Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-228/2025 20.11.2025 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X5 məhkəmə iclas katibliyi, Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi X12 iştirakları ilə, Ərizəçi "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" barədə ərizəsinə dair mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb : Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə Ordubad rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.1954-cü il tarixdə anadan olmuş anası X8 fəaliyyət qabiliyyəti olmayan hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar : Ərizəçi ərizəsini onunla əsaslandırılmışdır ki, X2 xx.xx.1954-cü il tarixdə Ordubad rayon Gənzə kəndində anadan olmuşdur. O 397 (üç yüz doxsan yeddi) manat əmək pensiyası alır. X2 İİ qrup əlildir. X2 onunla bir ailədə yaşayır onun kənar şəxsin qulluğuna ehtiyacı vardır. X2 özünü idarə etmək qabiliyyətində deyildir. Bundan başqa mülkiyyət hüquqlarını, həmçinin onun öz hüquqlarını həyata keçirilməsi üçün imzaları lazım olur ki, onun fəaliyyət qabiliyyətinin olmaması səbəbindən X6 həmin hüquqlarını həyat keçirə bilmir. X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə 01 iyul 2025-ci il tarixdə Ordubad rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və himayəçilik Komissiyına ərizə ilə rəsmi olaraq müraciət etmişdir, onlar isə 09 iyul 2025 cil tarixli 5-25/2-A-xxxx/2025 nömrəli məktubla müraciətinə rəsmi cavab olaraq bildirlmişdir ki, X9 fəaliyyət qabiliyyəti olmayan şəxs elan olunması barədə Ordubad Rayon Məhkəməsinin Qətnaməsini Komissiyaya təqdim edməlidir.Bu səbəbdən də Ordubad Rayon Məhkəməsində ananızın fəaliyyət qabiliyyəti olmayan şəxs elan olunması üçün ərizə ilə müraciət etməyi tövsiyə olunmuşdur. Bu səbədən də məhkəmiyə ərizə ilə müraciət etmək qərarına gəlmişdir İş materialları : Ordubad Rayon ƏSMM tərəfindən xx.xx.2007-cı il tarixdə verilmiş 053559 nömrəli vəsiqədən görünür ki X15 2-ci qrup əlildir. VЖ seriyalı, 422193 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1979-cu il tarixdə Ordubad rayonunun Gənzə kəndində doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1950-ci il tarixdə 57 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında X18, ana qrafasında X14 qeyd edilmişdir. AZ seriyalı, 315815 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1954-cü il tarixdə Ordubad rayonunun Gənzə kəndində doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1950-ci il tarixdə 38 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Y.Budaqov adına Naxçıvan MR X3 xx.xx.2025-ci il tarixli 493 saylı rəyindən görünür ki, xx.xx.1954-cü il tarixdə Ordubad rayonunun Gənzə kəndində anadan olmuş X7 “Dəqiqləşdirilməmiş demensiya” psixi xəstəliyi vardır. X21 öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə etmək qabiliyyətində deyil. X1 onun məhkəmə iclasına çağırılmasına yol vermədiyi qeyd edilmişdir. Ərizəçinin Ordubad Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına ünvanladığı məktubda Ordubad Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2025-ci il tarixdə verdiyi cavabden görünür ki, ərizəçinin X6 üzərində qəyyum təyin edilməsi üçün X6 fəaliyyət qabiliyyəti olmayan şəxs elan olunması barədə Ordubad Rayon Məhkəməsinin Qərarını Komissiyaya təqdim edilməsi və bu səbəbdən Ordubad Rayon Məhkəməsində fəaliyyət qabiliyyəti olmayan şəxs elan olunması üçün iddia qaldırılması tövsiyə olunmuşdur. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Tərəflərin izahatları : Məhkəmə iclasında iştirak etməyən Ərizəçi teleqram ilə məhkəməyə müraciət edərək ərizəsini müdafiə etdiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Ərizəçi ərizəsini nəzərə alaraq Ərizəçi iştirakı olmadan məhkəmə iclasını keçirmişdir. Məhkəmə iclasında iştirak edən Ordubad Rayon İcra Hakimiyyəti Başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi X16 izahatında ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin : 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq : Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin : 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 101.6. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 305.1.3. şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında; 317.2. Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. 317.3. Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. 318.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir.
319. Hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəməpsixiatriya ekspertizası təyin edir. 320.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. 321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi : 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. 33.1. Qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. 34.2. Fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir.
İşin faktiki halı : Ərizəçi anası- xx.xx.1954-cü il tarixdə Ordubad rayonunun Gənzə kəndində anadan olmuş X14 “Dəqiqləşdirilməmiş demensiya” xəstəliyindən əziyyət çəkir və psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir.
Məhkəmənin mövqeyi : Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatını dinləyib, iş materiallarını tədqiq edərək, eyni zamanda işdə olan sübutları qiymətləndirərək qeyd edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mülki qanunvericiliyə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Əgər həmin şəxs məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs sayılarsa, onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı tərəfindən qəyyumluq və himayəçilik təyin edilir. xx.xx.1954-cü il tarixdə Ordubad rayonunun Gənzə kəndində anadan olmuş X6 fəaliyyət qabiliyyətinin olmaması məhkəmə tərəfindən tədqiq edilmiş iş materialları və Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Y.Budaqov adına Naxçıvan MR X3 xx.xx.2025-ci il tarixli 493 saylı rəyi ilə öz təsdiqini tapmışdır. Belə ki, iş üzrə xx.xx.1954-cü il tarixdə Ordubad rayonunun Gənzə kəndində anadan olmuş X6 psixi vəziyyətinin müəyyən edilməsi zərurəti olduğundan məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Y.Budaqov adına Naxçıvan MR X4 həvalə edilmişdir. Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Y.Budaqov adına Naxçıvan MR X3 xx.xx.2025-ci il tarixli 493 saylı rəyindən görünür ki, xx.xx.1954-cü il tarixdə Ordubad rayonunun Gənzə kəndində anadan olmuş X11 “Dəqiqləşdirilməmiş demensiya” aşkar olunduğu, onun öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığı, onun öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması üçün əsasların mövcud olduğu və X1 onun məhkəmə iclasına çağırılmasına yol vermədiyi qeyd edilmişdir. Məhkəmə ekspert rəyini işdə olan digər sənədlər ilə birlikdə qiymətləndirərək qeyd edir ki, hazırki işin hallarının müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən və məhkəmənin özü müstəqil qaydada həmin halları müəyyən edə bilmədiyindən ekspert rəyi iş üzrə mötəbər sübut kimi qəbul edilməlidir. Ekspert rəyinin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Buna görə də məhkəmə qeyd edir ki, xx.xx.1954-cü il tarixdə Ordubad rayonunun Gənzə kəndində anadan olmuş X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair kifayət qədər əsaslar olduğundan X14 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin edilməsi üçün əsasdır.
Nəticə : Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, ərizə təmin edilməli və xx.xx.1954-cü il tarixdə Ordubad rayonunun Gənzə kəndində anadan olmuş, və Ordubad rayonunun Gənzə kəndində qeydiyyatda olan X14 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə qeyd edir ki, ərizənin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 305, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi :
Ərizə təmin edilsin. xx.xx.1954-cü il təvəllüdlü X14 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən:Tural Haqverdiyev