Məhkəmə qərarları › İş №2(079)-56/2022

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-56/2022

16.03.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-56/2022 16.03.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X13 məhkəmə iclas katibliyi, Ərizəçi və Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X3 iştirakları ilə, Ərizəçi anası X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: Ərizəçi Babək Rayon Məhkəməsinə müraciət edərək 13 mart 1986-cı il tarixdə Babək rayon Zeynəddin kəndində doğulmuş və hazırda Babək rayon Zeynəddin kəndində yaşayan bacısı X4 fəaliyyət qabiliyyəti olmayan hesab olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, ərizəsini əsaslandıraraq qeyd etmişdir ki, bacısı X8 uşaqlıqdan xəstədir, yaddaşı yoxdur, evdə tək qalanda evdən çıxıb gedir, sonra qayıdıb evi tapa bilmir, düşüb bütün kənddə onu axtarırlar, xəstəliyi getdikcə daha da ağırlaşır, dərmanlarını belə qəbul edə bilmir, yeməyini ərizəçi özü verir, paltarlarını ərizəçi dəyişir, onun adından lazım olan sənədləri də yenə ərizəçi özü hazırlayır. 05 iyul 2007-ci il tarixdən Yaqub Budaqov adına Naxçıvan Muxtar Respublikası X6 “Şizofreniya, paranoid forma" diaqnozu ilə qeydiyyatda durur. 25 sentyabr 2009-cu ildən şizofreniya diaqnozu ilə müddətsiz olaraq ikinci dərəcə əlil kimi qeydiyyata alınmışdır. Ərizəçi məhkəmə iclasında verdiyi izahatında bacısı X17 rayonu, Zeynəddin kəndində qeydiyyatda olmaqla, hazırda onunla və ata, anası ilə birlikdə həmin kənddə yaşadığını, bacısında anadangəlmə ağıl zəifliyinin olduğunu, uşaqlıqdan özünü normal idarə edə bilmədiyini, bunu başqalarından gizlətməyə çalışsalar da ailə üzvlərinin fərqində olduğunu, yaşa dolduqca düzələcəyinə ümid etdiklərini, 2004-cü ildə Gülnazın nişanlandığını, yığıncaqdan əvvəl Gülnazın həmin adamla rəsmi nikaha daxil olduğunu, yığıncaq günü Gülnazın koma vəziyyətinə düşdüyünü, buna görə faktiki nikah münasibətlərinin baş tutmadığını, nikahın da reallaşmadan məhkəmə qaydasında pozulduğunu, komaya girdikdən sonra onun 6 ay ərzində yalnız bir nöqtəyə baxaraq yaşadığını, doğru-düzgün qidalanmadığını, onu müalicə üçün Türkiyəyə apardıqlarını, bundan sonra Gülnazın ümumi vəziyyətinin nisbətən yaxşılaşdığını, hazırda onun öz hərəkətlərini idarə edə bilmədiyini, mütəmadi olaraq evdən çıxıb getdiyini, evi tapıb qayıda bilmədiyini, hər dəfə onu saatlarla axtarmalı olduqlarını, yaxud da kənddə tanıyanların Gülnazı görəndə ona xəbər verdiklərini, mütəmadi olaraq dərman qəbul etdiyini, həmin dərmanları qəbul etdikdə sakitləşdiyini, gün ərzində zəruri ehtiyaclarını ərizəçi özü qarşıladığını, üst-başını özünün dəyişdirdiyini, günün çox vaxtında yatdığını, bəzən isə hallüsinasiyalar gördüyünü, ona heç bir işi həvalə etməyin mümkün olmadığını, onu idarə etməyin çətin olduğunu, bəzən evdə gizləndiyini, öz-özünə saatlarla danışdığını, bəzən isə ümumiyyətlə heç kimlə dialoqa girmədiyini, 05.06.2007-ci il tarixdən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X6 “Şizofreniya. Paranoid forma” diaqnozu ilə qeydiyyatda dayandığını, 2009-cu ildən ikinci qrup əlil kimi qeydiyyatda durduğunu, onun baxımı ilə özünün məşğul olduğunu, fəaliyyət qabiliyyətini tamamilə itirdiyini, onun adından sənədləşmələr aparmaq lazım gəldikdə çətinliklərlə qarşılaşdığını, X4 özünü idarə etmək qabiliyyətini tamamilə itirdiyini, qəyyuma ehtiyacının olduğunu, ailədə ona baxa biləcək başqa birinin olmadığını, onlarla birlikdə yaşayan anası və atasının da bacısı kimi xəstə olmaqla köməyə ehtiyacları olduğunu, digər bacılarının isə ailəli olmaqla ayrı yaşadıqlarını, özünün bacısının qayğısına qalmağa, onun adından müəyyən hərəkətləri etməyə və qərarlar verməyə razı olduğunu, bacısına sevərək qayğı göstərdiyini, özünün illərdir ona alışdığını, bacısının da ona bağlı olduğunu və onun yanında özünü güvəndə hiss etdiyini, bunun isə onun üçün əhəmiyyətli olduğunu bildirmişdir. Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X9 məhkəmə iclasında verdiyi izahatında komissiyanın üzvləri ilə birlikdə X4 yaşadığı Babək rayon Zeynəddin kəndində yerləşən yaşayış evində olduqlarını, onun yaşadığı şərait və psixoloji vəziyyəti ilə tanış olduqlarını, bununla bağlı komissiyanın üzvləri, qonşular və ərizəçinin iştirakı ilə akt tərtib edildiyini, onda fiziki cəhətdən hər hansı çatışmazlıq müşahidə etmədiklərini, lakin X4 psixoloji vəziyyətinin vizual olaraq çox kritik olduğunu, onun danışarkən fikrini cəmləyə bilmədiyini, daha sonra isə susqun olduğunu, komissiya üzvlərinin nəyə görə orada olduğunu anlaya bilmədiyini, öz-özünə danışdığını, suallara adekvat cavablar vermədiyini, İbrahimovanın baxımı ilə qardaşı Ərizəçi məşğul olduğunu, qonşularla söhbət apardıqlarını, onların da İbrahimova Gülnazın qardaşı və valideynləri ilə birlikdə yaşadığını, qardaşı Ərizəçi onun qayğısına qaldığını bildirdiklərini, sözügedən hallar nəzərə alınmaqla 13 mart 1986-cı il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinin məqsədəuyğun olduğunu, onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün müraciət edilməsində hər hansı bir sui-istifadə hallarının mövcud olmadığını, sözügedən hallarla bağlı müvafiq rəy və aktın məhkəməyə təqdim edildiyini bildirmişdir. Mülki işin materiallarını tədqiq edən məhkəmə qeyd edir ki, Ərizəçi fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə bağlı barəsində ərizə verdiyi şəxs X4 yaxın qohumu-qardaşı olması, X4 İİ qrup əlil olması, X4 05.06.2017-ci il tarixdən Naxçıvan Muxtar Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X6 qeydiyyatda durduğu mülki işin mübahisəsiz hallarıdır. Sözügedən hallar və iş üçün əhəmiyyət kəsb edən digər hallar iş materiallarına əlavə edilmiş aşağıda sadalanan sübutlarla təsdiq olunur: - Vİİİ-ЖГ seriyalı, 390021 nömrəli doğum haqqında şəhadətnamənin surətindən Ərizəçi atasının X19, anasının isə X10 olması; - Xİ-ЖГ seriyalı, 421036 nömrəli doğum haqqında şəhadətnamənin surətindən X4 atasının X19, anasının isə X10 olması; - Babək rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş 025095 nömrəli vəsiqənin surətindən X4 01.09.2016-cı ildən İİ qrup əlil olması; - Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X7 18.11.2021-ci il tarixli, 763 nömrəli məktubundan X4 05.06.2007-ci il tarixdən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X6 “Şizofreniya. Paranoid forma” diaqnozu ilə qeydiyyatda durması; - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Babək rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş 23 noyabr 2021-ci il tarixli arayışdan X4 İİ dərəcə əlilliyi olan şəxs kimi müddətsiz olaraq 130 manat sosial müavinət alması müəyyən olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 319-cu maddəsinə əsasən işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduğunu və qanunvericiliyin imperativ tələbini nəzərə alaraq X4 psixi vəziyyətini müəyyən etmək üçün 21 yanvar 2022-ci il tarixdə məhkəmə hazırlıq iclasında məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, mülki iş üzrə məhkəmə baxışına hazırlığın icraatı ekspert rəyi təqdim edilənədək dayandırılmış, 21.02.2022-ci il tarixdə mülki iş üzrə məhkəmə baxışına hazırlığın icraatı ekspert rəyi məhkəməyə təqdim edildiyindən təzələnmiş, iş üzrə hazırlıq iclası keçirilərək mülki məhkəmə baxışına təyin edilmişdir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X12 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 15.02.2022ci il tarixli 17 saylı rəyində xəstənin psixi vəziyyəti barədə qeyd olunmuşdur ki, bələdliliyi zamana, məkana və özünə saxlanılıb, təmasa daxil olur, xarici görünüşü baxımlıdır, davranışı şəraitə uyğundur, verilən suallara cavablar verir, nitqi aydındır, tez-tez “dərmanlar mənim beynimi pozmaz?” deyə suallar verir, dərmanardan sonra xəstələndiyini və dərmanların onun başını pozduğunu deyir, intellektual-amnestik sferası aşağıdır, emosional kütləşmə müşahidə olunur, iradi sferası zəifləyib, düşüncə patologiyası müşahidə olunmur, hərəkətləri aktivdir, hal-hazırki vəziyyətinə tənqidi münasibəti yoxdur. Ekspert komissiyası X5 “Şizofreniya. Paranoid forma” xəstəliyinin olduğu, X4 öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə etmək qabiliyyətində olmadığı və onun sağlamlıq vəziyyətinin məhkəmə iclasında iştirak etməsinə imkan vermədiyi qənaətinə gəlmişdir. Ekspert rəyini hərtərəfli qiymətləndirərək onu mötəbər sübut hesab edən məhkəmə rəyi nəzərə alaraq mülki işə MPM-in 320.2-ci maddəsinə əsasən maraqlı şəxs X4 iştirakı olmadan baxmışdır. Həmçinin MPM-in 320.2-ci maddəsinə əsasən işə cəlb olunmuş Maraqlı şəxs yanında Qəyyumluq və Himayə Komissiyasının 23 fevral 2022-ci il tarixli, 06 nömrəli rəyində komissiya üzvlərinin X4 yaşadığı Babək rayonu, Zeynəddin kəndində olduqlarını, onun yaşadığı şərait və psixoloji vəziyyətlə tanış olduqlarını, müvafiq akt tərtib edildiyini, qonşularla da söhbət apardıqlarını, X4 psixoloji vəziyyətinin vizual olaraq da kritik olduğunu, belə ki, Komissiya üzvlərinin onunla söhbət etməyə çalışsalar da deyilənləri anlaya bilmədiyini, G.İbrahimovanın danışarkən fikrini cəmləyə bilmədiyini, susqun olduğunu müşahidə etdiklərini, qonşuların xəstənin valideynlərinin evində qardaşı və valideynləri ilə birlikdə yaşadığını bildirdiklərini, onların da xəstəyə baxan, onun qayğısına qalan, yeməyini yedizdirən, səliqəsəhmanına baxanın qardaşı Ərizəçi olduğunu bildirmişlər. Rəyin nəticə hissəsində Maraqlı şəxs yanında Qəyyumluq və Himayə Komissiyası tərəfindən 13 mart 1986-cı il tarixdə anadan olmuş X4 psixoloji problemlərinin hüquqi və faktiki mövcud olduğu nəzərə alınaraq onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Sadalanan halları nəzərə alan məhkəmə mülki iş üzrə tətbiq edilməli olan hüquq normalarını qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. MM-in 28.2-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. MM-in 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. MM-in 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. MM-in 33.2-ci maddəsinə əsasən qəyyumlar və himayəçilər istənilən şəxslərlə münasibətlərdə, o cümlədən məhkəmədə öz qəyyumluğunda olanların hüquq və vəzifələrini xüsusi səlahiyyət almadan müdafiə edirlər. MM-in 33.4-cü maddəsinə əsasən on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. MM-in 33.5-ci maddəsinə əsasən qəyyumlar qəyyumluqda olanların qanun üzrə nümayəndələri olur və onların adından və onların mənafeləri üçün bütün zəruri əqdləri bağlayırlar. Mülki işin yuxarıda sadalanan faktiki hallarını, məhkəmənin nəticəyə gəlməsi üçün mühüm olan bütün faktiki halların aydınlaşdırıldığını, məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan bütün halların sübuta yetirildiyini və sadalanan qanunvericilik normalarını nəzərə alan məhkəmə belə hesab edir ki, X5 mövcud olan ağıl zəifliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyi və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyi müəyyən olunduğundan ərizə təmin olunmalı, 13 mart 1986-cı il tarixdə Babək rayon Zeynəddin kəndində anadan olan, Babək rayon Zeynəddin kənd sakini X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. Məhkəmə qeyd edir ki, MPM-in 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmçinin işdə iştirak edən şəxslərə izah edilir ki, MM-in 28.9-cu maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin sağaldığı və ya sağlamlıq vəziyyətinin xeyli yaxşılaşdığı halda məhkəmə onu fəaliyyət qabiliyyətli sayır. Onun üzərində müəyyənləşdirilmiş qəyyumluq məhkəmə qərarına əsasən ləğv edilir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: Ərizə təmin edilsin. 13 mart 1986-cı il tarixdə Babək rayon Zeynəddin kəndində anadan olan, Babək rayon Zeynəddin kənd sakini X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunsun. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. X1 X11 atası olmasını etiraf etməsi işin mübahisəli halıdır. Sözügedən halın araşdırılması ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1, 305.1.1, 307.2 və 307.2.10-cu maddələrinə əsasən atalığın etiraf olunması faktının müəyyən olunması ilə bağlı işlərə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi kimi xüsusi icraat qaydasında məhkəmə tərəfindən baxılır. Ailə Məcələsinin 45.2-ci maddəsinə əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının 11-ci maddəsinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.10-cu maddəsində nəzərdə tutulan faktın- yəni atalığın etiraf olunması faktının xüsusi icraat qaydasında məhkəmə tərəfindən müəyyən edilməsi zamanı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Bu normaya əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Yəni atalığı etiraf etmə (atalığın tanınması) faktının müəyyən olunması üçün 3 şərt mövcud olmalıdır: 1. Özünü uşağın atası hesab edən şəxs uşağın anası ilə nikahda olmamalıdır; 2. Həmin şəxs özünü uşağın atası hesab etməlidir; 3. Özünü uşağın atası hesab edən şəxs ölmüş olmalıdır. Məhkəmə işin sözügedən mübahisəli halına münasibətdə qeyd edir ki, mülki iş üzrə məhkəmə araşdırması zamanı X1 X11 atası olmasını etiraf etməsi müəyyən olunmuşdur. Belə ki, işdə iştirak edən şəxslərin izahatları, şahid ifadələri, Culfa rayon Ərəzin kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş arayış, iş materiallarına əlavə olunmuş fotoşəkil, həmçinin Ərizəçinın hamiləliyini təsdiq edən USM müayinəsinin nəticələrinə dair aktlar əsasında Ərizəçinın X20 ilə mərhumun sağlığında faktiki nikah münasibətlərinə daxil olması, bir ilə yaxın müddətdə bir evdə yaşayaraq ümumi təsərrüfat aparmaları, X20 ilə faktiki nikah münasibətlərində olduqları müddətdə Ərizəçinın 23 dekabr 2020-ci il tarixdə doğulmuş X15 hamilə olması, X2 övladının dünyaya gələcəyini bilməsi və doğulacaq uşağı öz övladı kimi qəbul etməsi öz təsdiqini tapmışdır. Məhkəmə həmçinin qeyd edir ki, faktın müəyyən olunması hüquqi nəticə doğurmaqla fiziki şəxsin şəxsi və əmlak hüququnun əmələ gəlməsinə səbəb ola bilər, qüvvədə olan qanunvericilikdə belə faktın müəyyən olunmasının məhkəmədən kənar qaydası nəzərdə tutulmamışdır, həmçinin hüquq haqqında mübahisə yoxdur. Məhkəmə qanunvericiliyin mülki işə baxılmasını tələblə, həmin tələbi müəyyən edən hallarla və həmin halları təsdiq edən sübutlarla məhdudlaşdırdığını nəzərə alaraq belə hesab edir ki, Ərizəçinın atalığın etiraf olunması tələbinə dair ərizəsi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: Ərizə təmin edilsin. 08 fevral 1987-ci ildə doğulmuş və 11 sentyabr 2020-ci ildə vəfat etmiş X2 23 dekabr 2020-ci ildə doğulmuş X11 atası olmasını etiraf etməsi faktı müəyyən edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: imza Günay İsmayıl Düzdür. Babək Rayon Məhkəməsinin hakimi: Günay İsmayıl 29 aprel 2021-ci il

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar