Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-221/2023 18.12.2023 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X4 məhkəmə iclas katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" barədə ərizəsinə dair mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə,, MÜƏYYƏN ETDİ: Ərizəçi "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" barədə ərizə ilə məhkəməyə müraciət etmiş, 03 yanvar 2004-cü il tarixdə Ordubad Rayonu Əndəmic kəndində doğulmuş Babazadə Zeynəb Rza qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəsini müdafiə etmiş, izahatında bildirmişdir ki, qızı 03.01. 2004-cü il təvəllüdlü Babazadə Zeynəb Rza qızı xx.xx.2018-ci il tarixdən “Anadangəlmə əqli zəiflik, idiotiya səviyyəsində” diaqnozu ilə Y.Budaqov adma Naxçıvan MR X2 dispanser qeydiyyatında dayanır. İ dərəcəli əlildir. Öz hərəkətlərinin mənasını başa düşmədiyindən daim evdə ailə üzvləri tərəfindən nəzarət altında saxlamalı olurlar. Dövlət tərəfindən əlilliyə görə təyin olunan sosial müavinatı almaq üçün qəyyumluq müəyyən olunmalıdır. Bu barədə Ordubad rayon İcra Hakimiyyətinin qəyyumluq şöbəsinə müraciət etmişdir. Onun müraciətinə cavab olaraq bildirilib ki, bunun üçün qızınızın fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmağınız tövsiyə olunur. Müvafiq sənədləri toplamaq üçün çalışır, Özü də heç yerdə işləmir. Qızına təyin olunan müavinatı da ala bilmədikləri üçün borc alaraq dolanırlar. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi, xx.xx.2004-cü ildə doğulmuş qızı Babazadə Zeynəb Rza qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə Ordubad rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasına məlumat verilmiş, lakin Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə mülki işə Ordubad rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsinin iştirakı olmadan baxmışdır. İş materiallarına əlavə edilmiş- 470587 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Babazadə Zeynəb Rza qızı 03 yanvar 2004-cü il tarixdə Ordubad rayon Əndəmic kəndində doğulmuş, atası Ərizəçi, anası X1r. 08 avqust 2023-cü il tarixli, 170 nömrəli arayışdan görünür ki, Babayev X8 Rayonu Yuxarı Əndəmic kəndində qeydiyyatdadır. 02 avqust 2023-cü il tarixli, 98 nömrəli arayışdan görünür ki, Babazadə X6 Rayonu Yuxarı Əndəmic kəndində qeydiyyatdadır. 04 avqust 2023-cü il tarixli, 1073 nömrəli arayışdan görünür ki, 03 yanvar 2004-cü il təvəllüdlü Babazadə Zeynəb Rza qızı xx.xx.2018-ci il tarixdən “Anadangəlmə əqli zəiflik.İdiotiya səviyyəsində” diaqnozu ilə Y.Budaqov adna Naxçıvan MR X2 dispanser qeydiyyatda dayanır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı ərizəçi R. Babayevin məhkəməyə verdiyi izahatdan və iş üzrə təqdim edilmiş sübutlardan məlum olmuşdur ki, Z. Babazadənin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması ərizəçiyə həmin şəxs üzərində qəyyum təyin olunması üçün lazımdır. Məhkəmə araşdırması zamanı 03 yanvar 2004-cü il tarixdə Ordubad Rayonu Yuxarı Əndəmic kəndində doğulmuş Babazadə Zeynəb Rza qızında həqiqətən əqli zəifliyin olması, bu səbəbdən öz hərəkətlərinin mənasını anlamaması və öz hərəkətlərini idarə edə bilməməsi müəyyən olunmuşdur. Həmçinin ərizəçinin izahatından, iş materiallarından müəyyən edildi ki, Babazadə Zeynəb Rza qızı Ərizəçi yanında yaşayır, onun maddi və digər tələbatları ərizəçi tərəfindən qarşılanır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 319-cu maddəsində qeyd olunmuşdur ki, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Odur ki, Ordubad Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, 2(080)-221/2023 nömrəli qərardadı ilə məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Naxçıvan MR X3 xx.xx.2023-cü il tarixli, 390 saylı rəyində qeyd edilmişdir ki, Babazadə Zeynəb Rza qızında “Dərin əqli gerilik” psixi xəstəliyi var. Babazadə Zeynəb Rza qızı öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyil. Babazadə Zeynəb Rza qızının sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirak etməsinə imkan verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinin tələbinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırılır. İş materiallarından Ərizəçi Babazadə Zeynəb Rza qızının atası olması müəyyən olunmuşdur. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə müəyyən edir ki, 03 yanvar 2004-cü il tarixdə Ordubad Rayonu Yuxarı Əndəmic kəndində doğulmuş Babazadə Zeynəb Rza qızı Ərizəçi qızıdır . Babazadə Zeynəb Rza qızının “Dərin əqli gerilik” psixi xəstəliyi var. Babazadə Zeynəb Rza qızı hərəkətlərinin mənasını anlamaq, idarə etmək qabiliyyyətində deyil. Ona görə də məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalı və 03 yanvar 2004-cü il tarixdə Ordubad rayonu Yuxarı Əndəmic kəndində doğulmuş Babazadə Zeynəb Rza qızı fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2004-cü il tarixdə Ordubad rayon Yuxarı Əndəmic kəndində doğulmuş Babazadə Zeynəb Rza qızı fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №2(080)-221/2023
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-221/2023
18.12.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver