Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-608/2024 18.09.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X6 məhkəmə iclas katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində qoyulmaqla mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə Babək Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi xx.xx.2024-cü il tarixdə Babək Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, M-00129 nömrəsi İlə qeydiyyatdan keçmiş mediator X5 iştirakı ilə Maraqlı şəxs ilə 03 oktyabr 2021-ci il tarixdə aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi tələbinin əsası kimi bildirmişdir ki, mənimlə Maraqlı şəxs arasında 12 avqust 2004-cü il tarixli, Babək rayon Vayxır kənd icra nümayəndəliyində nikahımız 07 nömrə ilə qeydə alınmışdır. Birgə nikahımızdan 26 mart 2006-cı il təvəllüdlü X10, xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2010-cu il təvəllüdlü X9 doğulmuşdur. Nikahımız pozulmamış, lakin ailə münasibətimiz pozulmuşdur. M-00129 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X5 iştirakı ilə Maraqlı şəxs ilə 03 oktyabr 2021-ci il tarixdə barışıq sazişi imzaladıq. Barışıq sazişinin şərtlərinə əsasən birinci tərəf öhdəsinə götürür ki, 26 mart 2006-cı il X10, xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2010-cu il təvəllüdlü X2 üçün anaları Ərizəçi hər ay hər uşaq üçün 100 AZN olmaqla ümumilikdə 300 manat məbləğində aliment ödəyəcəyini öhdəsinə götürür. Tərəflər alimentin ödənilmə qaydasını poçt vasitəsilə deyil, Ərizəçi təqdim edəcəyi ********************9 nömrəli Kapital Bank kart hesabı vasitəsilə ödənilməsi razılığına gəlirlər. Maraqlı şəxs alimentin ilk ödənişinin 2021-ci ilin oktyabr ayının zəhməthaqları alınan zaman, sonra isə hər ay mütəmadi ödənişlər etməyi öhdəsinə götürür. Maraqlı şəxs 2021-ci ilin iyul, avqust və sentyabr aylarında həyat yoldaşından ayrı yaşadığı müddətdə hər ay üçün 400 AZN olmaqla, ümumilikdə 1200 AZN məbləğində vəsaiti 2022-ci ilin yanvar-fevral ayları ərzində Ərizəçi ödəməyi öhdəsinə götürür. Tərəflər razılığa gəlirlər ki, hər hansı tərəf götürdüyü öhdəliyin şərtlərinə əməl etməzlərsə digər tərəfin məhkəməyə müraciət etmək hüququ vardır. Cavabdeh Maraqlı şəxs barışıq sazişində göstərilən aliment məbləğini 2023cü ilin yanvar ayından etibarən ödəmir. Eyni zamanda barışıq sazişində əksini tapan 2021-ci ilin iyul, avqust və sentyabr ayları üçün məndən ayrı yaşadığı müddətdə hər ay üçün 400 AZN, ümumilikdə 1200 AZN məbləğində vəsaiti də ödəməmişdir. Ərizəçi izahatında və verilmiş suallara cavabında ərizəsində göstərdiyi halları təsdiqləyərək barışıq sazişi bağlandıqdan, yəni 2021-ci ilin oktyabrından sonra aralarında barışıq əldə olunduğunu, belə ki, 2022-ci ilin dekabrında barışıb 2024-cü ilin avqustun 15-də yenidən ayrıldıqlarını, həmin müddətdə birgə təsərrüfat aparıb Səbuhinin qazancının evin ehtiyaclarına xərcləndiyini, barışana qədər isə barışıq sazişinin şərtlərini qarşı tərəfin yerinə yetirdiyini, uşaqlar üçün müəyyən olunan 300 manat alimentin karta hər köçürüldüyünü, daha sonra isə barışıq yenidən ümumi təsərrüfat apardıqlarından buna ehtiyac qalmadığını, həmçinin Səbuhinin 2023-cü ilin hərbi qulluqçular üçün əlavə əmək haqqını alanda 2700 manat pul vəsaitini evin, uşaqların ehtiyaclarına xərclədiyini, buna görə də ondan sazişdə razılaşdıqları 1200 manat pulun ödənilməsini və barışıq sazişinin həmin hissədə təsdiqini tələb etmədiyini, həmçinin qızı Aişənin 2024-cü ilin martında 18 yaşına çatdığını və ona münasibətdə də alimentin ödənilməsinə dair barışıq sazişinin şərtlərinin təsdiqini istəmədiyini, lakin oğlanları İbrahim və İsmayıla münasibətdə razılaşdırılmış aliment məbləğinin tutulmanın əvvəli xx.xx.2024-cü il tarixdən hesabanmaqla barışıq sazişinin təsdiq edilməsini, həmçinin mediator Yusif müəllimin barışıq sazişində Səbuhinin əmək haqqı artdıqca alimentin də ona mütənasib olaraq artacağına dair barışıq sazişindən kənar mühasibatlığa sənəd yazıb göndərdiyini, bununla da hər ay əslində Səbuhinin əmək haqqından 300 yox, 400 manatın tutulmalı olduğunu, buna dair barışıq sazişinə dəyişiklik edilmədiyini, amma Yusif müəllimin qeyri-rəsmi qaydada bu barədə mühasibatlığa göstəriş verdiyini bildirmiş, sonda isə barışıq sazişinin həmin hissədə qismən təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasında verdiyi izahatında aralarında 2021-ci ilin oktyabrında uşaqların saxlanılma qaydası haqqında barışıq sazişinin bağlandığını, aralarındakı nikahın isə pozulmadığını, barışana qədər sazişi aylıq 300 manat alimentə münasibətdə hər ay vaxtnda icra etdiyini, belə ki, işlədiyi hərbi hissənin mühasibatlığının hər ay əmək haqqına tutma yönəldib həmin məbləği ərizəçinin kart hesabına köçürdüyünü, 2022-ci ilin dekabrında barışıb yenidən bir arada yaşamağa başladıqlarını və aldığı əmək haqqını da ərizəçiyə verdiyini və evə xərcləndiyini, həmçinin aldığı 2700 manat əlavə mükafat məbləğini evə qoyduğunu və elə bununla da barışıq sazişinin 1200 manat pulun ödənilməsi hissəsində icra etmiş sayıldığını, münasibətlərinin 2024-cü ilin 15 avqustunda yenidən pozulduğunu və ayrı yaşamağa başladıqlarını, uşaqlarının da onu danışdırmadıqlarını, buna görə də onlara hər hansı bir maddi köməklik göstərmədiyini, ərizəçinin bildirdiyi kimi mediasiya sazişinə əmək haqqının qalxması ilə bağlı alimentin aylıq məbləğinin 400 manat olması ilə barədə dəyişikliyə razılıq vermədiyini, sazişə belə bir bəndin əlavə olunmadığını, barışıq sazişinin hazırda yetkinlik yaşına çatmayan oğlanlarına münasibətdə alimentin ödənilməsinə dair hissədə təsdiq edilməsinə narazılığının olmadığını, həmçinin özünün həmin 200 manatdan əlavə hər ay 100 manat da sazişdən kənar uşaqları üçün ödəyəcəyini, lakin Aişənin yetkinlik yaşına çatmasının və razılaşdırılmış 1200 manat vəsaitin artıq ödənilmiş olmasının nəzərə alınmasını xahiş etdiyini bildirmişdir. Ərizəçi məhkəmə iclasında yazılı ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs qarşı mediasiya prosesi nəticəsində bağlanılmş barışıq sazişinin təsdiq edilməsi tələbi ilə məhkəməyə müraciət etdiyini, məhkəmədən xx.xx.2021-ci il tarixli barışıq sazişinin qismən təsdiq olunaraq X8 və X1 üçün hər ay hər uşaq üçün 100 manat olmaqla 200 manat alimentin ödənilməsinə dair hissədə qismən təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdiyini, qızı X10 yetkinlik yaşına çatdığından barışıq sazişinin ona dair hissəsinin təsdiqini tələb etmədiyini, həmçinin 2021-ci ilin iyul, avqust, sentyabr ayları üçün razılaşdırılmış hər ay Üçün 400 manat olmaqla 1200 manat birdəfəlik ödənişə dair hissədə sazişin təsdiqinə dair tələbinin olmadığını, məhkəmədən 2024-cü ilin 15 avqust tarixindən hesablanmaqla xx.xx.2007-ci il təvəllüdlü X8 və 01 noyabr 2010-cu il təvəllüdlü X1 üçün Maraqlı şəxs 200 manat alimentin alınıb ona ödənilməsinə dair hissədə barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəçinin xahişini və mülki icraatda dispozitivlik prinsipinin üstünlüyünü nəzərə alaraq tələbə dəqiqləşdirilmiş iddia elementləri nəzərə alınmaqla barışıq sazişinin xx.xx.2007-ci il təvəllüdlü X8 və 01 noyabr 2010-cu il təvəllüdlü X1 üçün Maraqlı şəxs hər birinə 100 manat olmaqla iki uşaq üçün 200 manat alimentin ödənilməsinə dair hissədə təsdiq edilməsi şəklində baxmışdır. Ərizəyə əlavə edilmiş Babək rayonu, Vayxır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı, 067070 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən Maraqlı şəxs ilə Ərizəçi arasında 12 avqust 2004-cü il tarixdə nikahın bağlanması; Ərizəyə əlavə edilmiş Babək rayonu, Vayxır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı, 789476 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 atası Maraqlı şəxs, anası Ərizəçi olmaqla, xx.xx.2006-cı il tarixdə doğulması; Ərizəyə əlavə edilmiş Babək rayonu, Vayxır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı, 798855 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 atası Maraqlı şəxs, anası Ərizəçi olmaqla, xx.xx.2007-ci il tarixdə doğulması; Ərizəyə əlavə edilmiş Babək rayonu, Vayxır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ seriyalı, 505822 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 atası Maraqlı şəxs, anası Ərizəçi olmaqla, xx.xx.2010-cu il tarixdə doğulması müəyyən olunur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış barışıq sazişindən görünür ki, tərəflər xx.xx.2006-cı il təvəllüdlü X10, xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2010-cu il təvəllüdlü X2 üçün anaları Ərizəçi hər ay hər uşaq üçün Maraqlı şəxs tərəfindən 100 AZN məbləğində (cəmi 300 AZN) alimentin ödənilməsi, pul vəsaitinin Ərizəçi təqdim edəcəyi ********************9 nömrəli Kapital Bank kart hesabı vasitəsilə ödənilməsi, alimentin ilk ödənişinin 2021-ci ilin oktyabr ayının zəhməthaqları alınan zaman, sonra isə hər ay mütəmadi ödənilməsi, tərəflərin ayrı yaşadığı müddətdə hər ay üçün 400 AZN olmaqla, ümumilikdə 1200 AZN məbləğində vəsaitin 2022-ci ilin yanvar-fevral ayları ərzində ödənilməsi və digər məsələlərə dair razılığa gəlmişlər. Məhkəmə araşdırması zamanı Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2021-ci il tarixdə barışıq sazişinin bağlanması, tərəflərin sazişlə yuxarıda göstərilən şərtlər barədə razılığa gəlmələri, tərəflərin xx.xx.2024-cü il tarixdən etibarən ayrı yaşamaları və yetkinlik yaşına çatmayan uşaqlar xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2010-cu il təvəllüdlü X3 analarının yanında yaşaması, 26 mart 2006-cı il X7 hazırda yetkinlik yaşına çatması, həmçinin Maraqlı şəxs alimentin ödənilməsinə dair hissədə barışıq sazişinin könüllü icrasından boyun qaçırdığı müəyyən olunmuşdur. Maraqlı şəxs barışıq sazişnin ərizəçinin tələb etdiyi hissədə təsdiq edilməsinə etirazının olmadığını bildirmişdir. MPM-in 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinin müvafiq bəndlərinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. MPM-in 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub-olmamasından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşağın yaşayışı üçün zəruri olan xərclərin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Tərəflər aralarında bağlanmış barışıq sazişində alimentin hər ay bir uşaq üçün 100 manat olmaqla sait pul məbləğində ödəniləcəyinə dair razılığa gəlmişlər. Tərəflərin üst-üstə düşən izahatları əsasında isə 2024-cü ilin avqust ayının 15-dən etibarən ayrı yaşamaları, yetkinlik yaşına çatmayan uşaqlar xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2010-cu il təvəllüdlü X3 ananın yanında yaşaması və həmin tarixdən etibarən atanın uşaqların saxlanılmasında iştirak etmədiyi, yəni barışıq sazişinin könüllü icrasından yayındığı müəyyən olunmuşdur. Sözügedən halları nəzərə alan məhkəmə belə hesab edir ki, barışıq sazişi üzrə tərəflərin ayrı yaşayıb ümumi təsərrüfat aparmadıqları dövrdə ödənilməmiş aliment məbləği nəzərə alınmalı və alimentin tutulmasının əvvəli xx.xx.2024-cü ildən hesablanmalıdır. MPM-in 234.2 və 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə ərizəçinin barışıq sazişinin qismən təsdiq edilməsi barədə ərizəsini, sözügedən hissədə barışıq sazişinin könüllü qaydada icra olunmasından maraqlı şəxs tərəfindən imtina olunduğunu, barışıq sazişinin sözügedən hissədə təsdiq edilməsindən imtina edilməsi üçün əsasların mövcud olmadığını, barışıq sazişinin qanuna zidd olmadığını, uşaqların yüksək mənafeyinin təmin edilməsinin zəruriliyini nəzərə alaraq hesab edir ki, ərizə təmin olunmalı, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2021-ci il tarixli barışıq sazişi uşaqların saxlanılması-alimentə dair hissədə təsdiq edilməli, xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 100 (bir yüz) manat olmaqla, iki uşaq üçün 200 (iki yüz) manat miqdarında sabit pul məbləğində aliment xx.xx.2024-cü il tarixdən tutularaq uşaqların anası Ərizəçi ödənilməli, tələb alimentə dair hissədə dərhal icraya yönəldilməlidir. Məhkəmə belə hesab edir ki, tələb əsaslı sayıldığından MPM-in 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) ərizəçi tərəfindən ərizə verildiyi vaxt ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu maraqlı şəxsdən alınaraq ərizəçiyə ödənilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 358.0.3, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında ərizə təmin olunsun. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2021-ci il tarixli barışıq sazişi X8 və X3 yetkinlik yaşlarına çatanadək saxlanılmasına dair hissədə təsdiq edilsin. Barışıq sazişinin şərtlərinə uyğun olaraq Maraqlı şəxs xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 100 (bir yüz) manat olmaqla, iki uşaq üçün 200 (iki yüz) manat miqdarında sabit pul məbləğində aliment xx.xx.2024-cü il tarixdən tutularaq uşaqların anası Ərizəçi ödənilsin və qətnamə alimentə dair hissədə dərhal icraya yönəldilsin. Ərizəçi tərəfindən ərizə verildiyi vaxt ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Maraqlı şəxs alınaraq Ərizəçi ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-608/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-608/2024
18.09.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver