Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-682/2025 16.01.2026 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X10 məhkəmə iclas katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, şahidlər Şahid1 və Şahid2 iştirakları ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mirasın qəbul edilməsi faktının və payın müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı “08” oktyabr 2025-ci ildə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun tərəfindən mərhum anası X1 miras qalmış Babək rayon Şıxmahmud kəndində yerləşən 0.1581 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində tikilmiş 139.72 m2 fərdi yaşayış evinin - miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi, həmçinin həmin miras əmlakdakı payın bütün miras kütləsinə şamil edilməklə payın müəyyən olunması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, mənim anam X5 31 dekabr 2013-сü tarixində rəhmətə getmişdir. Anam rəhmətə getdikdən sonra ondan Babək rayon, Şıxmahmud kəndində 0.1581 ha torpaq sahəsi miras əmlak olaraq qalmışdır. Anamın aşağıdakı vərəsələri olmuşdur: X25- xx.xx.1992-ci ildə vəfat edib (həyat yoldaşı), X32- xx.xx.2019-cu ildə vəfat edib (oğlu), İddiaçı (oğlu), Cavabdeh1 (oğlu), Cavabdeh3 (qızı), Cavabdeh2) qızı, X17-xx.xx.2017-ci ildə vəfat edib (qızı), X29-xx.xx.1962-ci ildə vəfat edib (qızı), Cavabdeh4 (qızı), X30- xx.xx.1966-cı ildə vəfat edib (oğlu) və X22-xx.xx.1994-cü ildə vəfat edib (qızı). Yuxarıda qeyd etdiyim kimi qeyd edilən torpaq sahəsindəki doğulub böyüdüyüm evdə hələ anamın sağlığında onunla birlikdə, anamın ölümündən sonra da mən ailəmlə birlikdə yaşayıram, həmçinin anamın vəfatından sonra miras olan torpaq sahəsində X31 mənim ailəmlə birlikdə yaşayırdı. X31 anadangəlmə 1-ci qrup əlil olduğuna görə ailə qurmamışdı, subay idi. Gövərçin 2017-ci ildə vəfat edəndən sonra da həmin evdə mən ailəmlə birlikdə yaşamışam. Ümumiyyətlə mərhum anamızdan miras qalan daşınmaz əmlakı yalnız mən qəbul etmişəm. Bunu Şıxmahmud kənd sakinləri də təsdiq edə bilər. Çünki digər vərəsələr mərhum anamın sağlığında ailə quraraq ailələrinin yaşadığı evlərə köçərək anamdan qalan miras əmlakda yaşamayıblar və həmin evlə bağlı heç bir iş görməyiblər. Qeyd edim ki, anamdan qalan miras əmlakdakı ev 1936-cı ildə möhrə ilə tikilmiş ev olduğundan və artıq qəzalı vəziyyətə düşdüyündən 2005-ci ildə həmin köhnə evi sökərək yerində əsasən Bakı mişar daşı, kilid daşla və dəmir-betonla yenidən ev tikmişəm. Həmin evin bütün tikinti xərclərini də mən özüm qarşılamışam. Həmçinin mərhum anam və bacımın yas mərasimlərinin xərclərini də mən özüm qarşılamışam. Çünki həmin evdə məndən başqa heç bir vərəsə yaşamırdı. Həmin həyəti özüm əkib-becərmişəm və ağaclar əkmişəm. Həmin miras əmlakın möhrə hasarını da uçub dağıldığından sökərək betondan monolit hasar tökmüşəm. Həmin daşınmaz əmlaka dair mənimlə kommunal xidmətlərlə bağlı müvafiq müqavilələr bağlanılmış, kommunal xərclər və sığorta ödənişləri mənim tərəfimdən ödənilmiş və ödəməkdə də davam edirəm. Qeyd etmək istəyirəm ki, vərəsələrdən Cavabdeh1 və Cavabdeh2 miras əmlakın mənim tərəfimdən qəbul edilməsini ciddi şəkildə qəbul etmirlər və olaraq yalnız mənim qəbul etdiyim miras əmlakdan əsassız olaraq pay istəyirlər. Bu səbəbdən də aramızda ciddi narazılıq olduğundan vərəsəlik işini notariat orqanlarında rəsmiləşdirə bilmədim. Mən yuxarıda qeyd etdiyim kimi miras əmlakı mülki qanunvericiliyin tələbinə görə qanunla müəyyən olunmuş müddətdə faktiki yaşamaqla və miras əmlakı faktiki idarə etməklə miras əmlakı qəbul etmişəm. Bununla bağlı olaraq müvafiq notariat ofisinə müraciət etdim və qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə almaq üçün müraciət etsəm də, mənə müddət ilə bağlı olaraq məhkəməyə müraciət etməyim tövsiyə olundu. Mən də məcbur qalaraq məhkəməyə müraciət edirəm. Babək Rayon Məhkəməsinin 2(079)-682/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki iş üzrə X18, X26, X33, X34, X27, X28 və X23 cavabdehlərin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh4 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X18, X26, X33, X34, X27, X28 və X11 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185ci maddəsinin tələblərini nəzərə alaraq mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında 1974-cü ildən Babək rayonu, Şıxmahmud kəndində yerləşən həmin evdə yaşadığını, Naxçıvan şəhərində də evi olduğunu, həm orada, həm də Şıxmahmuddakı evdə qaldığını, gecə-gündüz Şıxmahmuddakı həyətdə can qoyduğunu, orada olan evin 1936-cı ildə atası tərəfindən tikildiyini və yararsız vəziyyətdə olduğunu, ona görə orada bir neçə dəfə - 10-15 il ərzində təmir işləri apardığını, 2000-ci illərin əvvəllərində həmin evi tamamilə sökdüyünü, evdə anası, özü və xəstə bacısı Gövərçinin qaldığını, ailə qurmalı olduğundan həmin evi söküb yenidən tikdiyini, 10-11 ədəd yardımçı tikilini sökdüyünü, 2004-cü ildə ailə qurduğunu, anası vəfat edəndə ailəsilə birlikdə həmin miras əmlakda qaldığını, atasının mal-heyvan saxladığını, onlara kömək etdiyini, təsərrüfatın aparılmasında iştirak etdiyini, 1992-ci ildə atası, 2013-cü ildə anasının vəfat etdiyini, valideynlərinin yas xərclərini özünün qarşıladığını, qəbirlərini özünü götürdüyünü, anasının ölümündən sonra orada ailəsi və bacısı Gövərçinlə birlikdə həmin miras əmlakda yaşamağa davam etdiyini, bacısı Gövərçinin isə 2017-ci ildə vəfat etdiyini, bununla belə miras əmlakın qapısının açarının da özündə olduğunu, orada təsərrüfatla məşğul olduğunu, 2014-cü ildə həmin evi sənədləşdirmək istədiyini, notariusa gələndə qardaşı İsmayıl və bacısı Gülsəfadan başqa digər qardaş və bacılarının razılıq verdiyini, qardaşı İsmayıl və bacısı Gülsəfanın həmin əmlakdan pay istədiyini, Gülsəfanın 1977-ci ildən ailə qurub evdən getdiyini, İsmayılın isə 1985-ci ildə ailə qurub, 1985-ci ildə dövlət tərəfindən İsmayıla torpaq verildiyini, şəxsən özünün ona həmin torpaqda ev tikilməsində iştirak etdiyini, tikinti işçisi olduğuna görə söküntü materiallarını gətirib orada istifadə etdiklərini, anası vəfat edəndə digər bacı-qardaşların hamısının ailə qurub evdən ayrıldığını, 2 ildir ki, qızının Bakı Dövlət Universitetinə qəbul olunması ilə əlaqədar olaraq Bakıda yaşadığını, hazırda orada bacısı Şəfiqənin qızının kirayə qaldığını, oranı kirayəyə özünün verdiyini, qardaşı Kərimov Vaqifin isə 2019-cu ildə vəfat etdiyini, onun həyat yoldaşı Tamara Mahmudova, övladları Xanım, Hüseyn, Araz və Qaya olduğunu, bacısı Kərimova Məhsətinin isə 1994-cü ildə vəfat etdiyini və onun oğlunun isə Yadigar Mahmudov olduğunu, bacısı Gövərçinin evlənmədiyini və vərəsəsinin olmadığını bildirib Babək rayonu, Şıxmahmud kəndində yerləşən və anasından qalan 0,1581 ha miras əmlakın onun tərəfindən faktiki qəbul olunması və miras əmlakda tam payının müəyyən olunmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında 1977-ci ildə ailə qurduğunu və miras evdən çıxdığını, anasının ölümündən sonra miras əmlaka qardaşı Ramizin həftədə bir dəfə gəlib gedib baxdığını, anası xəstə olduğu zaman bir müddət bacısı Gövərçinlə birlikdə onun evində qaldığını, anasının ölümündən sonra miras əmlakda yaşamadığını, anasının onun yaşadığı Naxçıvan şəhərindəki evdə 2013-cü ilin dekabr ayında vəfat etdiyini, anasının ölümdən sonra Gövərçinə özünün baxdığını, anasının protezindəki qızıl dişlərini ona vəsiyyət etdiyini və özünün götürdüyünü, yas mərasiminin miras əmlakda olduğunu, anasının vəfatından sonra Gövərçin və Ramizdən başqa digər bacı-qardaşların orada qalmadığını bildirmişdir. Cavabdeh3 məhkəmə iclasında verdiyi izahatında anasının ölümündən sonra miras əmlakda qardaşı Ramizin yaşadığını, 1982-ci ildə ailə qurub oradan ayrıldığını bildirmişdir. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında iddiaçının dediklərinin yanlış olduğunu, həmin evi Ramizin tək tikmədiyini, özünün də orada işlədiyini, iddiaçının miras əmlakda tikdiyi evin köhnə evə yamaq kimi tikildiyini, özünün köhnə evin qarşısında aynabənd saldığını, əlavə 1 otaq və dam tikdiyini, divarını gəclədiyini, iddiaçının sonra aynabəndi də sökdüyünü və ona məlumat vermədiyini, onun orada əlavə bir iş görmədiyini, özünün həmin vaxt praraf işlədiyini və material gətirdiyini, Ramizin əsgərlikdən gəldikdən sonra orada 1 otaq tikdiyini, indi isə Ramizin hamını həmin evdən didərgin saldığını, Ramizin orada daimi yaşamadığını, bəzən şəhərdəki evində, bəzən isə orada qaldığını, anasının bir müddət onunla yaşadığını, sonra bacısı Gülsəfagildə qaldığını və 2013-cü ildə orada vəfat etdiyini, 1985-ci ildən özünə ev tikib oradan ayrıldığını və Şıxmahmudda başqa bir evdə qaldığını, mirası qəbul etmədiyini, anası öldükdən sonra Ramizin əlindən oraya gedib gələ bilmədiyini, digər bacı-qardaşlarının da gedib gəlmədiyini, anası öldükdən sonra miras əmlakda Ramizin qaldığını, evin açarının da iddiaçıda olduğunu, hazırda Ramizin miras əmlakı kirayəyə verdiyini bildirmişdir. Cavabdeh4 məhkəmə iclasında verdiyi izahatında anası öldükdən sonra orada qardaşı Ramiz və bacısı Gövərçinin qaldığını, onlardan başqa orada heç kimin qalmadığını, hazırda Ramizin oranı kirayə verdiyini bildirmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X33 məhkəmə iclasında verdiyi izahatında İddiaçı onun əmisi olduğunu, atası Vaqif Kərimovun 4 il bundan qabaq vəfat etdiyini, ailədə 3 qardaş, 1 bacı olduqlarını, 2013-cü ildə nənəsi Gülüsümün ölümündən sonra orada bibisi Gövərçin və əmisi Ramizin yaşadığını, digər əmi və bibilərinin isə nənəsi Gülsümün ölümündən əvvəl həmin miras əmlakdan ayrıldığını, özünün həmin miras əmlakı qəbul etmədiyini, mirasın əmisi Ramiz tərəfindən qəbuluna etirazı olmadığını bildirmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X26 məhkəmə iclasında verdiyi izahatında nənəsi Gülsümün ölümündən sonra orada əmisi Ramizin yaşadığını, digər əmi və bibilərinin isə nənəsinin ölümündən sonra orada yaşamadığını bildirmişdir. Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində Babək rayonu, Şıxmahmud kəndində yaşadığını, Ramizin qonşusu olduğunu, tərəflərin atasının dayısı uşaqları olduğunu, həmin evdə İddiaçı gördüyünü, başqa heç kimi görmədiyini, özünün həmin evə gedib-gəldiyini, evin tikintisində iştirak etdiyini, həyətlərinə peyin apardığını, cavabdehlərin heç birini orada görmədiyini, Gülüsüm Məmmədovanın 2013-cü ildə vəfat etdiyini, yası Ramizin götürdüyünü, yas mərasiminin Babək rayonu, Şıxmahmud kəndində yerləşən miras qalmış evdə saxlanıldığını, həmin vaxt evdə Ramizin 2 bacısının qaldığını, onlardan birinin xəstə olduğunu, Təranənin isə anasının ölümündən əvvəl ərə getdiyini, xəstə bacılarına Ramizin baxdığını, iddiaçının ailə üzvləri ilə birlikdə orada yaşadığını, lakin daimi yaşamadığını, gedib-gəldiklərini, neçənci ildə ailə qurduğunu bilmədiyini, onun əvvəldən ailə qurub evdən çıxdığını, Gülsüm Məmmədovanın ölümündən sonra Cavabdeh1 və Cavabdeh2 həmin evdə yaşamadıqlarını bildirmişdir. Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində Babək rayonu, Şıxmahmud kəndində yaşadığını, tərəflərlə qonşu olduğunu, İsmayılın biraz aralıda yaşadığını, günaşırı Ramizlə görüşməsə də, 2 gündən bir görüşdüyünü, Ramizlə həyətlərinin arasında maşın yolu olduğunu, Ramizin övladının Bakı şəhərində təhsil aldığından ara-sıra oraya gedib-gəldiyini, qalan vaxtı kənddə yaşadığını, bunu digər qonşuların da təsdiq edə biləcəyini, 2012-ci ildə Ramizin anası Gülü xalanın vəfat etdiyini, ona hamının “Gülü” dediyini, Gülüsüm Məmmədovanın ölümündən sonra Ramizin Gövərçin adlı xəstə bacısının həmin evdə qaldığını, başqa heç kimin yaşamadığını, onun da ölümündən sonra da evdə Ramizin yaşadığını, Cavabdeh1 və Cavabdeh2 həmin evdə yaşamadıqlarını, onların gəlibgetmələrini görmədiyini, hazırda Ramizin orada yaşadığını bildirmişdir. Mülki iş materiallarını işdə iştirak edən şəxslərin izahatları ilə birlikdə tədqiq edən məhkəmə müəyyən edir ki, X1 Babək rayon Şıxmahmud kəndində yerləşən 0.1581 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində tikilmiş 139.72 m2 fərdi yaşayış evinin miras qalması, mirasın X2 xx.xx.2013-cü il tarixdə vəfat etməsi ilə açılması, həmin zaman onun sağ qalan birinci növbə vərəsələrinə X32, İddiaçı, Cavabdeh1, Cavabdeh3,(qızı), Cavabdeh2) qızı, X17, Cavabdeh4 daxil olması, birinci növbə vərəsələrdən X12 xx.xx.1992ci il, X19 xx.xx.1962-ci il, X20 xx.xx.1966-cı il və X7 isə xx.xx.1994-cü il tarixdə vəfat etməsi, miras qoyan tərəfindən vəsiyyətnamə qoyulmaması mülki işin mübahisəsiz hallarıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş; - Naxçıvan rayon Şıxmahmud kənd soveti tərəfindən verilmiş xx.xx.1984-cü il tarixli, İİİ-JQ seriyalı, 340957 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən X25 ilə X4 arasında xx.xx.1962-ci il tarixdə nikah bağlanması, bunun nikah akt qeydləri kitabında 05 nömrə ilə qeydə alınması, nikah bağlandıqdan sonra qadına “Kərimova” soyadının verilməsi; - Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, İV-JQ seriyalı 286228 nömrəli ölüm akt qeydləri kitabından çıxarışdan X12 xx.xx.1992-ci il tarixdə vəfat etməsi, bunun ölüm akt qeydləri kitabında 37 nömrə ilə qeydə alınması; - Babək rayon Şıxmahmud kənd İƏDN tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, Az-İ seriyalı 434257 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən X2 xx.xx.2013-cü il tarixdə vəfat etməsi, bunun ölüm akt qeydləri kitabında 02 nömrə ilə qeydə alınması; - Babək Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 05/09İS/106016-25 nömrəli arayışdan mərhum X2 ailə tərkibinə X25- xx.xx.1992-ci ildə vəfat edib (həyat yoldaşı), X17-xx.xx.2017-ci ildə vəfat edib (qızı), X32- xx.xx.2019-cu ildə vəfat edib (oğlu), X30- xx.xx.1966-cı ildə vəfat edib (oğlu) və X22-xx.xx.1994-cü ildə vəfat edib (qızı), X29-xx.xx.1962-ci ildə vəfat edib (qızı), sağ qalan vərəsələrinə isə İddiaçı (oğlu), Cavabdeh1 (oğlu), Cavabdeh3 (qızı), Cavabdeh2) qızı, Cavabdeh4 (qızı), daxil olması; - Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 033161 nömrəli doğum akt qeydləri kitabından çıxarışdan atası X25, anası X4 olan X24 xx.xx.1948ci il tarixdə anadan olması, bunun doğum akt qeydləri kitabında 21 nömrə ilə qeydə alınması; - Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, Az-İ seriyalı 699873 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən X24 xx.xx.2019-cu il tarixdə vəfat etməsi, bunun ölüm akt qeydləri kitabında 61 nömrə ilə qeydə alınması; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 05/09İS/106010-25 nömrəli arayışdan xx.xx.2019-cu il tarixdə vəfat etmiş X24 ailə üzvlərinə arvadı-X18, övladları- X26, X33, X34 və X13 daxil olması; - Naxçıvan şəhər nikah bürosu tərəfindən verilmiş xx.xx.1965-ci il tarixli, AZ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən atası X25, anası (Kərimova) X4 olan İddiaçı xx.xx.1950-ci il tarixdə anadan olması, bunun doğum akt qeydləri kitabında 84 nömrə ilə qeydə alınması; - Babək rayon Şıxmahmud kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, AZ-İ seriyalı, 315403 nömrəli doğum haqqında şəhadətnamənin surətindən atası X25, anası X4 olan Cavabdeh1 xx.xx.1954-cü il tarixdə anadan olması, bunun doğum akt qeydləri kitabının 29 nömrə ilə qeydə alınması; - Naxçıvan “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3970 nömrəli arayışdan atası X25, anası X4 olan X21 xx.xx.1956-cı il tarixdə anadan olması, bunun doğum akt qeydləri kitabında 22 nömrə ilə qeydə alınması; - Naxçıvan rayonu Şıxmahmud kənd soveti tərəfindən verilmiş xx.xx.1975-ci il tarixli, İİİ- JQ seriyalı, 268971 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən atası X25, anası (Kərimova) X4 olan Cavabdeh2 xx.xx.1958-ci il tarixdə anadan olması, bunun doğum akt qeydləri kitabında 31 nömrə ilə qeydə alınması; - Naxçıvan rayonu Şıxmahmud kənd soveti tərəfindən verilmiş xx.xx.1984-cü il tarixli, İX-JQ seriyalı, 422985 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən atası X25, anası X4 olan X6 xx.xx.1960-cı il tarixdə anadan olması, bunun doğum akt qeydləri kitabında 52 nömrə ilə qeydə alınması; - Babək rayon Şıxmahmud kənd İƏDN tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, Az-İ seriyalı 597704 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən X6 xx.xx.2017-ci il tarixdə vəfat etməsi, bunun ölüm akt qeydləri kitabında 09 nömrə ilə qeydə alınması; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 05/09İS/106032-25 nömrəli arayışdan xx.xx.2017-ci il tarixdə vəfat etmiş X6 ailə üzvlərinə atası X25, anası X2 daxil olması; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, Az seriyalı, 074274 nömrəli doğum akt qeydləri kitabından çıxarışdan anası X4 olan X14 xx.xx.1962-ci il tarixdə anadan olması, bunun doğum akt qeydləri kitabında 24 nömrə ilə qeydə alınması; - Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, İİ-İE seriyalı 078201 nömrəli ölüm akt qeydləri kitabından çıxarışdan X14 xx.xx.1962-ci il tarixdə vəfat etməsi, bunun ölüm akt qeydləri kitabında 14 nömrə ilə qeydə alınması; - Naxçıvan rayonu Şıxmahmud kənd soveti tərəfindən verilmiş xx.xx.1963-cü il tarixli, Az seriyalı, 418803 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən atası X25, anası X4 olan X15 xx.xx.1963-cü il tarixdə anadan olması, bunun doğum akt qeydləri kitabında 05 nömrə ilə qeydə alınması; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, Az seriyalı, ******* nömrəli doğum akt qeydləri kitabından çıxarışdan atası X25, anası (Kərimova) X4 olan X20 xx.xx.1965-ci il tarixdə anadan olması, bunun doğum akt qeydləri kitabında 138 nömrə ilə qeydə alınması; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, İİ-İE seriyalı, 090661 nömrəli ölüm akt qeydləri kitabından çıxarışdan X20 xx.xx.1966-cı il tarixdə vəfat etməsi, bunun ölüm akt qeydləri kitabında 20 nömrə ilə qeydə alınması; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, Az seriyalı, ******* nömrəli doğum akt qeydləri kitabından çıxarışdan atası X25, anası (Kərimova) X4 olan X7 xx.xx.1967-ci il tarixdə anadan olması, bunun doğum akt qeydləri kitabında 101 nömrə ilə qeydə alınması; - Naxçıvan “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 4142 nömrəli arayışdan X7 xx.xx.1994-cü il tarixdə vəfat etməsi, bunun ölüm akt qeydləri kitabında 14 nömrə ilə qeydə alınması; - Naxçıvan “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 05/09İS/104333-25 nömrəli arayışdan xx.xx.1994-cü il tarixdə vəfat etmiş X7 ailə üzvlərinə əri - X28 və oğlu - X8 daxil olması; - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan Babək rayonu, Şıxmahmud kəndində yerləşən 0.1581 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində tikilmiş 139.72 m2 fərdi yaşayış evinin X2 tam xüsusi mülkiyyətində olması müəyyən olunur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Naxçıvan regional “Asan Xidmət” mərkəzində Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli,1201/2025 nömrəli məktubdan İddiaçı vərəsəliyin açılması üçün qanunda nəzərdə tutulmuş müddət buraxıldığından adiyyatı üzrə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi və digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə vərəsəlik anlayışı altında, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür. Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır (Mülki Məcəllənin 1133-cü maddəsi). Mülki məcəllənin 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Mülki işin araşdırılması zamanı miras qoyanın vəsiyyətnamə qoyması müəyyən olunmamışdır. Həmin məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı qanun üzrə vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin məcəllənin 1159.1.3-ci maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin məcəllənin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin məcəllənin 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan Mülki məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə” xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə, həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Həmçinin həmin qərarda qeyd olunmuşdur ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıqaşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu maddəsində əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübutların aşağıdakılar ola biləcəyi qeyd edilmişdir: - vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; - mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; - mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; - mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; - miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X46 Naxçıvan Şəhər Su kanal İdarəsi Naxçıvan Regional "ASAN xidmət" mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan aydın olur ki, Naxçıvan şəhəri ünvan 1 ünvanında 12 oktyabr 2017-ci il tarixdə 192009 mexaniki tipli su sayğacı müqaviləsi İddiaçı adına bağlanmışdır. Həmin tarixdən su kanalizasiya ödənişləri İddiaçı tərəfindən ödənilir və sayğac göstəricisi 459 m³ olmaqla borcu yoxdur. Naxçıvan Regional "ASAN xidmət” mərkəzi Kommunal (Qaz) Xidməti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan aydın olur ki, Naxçıvan Muxtar Respublikası Babək rayon Şıxmahmud kəndində qaz sayğacı G4 markalı zavod nömrəsi (307837) olan qaz alqı satqı müqaviləsi xx.xx.2006-ci ildə İddiaçı adına bağlanmış və həmən tarixindən İddiaçı tərəfindən ödənilir. Naxçıvan Regional “ASAN xidmət” mərkəzi Kommunal (İşıq) Xidməti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 50 nömrəli arayışdan aydın olur ki, Babək rayon Şıxmahmud kəndində həqiqətən xx.xx.2017-ci il tarixdə quraşdırılan sayğac nömrəsi 70662631 olan elektron tipli elektrik sayğacın müqaviləsi İddiaçı adına bağlanmışdır. Ödənişlər İddiaçı adına ödənilir. Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi Babək rayon Rabitə İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 325 nömrəli arayışdan aydın olur ki, Babək rayon Şıxmahmud kənd sakini İddiaçı ***-**-** nömrəli telefonun sahibidir. 2022-ci il iyul ayından yeni ATS quraşdırılması səbəbindən həmin nömrə ***-**-** nömrəsi ilə əvəz olunmuşdur. Abunəçi 01 may 2025-ci il tarixədək abunə haqqını ödəmişdir və heç bir debitor borcu qalmamışdır. 01 may 2025-ci il tarixdən isə telefon nömrəsindən imtina edərək Babək Rayon Rabitə İdarəsinə təhvil vermişdir. BA seriyalı, 014177 nömrəli Daşınmaz Əmlakın İcbari sığortası Şəhadətnaməsindən Babək rayonu, Şıxmahmud kəndində yerləşən yaşayış evinin xx.xx.2012-xx.xx.2013-cü müddətinə sığortalı İddiaçı tərəfindən sığortalanması müəyyən olunur. Naxçıvan Muxtar Respublikası Babək rayon Şıxmahmud Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 72 nömrəli arayışda X3 məxsus 588 A nömrəli, 10311018 kodlu şəhadətnaməsi olan 0.16 ha torpaq sahəsinin və orada yerləşən yaşayış evinin vergilərinin həmin evdə yaşayan İddiaçı tərəfindən bugünədək Şıxmahmud Bələdiyyəsinə ödənildiyi müəyyən olunur. Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyəti Şıxmahmud kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 805 nömrəli arayışda İddiaçı Babək rayonu, Şıxmahmud kəndində yaşaması göstərilmişdir. İddia ərizəsinə əlavə olunmuş 31 may 2017-ci il tarixli və 17 iyun 2017-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizələrlə X32, Cavabdeh3 və Cavabdeh4 xx.xx.2013-cü il tarixdə vəfat etmiş X1 miras qalmış əmlakdan onlara çatası paydan imtina etdiklərini bildirmişlər. Beləliklə tərəflərin mülki iş materialları ilə birlikdə tədqiqi nəticəsində həqiqiliyi müəyyən edilmiş izahatları, şahid ifadələri və yazılı sübutlar əsasında X1 qanun üzrə vərəsəlik əsasında keçmiş miras əmlakın yalnız İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən olunmuşdur. Tərəflərin izahatlarından miras qoyanın sağ olan birinci növbə vərəsələrindən Cavabdeh1 və Cavabdeh2 X1 miras qalmış əmlakı qəbul etməsi müəyyən olunmamışdır. Belə ki, sözügedən şəxslər öz izahatlarında yalnız İddiaçı miras açıldıqdan sonra həmin miras əmlakda yaşadığını və faktiki olaraq mirası qəbul etdiyini bildirmiş, özlərinin həmin miras əmlakı anası öləndən sonra hər hansı formada qəbul etmədiklərini, qardaşları İddiaçı analarının vəfatından sonra miras əmlakda yaşadığı faktını etiraf etmişlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mirasdan öz paylarının müəyyən edilməsinə dair etirazının əsası kimi istinad edilən halları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunmuş “məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir” və 77.1-ci maddəsində əks olunmuş “hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir” normalarını tərəflərin nəzərinə çatdıran məhkəmə bildirir ki, yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı ərizənin əsasını təşkil edən halları, cavabdeh isə etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Çəkişmə prinsipi hər bir tərəfin üzərinə istinad etdiyi halları sübut etmək vəzifəsi qoyduğu halda (Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar istisna olmaqla), məhkəmənin öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini istisna edir. Konstitusiya Məhkəməsi Plenumunun Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə 2012-ci il 5 oktyabr tarixli Qərarında göstərilmişdir ki, vərəsə miras əmlakın bir hissəsini mülki qanunvericilikdə nəzərdə tutulmuş əsasla (qanun üzrə və ya vəsiyyət üzrə) qəbul etdikdə, o, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, hamısını və ya ona çatası payın qəbul edilməsi kimi qiymətləndirilməlidir. Bu, vərəsələrin miras qalmış əmlakın qəbul edilməsi üçün əvvəl ifadə edilmiş iradəsini təsdiq edir, həmçinin həmin əmlaka onların qanuni əsaslarla əldə olunmuş mülkiyyət hüquqlarının davamlılığını və əsassız məhdudiyyətlər qoyulmadan həyata keçirilməsini təmin edir. Yuxarıda qeyd olunan normaların hazırkı mülki iş üzrə tədqiq edilmiş sübutlarla qarşılıqlı təhlilindən belə nəticəyə gəlmək olur ki, iddia təmin olunmalı, xx.xx.2013-cü il tarixdə vəfat etmiş X1 miras qalmış Babək rayon Şıxmahmud kəndində yerləşən 0.1581 ha torpaq sahəsi və üzərində tikilmiş 139.72 m2 fərdi yaşayış evinin miras əmlak olaraq İddiaçı tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən olunsun və həmin miras əmlakda İddiaçı tam payı müəyyən olunmalı və həmin miras əmlakda İddiaçı tam hissədə payı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin olunsun. xx.xx.2013-cü il tarixdə vəfat etmiş X1 miras qalmış Babək rayon Şıxmahmud kəndində yerləşən 0.1581 ha torpaq sahəsi və üzərində tikilmiş 139.72 m2 fərdi yaşayış evinin miras əmlak olaraq İddiaçı tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən olunsun və həmin miras əmlakda İddiaçı tam payı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-682/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-682/2025
16.01.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver