Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-195/2025 23.10.2025 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakim əvəzi Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X3 iclas katibliyi, Ərizəçi və Ordubad rayon İH başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X5 iştirakı ilə, Ərizəçi "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" barədə ərizəsinə dair mülki işə, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" barədə ərizə ilə məhkəməyə müraciət etmiş, 17 avqust 1996-cı il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəsini müdafiə etmiş, izahatında bildirmişdir ki, X8 onun qızıdır. X4 17 avqust 1996-cı il tarixdə doğulmuşdur. X15 “Daun sendromu” xəstəliyindən əziyyət çəkir, anadangəlmə psixi qüsurlu olduğuna görə öz hərəkətlərinin mənasını anlaya və müstəqil olaraq hərəkətlərini idarə edə bilmir. Qızı Rəna psixi qüsurlu olduğuna, öz hərəkətlərini idarə edə bilmədiyinə görə daim xüsusi qayğıya və nəzarətə ehtiyacı var. Qızının qayğısına özü qalır, onunla birlikdə Ordubad şəhərində yaşayır və bütün lazımi ehtiyaclarını o qarşılayır. Qızına xəstəliyi ilə əlaqədar birinci dərəcəli müddətsiz əlillik vəsiqəsi verilmiş, dövlət tərəfindən sosial müavinət təyin edilmişdir ki, həmin müavinət plastik kart vasitəsilə ödənilir. Qızının adına olan müvafiq plastik kartı ala bilməsi üçün, həmçinin onun adından qanunvericiklə müəyyən edilmiş digər hərəkətləri edə bilməsi üçün X15nın fəaliyyət qabiliyyətli olmayan hesab edilməsini istəyir. Başqa hər hansı məqsədi yoxdur. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Ordubad rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi qismində iştirak etmiş X9 izahatında bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına X1 rəyini, yəni 17 avqust 1996-cı il tarixdə doğulmuş X6 öz hərəkətlərini dərk etmək və öz hərəkətlərini idarə edə bilmək iqtidarında olmamasını nəzərə alır və Ərizəçi fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin Ərizəçi fəaliyyət qabiliyyəti olmayan hesab edilməsində hər hansı sui-istifadə halları aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş- 361616 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X8 17 avqust 1996-cı il tarixdə doğulmuş, atası X10, anası Ərizəçidır. 05 iyun 2025-ci il tarixli, 373 və 374 nömrəli arayışlardan görünür ki, X8 və Ərizəçi ünvan 1 ünvanında qeydiyyatda durur və yaşayırlar. İş materiallarında olan 066291 nömrəli vəsiqədən görünür ki, X8 İ dərəcə üzrə ümumi xəstəlikdən əlildir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı Ərizəçi məhkəməyə verdiyi izahatdan və iş üzrə təqdim edilmiş sübutlardan məlum olmuşdur ki, Rəna Rəsulovanın fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması ərizəçiyə həmin şəxs üzərində qəyyum təyin olunması üçün lazımdır. Məhkəmə araşdırması zamanı 17 avqust 1996-cı il tarixdə Ordubad şəhərində doğulmuş X7 həqiqətən əqli zəifliyin olması, bu səbəbdən öz hərəkətlərinin mənasını anlamaması və öz hərəkətlərini idarə edə bilməməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 319-cu maddəsində qeyd olunmuşdur ki, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Odur ki, Ordubad Rayon Məhkəməsinin 02 sentyabr 2025-ci il tarixli, 2(080)-195/2025 nömrəli qərardadı ilə məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Naxçıvan MR X1 23 sentyabr 2025-ci il tarixli, 450 saylı rəyində qeyd edilmişdir ki, X7 “Daun xəstəliyi nəticəsində ağır əqli gerilik” psixi xəstəliyi vardır. Həmin şəxs öz hərəkətlərini dərk etmək və öz hərəkətlərini idarə edə bilmək iqtidarında deyil, sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirak etməsinə imkan vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinin tələbinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırılır. İş materiallarından Ərizəçi X6 anası olması müəyyən olunmuşdur. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə müəyyən edir ki, 17 avqust 1996-cı il tarixdə Ordubad şəhərində doğulmuş X8 Ərizəçi qızıdır. X7 “Daun xəstəliyi nəticəsində ağır əqli gerilik” psixi xəstəliyi vardır. X8 hərəkətlərinin mənasını anlamaq, idarə etmək qabiliyyyətində deyil. Ona görə də məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalı və 17 avqust 1996-cı il tarixdə Ordubad şəhərində doğulmuş X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 36 0-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 17 avqust 1996-cı il tarixdə Ordubad şəhərində doğulmuş X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim əvəzi: Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №2(080)-195/2025
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-195/2025
23.10.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver