Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(079)-47/2021 10.02.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, Kəngərli Bayram Akif oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Babək Rayon Notariat Ofisinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə Babək Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı1 və İddiaçı2 xx xxxxxx 2020-ci ildə Babək Rayon Məhkəməsinə müraciət edərək xx xxxx 2009-cu il tarixdə Babək Rayon Dövlət Notariat X1 və Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 arasında rəsmləşdirilmiş və reyestrdə 4-Ə-153 nömrə ilə qeydə alınmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, tələbini əsaslandıraraq bildirmişdir ki, Babək şəhəri, Q.Əkbərov küçəsi, 45 ünvanda yerləşən 0.2317 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 5 otaqlı, 85.66 kvadrat metr yaşayış, 65.12 kvadrat metr köməkçi sahədən ibarət fərdi yaşayış evi iddiaçılar İddiaçı1 anaşı və İddiaçı2 qayınanası mərhum X3 adına Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində xx xxx 2009-cu il tarixdə qeydiyyata alınmışdı. Həmin çıxarış əsasında Təyyubə Fərəcova həmin əmlakı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qızma bağışlama və bu barədə Babək rayon Dövlət Notariat Kontorunda xx xxxx 2009-cu il tarixdə müqavilə rəsmiləşdirilmişdir. Bağışlama müqaviləsi əsasında cavabdehlər Cavabdeh1, Mehbarə Fərəcova və Cavabdeh3 bağışlanılmış əmlakı qəbul edib Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində adlarına qeydiyyata saldırıblar. Təyyubə Fərəcovanın mülkiyyətində olmuş Babək şəhəri, Q.Əkbərov küçəsi, 45 ünvanında yerləşən əmlakın özgəninkiləşdirilməsindən biz bu il xəbər tutmuşuq. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2000-ci il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 49-cu bəndində göstərilir ki, yaşayış evinin, mənzilin, bağın, bağ evinin özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdlər təsdiq edilərkən notartius özgəninkiləşdirilən yaşayış evində, mənzildə, bağda və bağ evində kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayış tələb edir və daimi qeydiyyatda olan yetkinlik yaşma çatmış bütün ailə üzvlərinin razılığını alır. İddiaçılar İddiaçı1 1971-ci ildə, İddiaçı2 isə 1974-cü ildə doğulmalarına və 2009-cu ildə həmin ünvanın qeydiyyatında olmalarına baxmayaraq əmlakın bağışlanması üçün onların razılıq ərizələri notariusda rəsmiləşdirilmiş bağışlanılma sənədlərinin içərisində aşkarlanmayıb. Eyni zamanda əmlak bağışlanılan şəxslər olan hər üç cavabdeh İddiaçı1 və İddiaçı2 həmin ünvanda daimi qeydiyyatda olmalarını bilmələrinə baxmayaraq bu halı Dövlət Notariat Ofisinin notariusundan gizlədiblər və təqdim etdikləri arayışa bilərəkdən həmin şəxslərin adlarını yazdırmayıblar. Bu səbəbdən də onların hüquqları pozulmuş, əmlak onların razılığı və xəbərləri olmadan özgəninkiləşdirilmişdir. Buna görə də Babək şəhəri, Q.Əkbərov küçəsi, 45 ünvanında yerləşən daşınmaz əmlakın bağışlanılması barədə müqavilə etibarsız hesab olunmalı və əmlak X3 adına qaytarılmalıdır. Bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə Babək Rayon Notariat Ofisinə ünvanladığımız ərizəyə cavab verilərək bunun üçün əsas görülmədiyi bildirilərək məhkəməyə müraciət olunması bildirilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 “10” fevral 2021-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında ərizə ilə müraciət edərək, müraciətində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Babək Rayon Notariat Ofisinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia qaldırdıqlarını, hazırda isə iş üzrə Cavabdeh2 rəhmətə getdiyini, buna görə də iddia tələbinə baxılmasını istəmədiklərini qeyd edərək və ərizənin baxılmamış saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçıların məhkəmə təqdim etdiyi ərizəni mülki iş materialları və qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, hazırki vəziyyətdə yaranmış hüquqi şərait İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Babək Rayon Notariat Ofisinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə baxılmasına imkan vermir və bu səbəbdən də iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0 və 259.0.11ci maddələrinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Cavabdeh1 isə iddia tələbinin baxılmamış saxlanılmasına etiraz etməmişdi. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını və qanunvericiliyin sadalanan tələblərini nəzərə alaraq hesab edir ki, hazırki vəziyyətdə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsi tətbiq olunmalı və iddiaçıların verdiyi iddia tələbi baxılmamış saxlanılmalı və qərardaddan şikayət vermə müddəti bitdikdən sonra iddia ərizəsinə iddia tələbinin baxılmamış saxlanılan hissəsinə aid əlavə edilmiş sənədlər İddiaçı2 geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə əsasən ərizənin baxılmamış saxlanılması dövlət rüsumunun geri qaytarılmasının əsaslarından biri kimi qeyd edildiyindən və İddiaçı1 iddia ərizəsi baxılmamış saxlanılmalı olduğundan məhkəmə həmin Məcəllənin 260.3-cü maddəsinin tələbinə əsaslanaraq büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, iddiaçı iddia qaldırılarkən “Kapital Bank”ın Babək filialı vasitəsi ilə xx xxxxxxx 2020-ci il tarixli, 50115 nömrəli qəbzlə ödədiyi 10 (on) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Babək Rayon Notariat Ofisinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan şikayət vermə müddəti bitdikdən sonra iddia ərizəsinə əlavə edilmiş sənədlər Cavabdeh2 geri qaytarılsın. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-47/2021
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-47/2021
10.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver