Məhkəmə qərarları › İş №2(079)-837/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-837/2024

27.12.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-837/2024 27.12.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ X11 Yaqub oğlunun sədrliyi, X3 iclas katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakları ilə, Ərizəçi “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə Babək Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, 24-İ-01094 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X5 iştirakı ilə Maraqlı şəxs ilə arasında bağlanmış 19 avqust 2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbinin əsası kimi bildirmişdir ki, Maraqlı şəxs ilə 26 aprel 2013-cü il tarixdə, 66 nömrəli qeydlə nikaha daxil olmaqla nikahımızı rəsmləşdirmişik. Birgə nikahda yaşadığımız dövrdə 2 övladımız doğulmuşdur: 18 dekabr 2014-cü il təvəllüdlü X4 və 20 iyul 2017-ci il təvəllüdlü X6. 24-İ-01094 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X5 iştirakı ilə Maraqlı şəxs ilə 19 avqust 2024-cü il tarixdə barışıq sazişi imzaladıq. Barışıq sazişinin şərtlərinə əsasən: Uşaqlar 18 dekabr 2014-cü il təvəllüdlü X4 və 20 iyul 2017-ci il təvəllüdlü X6 Ərizəçi yanında saxlanılmalarına və ataları Maraqlı şəxs hər ayın 15-20 arası hər uşağa 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat məbləğində vəsaiti Ərizəçi müvafiq bank hesabına ödəyəcəyini öhdəsinə götürməklə tərəflər razılığa gəlirlər. Cavabdeh Maraqlı şəxs barışıq sazişində göstərilən aliment məbləğini ödəmir. Barışıq sazişində qeyd olunan müddət keçmişdir və saziş üzrə 1200 ( bir min iki yüz) manat aliment borcu yaranmışdır. Ərizəçi izahatında bildirmişdir ki, Maraqlı şəxs ilə aralarında olan nikah Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsi ilə 2024-cü ilin oktyabr ayında pozulub. Barışıq sazişini onlar 2024-cü ilin sentyabr ayında bağlayıblar, Maraqlı şəxs həmin vaxtdan aliment ödəmir. 15 sentyabr 2024-cü il tarixdən Maraqlı şəxs bir dəfə övladının doğum günündə 20 manat pul verib, uşaqlara kitab-dəftər alıb, həmçinin velosiped alması üçün pul verib. Velosipedi məktəbdən qabaq alıb. Həmin əşyaları O, istəməyib, Maraqlı şəxs özü istəyib alıb. Barışıq sazişi bağladıqdan sonra Maraqlı şəxs ümumilikdə 1200 manat aliment borcu yaranıb. Bu müddət ərzində o, uşaqların saxlanılması üçün 600 manat pul xərcləyib, bu barədə məhkəməyə ərizə də təqdim edib, məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs izahatında bildirmişdir ki, Barışıq sazişi bağlayan zaman o işləyibdir, halhazırda o işləmir, uşaqların məktəb formasını və məktəb ləvazimatlarını O, alıbdır, Barışıq sazişi bağlandıqdan sonra 400-500 manat aliment ödəyib, müxtəlif vaxtlarda 20, 30, 50 manat uşaqlara pul verib, həmçinin övladına velosiped alınması üçün 350 manat pul xərcləyib, həmin pulları verilməsi ilə bağlı məhkəməyə sübut təqdim etməyibdir, Şəhəriİbrahimova 300 manat pensiya alır, o isə işləmir ona görə də alimenti vaxtı-vaxtında ödəyə bilmir. İş materiallarında olan Babək rayon İcra Hakimiyyəti Şəkərabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən 16 dekabr 2024-cü il tarixli, 586 nömrəli arayışdan görünür ki, Ərizəçi Babək rayonu, Şəkərabad kəndində qeydiyyatdadır. İş materiallarında olan Naxçıvan şəhər İcra Hakimiyyəti Qaraçuq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən 11 sentyabr 2024-cü il tarixli, 1108 nömrəli arayışdan görünür ki, Maraqlı şəxs Naxçıvan şəhəri, Bulqan kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 688566 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2013-cü il tarixdə nikahın bağlanması, nikah bağlandıqdan sonra qadına “İbrahimova” soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİİ seriyalı, 959848 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən belə məlum olur ki, atası Maraqlı şəxs, anası Ərizəçi olan X4 xx.xx.2014-cü ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş AZ-İİİ seriyalı, 959848 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən belə məlum olur ki, atası Maraqlı şəxs, anası Ərizəçi olan X6 xx.xx.2017-ci ildə doğulmuşdur. İş materiallarında olan 19 avqust 2024-cü il tarixli, MŞN/24-İ-01094 nömrəli “Barışıq sazişi”ndən görünür ki, tərəflər fərdi və birgə sessiyalardan ibarət tam mediyasiya prosesində qarşılıqlı anlaşma nümayiş etdirərək müzakirə olunan məsələ üzrə aşağıdakı razılığa gəlirlər: - 1. Tərəflər ailə münasibətlərinin korlandığını, tez-tez ailədə mübahosələrin və münaqişələrin olduğunu, aralarındakı nikahın formal xarakter daşıdığını və faktiki olaraq ayrı yaşadıqlarını nəzərə alaraq Ərizəçi və Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2013-cü il tarixli 66 №-li nikahın bağlanması haqqında akt qeydləri kitabında qeyd edilmiş ( AZ-İ № 688566 ) Nikah haqqında şəhadətnamənin ləğv olunması üçün 15 iş günü müddətində xx.xx.2024-cü il tarixədək Ərizəçi tərəfindən müvafiq məhkəməyə müraciət edəcəyi üzrə öhdəlik götürərək razılaşdılar. - 2. Tərəflərin övladları xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X1 anaları Ərizəçi yanında saxlanılmasına, uşaqların həyat şəratinin yaxşılaşdırılması və saxlanılması üçün ataları Maraqlı şəxs hər uşağa 200 (iki yüz) manat olmaqla 400 ( dörd yüz ) manat aliment pulun hər ayın 15-20 arası xx.xx.2024-cü il tarixdən etibarən, tərəf Ərizəçi qızma məxsus bank hesabına ödəməsi üzrə öhdəlik götürərək razılaşdılar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: - barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; - barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, Maraqlı şəxs 2024-cü ilin sentyabr ayının 15-dən hər ayının 15-20 arası müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə, yəni Ərizəçi ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2-ci maddəsinə əsasən qətnamə dərhal icra olunmalıdır. Məhkəmə tutulacaq dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə ərizəçilər dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 8.2-ci maddəsinə görə qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Buna görə də 100 manat dövlət rüsumu maraqlı şəxsdən tutularaq, dövlət büdcəsinə keçirilməlidir Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında “X2”nda bağlanmış 19 avqust 2024-cü il tarixli, MŞN/24-İ-01094 nömrəli “Barışıq sazişi” aşağıdakı məzmunda təsdiq edilsin.

1. Ərizəçi və Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2013-cü il tarixli, 66 nömrəli nikahın bağlanması haqqında akt qeydləri kitabında qeyd edilmiş (AZ-İ № 688566) Nikah haqqında şəhadətnamənin ləğv olunması üçün 15 iş günü müddətində xx.xx.2024-cü il tarixədək Ərizəçi tərəfindən müvafiq məhkəməyə müraciət edəcəyi üzrə öhdəlik götürərək razılaşdılar.

2. Tərəflərin övladları xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X1 anaları Ərizəçi yanında saxlanılmasına, uşaqların həyat şəraitinin yaxşılaşdırılması və saxlanması üçün ataları Maraqlı şəxs hər ay hər uşağa 200 (iki yüz) manat olmaqla 400 (dörd yüz) manat aliment pulun hər ayın 15-20 arası xx.xx.2024-cü il tarixdən etibarən, tərəf Ərizəçi məxsus bank hesabına ödəməsi üzrə öhdəlik götürərək razılaşdılar. Qətnamənin alimentə dair hissəsi dərhal icra olunsun. Alimentin tutulmasının əvvəli “15” sentyabr 2024-cü il tarixdən hesablansın. Maraqlı şəxs 100 (bir yüz) manat miqdarında dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar