Azərbaycan Respublikası adından QƏRARDAD Ordubad şəhəri İş № 2(080)-162/2022 22.09.2022 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Hakim əvəzi Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi və əmlakın bölünməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İddiaçı Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi və əmlakın bölünməsi tələbi ilə Ordubad Rayon Məhkəməsinə müraciət etmişdir. 22 sentyabr 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında İddiaçı ərizə ilə məhkəməyə müraciət etmiş, iddia ərizəsinin geri qaytarılmasını, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə tələblə bağlı razılaşmışlar. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, işin mahiyyəti üzrə həll edilməsini tələb etməmişdir. Məhkəmə hesab edir ki, İddiaçı ərizəsi nəzərə alınmalı, iddia ərizəsi, ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalı və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinin tələbinə əsasən Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, məhkəmə iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, 27 iyul 2022-ci il tarixdə, 31647 nömrəli qəbzlə iddiaçı tərəfindən 50 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263-264-cü maddələrini rəhbər turaraq, Məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi və əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə İddiaçı qaytarılsın. 27 iyul 2022-ci il tarixdə, 31647 nömrəli qəbzlə 50 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ordubad Rayon Məhkəməsinə verilə bilər. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №2(080)-162/2022
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərardad — İş №2(080)-162/2022
22.09.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver