Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-69/2025 27.02.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Ərizəçi və Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi Babək Rayon Məhkəməsinə müraciət edərək Bağırova Güllü Xuduş qızının fəaliyyət qabiliyyəti olmayan hesab olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini əsaslandıraraq qeyd etmişdir ki, X10 Xuduş qızı xx.xx.1936-cı il tarixdə anadan olmuşdur. X10 Xuduş qızı yaddaş zəifliyi var və bəzən uşaqların adlarını xatırlaya bilmir. Mərhum oğlu X4 26 avqust 2024-cü il tarixdə vəfat etmiş, ölümündən sonra nəqliyyat vasitəsi miras qalmışdır. Mən Babək rayon notariat ofisinə müraciət etdim. X10 Xuduş qızının da mirasın qəbul edilməsi barədə ərizəsi tələb olundu, X10 Xuduş qızı özünü, yaxınlarını və övladlarının adını xatırlamadığına görə bizim notariusda apardığımız hərəkət dayandırıldı. Bundan sonra mən xx.xx.2024-cü il tarixdə Naxçıvan MR Səhiyyə Nazirliyinin Yaqub Budaqov adına X2nə müraciət etdim. xx.xx.2024-cü il tarixdə Naxçıvan MR Səhiyyə Nazirliyinin Yaqub Budaqov adına X2 tərəfindən X10 Xuduş qızında “Qocalıq ağıl zəifliyi” diaqnozu aşkar olundu. Mən X10 Xuduş qızının adına hər-hansı sənədləşdirmə işini apara bilmədiyimdən qəyyumluğun mənə verilməsi üçün, X10 Xuduş qızının fəaliyyət qabiliyyətinin olmaması barədə məhkəməyə müraciət edirəm. Ərizəçi məhkəmə iclasında verdiyi izahatında böyük qardaşı vəfat etdiyindən ondan miras qalmış əmlakı öz adına keçirmək istədiyini, qardaşının adına olan əmlaklarda anasının da adının qeyd olunduğunu, lakin anasının sənədlərə imza edə bilmədiyini, anasının 90-a yaxın yaşı olduğunu, hazırda onun yaddaşının itdiyini və çətin hərəkət etdiyini, anasının düşüncəli şəkildə danışmadığını, öz hərəkətlərinin mahiyyətini anlamadığını, son 5-6 ildə belə hala gəldiyini, son vaxtlar isə ona verilən sualları belə cavablandıra bilmədiyini, anasının əsasən yataq şəraitində olduğunu, öz ehtiyaclarını qarşılaya bilmədiyini, digər şəxslərin köməyinə ehtiyacı olduğunu, anasının əlilliyinin olmadığını, yaşa görə əmək pensiyası aldığını və anasına ağıl zəifliyi diaqnozunun qoyulduğunu, bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını bildirmişdir. Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatında komissiya üzvlərinin ərizəçinin yaşadığı evə getdiklərini, baxılan işlə bağlı müvafiq araşdırma apardıqlarını, ərizəçinin qonşularının və kəndin icra nümayəndəsinin fikrini öyrəndiklərini, həmin vaxt maraqlı şəxs Bağırova Güllü Xuduş qızında həqiqətən də ağıl zəifliyinin olmasını müşahidə etdiklərini, çünki ona verilən sualları cavablandıra bilmədiyini, bəzən heç görmədiyi insanı tanıdığını bildirdiyini, onun baxımı ilə gəlininin məşğul olduğunu, komissiya olaraq şəxsin fəaliyyət qabiliyyətsiz hesab olunmasında sui-istifadə halının olmadığını müşahidə etdiklərini bildirmişdir. Mülki işin materiallarını tədqiq edən məhkəmə qeyd edir ki, Ərizəçi fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə bağlı barəsində ərizə verdiyi şəxs Bağırova Güllü Xuduş qızının onun yaxın qohumu-anası olması, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X1 2169 nömrəli, 26 noyabr 2024-cü il tarixli məktubuna əsasən Babək rayon, Yarımca kəndində qeydiyyatda olan 1936-cı il təvəllüdlü Bağırova Güllü Xuduş qızına “Qocalıq ağıl zəifliyi” diaqnozunun qoyulduğu işin mübahisəsiz hallarıdır. Sözügedən hallar və iş üçün əhəmiyyət kəsb edən digər hallar iş materiallarına əlavə edilmiş aşağıda sadalanan sübutlarla təsdiq olunur: - AZ ******* nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən atası X5, anası Bağırova Güllü Xuduş qızı olan Ərizəçi 01 avqust 1970-ci il tarixdə Naxçıvan rayonu, Yarımca kəndində anadan olması; - Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X1 2169 nömrəli, 26 noyabr 2024-cü il tarixli məktubuna əsasən Babək rayon, Yarımca kəndində qeydiyyatda olan 1936-cı il təvəllüdlü Bağırova Güllü Xuduş qızına “Qocalıq ağıl zəifliyi” diaqnozunun qoyulması məlum olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 319-cu maddəsinə əsasən işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduğunu və qanunvericiliyin imperativ tələbini nəzərə alaraq Bağırova Güllü Xuduş qızının psixi vəziyyətini müəyyən etmək üçün 07 yanvar 2025-ci il tarixdə məhkəmə hazırlıq iclasında məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, mülki iş üzrə məhkəmə baxışına hazırlığın icraatı ekspert rəyi təqdim edilənədək dayandırılmış, xx.xx.2025-ci il tarixdə mülki iş üzrə məhkəmə baxışına hazırlığın icraatı ekspert rəyi məhkəməyə təqdim edildiyindən təzələnmiş, iş üzrə hazırlıq iclası keçirilərək mülki iş məhkəmə baxışına təyin edilmişdir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X2 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli 34 saylı rəyi ilə ekspert komissiyası belə nəticəyə gəlmişdir ki, Bağırova Güllü Xuduş qızında “Qocalıq ağıl zəifliyi” psixi xəstəliyi var. Bağırova Güllü Xuduş qızı öz hərəkətlərinin mənasını anlamaq və öz hərəktlərini idarə edə bilmək qabiliyyətində deyil, Bağırova Güllü Xuduş qızının sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirak etməsinə imkan vermir. Ekspert rəyini hərtərəfli qiymətləndirərək onu mötəbər sübut hesab edən məhkəmə rəyi nəzərə alaraq mülki işə MPM-in 320.2-ci maddəsinə əsasən maraqlı şəxs Bağırova Güllü Xuduş qızının iştirakı olmadan baxmışdır. Həmçinin MPM-in 320.2-ci maddəsinə əsasən işə cəlb olunmuş Babək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyası 14 fevral 2025-ci il tarixli, 04 nömrəli rəyində komissiya üzvlərinin iddiaçı və maraqlı şəxsin Babək rayonu, Yarımca kəndində yerləşən evində olduğunu, maraqlı şəxs Bağırova Güllü Xuduş qızının həyat şəraiti və psixoloji vəziyyəti ilə vizual olaraq maraqlandıqlarını, ailənin qonşuları ilə söhbət aparıldığını və müvafiq akt tərtib edildiyini, Bağırova Güllü Xuduş qızı yaşına nəzərən fiziki cəhətdən normal görünür. Bununla belə, o əqli cəhətdən qeyri-normal davranışlar sərgiləyir. Belə ki, ona verilən suallara qarşı əlaqəsiz ifadələr işlədir və çox vaxt nə dediyi anla Şəxsin ətrafmühiti dərk etmədiyi yəqin olunur. Qonşular ilə söhbətdən aydın olur ki, maraqlı şəxsin yemək, təmizlik, geyim və bu kimi gündəlik tələbatlarını gəlinləri qarşılayır. Ev sakinləri ərazidə əxlaqi keyfiyyətə malik insanlar kimi tanınır. Qəyyumluq və Himayəçilik Komissiyası rəyin nəticə hissəsində Bağırova Güllü Xuduş qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi ilə bağlı sui-istifadə halının olmadığını hesab etmişdir. Sadalanan halları nəzərə alan məhkəmə mülki iş üzrə tətbiq edilməli olan hüquq normalarını qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. MM-in 28.2-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. MM-in 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. MM-in 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. MM-in 33.2-ci maddəsinə əsasən qəyyumlar və himayəçilər istənilən şəxslərlə münasibətlərdə, o cümlədən məhkəmədə öz qəyyumluğunda olanların hüquq və vəzifələrini xüsusi səlahiyyət almadan müdafiə edirlər. MM-in 33.4-cü maddəsinə əsasən on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. MM-in 33.5-ci maddəsinə əsasən qəyyumlar qəyyumluqda olanların qanun üzrə nümayəndələri olur və onların adından və onların mənafeləri üçün bütün zəruri əqdləri bağlayırlar. Mülki işin yuxarıda sadalanan faktiki hallarını, məhkəmənin nəticəyə gəlməsi üçün mühüm olan bütün faktiki halların aydınlaşdırıldığını, məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan bütün halların sübuta yetirildiyini və sadalanan qanunvericilik normalarını nəzərə alan məhkəmə belə hesab edir ki, Bağırova Güllü Xuduş qızında mövcud olan “Qocalıq ağıl zəifliyi” xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyi və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyi müəyyən olunduğundan ərizə təmin olunmalı, 1936-cı il təvəllüdlü Babək rayonu, Yarımca kəndində qeydiyyatda olmaqla yaşayan Bağırova Güllü Xuduş qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. Məhkəmə qeyd edir ki, MPM-in 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmçinin məhkəmə qeyd edir ki, qanunverici 7 yaşından yuxarı yaşda olan fiziki şəxslərin fəaliyyət qabiliyyətsiz hesab olunmaları üçün məhkəmə qərarının olmasını tələb edir. Lakin nəzərə alınmalıdır ki, həmin şəxslərin fəaliyyət qabiliyyətsizliyi məhkəmənin qərarı nəticəsində deyil, onun daimi anlaqsızlığı səbəbindən olur. Bu kimi hallarda məhkəmənin qərarı hüquqi faktın (mülki hüquq fəaliyyət qabiliyyətinin olmaması faktının) təsdiqi rolunu oynayaraq, şəxsin anlaqsızlığının açıqlanmasını təmin etmək məqsədi daşıyır. Həmçinin işdə iştirak edən şəxslərə izah edilir ki, MM-in 28.9-cu maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin sağaldığı və ya sağlamlıq vəziyyətinin xeyli yaxşılaşdığı halda məhkəmə onu fəaliyyət qabiliyyətli sayır. Onun üzərində müəyyənləşdirilmiş qəyyumluq məhkəmə qərarına əsasən ləğv edilir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: Ərizə təmin edilsin. xx.xx.1936-cı il təvəllüdlü Babək rayonu, Yarımca kəndində qeydiyyatda olmaqla yaşayan Bağırova Güllü Xuduş qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunsun. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-69/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-69/2025
27.02.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver