Məhkəmə qərarları › İş №2(080)-18/2021

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-18/2021

03.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-18/2021 03.03.2021 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin X11 Haqverdiyevin sədrliyi, X4 məhkəmə iclas katibliyi, iddiaçı İddiaçı qızının və cavabdehin vəkili X6 iştirakı ilə, İddiaçı qızının cavabdeh X8 qızına qarşı “Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna kompensasiya yolu ilə xitam verilməsi ” tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh qarşı onun mənzildə olan yaşayış hüququna 12000(on iki min )manat məbləğində kompensasiya yolu ilə xitam verilməsini barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahatında iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki,24.06 1993-cü ildə X3 şəhərində anadan olub yaş yarım olanda valideyinləri onu Ordubad rayonuna gətiriblər. Ordubad şəhərinə gəldikləri zaman nənəsi Sədaqət və babası Əvəz onu övladlığa götürmüşlər.Atası vəfat etdikdən sonra anası Rusiya Fedarasiyasına qayıtmış o isə nənəsi olan Cavabdehn yanında qalmışdır. Haliyədə ailəlidir və nənəsi Cavabdeh onun yanında yaşamasına icazə vermir. Ordubad Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(080)-181/2018-ci tarixli qətnaməsi ilə ona Cavabdeh yaşadığı Ordubad şəhəri, H. Əliyev prospekti,74/3 ünvanında yerləşən yaşayış binasının tərkib hissəsindən yaşayış və istifadə hüququ verilmişdir. Buna baxmayaraq nənəsi onun bu hüququndan istifadə etməsinə birgə yaşamasına imkan vermir. Ona görə də mənzildə olan yaşayış və istifadə hüququna kompensasiya yolu ilə xitam verilməsini istəyir və bu səbəbdən də cavabdehdən 12000 (on iki min )manat məbləğində kompensasiya istəyir. xx.xx.2021-ci il tarixdə keçirilən məhkəmə baxışı zamanı Cavabdeh məhkəmə baxışında iştirak etmiş və ifadəsində bildirmişdir ki, İddiaçı oğlu Əvəz vəfat etdikdən sonra gəlini Rusiyaya getmək istədiyindən İddiaçı yaş yarım olanda övladlığa götürdüyünü, Gülnarı böyüdüb ərə verdiyini sonradan isə iddiaçı İddiaçı Ordubad Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(080)-181/2018-ci tarixli qətnaməsi ilə Ordubad şəhəri, H. Əliyev prospekti,74/3 ünvanında yerləşən yaşayış binasının tərkib hissəsindən yaşayış və istifadə hüququ verildiyini, indi isə iddiaçı İddiaçı ondan yaşadığı mənzildən 12000 (on iki min )manat məbləğində kompensasiya tələb etdiyini evin isə onun mərhum qaynanasının adına olduğunu və evin sənədlərinin də olmadığını iddiaçının evdə yaşamasına heç kimin etiraz etmədiyini, Gülnara dəfələrə evin sənədləşdirilib satılması və onun payının verilməsini təklif etdiyini Gülnarın isə evin satılmağına razı olmadığını lakin 12000 (on iki min )manat məbləğində kompensasiya istədiyini onun isə kompensasiya üçün maddi imkanı olmadığını deyərək ifadəsində bildirmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. İş materiallarına əlavə olunmuş. Ordubad Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(080)-181/2018-ci tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh yaşadığı Ordubad şəhəri, H. Əliyev prospekti,74/3 ünvanında yerləşən yaşayış binasının tərkib hissəsindən yaşayış və istifadə hüququ verilmişdir. İş materiallarına əlavə olunmuş Ordubad Şəhəri İƏDÜ-üzrə nümayəndəliyinin 28 sentyabr 2020-ci il tarixli arayışından görünür ki Cavabdeh Ordubad şəhəri, H. Əliyev prospekti,74/3 ünvanında yerləşən evdə yaşayır. İş materiallarına əlavə olunmuş Ordubad Şəhəri İƏDÜ-üzrə nümayəndəliyinin 28 sentyabr 2020-ci il tarixli arayışından görünür ki Rzayeva X7 şəhəri, H. Əliyev prospekti,74/3 ünvanında yerləşən evdə yaşayır. İş materiallarına əlavə olunmuş AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1949-ci ildə Ordubad rayon Pəzməri kəndində anadan olmuşdur. İş materiallarına əlavə olunmuş AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1993-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və X10 Dövlət Xidmətinin, xx xxxxxx 2021-ci ildə iddiaçının vəkili Allahverdi Bağırova ünvanlandığı cavab məktubunda qeyd edilmişdir ki, ünvan 3 prospekti, bina 74də yerləşən 3 nömrəli mənzil daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınmamışdır. İş materiallarına əlavə olunmuş Ordubad Şəhər İcrayyə komitəsinin xx xxxxxx 1968-ci il tarixli 3 nömrəli orderi ilə mübahisə predmeti olan mənzil Rzayeva Tamillaya verilmişdir. Göründüyü kimi xx xxxxxx 2018-ci il tarixli 2(080)-181/2018-ci tarixli qətnamə ilə İddiaçı Cavabdeh yaşadığı Ordubad şəhəri, H. Əliyev prospekti,74/3 ünvanında yerləşən yaşayış binasının tərkib hissəsindən yaşayış və istifadə hüququ verilmişdir. Digər tərəfdən kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddia qaldırmaq hüququ istifadəçiyə deyil, mülkiyyətçiyə məxsus olan hüquqdur. Belə ki Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır.Mülkiyyət hüququ,o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhduduyyətlərinin hədləri də müəyyən edilmişdir.Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Mülki Məcəllənin 228.2-ci maddəsinə uyğun olaraq yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə bilər. Qeyd olunmalıdır ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Beləliklə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna məhkəmə qaydasında o, vaxt xitam verilə bilər ki, belə bir tələbi mülkiyyətçi irəli sürmüş olsun iddia tələbi yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxsə qarşı yönəlsin, mülkiyyətçinin təklif etdiyi kompensasiya mövcud bazar qiymətlərinə uyğun olmaqla yaşayış binasının tərkib hissəsindən istifadə hüququna mütənasib olsun, təklif olunan kompensasiyanın məbləği mülkiyyətçi tərəfindən müəyyən edilmiş olsun və təklif olunan kompensasiya mülkiyyətçinin hesabına istifadəçiyə davamlı olaraq və ya müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Azərbaycan Respublikası Mülki məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 iyul 2016-cı il tarixli qərarında qeyd olunur ki, bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Qeyd edilən normaların məzmunundan da göründüyü kimi kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianı mülkiyyətçi qaldırmalıdır. Ordubad Rayon məhkəməsinin hazırda baxdığı iddia ərizəsi isə Ordubad şəhəri, H. Əliyev prospekti,74 saylı evin 3 saylı mənzilinə mülkiyyət hüququ əsasında sahiblik edən şəxs tərəfindən qaldırılmamışdır. Digər tərəfdən İddiaçı cavabdeh X8 qızına qarşı “Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna kompensasiya yolu ilə xitam verilməsi ” tələbinə dair mülki iş üzrə Ordubad şəhəri, H. Əliyev prospekti,74/3 ünvanında yerləşən mənzilə Cavabdeh mülkiyyət hüququnun olmaması Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və X10 Dövlət Xidmətinin xx xxxxxx 2021-ci il tarixli məktubundan da görmək olar. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımı şəraiti yaradır.Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək və ya görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçirilməsinə kömək göstərir. Göründüyü kimi mülki icraatda məhkəmə həqiqətın müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər.Bu səbəbdən tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə 10 manat məbləğində dövlət rüsumunun ilə bağlı məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, iddia rədd edildiyindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənləri, Аzərbаycаn Rеspublikаsının MPM-nin 216-220-ci və 360cı mаddələrini rəhbər tutаrаq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna kompensasiya yolu ilə xitam verilməsi ” tələbinə dair iddiası rədd edilsin. İddiaçı İddiaçı tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsümu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə X5 Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar