Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-172/2025 26.09.2025 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X3 məhkəmə iclas katibliyi ilə, Ərizəçi "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" barədə ərizəsinə dair mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" barədə ərizə ilə məhkəməyə müraciət etmiş, xx.xx.2007-ci il tarixdə doğulmuş oğlu X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi iddia ərizəsində qeyd etmişdir ki, oğlu X7 23 fevral 2007-ci ildə anadan olmuşdur. O İ qrup əlildir. Onun kənar şəxsin qulluğuna ehtiyacı vardır. X7 özünü idarə etmək qabiliyyətində deyildir. Onun sayəsində özünü idarə edir. Bundan başqa mülkiyyət hüquqlarını, həmçinin onun öz hüquqlarını həyata keçirilməsi üçün imzası lazım olur ki, onların fəaliyyət qabiliyyətinin olmaması səbəbindən oğlu X7 həmin hüquqlarını həyat keçirə bilmir.Bu səbəbdən də Ərizəçi, xx.xx.2007-ci il tarixdə doğulmuş oğlu X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Ərizəçi rəsmi qaydada məlumat verilmiş, ərizəçi xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq,məhkəmədə səhhəti ilə bağlı iştirak edə bilməyəcəyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və ərizənin təmin edilərək qətnamə çıxarlmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəyə Ərizəçi iştirakı olmadan baxmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada Ordubad rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasına məlumat verilmiş,lakin Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə Qəyyumluq və Himayə Komissiyasının iştirakı olmadan ərizəyə baxmışdır. İş materiallarına əlavə edilmiş- AA05641307 nömrəli vətandaşın şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1987-ci il tarixdə doğulmuşdur. AA6671773 nömrəli vətandaşın şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.2007-ci il tarixdə doğulmuşdur. 793534 nömrəli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, X7 xx.xx.2007-ci il tarixdə Ordubad rayon Azadkənd kəndində doğulmuş atası X8 anası X4r. 3-28-34-4/2-1531 nömrəli, 11.06. 2025-cü il tarixli arayışda qeyd edilmişdir ki, X7 xx.xx.2013-cü il tarixdən “Ağır əqli gerilik” diaqnozu ilə Y.Budaqov adına Naxçıvan MR X1 qeydiyyatda durur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı Ərizəçi ərizəsindən və iş üzrə təqdim edilmiş sübutlardan məlum olmuşdur ki, X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması ərizəçiyə həmin şəxs üzərində qəyyum təyin olunması üçün lazımdır. Məhkəmə araşdırması zamanı xx.xx.2007-ci il tarixdə Ordubad rayon Azadkənd kəndində doğulmuş X6 həqiqətən əqli zəifliyin olması, bu səbəbdən öz hərəkətlərinin mənasını anlamaması və öz hərəkətlərini idarə edə bilməməsi müəyyən olunmuşdur. Həmçinin ərizəçinin izahatından müəyyən edildi ki, ərizəçi oğlu ilə bir yerdə yaşayırlar, onun maddi və digər tələbatları ərizəçi tərəfindən qarşılanır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 319-cu maddəsində qeyd olunmuşdur ki, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Odur ki, Ordubad Rayon Məhkəməsinin 19 avqust 2025-cü il tarixli, 2(080)-172/2025 nömrəli qərardadı ilə məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Naxçıvan MR X2 08 sentyabr 2025-ci il tarixli, 423 saylı rəyində qeyd edilmişdir ki, X6 “Ağır əqli gerilik” psixi xəstəlik vardır. Həmin şəxs öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyil, sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirak etməsinə imkan vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinin tələbinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırılır. İş materiallarından Ərizəçi X5 anası olması müəyyən olunmuşdur. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə müəyyən edir ki, xx.xx.2007-ci il tarixdə Ordubad rayon Azadkənd kəndində doğulmuş X7 Ərizəçi oğludur. X6 “Ağır əqli gerilik” psixi xəstəlik vardır. X7 hərəkətlərinin mənasını anlamaq, idarə etmək qabiliyyətində deyil. Ona görə də məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalı və xx.xx.2007-ci il tarixdə Ordubad rayon Azadkənd kəndində doğulmuş X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 23 fevral 2007-ci il tarixdə Ordubad rayonu Azadkənd kəndində doğulmuş X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №2(080)-172/2025
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-172/2025
26.09.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver