məhkəmə qeyd edir ki, mirasın qəbul etməsinin sübut etmə yükü bunu tələb edən şəxsin üzərinə düşür. Çünki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin barəsində hüquqi həllindən danışılan mübahisəli halının məhkəmə araşdırılması zamanı müəyyən olunur ki, İddiaçı mirası qeyri-formal üsulla qəbul etmişdi. Yəni, o, mirasa faktiki sahiblik və onu idarə etməklə onu qəbul etmişdi. Bu fakt həm işdə iştirak edən şəxslərin məhkəmədə verdiyi izahatlarla, həm də məhkəmədə dindirilmiş şahid ifadələri ilə öz təsdiqini tapır. Belə ki, Nəzərabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 22 iyun 2020-ci il tarixli, 282 nömrəli arayışın təsdiq edilmiş surətindən, həmçinin İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmədə verdiyi izahatlardan Babək rayonu, Nəzərabad kəndində yerləşən sahəsi 0.16 hektar olan və Zeynalov Vəkil Şəveş oğlu, X14, Cavabdeh2 və Cavabdeh3 ümumi mülkiyyətində olan həyətyanı torpaq sahəsində 1955-ci ildə inşa edilmiş yaşayış evinin olması, onun sənədləşdirilməməsi aydın olur. İşin məhkəmədə araşdırılmasından həmin yaşayış sahəsində mərhum Zeynalov Vəkil Şəveş oğlunun hələ sağ vaxtından bölgü aparması, yəni evin bir otaq, bir koridor və aynabəndin yarısının Vəkil, Xanım, Hürü və Tovuzun istifadəsində, bir otaq, aynabəndin digər yarısının isə Əli və onun ailəsinin istifadəsində olması, miras qoyanın ölümündən sonra da onların evdə bu şəkildə yaşamaları müəyyən edilir. Bu İddiaçı, cavabdehlər Cavabdeh2, Cavabdeh3 izahatları və şahidlər Şahid1, Şahid4, Şahid3 və Şahid2 ifadələri ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinin tələbinə görə vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 məhkəmədə verdiyi ifadəsində tərəflərlə yaxın qohumluğunun olmadığını, lakin onlarla ata-baba kirvə olduqlarını, 1960-cı ildən onlarla qonşuluqda yaşadığını, Əlinin atası Vəkili tanıdığını, onun 4 dəfə, yəni Pərişan, Göyərçin, Ruqiyyə və Xanım adlı qadınlarla ailə qurduğunu, onun Pərişan ilə olan evliliyindən 3-ü oğlan, 2-si qız olmaqla beş uşağı, Xanımla olan evliliyindən isə iki uşağının olduğunu, Göyərçin və Ruqiyyə ilə olan evliliyindən uşağı olmadığını, Vəkilin sağlığında Babək rayonu, Nəzərabad kəndində yaşadığını, həmin evdə hazırda Əlinin qaldığını, bundan başqa sözü gedən evdə Xanım, onun qızları Hürü və Tovuzun da qaldıqlarını, sonradan qızların ərə getdiyini, Vəkilin sağlığında evi böldüyünü, yarısında Əlinin ailəsi ilə, digər yarısında isə Xanım və qızlarının yaşadığını, Vəkil öləndən sonrada onların evdə bu şəkildə yaşamağa davam etdiklərini, Xanımın ölənə kimi, Hürü və Tovuzun isə ərə gedənə kimi həmin evdə qaldıqlarını, Əlinin isə fasiləsiz olaraq bu günədək orada qalmağa davam etdiyini, bu şəxslərdən başqa Vəkilin evində başqa şəxslərin yaşadığını görmədiyini, Vəkil öləndən sonra Əlinin öz tərəfində tikinti işləri apardığını, tərəflər arasında mübahisə olmasının bir dəfə şahidi olduğunu, belə ki, bir dəfə evdə olanda bayırdan ağlama səsi gəldiyini eşitdiyini, həmin vaxt küçəyə çıxanda Tovuzun qardaşının arvadı ilə ora gəldiyini gördüyünü, Tovuzun anasının öıməsi ilə bağlı il dönümünü keçirmək istədiyini, lakin Əlinin arvadının onu evə qoymadığını, həmin vaxt Tovuzun ona “xala qızım (yəni Əlinin arvadı) məni evə qoymur” dediyini, bundan sonra özünün Əliyə zəng etdiyini, Əlinin onu evə qoymadığını bildirmişdir. Şahid4 məhkəmədə verdiyi ifadəsində özünün Yevlax rayonunda anadan olduğunu, lakin 1955-ci ildən Babək rayonu, Nəzərabad kəndində yaşadığını, Əli ilə qonşuluqda qaldığını, tərəflər ilə qohumluğunun olmadığını, onlarla ata-baba kirvə olduqlarını, Əlinin atası Vəkili tanıdığını, onun 4 dəfə ailə qurduğunu, birinci evliliyinin Pərişan ilə olduğunu, həmin evlilikdən 4 uşağın dünyaya gəldiyini, 2-ci evliliyinin Göyərçin ilə olduğunu, həmin evlilikdən bir ögey uşağının olduğunu, 3-cü evliliyinin Babək rayonu, Şıxmahmud kənd sakini Ruqiyyə adlı qadın olduğunu, həmin evlilikdən uşaq olmadığını, sonuncu evliliyinin isə Xanım adlı şəxs ilə olduğunu, həmin evlilikdən isə 2 uşaq dünyaya gəldiyini, Vəkilin sağlığında Babək rayonu, Nəzərabad kəndində yaşadığını, hazırda onun qaldığı evdə İddiaçı qaldığını, Hürü və Tovuzun da ərə gedənə kimi həmin evdə yaşadıqlarını, Vəkil sağ ikən həmin evdə Xanım, Hürü, Tovuz, Əli və onun ailəsinin qaldığını, onun ölümündən sonra da həmin şəxslərin bu şəkildə Vəkilin evində yaşamağa davam etdiklərini, Xanımın ölənə kimi həmin evdə qaldığını, Əlinin isə fasiləsiz indiyədək orada yaşadığını, Əli və Xanımın evinin giriş-çıxış qapılarının ayrı olduğunu, hazırda Xanım qalan tərəfin qapısının açıq olduğunu, Əlinin öz tərəfində ayaqqabı təmir etmək üçün yer açdığını bildirmişdir. Şahid3 məhkəmədə verdiyi ifadəsində tərəflər ilə qohumluğunun olmadığını, onlar ilə kirvə olduğunu, hazırda İddiaçı ilə qonşuluqda yaşadığını, özünün doğulduğu vaxtdan eyni evdə qaldığını, Əlinin atası Vəkili tanıdığını, onun 4 dəfə ailə qurduğunu, birinci dəfə Əlinin anası, ikinci dəfə Göyərçin adlı qadınla, 3-cü dəfə adını xatırlamadığı bir qadınla ailə qurduğunu, sonuncu bir yaşadığını, sonuncu dəfə isə Xanım ilə ailə qurduğunu, Vəkilin birinci və Xanım ilə olan evliliyindən uşağının olduğunu, onun sağlığında Babək rayonu, Nəzərabad kəndində yaşadığını, onun evinin yarısında Əlinin, digər yarısında isə Xanım və onun qızlarının qaldığını, Vəkil öləndən sonra da onların bu şəkildə həmin evdə yaşamağa davam etdiyini, Xanımın ölənə kimi, Hürü və Tovuzun ərə gedənə kimi, Əlinin isə bu günə kimi həmin evdə qaldığını, Əlinin öz tərəfində tikinti işləri apardığını, Xanımın yaşadığı tərəfdə hazırda heç kimin qalmadığını, özünün tərəflər arasında hər hansı mübahisənin olmasının şahidi olmadığını qeyd etmişdir. Şahid2 məhkəmədə verdiyi ifadəsində tərəflərlə qohumluğunun olmadığını, Əli ilə qonşuluqda yaşadığını, torpaq sahələrinin bitişik olduğunu, onun atası Vəkili tanıdığını, bildiyinə görə Vəkilin 3 dəfə ailə qurduğunu, onun birinci dəfə Əlinin anası ilə, ikinci dəfə Şıxmahmud kəndindən bir qadınla, üçüncü dəfə isə Xanım ilə ailə qurduğunu, onun birinci evliliyindən 5, Xanımla olan evliliyindən isə 2 uşağının olduğunu, Vəkilin sağlığında Babək rayonu, Nəzərabad kəndində yaşadığını, Vəkilin sağlığında Xanım, Hürü, Tovuz və Əlinin ailəsi ilə birlikdə qaldığını, onlar əvvəllər birlikdə yaşasalar da sonradan Vəkilin Əlini ayırdığını, Vəkil öləndən sonra onun evinin bir yarısında Əlinin ailəsi ilə, digər yarısında isə Xanım, Hürü, Tovuzun yaşadığını, qızların ərə gedənə kimi, Xanımın isə ölənə kimi həmin evdə qaldığını, Xanımın ömrünün son 1-2 ilini xəstə olduğunu və onun tək qaldığını, hazırda evin Xanım qalan tərəfində heç kimin qalmadığını, Əlinin isə orada yaşamağa davam etdiyini, Əlinin həmin evdə fasiləsiz yaşadığını, Vəkilin ölümündən sonra Əlinin orada əlavə tikinti işləri apardığını, həmçinin Vəkilin ölümündən sonra həyətdə ara divarı tikildiyini, özünün orada fəhlə, Əlinin isə usta kimi işlədiyini, Xanımın Fərhada fəhləlik haqqı olaraq ona verməsi üçün 15 manat pul verdiyini, özünün isə həmin pulu qəbul etmədiyini bildirmişdir. Şahid ifadələrinin sübut kimi qəbul edilənliyinə gəldikdə isə məhkəmə bildirir ki, onların hamısına verilmiş suallara verdikləri cavablardan aydın olur ki, mərhum Zeynalov Vəkil Şəveş oğlunun sağ ikən yaşadığı evdə, onun ölümündən sonra İddiaçı, X14, Cavabdeh2 və Cavabdeh3 yaşamamaqla mirası qəbul etmişlər. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi bu hissədə əsaslı sayılmalı və mərhum Zeynalov Vəkil Şəveş oğlundan qalan mirasın onun övladı İddiaçı tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə onu da tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə həmçinin onu da tərəflərin nəzərinə çatdırır ki, miras qoyanın vərəsələrindən hər hansı birinin mirasın qəbul etməsi ilə bağlı məhkəməyə müraciət etməsi digər vərəsələrinin bununla bağlı hüququnu məhdudlaşdırmır. İddiaçının digər tələbi isə əvvəlki adı ilə Babək Rayon Notariat Kontoru tərəfindən X5 adına verilmiş 13 avqust 2018-ci il tarixli, 2V-17 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsidir. Onun tələbinin sözü gedən hissəsinin hüquqi həlli ilə bağlı məhkəmə qeyd edir ki, miras əmlaka mülkiyyət hüququ əldə etmək üçün vərəsəliyə çağırılmış şəxslərin təkcə mirası qəbul etmək aktı kifayət etmir. Bunun üçün həm də mirasın əldə olunmasını hüquqi cəhətdən rəsmiləşdirmək lazımdır. Vərəsəlik hüququnun rəsmiləşdirilməsi dedikdə, vərəsənin miras əmlaka və ya onun bir hissəsinə olan hüququnu təsdiqləyən elə bir sənədin alınması başa düşülür ki, bu sənəd həmin əmlakın əldə olunmasını hüquqi cəhətdən ifadə edir. Vərəsəlik şəhadətnaməsi mirasın açıldığı yerdəki notariat orqanı tərəfindən verilən elə bir rəsmi sənəddir ki, bu sənəd mirasın əldə olunması faktını təsdiq edir. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarı). “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun: - 57-ci madəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. - 58-ci maddəsinin tələbinə görə isə vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Mirasın qəbulu müddətini ötürmüş vərəsələr mirası qəbul etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Razılıq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək təqdim olunmalıdır. Notarius yetkinlik yaşına çatmamış və fəaliyyət qabiliyyəti olmayan vərəsələrin adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə onların əmlak mənafelərini mühafizə etmək məqsədi ilə vərəsənin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir. Miras əmlak dövlətə keçdikdə şəhadətnamə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına verilməlidir. - 59-cu maddəsində göstərilir ki, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. - 1321.3-cü maddəsinə görə vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. - 1322-ci maddəsində qeyd edilir ki, vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. İddiaçı tələbinin bu hissəsini mərhum X5 31 iyul 2018-ci ildə Babək rayonu, Nəzərabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən aldığı 247 saylı arayışında mərhum Zeynalov Vəkil Şəveş oğlunun 9 vərəsəsi olduğu halda onlardan 6-sı qəsdən gizlədilməsi ilə əsaslandırmışdı. İşın məhkəmədə araşdırılması zamanı Zeynalov Vəkil Şəveş oğlunun qanun üzrə vərəslərinin onun arvadı X14, birinci evliliyindən olan övladları Fərhad Zeynalov, Səyyad Zeynalov, Həvva Xəlilova, Çiçək Novruzova, İddiaçı və üçüncü evliyindən olan uşaqları Cavabdeh2 və Cavabdeh3 olması müəyyən edilsə də, iddia ərizəsinə əlavə edilmiş Babək rayonu, Nəzərabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 31 iyul 2018-ci il tarixli, 247 saylı arayışda onun vərəsələrinin X14, Cavabdeh2 və Cavabdeh3 olması göstərilmişdi. Bu arayışa əsaslanan Babək Rayon Notariat kontoru tərəfindən verilmiş 13 avqust 2018-ci il tarixli, 2V-17 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən isə JN seriyalı, 337 nömrəli, 10311068 kod nömrəli Torpağa mülkiyət hüququna dair dövlət aktına əsasən Babək rayonu, Nəzərabad kəndində yerləşən 0.75 hektar torpaq sahəsi üzrə mərhum Zeynalov Vəkil Şəveş oğlundan miras qalmış ¼ hissə payın bütünlüklə X9 verilməsi və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli, 02 oktyabr 2018-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan Babək rayonu, Nəzərabad kəndində yerləşən sahəsi 0.3619 hektar olan kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi üzrə Cavabdeh2 və Cavabdeh3 hər birinin payının ayrıca olaraq payının ¼ hissə, X5 payının isə 2/4 hissə olması (mərhum Zeynalov Vəkil Şəveş oğlundan qalan payı əldə etməsi) görünür. Halbuki işin məhkəmədə araşdırılmasından aydın olur ki, miras qoyan öldükdən sonra ondan qalan torpaq sahəsində inşa edilmiş yaşayış evində onun arvadı X14 ilə yanaşı, övladları İddiaçı, Cavabdeh2 və Cavabdeh3 yaşamaqla, mərhumdan qalan mirası qəbul etmişlər. Həmçinin işin baxılması zamanı sözü gedən yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzrə mülkiyyətçilərin paylarının müəyyən edilməməsi də öz təsdiqni tapmışdı. Babək Rayon İcra Hakimiyyətinin Nəzərabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 31 iyul 2018-ci il tarixli, 247 saylı arayışda mərhum Zeynalov Vəkil Şəveş oğlunun vərəsələrinin dairəsinin tam göstərilməməsi isə özlüyündə notariat orqanı tərəfindən vərəsələrin dairəsinin düzgün müəyyən edilməməsi və buna müvafiq olaraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə nəticələnmişdi. Belə ki, sözü gedən şəhadətnamədə qeyd edilən miras kütləsi üzrə payın hamısının X11 adına verilməsi və mərhum Zeynalov Vəkil Şəveş oğlunun vərəsəsinin yalnız X5 olmasının qeyd edilməsi, bunun dövlət reyestrində sonuncunun adına qeydiyyata alınması qanunvericiliyin tələbinə zidd olmaqla mirası qəbul etmiş digər vərəsələrin vərəsəlik və mülkiyyət hüquqlarını pozmuşdu. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 140-cı və 149.2-ci maddələrinin tələbinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Bundan başqa məhkəməyə təqdim edilmiş 13 avqust 2018-ci il tarixli ərizələrdən Cavabdeh2 və Cavabdeh3 mərhum Zeynalov Vəkil Şəveş oğlundan miras qalmış əmlakın qəbul ediməsindən imtina etməsi aydın olur. Məhkəmə bilidirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 28.1 və 28.2-ci maddələrinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir; - 1244-cü maddəsinin tələbinə görə mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni nümayəndələri vasitəsilə qəbul edirlər; - 1256-cı maddəsinin tələbindən görünür ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir; - 1257.1-ci maddəsinə görə hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Yuxarıda qeyd edilənləri mülki iş materialları ilə əlaqələndirən məhkəmə bildirir ki, miras qoyan Zeynalov Vəkil Şəveş oğlu öldüyü zaman Cavabdeh2 10, Cavabdeh3 isə 9 yaşında idi. Yəni onların həmin vaxt mülki hüquq fəaliyyət qabiliyyəti mövcud deyildi. Sözü gedən şəxslər və İddiaçı, payları müəyyən edilməmiş və ümumi mülkiyyətçilərin biri olan atalarından qalan torpaq sahəsində inşa edilmiş yaşayış evində yaşamaqla mirası qəbul etsələr də, bu fakt notarius tərəfindən nəzərə alınmamışdı. Bundan başqa miras qoyan 04 iyun 2001-ci ildə ölsə də Cavabdeh2 və Cavabdeh3 mirasın qəbulundan imtina barədə ərizələri onun ölümündən 18 ilə sonra vermişlər. Bu isə mülki qanunvericiliyin 1256-cı müddətində göstərilən tələbinə ziddidr. Yuxarıda qeyd edilənlərin nəticəsi olaraq məhkəmə belə hesab edir ki, İddiaçı Babək Rayon Notariat Kontorunun (əvvəlki adı ilə) 13 avqust 2018-ci il tarixli, 2V-17 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilməsinə dair tələbi əsaslıdır. Lakin məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, vərəsəlik hüququ haqqında şəhadətnamə şəxsin vərəsəlik hüququnu təsdiq edən sənəd olduğundan, işin məhkəmədə araşdırılmasından adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş şəxsin- X5 isə miras əmlakı qəbul etməsi, yəni mərhum Zeynalov Vəkil Şəveş oğlunun həqiqi vərəsəsi olması müəyyən edildiyindən, Babək Rayon Notariat Kontoru tərəfindən verilmiş (əvvəlki adı ilə) 13 avqust 2018-ci il tarixli, 2V-17 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə bu hissədə etibarsız sayıla bilməz. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Bundan başqa “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli qərarında qeyd edilir ki, müraciət edən şəxslərin vərəsə olması mübahisə predmeti deyildirsə, mübahisə vərəsəlik paylarının həcmi ilə bağlıdırsa, notariat orqanları vərəsəlik payının nisbətini göstərmədən müvafiq sənədi verməlidirlər. İddiaçı tələbində X5 mərhum Zeynalov Vəkil Şəveş oğlunun vərəsəsi olmasını mübahisləndirmədiyindən məhkəmə belə hesab edir ki, İddiaçı tələbi bu hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən, hazırki iddia tələbi qiymətləndirilməyən iddia tələbi olduğundan və iş üzrə iddia qismən təmin edildiyindən, iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia tələbi qismən təmin edilməli; - 04 iyun 2001-ci ildə Babək rayonu, Nəzərabad kəndində ölən Zeynalov Vəkil Şəveş oğlundan miras qalmış əmlakın İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən olunmalı; - Babək Rayon Notariat Kontoru (indiki adı ilə Cavabdeh1) tərəfindən verilmiş 13 avqust 2018-ci il tarixli, 2V-17 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə X5 04 iyun 2001-ci ildə Babək rayonu, Nəzərabad kəndində ölən Zeynalov Vəkil Şəveş oğlundan miras qalmış əmlaka vərəsəlik hüququ əldə etməsinə dair hissədə istisna olmaqla, qalan hissədə etibarsız hesab edilməli; - iddia digər hissədə əsasız olduğundan rədd edilməli; - iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. “04” iyun 2001-ci ildə Babək rayonu, Nəzərabad kəndində ölən Zeynalov Vəkil Şəveş oğlundan miras qalmış əmlakın İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən olunsun. Babək Rayon Notariat Kontoru (indiki adı ilə Cavabdeh1) tərəfindən verilmiş 13 avqust 2018-ci il tarixli, 2V-17 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, X5 04 iyun 2001-ci ildə Babək rayonu, Nəzərabad kəndində ölən Zeynalov Vəkil Şəveş oğlundan miras qalmış əmlaka vərəsəlik hüququ əldə etməsinə dair hissədə istisna olmaqla, qalan hissədə etibarsız hesab edilsin. İddia qalan hissədə əsasız olduğundan rədd edilsin. İddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:- Zamiq Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar