Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-97/2024 06.04.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, Ərizəçi, X6 və Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi X3 iştirakları ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi Babək Rayon Məhkəməsinə müraciət edərək xx.xx.1937-ci il tarixdə anadan olmuş Abbasova Səlbi Abbas qızının fəaliyyət qabiliyyətli olmayan hesab olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, ərizəsini əsaslandıraraq qeyd etmişdir ki, Abbasova Səlbi Abbas qızı xx.xx.1937-cı ildə Naxçıvan MR Naxçivan rayon, Təzəkənd kəndində anadan olmuşdur. X19 "Damar demensiyası“ diaqnozu ilə Y.Budaqov adına Naxçıvan MR X1 dispanser qeydiyyatda dayanır. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ ilə Abbasova Səlbiyə məxsusdur. Onun kənar şəxsin qulluğuna ehtiyacı vardır. Səlbi özünü idarə etmək qabiliyyətində deyildir. Bundan başqa mülkiyyət hüquqlarımı, həmçinin onun öz hüquqlarını həyata keçirilməsi üçün imzaları lazım olur ki, onun fəaliyyət qabiliyyətinin olmaması səbəbindən Səlbinin həmin hüquqlarını həyat keçirə bilmirəm. Ərizəçi məhkəmə hazırlıq iclasında verdiyi izahatında anası Abbasova Səlbi Abbas qızının 08 may 1937-ci ildə anadan olduğunu, hazırda 87 yaşı olduğunu, 3 il əvvəl keçirdiyi infakt nəticəsində iflic olduğunu, həmin vaxtdan etibarən yataqda olmaqla danışa, yemək yeyə və hərəkət edə bilmədiyini, Y.Budaqov adına X1 qeydiyyatda olduğunu, anasına “damar demensiyası” diaqnozu qoyulduğunu, onun baxımı ilə qardaşı Nümayəndə1 və ailə üzvlərinin məşğul olduğunu, müddətsiz əmək pensiyası hüququnun olduğunu, onu özlərinin, qardaşı və onun ailəsinin yedirib-içirdiyini, baxımı, təmizliyi ilə məşğul olduqlarını bildirmişdir. Ərizəçinin nümayəndəsi X6 məhkəmə hazırlıq iclasında ərizəçi ilə oxşar məzmunlu izahat verərək vərəsəlik hüquqlarının həyata keçirilməsi üçün anasının imzasına ehtiyac olduğunu və anasının özünü dərk edə bilmədiyi üçün fəaliyyət qabiliyyəti olmayan sayılmasına zərurət olduğunu bildirmişdir. Qəyyumluq və Himayə Orqanının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında verdiyi izahatında komissiyanın üzvləri ilə birlikdə Abbasova Səlbi Abbas qızının yaşadığı ünvan 2 ünvanında yerləşən yaşayış evində olduqlarını, onun yaşadığı şərait və psixoloji vəziyyəti ilə tanış olduqlarını, bununla bağlı komissiyanın üzvləri, qonşular və ərizəçinin iştirakı ilə akt tərtib edildiyini, Abbasova Səlbi Abbas qızının psixoloji vəziyyətinin vizual olaraq çox kritik olduğunu, onun yataqda olduğunu, ətraf aləmi dərk edə bilmədiyini, onun baxımı ilə gəlinin məşğul olduğunu, qonşularla söhbət apardıqlarını, onların da Səlbi Abbasovanın baxımı ilə gəlinin məşğul olduğunu bildirdiklərini, sözügedən hallar nəzərə alınmaqla 08 may 1937-ci il tarixdə anadan olmuş Abbasova Səlbi Abbas qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinin məqsədəuyğun olduğunu, onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün müraciət edilməsində hər hansı bir sui-istifadə hallarının mövcud olmadığını, sözügedən hallarla bağlı müvafiq rəy və aktın məhkəməyə təqdim edildiyini bildirmişdir. Mülki işin materiallarını tədqiq edən məhkəmə qeyd edir ki, Ərizəçi fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə bağlı barəsində ərizə verdiyi şəxs Abbasova Səlbi Abbas qızının yaxın qohumu-övladı olması, Abbasova Səlbi Abbas qızının müddətsiz olaraq yaşa görə əmək pensiyası alması mülki işin mübahisəsiz hallarıdır. Sözügedən hallar və iş üçün əhəmiyyət kəsb edən digər hallar iş materiallarına əlavə edilmiş aşağıda sadalanan sübutlarla təsdiq olunur: - Təzəkənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən xx xxxx 1965-ci ildə anadan olmuş Ərizəçi atasının X10, anasının isə Abbasova Səlbi Abbas qızı olması; - X8 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən xx xxxxxx 1971-ci ildə anadan olmuş Nümayəndə1 atasının X10, anasının isə Abbasova Səlbi Abbas qızı olması; - Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X4 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1899 nömrəli arayışdan Abbasova Səlbi Abbas qızının xx.xx.2023-cü il tarixdə Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X1 ambulator şəraitdə müayinə olunduğu və onda “Damar demensiyası” diaqnozunun aşkar edildiyi; - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ Babək Rayon Şöbəsi tərəfindən verilmiş arayışdan Abbasova Səlbi Abbas qızının Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Babək Rayon Şöbəsində yaşa görə müddətsiz əmək pensiyası aldığı; - Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyəti Babək şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2043 nömrəli arayışa əsasən Abbasova Səlbi Abbas qızının ünvan 3 ünvanında yaşadığı, onun ailə tərkibinə: 1. Nümayəndə1, 2. X2, 3. X7, 4. X11 daxildir; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 319-cu maddəsinə əsasən işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduğunu və qanunvericiliyin imperativ tələbini nəzərə alaraq Abbasova Səlbi Abbas qızının psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, mülki iş üzrə məhkəmə baxışına hazırlığın icraatı ekspert rəyi təqdim edilənədək dayandırılmış, mülki iş üzrə məhkəmə baxışına hazırlığın icraatı ekspert rəyi məhkəməyə təqdim edildiyindən təzələnmiş, iş üzrə hazırlıq iclası keçirilərək mülki iş məhkəmə baxışına təyin edilmişdir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X4 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli 72 saylı rəyi ilə ekspert komissiyası xx.xx.1937-ci il tarixdə anadan olmuş Abbasova Səlbi Abbas qızının psixi vəziyyəti ilə xəstənin ünsiyyətə qoşula bilmədiyi üçün bələdliyi təyin etməyin mümkün olmadığı, xarici görünüşünün baxımlı olduğu, təmasa daxil olmadığı, söz ehtiyatının olmadığı, verilən tapşırıqları və sadə vərdişləri icra edə bilmədiyi, adi anamnestik məlumatları verə bilmədiyi, intellektual-amnestik sferasının kəskin enməsinin qeyd edildiyi, emosional küt olduğu, hal-hazırki vəziyyətinə tənqidi münasibət göstərə bilmədiyi nəzərə alınmaqla, Abbasova Səlbi Abbas qızında “Damar demensiyası” psixi xəstəliyinin olduğu, Abbasova Səlbi Abbas qızının öz hərəkətlərini dərk etmək və öz hərəkətlərini idarə etmək iqtidarında olmadığı, Abbasova Səlbi Abbas qızının sağlamlıq vəziyyətinin onun məhkəmə iclasında iştirak etməsinə imkan vermədiyi qənaətinə gəlmişdir. Ekspert rəyini hərtərəfli qiymətləndirərək onu mötəbər sübut hesab edən məhkəmə rəyi nəzərə alaraq mülki işə MPM-in 320.2-ci maddəsinə əsasən maraqlı şəxs Abbasova Səlbi Abbas qızının iştirakı olmadan baxmışdır. Həmçinin MPM-in 320.2-ci maddəsinə əsasən işə cəlb olunmuş Babək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyası 29 fevral 2024-cü il tarixli, 04 nömrəli rəyində komissiya üzvlərinin Abbasova Səlbi Abbas qızının yaşadığı Babək şəhərində yerləşən evdə olduqlarını, onun yaşadığı şərait və psixoloji vəziyyətlə tanış olduqlarını, həmçinin xəstənin qonşuları ilə söhbət apardıqlarını, müvafiq akt tərtib edildiyini, Abbasova Səlbi Abbas qızının psixoloji vəziyyətinin vizual olaraq da çox kritik olduğunu, belə ki, xəstənin yataqda yatdığını, ümumiyyətlə ətraf aləmi dərk edə bilmədiyini (xəstənin danışa və eşidə bilmədiyini) müşahidə etdiklərini, komissiya üzvlərinin S.Abbasovanın yaşadığı evin şəraiti ilə də yaxından tanış olduğunu, evin şəraitinin normal vəziyyətdə olduğunun müəyyən olunduğunu, Komissiyanın üzvlərinin həmçinin qonşularla da söhbət apardığını, qonşuların S.Abbasovanı yedirib-içirən, onun baxımı, təmizliyi ilə məşğul olanın bacısı olduğunu bildirdiklərini qeyd etmişlər. Qəyyumluq və Himayəçilik Komissiyası rəyin nəticə hissəsində 08 may 1937-ci il tarixdə anadan olan Abbasova Səlbi Abbas qızının psixoloji problemlərinin hüquqi və faktiki mövcud olduğunu nəzərə alaraq onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini məqsədəmüvafiq hesab etmişdir. Sadalanan halları nəzərə alan məhkəmə mülki iş üzrə tətbiq edilməli olan hüquq normalarını qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. MM-in 28.2-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. MM-in 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. MM-in 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. MM-in 33.2-ci maddəsinə əsasən qəyyumlar və himayəçilər istənilən şəxslərlə münasibətlərdə, o cümlədən məhkəmədə öz qəyyumluğunda olanların hüquq və vəzifələrini xüsusi səlahiyyət almadan müdafiə edirlər. MM-in 33.4-cü maddəsinə əsasən on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. MM-in 33.5-ci maddəsinə əsasən qəyyumlar qəyyumluqda olanların qanun üzrə nümayəndələri olur və onların adından və onların mənafeləri üçün bütün zəruri əqdləri bağlayırlar. Mülki işin yuxarıda sadalanan faktiki hallarını, məhkəmənin nəticəyə gəlməsi üçün mühüm olan bütün faktiki halların aydınlaşdırıldığını, məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan bütün halların sübuta yetirildiyini və sadalanan qanunvericilik normalarını nəzərə alan məhkəmə belə hesab edir ki, Abbasova Səlbi Abbas qızında mövcud olan ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyi və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyi müəyyən olunduğundan ərizə təmin olunmalı, 08 may 1937-ci il tarixdə Naxçıvan rayonu, Təzəkənd kəndində anadan olan, ünvan 2 ünvanında yaşayan Abbasova Səlbi Abbas qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. Məhkəmə qeyd edir ki, MPM-in 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmçinin məhkəmə qeyd edir ki, qanunverici 7 yaşından yuxarı yaşda olan fiziki şəxslərin fəaliyyət qabiliyyətsiz hesab olunmaları üçün məhkəmə qərarının olmasını tələb edir. Lakin nəzərə alınmalıdır ki, həmin şəxslərin fəaliyyət qabiliyyətsizliyi məhkəmənin qərarı nəticəsində deyil, onun daimi anlaqsızlığı səbəbindən olur. Bu kimi hallarda məhkəmənin qərarı hüquqi faktın (mülki hüquq fəaliyyət qabiliyyətinin olmaması faktının) təsdiqi rolunu oynayaraq, şəxsin anlaqsızlığının açıqlanmasını təmin etmək məqsədi daşıyır. Həmçinin işdə iştirak edən şəxslərə izah edilir ki, MM-in 28.9-cu maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin sağaldığı və ya sağlamlıq vəziyyətinin xeyli yaxşılaşdığı halda məhkəmə onu fəaliyyət qabiliyyətli sayır. Onun üzərində müəyyənləşdirilmiş qəyyumluq məhkəmə qərarına əsasən ləğv edilir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: Ərizə təmin edilsin. 08 may 1937-ci il tarixdə Naxçıvan rayonu, Təzəkənd kəndində anadan olan, ünvan 2 ünvanında yaşayan Abbasova Səlbi Abbas qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunsun. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-97/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-97/2024
06.04.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver