Məhkəmə qərarları › İş №2(080)-181/2025

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-181/2025

18.09.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-181/2025 18.09.2025 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X13 məhkəmə iclas katibliyi, İddiaçı və nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı mirasın faktiki qəbulu və əmlakda payların müəyyən olunması tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, , müəyyən etdi: İddia tələbi: İddiaçı və Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı X2 vəfalından sonra ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 58.3 k.m fərdi yaşayış evindən və 0.1 169 hektar torpaq sahəsindən ibarət mirasın iddiaçı X22 tərəfindən faktiki qəbul edilərək payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 58.3 kv.m fərdi yaşayış evi və 0.1 169 hektar torpaq sahəsi mərhumə anası X6 miras qalmışdır. X5 22 iyul 2015-ci ildə vəfat etmişdir. X23, X17, Cavabdeh1, İddiaçı və X18 vərəsələridir. X23 və X17 vəfat etmişdir. Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 X14 vərəsələridir. X1 miras qalan ünvan 1 ünvanında 58.3 kv.m və 0.1169 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi onun vəfatından sonra onun tərəfindən qəbul edilmişdir.O, miras əmlakı öz adına keçirmək üçün vərəsəlik şəhadətnaməsi almaq qərarına gəldikdən sonra bu məqsədlə Naxçıvan şəhər "Asan xidmət” Mərkəzində yerləşən notariat ofisinə müraciət etmiş, Naxçıvan şəhər "Asan xidmət” Mərkəzinin notariat ofisinin 04 iyun 2025-ci il tarixli, 19 nömrəli məktubunda notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən rəsmi olaraq imtina edərək bildirmişdir ki, vərəsələr arasında mübahisə olduğundan onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmadığından aidiyyatı üzrə məhkəməyə müraciət etmələri bildirilmişdir. Vərəsələrdən heç biri qanunda nəzərdə tutulmuş müddətdə mirasın qəbulu üçün notariat ofisinə müraciət etməmişdir. Hazırda o həmin evin təsərrüfatını idarə edərək mirası qəbul etmiş, miras qoyanın ölümündən əvvəl də, sonra da, yəni X2 vəfatından əvvəl və sonra həmin evdə o öz ailəsi ilə birlikdə yaşamış, miras qoyanın 22 iyul 2015-ci il tarixində vəfatından sonra isə həmin əmlakı faktiki şəkildə idarə etməyə başlamışdır. X8 ölümündən sonra da orada yaşayaraq oranı idarə etməsini istənilən qohum və qonşuları təsdiq edə bilərlər. Neçə illərdir ki, X8 digər vərəsələri ailə həyatı quraraq köçüb özlərinə aid mülklərində yaşayırlar. X3 ölümündən sonra miras qalmış ünvan 2 ünvanında 58.3 kv.m və 0.1 169 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evində o yaşamış, həyat-bacanı əkib becərərək, mirasa sahiblənərək mirası idarə edərək qəbul etmişdir.O, bu illər ərzində həmin fərdi yaşayış evini heç kəs tərəfindən heç bir etiraz və narazılıq olmadan istifadə və idarə etmişdir. 29 yanvar 2009-cu il tarixli vəsiyyətnaməyə əsasən Ordubad şəhəri, N.Rəfiyev küçəsi ev 7 -də döngə 2-də yerləşən yaşayış evindən bir otaq koridor balkonun yarısı və evin altında zirzəmi ona vəsiyyət edilmişdir. X2 vəfalından sonra ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 58.3 k.m fərdi yaşayış evindən və 0.1 169 hektar torpaq sahəsindən ibarət mirasın iddiaçı X22 tərəfindən faktiki qəbul edilərək payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında verilən izahatlar: Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddiasını müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərə ifadəsində X2 vəfalından sonra ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 58.3 k.m fərdi yaşayış evindən və 0.1 169 hektar torpaq sahəsindən ibarət mirasın iddiaçı X22 tərəfindən faktiki qəbul edilərək payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili Vəkil iddianı müdafiə edərək izahatında bildirmişdir ki, X5 22 iyul 2015-ci ildə vəfat etmişdir.İddiaçı mərhumənin həm sağlığında həm də vəfatından sonra həmin evdə yaşamış və mirası idarə etmişdir.Mərhumənin həm sağlığında həm də vəfatından sonra bütün komunal xərclər onun tərəfindən ödənilmiş, fiziki şəxslərin sğorta müqaviləsi onun adına bağlanmış və ödənilmişdir.Vəsiyyətnaməyə gəldikdə isə hüquqi qüvvəsi yoxdur.Bu səbəbdən də X2 vəfalından sonra ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 58.3 k.m fərdi yaşayış evindən və 0.1 169 hektar torpaq sahəsindən ibarət mirasın iddiaçı X22 tərəfindən faktiki qəbul edilərək payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh və Cavabdeh6 nümayəndəsi Cavabdeh1 iddianı qəbul etməyərək ifadəsində bildirmişdir ki, əvvəllər işi ilə əlaqədar olaraq Bakı şəhərində yaşamış, 2015-2016-cı illərdə orada yaşamadığını, 4 il həbs cəzası aldığını, 2017-ci ildən qayıdıb Ordubada gəlmişdir.Ailəsi bakı şəhərində yaşayır.O miras qalan həmin evdə yaşamış, evin bağçasında ağaclar əkmişdir. Hal-hazırda rəsmi olaraq həmin evdə yaşayır, əlavə olaraq Bakıya gedib gəlir. Həmin evin işığını və qazını kəsmişdilər.O, bu səbəbdən icra nümayəndəliyinə müraciət etmiş, işığı və qazı bərpa elətdirmişlər. Həmçinin digər qardaşı Muxbir ona etibarnamə göndərmiş, həmçinin teleqram ilə məhkəməyə müraciət etmişdir.O və qardaşı Muxbir vəsiyyətnamə ilə həmin evdən onlara düşən payı istəyirlər. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh4 ifadəsində bildirmişdir ki, iddia ərizəsi ilə tanışdır və bildirmək istəyir ki, iddia ərizəsini qəbul edir. O, miras qalan evdə yaşamamış, 3 qardaşın heç biri mərhum nənəsinə qulluq etməyibdir. Mərhum anası nənəsinə qulluq etmiş, vəfatına 2-3 ay qalmış həmin mübahisəli evə aparıblar. Yunis öz yaşadığı hissəni düzəltdirib. O, balkonu düzəltdirmiş, beton pilləkənlər saldırmışdır. Həmin evin işığını və qazını kəsmişdilər. Əli bu səbəbdən müracət etmiş, işığı və qazı bərpa elətdirmişdir. O həmin evdən pay istəmir və ona düşən paydan imtina edirəm. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehlərə məlumat verilmiş, tərəflər məhkəmə baxışı iclasına gəlmədiklərini, Cavabdeh2, Cavabdeh5 məhkəməyə ərizə ilə müraciət edərək, mirasdan onlara çatan payın üç qardaş arasında bölünməsinə etirazları olmadığını, Cavabdeh3 isə iddianı qəbul etdiyini, onun iştirakı olmadan məhkəmə iclaslarının keçirilməsini xahiş etmiş, Cavabdeh6 oğlu teleqram göndərərək vəsiyyətnamə əsasında mirasın bölünməsini xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı tərəfdən çıxış edən Şahid1 izahat verərək bildirdi ki, İddiaçı qonşusudur. X29 anası idi. Nə vaxt rəhmətə getdiyini xatırlamır. Yunis və ailəsi daimi həmin evdə yaşayıb, digər vərəsələrsə də həmin evə gəlib-gediblər. Hal-hazırda da Yunis ailəsi ilə birlikdə həmin evdə yaşayır. Muxbir və Əli qonaq kimi qısa müddətdə yaşayıblar. Əli Bakıda yaşayır. Orxanla da, salam-sabahım vardır, Orxan binada yaşayır. Digər vərəsələrin orda yaşamasını görməmişdir. Məhkəmə iclasında iddiaçı tərəfdən çıxış edən Şahid2 izahat verərək bildirdi ki, İddiaçı qonşusudur. Tərəfləri qonşu kimi tanıyır, eyni məhəllədə yaşayırlar. Mərhum Məriyəm rəhmətə getdikdən sonra, Yunis və ailəsi daimi həmin evdə yaşayıblar, o birilər də gəlib-gediblər. Əli dayı aşağı bina evində yaşayıbdır, Əli dayını son vaxtlar həmin evdə ara-sıra görür. Hal-hazırda da Yunis ailəsi ilə birlikdə həmin evdə yaşayır. Muxbiri təxmini 10 il əvvəl Moskvada görmüşdür. Məhkəmə iclasında iddiaçı tərəfindən çıxış edən Şahid3 izahat verərək bildirdi ki, İddiaçı qonşusudur. İddiaçını qonşu kimi tanıyır, eyni məhəllədə yaşayırlar. Mərhum Məriyəmi qonşu kimi tanıyırdı. 1995-ci ildən o həmin evdə yaşayıram. Yunisin atasını görməmiş, qonşu kimi səslədikdə həyətə Yunis çıxıb, o, Yunisi qonşu kimi tanıyır. Muxbiri isə həmin evdə görməmişdir. Məhkəmə iclasında iddiaçı tərəfindən çıxış edən Şahid4 izahat verərək bildirdi ki, İddiaçı qonşusudur. X29 anası, Bəhlul atası idi. Nə vaxt rəhmətə getdiklərini xatırlamır. 60 yaşım var, Yunis və ailəsinı daimi həmin evdə yaşayan görmüş, Muxbir və digər vərəsələr qonaq kimi qısa müddətdə gəlib-gediblər. Əlinin bina evi varidi, orada yaşayırdı, son vaxtlar Əlini həmin evdə görmüşdür. Evdə mütəmadi olaraq Yunis və ailəsi yaşayıblar. Məhkəmə iclasında iddiaçı tərəfindən çıxış edən Şahid5 izahat verərək bildirdi ki, İddiaçı qonşusudur. X29 anası idi. Nə vaxt rəhmətə getdiyini xatırlamır. Yunis daimi həmin evdə yaşayıblar, o birilər də gəlib-gediblər. Hal-hazırda da Yunis ailəsi ilə birlikdə həmin evdə yaşayır. Digər vərəsələr qonaq kimi qısa müddətdə gəlib-gediblər. Əli və Muxbir həmin evdə daimi yaşamayıblar. Əli 10 ildən çoxdur ki binadakı evini satıb, Bakıda yaşayır. Orxanı da tanıyıram binada yaşayır. Digər vərəsələrin orda yaşamasını görməmişdir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın və Torpaq Məsələləri üzrə Dövlət Xidmətindən verilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********09-10301 reyestr nömrəli çıxarışa əsasən X8 mülkiyyətinə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 58.3 kvadrat-metr daşınmaz əmlak, 0.1 169 hektar torpaq sahəsi mülkiyyətindədir. İş materiallarında olan Ordubad rayon Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış 04 iyun 2025-ci il tarixli 19 saylı məktubdan görünür ki, vərəsə olaraq qanunvericiliyə əsasən müəyyən edilmiş mirasın qəbul edilməsi müddəti ötürüldüyü üçün Ordubad rayon Məhkəməsinə müraciət edilməlidir. xx.xx.2009-cu il tarixli Vəsiyyətnamədən görünür ki, X5 xx.xx.2008-ci il tarixli vəsiyyətnamənin ləğv etmiş, ona məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 58.3 k.m fərdi yaşayış evindən və 0.1 169 hektar torpaq sahəsindən ibarət mirası bir otaq, karidor, balkonun yarısı və evin altında olan zirzəmini oğlu İddiaçı, qalan hissəni bir otaq, karidor, balkonun yarısı Cavabdeh1 və Cavabdeh6 vəsiyyət etmiş, qalan vərəsələri həmin əmlakdan vərəsəlik hüququndan məhrum etmişdir. İş materiallarında olan qəbzlərdən görünür ki, Qaz, Elektirik komunalları İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sğorta Agentliyinin fiziki şəxslərə məxsus olan əmlakların sğorta şəhadətnamələrindən görünür ki, Agentliklə İddiaçı arasında müqavilələr bağlanmışdır. İş materiallarında olan Daşınmaz əmlakın X12 görünür ki, Sadıqov X19 şəhəri, Nəcəfqulu Rəfiyev küçəsi, döngə 4, ev 7 ünvanında olan əmlakı sğortalamışdır. İş materiallarında olan 77AD ******* saylı 13 avqust 2025-ci il tarixli Etibarnamədən görünür ki, Cavabdeh1 Cavabdeh6 nümayəndəsidir. İş materiallarında olan AR-İİİ N 600944 saylı xx.xx.2025-ci il tarixli 7E-364 reyestr nömrəli Etibarnamədən görünür ki, Vəkil İddiaçı nümayəndəsidir. İş materiallarında olan Ordubad şəhər İƏDÜN-si tərəfindən verilmiş arayışdan görünür ki, mərhumə X4 şəhəri, Nəcəfqulu Rəfiyev küçəsi, döngə 4, ev 7 ünvanında yaşamış, xx.xx.2015-ci il tarizdə vəfat etmiş, aşağıdakı vərəsələri vardır: 1.Həyat yoldaşı X23-vəfat edib. 2.Qızı:X17-vafat edib

3. Oğlu:Cavabdeh1-1951 4.Oğlu: İddiaçı-1954 5.Oğlu: Cavabdeh6-1958 İş materiallarında olan” vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemin çıxarışından görünür ki, X17 xx.xx.1953-cü ildə doğulmuş, xx.xx.2022-ci il tarixdə vəfat etmiş: 1.Əri-X24-vəfat edib. 2.Qızı-Cavabdeh5(xx.xx.1972)

3. X21 qızı(xx.xx.1976)

4. Qızı-Cavabdeh3(xx.xx.1979)

5. Oğlu-Cavabdeh4(xx.xx.1982)

Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29.5-ci maddəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyan) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda bununla da mirası qəbul etdiyini şərhsiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmədə tədqiq olunan sübutlarla müəyyən olundu ki, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın və Torpaq Məsələləri üzrə Dövlət Xidmətindən verilmiş çıxarışlarda adı qeyd olunan mülkiyyətçi İddiaçı mirasın qəbul edilmə müddətini ötürmüşdür. Bu səbəbdən iddiaçı vərəsəlik şəhadətnaməsi ala bilməmiş, miras qalan daşınmaz əmlaka istədiyi kimi sərəncam verə bilmir. Vərəsəliyin qəbul edilməsi üçün Ordubad rayon Notariat Ofisinə müraciət etmiş, Notariat Ofisi bildirmişdir ki, mirasın qəbul edilməsi müddəti qurtarmışdır, mirasın qəbul edilməsi ancaq məhkəmə qaydasında olmalıdır. Ona görə də hazırda mirasın qəbul edilməsi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa uzada bilər. Odur ki, belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, X7 qalmış mirasın İddiaçı tərəfindən faktiki qəbul edilməsi müəyyən edilərək həmin torpaq və torpaq üzərindəki tikiliyə tam payı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmənin mövqeyi: İşin halları ilə müəyyən olunur ki, X10 xx.xx.2015-ci il tarizdə Ordubad şəhərində vəfat etmiş, mərhumun adına qeydə alınmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 58.3 kvadrat metr fərdi yaşayış evindən və 0.1 169 hektar torpaq sahəsindən ibarətdir. Miras qalmış torpaq sahəsinə və fərdi yaşayış evinə dair miras qoyanın oğlu İddiaçı mirası miras qoyanın saglığında və ölümlərindən sonra idarə etmiş və orada daim yaşamışdır.Digər vərəsələrin isə iddiaçının, onun nümayəndəsi-vəkilinin və işdə iştirak edən şahidlərin ifadələri ilə qonaq kimi gəlibgetdikləri təstiqlənmişdir. Beləliklə, vəsiyyət üzrə vərəsə kimi İddiaçı tərəfindən miras əmlak olaraq faktiki qəbul edilməsi hissəsində iddia tələbi təmin edilməlidir. Bu həm də qanun üzrə vərəsəliklə pay almaq hüququna malik vərəsələrin qanunla qorunan mənafelərinə xələl yetirmir (huquqlarını məhdudlaşdırmır və ya pozmur) və məhkəmənin qənaətinə görə mübahisənin bu qaydada həlli qanuni olmaqla onların qanunla qorunan mənafelərinə zidd deyil, uyğundur. Məhkəmə araşdırması zamanı İddiaçı tərəfindən faktiki qəbul edilməsi sübuta yetirildiyindən iddia tələbi təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ : İddia tələbi təmin edilsin. Miras qoyan X7 miras qalan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 58.3 kv.m fərdi yaşayış evindən və 0.1169 ha torpaq sahəsindən ibarət mirasın İddiaçı tərəfindən faktiki qəbul edilməsi faktı tanınmaqla həmin əmlakda tam pay hüququ müəyyən edilsin. Qətnamənin icrası Ordubad rayon Notariat Ofisinə həvalə edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən:Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar