Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-182/2025 18.11.2025 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X8 məhkəmə iclas katibliyi, iddiaçı Nümayəndə, nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, iddiaçı Nümayəndə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı mirasın faktiki qəbulu və əmlakda payların müəyyən olunması tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddia tələbi : Ərizəçi Nümayəndə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı mirasın faktiki qəbulu və əmlakda payların müəyyən olunması tələbinə dair iddia ərizəsi ilə Ordubad rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən anası mərhumə X5 vəfatından sonra ünvan 1 ünvanında 1933.25 m2 torpaq sahəsində yerləşən, ümumi sahəsi 187.72 m2 olan fərdi yaşayış evi və torpaq sahəsinin mənim tərəfimdən faktiki qəbul edilərək payımın müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar : Ərizə onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında 1933.25 m2 torpaq sahəsində yerləşən, ümumi sahəsi 187.72 m2 olan fərdi yaşayış evi və torpaq sahəsi mərhum X2ndan miras qalmışdır. Mərhumə X2 28 iyun 2021-ci il tarixdə vəfat etmişdir. Onun Cavabdeh5 Həsənqulu oğlu(vəfat edib) X12 ( vəfat edib ) Cavabdeh1, Nümayəndə, X17 (vəfat edib) Cavabdeh2 adlı vərəsələri vardır, mərhum anası 15 fevral 1954-cü il tarixdə mərhum atası Cavabdeh5 Həsənqulu oğlu ilə rəsmi nikaha daxil olmuşdur. Mərhum atası xx.xx.1992-ci il tarixdə vəfat etmişdir. Mərhum qardaşı X12 22 fevral 2025-ci il tarixdə vəfat etmişdir.Onun vərəsələri X10, Cavabdeh6,Cavabdeh7dır, mərhum qardaşı X17 07 aprel 2020-ci il tarixdə vəfat etmişdir onun vərəsələri X9, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5dur, qeyd olunan digər sənədlər məhkəmə prosesində təqdim edəcəyini, mərhumə X4 miras qalan ünvan 2 yerləşən fərdi yaşayış evi X5 vəfatından sonra onun tərəfindən qəbul edilmişdir. Miras əmlakı övladının adına keçirmək üçün vərəsəlik şəhadətnaməsi almaq qərarına gəldikdən sonra bu məqsədlə Ordubad rayon Notariat ofisinə müraciət etmiş, Ordubad reayon Qeydiyyat şöbəsinin 27 may 2025-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, 28 iyun 2021-ci il tarixdə vəfat etmiş mərhumə X2ndan miras qalmış ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi ilə birlikdə həyətyanı torpaq sahəsindən vərəsəlik yolu ilə ona çatan payı qanunla müəyyən edilmiş müddət ərzində Ordubad rayon notariat ofisinə müraciət edib qəbul etmədiyindən, subutlar təqdim etmədiyindən və eləcədə vərəsələr arasında mübahisə olduğundan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmadığından aidiyyatı üzrə məhkəməyə müraciət etməyiniz xahiş olunur, vərəsələrdən heç biri qanunda nəzərdə tutulmuş müddətdə mirasın qəbulu üçün notariat ofisinə müraciət etməmişdir. Hazırda o həmin evin təsərrüfatını idarə edərək mirası qəbul etmişdir, miras qoyanın ölümündən əvvəl də, sonra da, yəni mərhumə X5 vəfatından sonra həmin evə o baxmışdır, həmin həyətdə divarı yenidən tikmişdir, Həyət-bacaya o və ailəsi qulluq edir, yaxın zamanada həyətə su sistemidə çəkəcək,mərhumə anasının 28 iyun 2021-ci il tarixdə ölümündən sonra isə həmin əmlakı o idarə etmiş. Həmin əmlakı idarə etməyini istənilən qohum və qonşular təsdiq edə bilərlər. Həmin evə məxsus bütün komunallar onu tərəfindən ödənilmişdir. neçə illərdir ki, X5 digər vərəsələri ailə həyatı quraraq köçüb Bakı şəhərində və Rusiya Federasiyasında özlərinə məxsus evlərdə yaşayırlar. O, bu illər ərzində həmin fərdi yaşayış evini heç kəs tərəfindən heç bir etiraz və narazılıq olmadan istifadə və idarə etmiş. Rusiya Federasiyasında yaşayan qardaşı və bacısı ona etibarnamə vererək heç bir etirazlarının olmadığını bildirdiyini qeyd etmişdir. İş materialları : Azərbaycan Respublikası Ədliyyə Nazirliyi .Ordubad Rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2136 nömrəli məktubdan görünür ki, xx.xx.2025-ci il tarixli məktubunuza cavab olaraq bildirirk ki, 28 iyun 2021-ci il tarixdə vəfat etmiş mərhum ananız X3 miras qalmış ünvan 4 ünvanında yerləşən fərdi yaşayş evi ilə birlikdə həyətyanı torpaq sahəsindən vərəsəlik yolu ilə sizə çatan payı qanunla müəyyən edilmiş müddət ərzində Ordubad rayon notariat ofisinə müraciət edib qəbul etmədiyinizdən, subutlar təqdim etmədiyinizdən və eləcədə vərəsələr arasında mübahisə olduğundan sizə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmadığından aidiyyatı üzrə məhkəməyə müraciətedilməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikasi Naxçivan Muxtar Respublikasinin İqtisadiyyat Nazirliyi Yaninda Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X5 adına ünvan 3 ünvanında 1933,25 m2 torpaq sahəsində yerləşən, ümumi sahəsi 187,72 m2 olan fərdi yaşayış evi qeydiyyata alınmışdır. Ordubad Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdi, belə ki həmin arayışdan görsənir ki, X7 xx.xx.1930–ci il tarixdə doğulmuş, xx.xx.2021- ci ildə vəfat etmişdir, Cavabdeh5 Həsənqulu oğlu xx.xx.1900-cü doğulmuş xx.xx.1992-ci ildə vəfat etmişdir, X12 xx.xx.1956-cı ildə doğulmuş xx.xx.2025-ci ildə vəfat etmişdir, Cavabdeh1 xx.xx.1958-ci ildə doğulmuşdur, Nümayəndə xx.xx.1960-cı ildə doğulmuşdur, X17 xx.xx.1963-cü ildə doğulmuş xx.xx.2020-ci ildə vəfat etmişdir, X13 xx.xx.1968-cı ildə doğulmuşdur. Ordubad Bələdiyyəsinin sədri M.Mirbabalı tərəfindən verilmiş 16.05.205-ci il tarixli arayışdan görünür ki, Nümayəndən həqiqətən onun X2na məxsus olan ünvan 5 ünvanında yerləşən evin torpaq və əmlak sahəsinin vergisini Nümayəndə tərəfindən ödənilmişdir. Ordubad RRİ-nin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Ordubad rayon sakini Nümayəndə ondan ötəri ki, ***-**-** nömrəli telefon xətti 01 sentyabr 2021-ci il tarixdən onun adma keçirilmişdir və 16 may 2025-ci il tarixə rabitə xidmətindən borc yaranmamışdır. Ordubad Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2025-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin çıxarışından görünür ki, Cavabdeh5 Həsənqulu oğlu ilə X7 xx.xx.1954-cü ildə nikaha daxil olmuşlar və bu barədə nikah akt qeydləri kitabında 08 nömrəsi ilə qeydə alınmış, ərə Məmmədov, arvada Əliyeva soy adı verilmişdir. Ordubad şəhər İƏDÜ Nümayəndəliyin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Nümayəndə Ordubad şəhəri, H.Əliyev pp 43/16 ünvanında yaşayır. Ordubad Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ T seriyalı 316040 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Nümayəndə xx.xx.1960-cı ildə Ordubad şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh5 Həsənqulu, ana qrafasında X7 qeyd edilmişdir. Ordubad Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2025-ci il tarixli AZ İİ 194314 saylı ölüm haqqında şəhadətnamənin çıxarışından görünür ki, X1 ürək çatışmamazlığından xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Ordubad Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2025-ci il tarixli AZ İİ 486994 saylı ölüm haqqında şəhadətnamənin çıxarışından görünür ki, X18raciyər hüceyrəli xərçəng xəstəliyindən xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Ordubad Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2025-ci il tarixli AZ İİ 041723 saylı ölüm haqqında şəhadətnamənin çıxarışından görünür ki, X24 Qida borusunda yaranan bədxassəli yenitörəməsi xəstəliyindən xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. xx.xx.2025-ci il tarixli Daşınmaz Əmlakin İcbari Siğortası haqqında Şəhadətnamədən görünür ki, Ordubad Rayon Heydər Əliyev prospekti döngə 1 ev10 ünvanı Nümayəndə tərəfindən yanğın, ildırım düşməsi, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısa qapanma, buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı, su, istilik, kanalizasiya kəmərlərinin və yanğın söndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyriyaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma, hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri, yerüstü nəqliyyat vasitəsinin dəyməsi, üçüncü şəxslərin hərəkətlərinin baş verməsi nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi, təbii fəlakətlər zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi rsiklərinə qarşı sığorta edilmişdir. xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı Nümayəndə tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Tərəflərin izahatları : Məhkəmə iclasında iştirak edən iddiaçı Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək məhkəmədən iddia tələbinin təmin edilməsin xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi və cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında ona çatan payın bacısı Nümayəndə könüllü şəkildə dövr etdiyini bildirmişdir. Cavabdeh7 xx.xx.2025-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq nənəsi Əliyeva Fatiməyə məxsus mülkün vərəsəlik hüququnun Nümayəndə keçirilməsinə etiraz etmədiyin bildirmişdir. Cavabdeh6 xx.xx.2025-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq nənəsi Əliyeva Fatiməyə məxsus mülkün vərəsəlik hüququnun Nümayəndə keçirilməsinə etiraz etmədiyin bildirmişdir. Digər cavabadehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 iddiaçının iddia ərizəsi, MPM çıxarış və məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi rəsmi olaraq göndərilmişdir, tərəflər məhkəmə iclasında iştirak etməmiş və iddiaya etirazlarını bildirməmişdir. Şahid ifadələri: Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 izahatında bildirmişdir ki, qeyd olunan ünvanda o usta kimi işləyib, oradakı divarı bərpa edib, o divarın bərpası üçün sifarişi Nümayəndə tərəfindən alıb, orada işlədiyi müddət ərzində həmin ünvanda Nümayəndə və onun həyat yoldaşı Xanlar bəydən başqa adı çəkilən vərəsələrdən görmədim. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 izahatında bildirmişdir ki, Nümayəndə qonşusudur, mərhum X2 dünyasın dəyişəndən sonra Təranə xanım öz ailəsi ilə o evdə yaşayıb,o evə sahiblik edib, digər vərəsələr uzun illərdi Bakıda və Rusiyada yaşayırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 izahatında bildirmişdir ki, Nümayəndə qonşusudur, mərhum X2 təxminən 2021-ci ildə dünyasın dəyişib. X7 dünyasın dəyişdikdən sonra Təranə xanım öz ailəsi ilə o evdə yaşayıb,o evə sahiblik edib, digər vərəsələr o evə bir-iki dəfə qonaq kimi gəlib gediblər. Digər vərəsələrin o evdə yaşadıqlarını görməmişdir. İşin faktiki halı : İşin mübahisəsiz halları ondan ibarətdir ki, ünvan 2 ünvanında 1933.25 m2 torpaq sahəsində yerləşən, ümumi sahəsi 187.72 m2 olan fərdi yaşayış evi və torpaq sahəsi mərhum X2ndan miras qalmışdır. Mərhumə X2 28 iyun 2021-ci il tarixdə vəfat etmişdir. mərhumə anasının 28 iyun 2021-ci il tarixdə ölümündən sonra isə həmin əmlakı o idarə etmiş. Həmin əmlakı idarə etməyini istənilən qohum və qonşular təsdiq edə bilərlər. Həmin evə məxsus bütün komunallar onu tərəfindən ödənilmişdir. neçə illərdir ki, X5 digər vərəsələri ailə həyatı quraraq köçüb Bakı şəhərində və Rusiya Federasiyasında özlərinə məxsus evlərdə yaşayırlar. O, bu illər ərzində həmin fərdi yaşayış evini heç kəs tərəfindən heç bir etiraz və narazılıq olmadan istifadə və idarə etmiş. Rusiya Federasiyasında yaşayan qardaşı və bacısı ona etibarnamə vererək heç bir etirazlarının olmadığını bildirdiyini qeyd etmişdir yəni mərhumə X5 vəfatından sonra həmin evə o baxmışdır, hazırda Nümayəndə məhkəmədən anası mərhumə X5 vəfatından sonra ünvan 1 ünvanında 1933.25 m2 torpaq sahəsində yerləşən, ümumi sahəsi 187.72 m2 olan fərdi yaşayış evi və torpaq sahəsinin mənim tərəfimdən faktiki qəbul edilərək payımın müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Nümayəndəb atası Cavabdeh5 Həsənqulu oğlu xx.xx.1992-ci ildə vəfat etmişdir. xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X5 adına ünvan 3 ünvanında 1933,25 m2 torpaq sahəsində yerləşən, ümumi sahəsi 187,72 m2 olan fərdi yaşayış evi qeydiyyata alınmışdır X2 28 iyun 2021-ci il il tarixində vəfat etmişdir. X5 28 iyun 2021-ci il tarixdə ölümündən sonra isə həmin əmlakı Nümayəndə idarə etmişdir. Digər vərəsələr tərəfindən əmlakın Nümayəndə tərəfindən heç bir etiraz daxil olmamışdır. Nümayəndə vərəsəlik şəhadətnaməsi üçün Ordubad Rayon Notariat Ofisinə müraciət etsə də, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin keçməsi səbəbindən vərəsəlik şəhadətnaməsi verilməsindən imtina edilmiş və mirasın qəbulu faktının müəyyən edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Ərizəçi Nümayəndə tərəfindən qəbul edilməsinin məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin : 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 305.1.1. Məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin.
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.
311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
“Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının:
10. Məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. 10.1. Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olubolmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilibitirilməməsinə və sair aydınlıq gətirməlidir. 10.2. Nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndi:
Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər.
Məhkəmənin mövqeyi :
Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, tədqiq edərək, eyni zamanda işdə olan sübutları qiymətləndirərək qeyd edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. X7 28 iyun 2021-ci il il tarixində vəfat etmişdir. Ərizəçi Nümayəndə tərəfindən mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddət ötürülməklə notariat ofisinə müraciət edildiyindən notariat ofisi tərəfindən vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi şərtlərinə ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktların hüquqi əhəmiyyətli faktlar olması və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onları bərpa edə bilməməsi daxildir. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə, isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Başqa sözlə, müəyyən edilməsi tələb edilən hüquqi əhəmiyyətli faktı təsdiq edən sənədin əldə olunması və ya bərpa edilməsi mümkün olmamalıdır. Məhkəmə qeyd edir ki, ərizəçinin müəyyən edilməsini tələb etdiyi fakt-mirasın faktiki qəbulu faktı hüquqi əhəmiyyətli olmaqla, ərizəçinin ünvan 3 ünvanında 1933,25 m2 torpaq sahəsində yerləşən, ümumi sahəsi 187,72 m2 olan fərdi yaşayış evində vərəsəlik şəhadətnaməsinin alınması üçün zəruridir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, qərarının 10-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, vərəsəlik hüququ vasitəsilə mülki dövriyyə iştirakçıları olan fiziki şəxslərin ölməsi halında onların sağlığında qurduqları hüquqi münasibətlərdən irəli gələn hüquq və öhdəliklərinin aradan qalxmaması, vərəsələri tərəfindən həyata keçirilməsi üçün hüquqi şərait yaradılır ki, nəticədə mülki dövriyyənin davamlılığı və fasiləsizliyi təmin edilməklə hüquqi müəyyənlik və hüquqi etimad prinsipləri qorunmuş olur. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” 2014-cü il 22 aprel tarixli Qərarı). Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. İşin faktiki hallarından görünür ki, X7 28 iyun 2021-ci il il tarixində vəfat etmişdir. Mülki qanunvericiliyə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə qaydasında ölmüş elan edilməsi ilə açılır. Göründüyü kimi, fiziki şəxsin ölümü və ya onun ölmüş elan edilməsi ilə miras açılır və miras qoyanın vərəsələri ola biləcək şəxslər mirasın açıldığı andan vərəsəliyə çağırılmış hesab edilirlər. Beləliklə, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Belə olan halda məhkəmə qeyd edir ki, mübahisəli hüquq münasibəti 28 iyun 2021ci ildə X5 ölümü ilə yarandığından, hazırkı iddia tələbinə mülki prosessual qanunvericiliyin tələblərinə əsasən qüvvədə olan Mülki Məcəllənin həmin dövr üçün qüvvədə olmuş normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 7-ci hissəsinə hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Mülki qanunvericiliyə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mirasın qəbul edilməsi dedikdə- vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Konstitusiya Məhkəməsi Plenumunun mirasın formal və qeyri-formal qəbulu üsulları ilə əlaqədar artıq formalaşmış hüquqi mövqeyi mövcuddur. Belə ki, vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli, A.Nadirova və qeyrilərinin şikayəti üzrə 2022-ci il 16 mart tarixli Qərarları). Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, hüquqi nəticəyə gəlmək üçün konkret hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir, mirası lazımi vəziyyətdə saxlayır, sığorta və miras əmlak üçün vergini ödəyir və s. Mülki qanunvericiliyin miras açılan vaxt qüvvədə olan normalarına əsasən mirasın qəbulu ilə bağlı hərəkətlər vərəsəlik açılan gündən 6 ay ərzində edilməlidr. Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin mirasın qəbulu müddəti ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Həmçinin Konstitusiya Məhkəməsi Plenumunu qərarlarında qeyd etmişdir ki, vərəsələrin mirası qəbul etməsi faktını təsdiqləyən sənəd vərəsəlik şəhadətnaməsidir. Lakin vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 26 iyul tarixli Qərarları). Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəlləsi 1255m). İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, ərizəçi Nümayəndə X2nın ölümündən sonra ünvan 3 ünvanında 1933,25 m2 torpaq sahəsində yerləşən, ümumi sahəsi 187,72 m2 olan fərdi yaşayış fərdi yaşayış evi övladalrına miras əmlak olaraq qalmışdır. Miras qalmış mənzil isə ərizəçi Nümayəndə faktiki qəbul edilmişdir. İşin məhkəmə tərəfindən tədqiq edilmiş halları ilə müəyyən edilmişdir ki, X5 ərizəçidən başqa vərəsələri vardır, lakin həmin vərəsələrdən dünyasını dəyişənlər var, dünyasını dəyişən vərəsələrin övladları onlara vərəsəliklə keçən payı Nümayəndə adına keçməyə etiraz etmirlər,həyatda olan digər vərəsələrində qeyd olunan əmlakın Nümayəndə adına keçirilməsinə etirazları olmamışdır. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş iş materialları, o cümlədən şahid ifadələrinə əsasən müəyyən edilmişdir ki, Nümayəndə X5 ölümündən sonra , mübahisə predmeti olan mənzilə cavabdehlik etmiş orada yaşamış, abadlıq və təmir işləri görmüş və kommunal xərclər tərəfindən ödənilmişdir. Məhkəmə qeyd edir ki, miras əmlak iddiaçı tərəfindən bu günədək rəsmiləşdirilməsə də, həmin əmlakın onun tərəfindən faktiki olaraq qəbul edilməsi, həmin əmlaka faktiki olaraq yiyələnməsi kimi qiymətləndirilməlidir. Belə ki, mirasın qəbulu dedikdə elə bir hərəkət başa düşülür ki, bu hərəkətin vasitəsi ilə vərəsəliyə çağırılan şəxs (mümkün vərəsə) sübyektiv vərəsəlik hüquqlarını həyata keçirir və miras əmlakı əldə etmək imkanı qazanır. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyəti ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir. Məhz həmin hərəkət əsasında vərəsə miran qoyanın hüquq və vəzifələrinin daşıyıcısıdır. Mirasın qəbul etmək vərəsənin vəzifəsi yox, yalnız onun hüququdur. Bu o deməkdir ki, o mirası qəbul edə də bilər, etməyə də bilər. Mirası qəbul etmək hüququ subyektiv mülki hüquqdur. Bu hüquq həyata keçiriləndə mirasın qəbulu əqdə çevrilir. Öz hüquqi təbiətinə görə mirasın qəbul birtərəfli əqddir. Ona görə ki, mirasın qəbulu, birincisi, xüsusi olaraq miras əmlakın əldə edilməsi məqsədilə həyata keçirilir, ikincisi, o yalnız bir tərəfin-vərəsəliyə çağrılan şəxsin ifadəsini ifadə edir. Mirasın qəbulu vərəsəliyə çağrılan digər vərəsələrin iradə ifadəsindən asılı deyil. Mirasın qəbulu iradəvi aktdır. Ona görə ki, o vərəsənin iradəsi ilə bağlıdır. Bu aktda vərəsənin mirası qəbul etmək arzusu, istəyi və niyyəti ifadə olunur. Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Oxşar hüquqi mövqe Türkiyə Anayasa Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarında əks olunmuşdur. Həmin Qərarda qeyd edilmişdir ki, mülkiyyəti təsdiq edən sənəddə adı qeyd olunmuş daşınmaz əşyanın mülkiyyətçisi vəfat edərsə, bu daşınmaz əmlakın sahibi onun vərəsələridir. Vərəsələr bu daşınmaz əşya üzərində mülkiyyət hüququnu miras qoyanın ölümündən sonra qanunla müəyyən edilmiş qaydada qeydiyyata alınmadan əldə edirlər. Hüququn əsas prinsiplərindən biri də mülkiyyət hüququnun “zamansız” olması, başqa sözlə desək, mülkiyyət hüququnun müddətə bağlı olmamasıdır. Vərəsələrin davam edən mülkiyyət hüququ daşınmaz əşyadan faktiki istifadə etmək hüququnu nəzərdə tutduğu kimi, ondan istifadə etməmək hüququnu da ehtiva edir. Mülkiyyət hüququnun mütləqliyi və reyestr qeydiyyatının aşkarlığı (həqiqiliyi) şəraitində vərəsələrin mülkiyyət hüquqlarını tanımamaqla birtərəfli qaydada aradan qaldırılmasına icazə verilməsi mülkiyyət hüququnu ləğv etməklə yanaşı, həm də əldə edilmiş hüquq və hüquqi təminat prinsiplərini pozur Məhkəmə işin faktiki hallarına əsasən qeyd edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur. Belə olan halda məhkəmə ərizəçinin mərhum X2nın mülkiyyətində olan və adına qeydə alınmış ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 187,72 m2 olan fərdi yaşayış evi və 1933.25 m2 torpaq sahəsindən ibarət mirasın (reyestr nömrəsi-**********19-10301, İnventar nömrəsi-2471) iddiaçı Nümayəndə tərəfindən faktiki qəbul edilməsi faktı tanınmaqla, həmin əmlaklarda tam pay hüququ müəyyən edilməli, ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 187,72 m2 olan evə və 1933.25 m2 torpaq sahəsinə Nümayəndə tam paya vərəsəlik haqqında şəhadətnamənin verilməsi öhdəliyi Ordubad rayon Notariat Ofisinin üzərinə qoyulmalıdır.
Məhkəmə Xərcləri :
Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.
Nəticə :
Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, ərizə təmin edilməli, ərizəçi Nümayəndə tərəfindən ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 187,72 m2 olan fərdi yaşayış evi və 1933.25 m2 torpaq sahəsindən ibarət mirasın (reyestr nömrəsi-**********19- 10301, İnventar nömrəsi-2471) faktiki qəbul edilməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi:
Ərizə təmin edilsin. İddia tələbi təmin edilsin. Miras qoyan X5 mülkiyyətində olan və adına qeydə alınmış ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 187,72 m2 olan fərdi yaşayış evi və 1933.25 m2 torpaq sahəsindən ibarət mirasın (reyestr nömrəsi-**********19-10301, İnventar nömrəsi-2471) iddiaçı Nümayəndə tərəfindən faktiki qəbul edilməsi faktı tanınmaqla, həmin əmlaklarda tam pay hüququ müəyyən edilsin. ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 187,72 m2 olan evə və 1933.25 m2 torpaq sahəsinə Nümayəndə tam paya vərəsəlik haqqında şəhadətnamənin verilməsi öhdəliyi Ordubad rayon Notariat Ofisinin üzərinə qoyulsun. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçinin özünə aid edişin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən:Tural Haqverdiyev