Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-53/2022 16.03.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X10 məhkəmə iclas katibliyi, Ərizəçi və Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X3 iştirakları ilə, Ərizəçi anası X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: Ərizəçi Babək Rayon Məhkəməsinə müraciət edərək 07 iyul 1955-ci il tarixdə Naxçıvan şəhərində anadan olan haliyədə Babək rayon Zeynəddin kəndində yaşayan anası X4 fəaliyyət qabiliyyəti olmayan hesab olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, ərizəsini əsaslandıraraq qeyd etmişdir ki, anası X5 təxminən 20 il bundan əvvəl qıcolmalar olurdu, dişləri kilitlənirdi, ağrıdan başını hara gəldi vururdu. Onun sağ qolu və sağ ayağı iflic olmuş, müstəqil hərəkət edə bilməmiş və yatağa düşmüşdür. 2019-cu ildə onu X14 aparmışlar. O, “Beyin şişi, sağtərəfli hemiparez nitq pozğunluğu, inkurabel xəstə” diaqnozu ilə qeydiyyata alınmışdır. 01 aprel 2019cu il tarixdən etibarən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Babək rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində İ dərəcə əlilliyi olan xəstə kimi müddətsiz olaraq qeydiyyatda durur. Hazırda yataq şəraitindədir, danışa bilmir, hərəkət edə bilmir, onun baxımını ərizəçi özü yerinə yetirir, paltarlarını, yataq ləvazimatlarını yuyub hazırlayır, pensiya işi ilə əlaqədar sənədləri, bankomat kartını dəyişmək istərkən problemlərlə üzləşir, özü hərəkət edə bilmədiyindən sənədləşmə işlərini ərizəçi aparmalı olur. Ərizəçi məhkəmə iclasında verdiyi izahatında anası X16 rayonu, Zeynəddin kəndində qeydiyyatda olmaqla, hazırda o, bacısı və atası ilə birlikdə həmin kənddə yaşadığını, hələ o, uşaq olanda anasında mütəmadi olaraq, demək olar ki, ay ərzində bir dəfə qıcolmalar baş verdiyini xatırladığını, bu zaman anasının ağzından köpük gəldiyini, bundan sonra anasının bir saat ərzində özünə gələ bilmədiyini, bir müddət sonra illər keçdikcə həmin qıcolmaların ayda bir neçə dəfə tutduğunu, bundan sonra anasının nəinki bir saat ərzində, ümumiyyətlə gün ərzində özünə gələ bilmədiyini, anasının tutmalar zamanı bir neçə dəfə yıxılaraq müxtəlif dərəcəli xəsarətlər aldığını, ümumiyyətlə isə anasının onları lazımınca idarə edə bilmədiyini, həmin vaxtlar onların baxımı ilə ata nənəsinin məşğul olduğunu, imkansızlıq səbəbindən onu vaxtında müayinə və müalicə etdirə bilmədiklərini, 2018-ci ilin sonlarında anasının keçirdiyi güclü qıcolmadan sonra bir ay müddətində koma vəziyyətində olduğunu, bundan sonra sağ qolu və sağ ayağının funksiyasını tamamilə itirdiyini, sağ tərəfinin iflic olduğunu, bundan sonra yatağa düşdüyünü, 2019-cu ilin 01 aprel tarixindən etibarən Onkoloji Mərkəzdə qeydiyyatda durduğunu, 2019-cu ilin 09 oktyabr tarixindən isə müddətsiz İ qrup əlil olduğunu, hazırda da ayağa qalxa bilmədiyini, yataq şəraitində olduğunu, yalnız onun köməkliyi ilə və əlil arabasından istifadə etməklə zəruri ehtiyaclarını ödədiyini, onun baxımı ilə özünün məşğul olduğunu, hazırda anasında nitqin olmadığını, ətrafa qarşı tamamilə reaksiyasız qaldığını, özünü əl-qol hərəkətləri ilə belə izah edə bilmədiyini, son günlərdə yataq yaralarının və hərəkətsiz qaldığından damarlarında partlamalar olması səbəbindən göyərmələrin yarandığını, anasının hazırda xəstəliyinə qarşı ciddi bir müalicə almadığını, həkimlərin müalicənin bir nəticə verməyəcəyi barədə bildirdiklərini, anasını evdən çıxarmağın çox çətin, hətta mümkünsüz olduğunu, onun adından sənədləşmələr aparmaq lazım gəldikdə çətinliklərlə qarşılaşdığını, X4 özünü idarə etmək qabiliyyətini tamamilə itirdiyini, qəyyuma ehtiyacının olduğunu, ailədə ona baxa biləcək başqa birinin olmadığını, onlarla birlikdə yaşayan bacısı və atasının da anası kimi xəstə olmaqla köməyə ehtiyacları olduğunu, digər bacılarının isə ailəli olmaqla ayrı yaşadıqlarını, özünün anasının qayğısına qalmağa, onun adından müəyyən hərəkətləri etməyə və qərarlar verməyə razı olduğunu, anasına sevərək qayğı göstərdiyini bildirmişdir. Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X6 məhkəmə iclasında verdiyi izahatında komissiyanın üzvləri ilə birlikdə X4 yaşadığı Babək rayon Zeynəddin kəndində yerləşən yaşayış evində olduqlarını, onun yaşadığı şərait və psixoloji vəziyyəti ilə tanış olduqlarını, bununla bağlı komissiyanın üzvləri, qonşular və ərizəçinin iştirakı ilə akt tərtib edildiyini, X4 psixoloji vəziyyətinin vizual olaraq da çox kritik olduğunu, onunla ünsiyyət qurmağa çalışsalar da deyilənləri anlaya bilmədiyini, yataqdan qalxa bilmədiyini, özünü idarə edə bilmədiyini, ayaqlarında göyərmələrin olduğunu, bunun damar partlaması nəticəsində yarana biləcəyini təxmin etdiklərini, onun baxımı ilə oğlu Ərizəçi məşğul olduğunu, İbrahimova Havvanın baxımının qənaətbəxş olduğunu, qonşularla söhbət apardıqlarını, onların da onunla birlikdə yaşayan oğlu Ərizəçi onun qayğısına qaldığını bildirdiklərini, sözügedən hallar nəzərə alınmaqla 07 iyul 1955-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinin məqsədəuyğun olduğunu, onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün müraciət edilməsində hər hansı bir sui-istifadə hallarının mövcud olmadığını, sözügedən hallarla bağlı müvafiq rəy və aktın məhkəməyə təqdim edildiyini bildirmişdir. Mülki işin materiallarını tədqiq edən məhkəmə qeyd edir ki, Ərizəçi fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə bağlı barəsində ərizə verdiyi şəxs X4 yaxın qohumu-oğlu olması, X4 müddətsiz İ qrup əlil olması, 15.05.2019-cu il tarixdən Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzdə qeydiyyatda durduğu mülki işin mübahisəsiz hallarıdır. Sözügedən hallar və iş üçün əhəmiyyət kəsb edən digər hallar iş materiallarına əlavə edilmiş aşağıda sadalanan sübutlarla təsdiq olunur: - Vİİİ-ЖГ seriyalı, 390021 nömrəli doğum haqqında şəhadətnamənin surətindən Ərizəçi anasının X7 olması; - Babək rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş 024580 nömrəli vəsiqənin surətindən X4 09.10.2019-cu ildən müddətsiz İ qrup əlil olması; - Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Onkoloji Mərkəzin 18.11.2021-ci il tarixli, 899 nömrəli arayışının surətindən X4 15.05.2019-cu il tarixdən Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzdə “beyin şişi, sağtərəfli hemiparez nitq pozğunluğu, inkurabel xəstə” diaqnozu ilə qeydiyyatda durması; - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Babək rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş 23 noyabr 2021-ci il tarixli arayışdan X4 İ dərəcə əlilliyi olan şəxs kimi müddətsiz olaraq 130 manat təqaüd alması müəyyən olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 319-cu maddəsinə əsasən işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduğunu və qanunvericiliyin imperativ tələbini nəzərə alaraq X4 psixi vəziyyətini müəyyən etmək üçün 21 yanvar 2022-ci il tarixdə məhkəmə hazırlıq iclasında məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, mülki iş üzrə məhkəmə baxışına hazırlığın icraatı ekspert rəyi təqdim edilənədək dayandırılmış, 21.02.2022-ci il tarixdə mülki iş üzrə məhkəmə baxışına hazırlığın icraatı ekspert rəyi məhkəməyə təqdim edildiyindən təzələnmiş, iş üzrə hazırlıq iclası keçirilərək mülki məhkəmə baxışına təyin edilmişdir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X9 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 15.02.2022ci il tarixli 16 saylı rəyində xəstənin psixi vəziyyəti barədə qeyd olunmuşdur ki, xəstə yataq şəraitindədir, təmasa daxil olmur, verilən suallara cavab vermir, intellektualamnestik sferası aşağıdır, emosional labildir, düşüncə patologiyası müşahidə edilmir, hərəkətləri yataq çərçivəsindədir, hal-hazırki vəziyyətinə tənqidi münasibəti yoxdur. Ekspert komissiyası X5 “Beyin şişi, demensiya, sağtərəfli hemiparez, motor afaziya” xəstəliyinin aşkar olunduğu, X4 öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə etmək qabiliyyətində olmadığı və onun sağlamlıq vəziyyətinin məhkəmə iclasında iştirak etməsinə imkan vermədiyi qənaətinə gəlmişdir. Ekspert rəyini hərtərəfli qiymətləndirərək onu mötəbər sübut hesab edən məhkəmə rəyi nəzərə alaraq mülki işə MPM-in 320.2-ci maddəsinə əsasən maraqlı şəxs X4 iştirakı olmadan baxmışdır. Həmçinin MPM-in 320.2-ci maddəsinə əsasən işə cəlb olunmuş Maraqlı şəxs yanında Qəyyumluq və Himayə Komissiyasının 23 fevral 2022-ci il tarixli, 05 nömrəli rəyində komissiya üzvlərinin X4 yaşadığı Babək rayonu, Zeynəddin kəndində olduqlarını, onun yaşadığı şərait və psixoloji vəziyyətlə tanış olduqlarını, müvafiq akt tərtib edildiyini, İ qrup əlil olan X4 psixoloji vəziyyətinin vizual olaraq da kritik olduğunu, belə ki, Komissiya üzvlərinin onunla söhbət etməyə çalışsalar da deyilənləri anlaya bilmədiyini, xəstənin yataqdan qalxa bilmədiyini, ayaqlarında kapillyar damarların partlaması nəticəsində göyərmələrin olduğunu, qonşularla söhbət apardıqlarını, onların da xəstəyə baxan, onun qayğısına qalan, yeməyini yedizdirən, səliqə-səhmanına baxanın oğlu Ərizəçi olduğunu bildirmişlər. Rəyin nəticə hissəsində Maraqlı şəxs yanında Qəyyumluq və Himayə Komissiyası tərəfindən 07 iyul 1955-ci il tarixdə anadan olmuş X4 psixoloji problemlərinin hüquqi və faktiki mövcud olduğu nəzərə alınaraq onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Sadalanan halları nəzərə alan məhkəmə mülki iş üzrə tətbiq edilməli olan hüquq normalarını qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. MM-in 28.2-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. MM-in 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. MM-in 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. MM-in 33.2-ci maddəsinə əsasən qəyyumlar və himayəçilər istənilən şəxslərlə münasibətlərdə, o cümlədən məhkəmədə öz qəyyumluğunda olanların hüquq və vəzifələrini xüsusi səlahiyyət almadan müdafiə edirlər. MM-in 33.4-cü maddəsinə əsasən on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. MM-in 33.5-ci maddəsinə əsasən qəyyumlar qəyyumluqda olanların qanun üzrə nümayəndələri olur və onların adından və onların mənafeləri üçün bütün zəruri əqdləri bağlayırlar. Mülki işin yuxarıda sadalanan faktiki hallarını, məhkəmənin nəticəyə gəlməsi üçün mühüm olan bütün faktiki halların aydınlaşdırıldığını, məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan bütün halların sübuta yetirildiyini və sadalanan qanunvericilik normalarını nəzərə alan məhkəmə belə hesab edir ki, X4 öz hərəkətlərinin mənasını başa düşmədiyi və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyi müəyyən olunduğundan ərizə təmin olunmalı, 07 iyul 1955-ci il tarixdə Naxçıvan şəhərində anadan olan, Babək rayon Zeynəddin kənd sakini X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. Məhkəmə qeyd edir ki, MPM-in 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmçinin məhkəmə qeyd edir ki, qanunverici 7 yaşından yuxarı yaşda olan fiziki şəxslərin fəaliyyət qabiliyyətsiz hesab olunmaları üçün məhkəmə qərarının olmasını tələb edir. Lakin nəzərə alınmalıdır ki, həmin şəxslərin fəaliyyət qabiliyyətsizliyi məhkəmənin qərarı nəticəsində deyil, onun daimi anlaqsızlığı səbəbindən olur. Bu kimi hallarda məhkəmənin qərarı hüquqi faktın (mülki hüquq fəaliyyət qabiliyyətinin olmaması faktının) təsdiqi rolunu oynayaraq, şəxsin anlaqsızlığının açıqlanmasını təmin etmək məqsədi daşıyır. Həmçinin işdə iştirak edən şəxslərə izah edilir ki, MM-in 28.9-cu maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin sağaldığı və ya sağlamlıq vəziyyətinin xeyli yaxşılaşdığı halda məhkəmə onu fəaliyyət qabiliyyətli sayır. Onun üzərində müəyyənləşdirilmiş qəyyumluq məhkəmə qərarına əsasən ləğv edilir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: Ərizə təmin edilsin. 07 iyul 1955-ci il tarixdə Naxçıvan şəhərində anadan olan, Babək rayon Zeynəddin kənd sakini X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunsun. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. X1 X8 atası olmasını etiraf etməsi işin mübahisəli halıdır. Sözügedən halın araşdırılması ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1, 305.1.1, 307.2 və 307.2.10-cu maddələrinə əsasən atalığın etiraf olunması faktının müəyyən olunması ilə bağlı işlərə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi kimi xüsusi icraat qaydasında məhkəmə tərəfindən baxılır. Ailə Məcələsinin 45.2-ci maddəsinə əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının 11-ci maddəsinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.10-cu maddəsində nəzərdə tutulan faktın- yəni atalığın etiraf olunması faktının xüsusi icraat qaydasında məhkəmə tərəfindən müəyyən edilməsi zamanı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Bu normaya əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Yəni atalığı etiraf etmə (atalığın tanınması) faktının müəyyən olunması üçün 3 şərt mövcud olmalıdır: 1. Özünü uşağın atası hesab edən şəxs uşağın anası ilə nikahda olmamalıdır; 2. Həmin şəxs özünü uşağın atası hesab etməlidir; 3. Özünü uşağın atası hesab edən şəxs ölmüş olmalıdır. Məhkəmə işin sözügedən mübahisəli halına münasibətdə qeyd edir ki, mülki iş üzrə məhkəmə araşdırması zamanı X1 X8 atası olmasını etiraf etməsi müəyyən olunmuşdur. Belə ki, işdə iştirak edən şəxslərin izahatları, şahid ifadələri, Culfa rayon Ərəzin kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş arayış, iş materiallarına əlavə olunmuş fotoşəkil, həmçinin Ərizəçinın hamiləliyini təsdiq edən USM müayinəsinin nəticələrinə dair aktlar əsasında Ərizəçinın X17 ilə mərhumun sağlığında faktiki nikah münasibətlərinə daxil olması, bir ilə yaxın müddətdə bir evdə yaşayaraq ümumi təsərrüfat aparmaları, X17 ilə faktiki nikah münasibətlərində olduqları müddətdə Ərizəçinın 23 dekabr 2020-ci il tarixdə doğulmuş X12 hamilə olması, X2 övladının dünyaya gələcəyini bilməsi və doğulacaq uşağı öz övladı kimi qəbul etməsi öz təsdiqini tapmışdır. Məhkəmə həmçinin qeyd edir ki, faktın müəyyən olunması hüquqi nəticə doğurmaqla fiziki şəxsin şəxsi və əmlak hüququnun əmələ gəlməsinə səbəb ola bilər, qüvvədə olan qanunvericilikdə belə faktın müəyyən olunmasının məhkəmədən kənar qaydası nəzərdə tutulmamışdır, həmçinin hüquq haqqında mübahisə yoxdur. Məhkəmə qanunvericiliyin mülki işə baxılmasını tələblə, həmin tələbi müəyyən edən hallarla və həmin halları təsdiq edən sübutlarla məhdudlaşdırdığını nəzərə alaraq belə hesab edir ki, Ərizəçinın atalığın etiraf olunması tələbinə dair ərizəsi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: Ərizə təmin edilsin. 08 fevral 1987-ci ildə doğulmuş və 11 sentyabr 2020-ci ildə vəfat etmiş X2 23 dekabr 2020-ci ildə doğulmuş X8 atası olmasını etiraf etməsi faktı müəyyən edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: imza Günay İsmayıl Düzdür. Babək Rayon Məhkəməsinin hakimi: Günay İsmayıl 29 aprel 2021-ci il
Məhkəmə qərarları › İş №2(079)-53/2022
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-53/2022
16.03.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver