Məhkəmə qərarları › İş №2(080)-240/2024

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-240/2024

13.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-240/2024 13.12.2024 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X22 iclas katibliyi, iddiaçı X2, vəkili Vəkil1 və cavabdehlər Cavabdeh1 vəkili nümayəndəsi, Vəkil2 Əliyeva (Abutalıbova) Ceyran Məmmədcəfər qızının və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Məmmədcəfər oğlunun cavabdehlər Cavabdeh1,və Əliyeva (Abutalıbova) Ceyran Məmmədcəfər qızına qarşı , qarşı əmlakda payların müəyyən edilməsi tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Məmmədcəfər oğlu Cavabdeh1 və Əliyeva (Abutalıbova) Ceyran Məmmədcəfər qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, mərhum anası X19 ölümündən sonra ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 151.14 kv m olan fərdi yaşayış evi və 0.0445 ha torpaq sahəsində payların müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmdən xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak etmiş İddiaçı-cavabdeh İddiaçı iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, anası X29 23 fevral 1983-cü il tarixində vəfat etmişdir və onun ölüm faktı Ordubad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 29 noyabr 1991-ci il tarixli, 07 nömrəli ölüm akt qeydi barədə çıxarışla təsdiq olunmuşdur. X7 adına ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 151.14 kv.m olan fərdi yaşayış evi və 0.0445 ha torpaq sahəsi qeydə alınmışdır. Mirasın qəbul edilməsi faktının müəyyən olunması barədə tələb ilə bağlı məhkəməyə ərizə ilə müraciət etmiş və ərizə məhkəmədə baxılmamış saxlanmışdır. Məhkəmə qəbul etdiyi qərardadla miras əmlakda payların müəyyən edilməsi hüququnun olduğunu bildirmişdir. İddiaçı Məmmədcəfər oğlu iddianı müdafiə etdiyini mərhum anası X19 ölümündən sonra ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 151.14 kv m olan fərdi yaşayış evi və 0.0445 ha torpaq sahəsində payların müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.Məhkəmə iclaslarında iştirak etmiş İddiaçı-cavabdehin nümayəndəsi-vəkili Vəkil1 izahatında İddiaçı izahatını təsdiqlədiyini İddia tələbinin təmin edilməsini xahiş edirəm. Məhkəmə iclaslarında iştirak etmiş cavabdeh-iddiaçı Əliyeva (Abutalıbova) Ceyran Məmmədcəfər qızı izahatında bidirmişdir ki, 4 yaşım olanda atam rəhmətə gedib, internat məktəbində oxumuşam, daha sonra Ordubad şəhər 1 nömrəli məktəbdə oxumuşam. 1961-ci ildən iddiaçı-cavabdeh Bakıya təhsil almaq üçün gedib, biz o evdə çətinliklə də olsa yaşamışıq. Mən ailə qurub o evdən getmişəm, ailə qurduğum şəxslə övladım olmayıb. O evdən bir otaq mənə pay düşür. Mən əmlakda payların müəyyən edilməsinə qarşı deyiləm. Mərhum anam X29 rəhmətə getməzdən əvvəl vəsiyyətnamə yazmışdır. Mən həmin vəsiyyətnamə əsasında payların müəyyən edilməsinə qarşı deyiləm və payların vəsiyyətnamə əsasında müəyyən olunmasını xahiş edirəm. Məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh-iddiaçı Cavabdeh1 izahatında bidirmişdir ki,mən o evdə 40 il yaşamışam, hazırda Bakı şəhərində yaşayıram. Məndə o evə xərc çəkmişəm, iddiaçı-cavabdeh qədər bizimdə o evdə hüququmuz var. O evdən mənə də pay düşür. Mən əmlakda payların müəyyən edilməsinə qarşı deyiləm. Mərhum anam X29 rəhmətə getməzdən əvvəl vəsiyyətnamə yazmışdır. Mən həmin vəsiyyətnamə əsasında payların müəyyən edilməsinə qarşı deyiləm və payların vəsiyyətnamə əsasında müəyyən olunmasını xahiş edirəm. Cavabdeh-iddiaçı Cavabdeh1 Məhəmmədcəfər qızının nümayəndəsi-vəkili Vəkil2 izahatında bildirmişdir ki, Hüquqlarını müdafiə etdiyi cavabdeh-iddiaçı Cavabdeh1 Məhəmmədcəfər qızının izahatını təsdiqləyir və əmlakdan payların vəsiyyətnamə əsasında təmin edilməsini xahiş edir. Məhkəmə iclaslarında iştirak etmiş Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlak Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nümayəndəsi mütəxəsisi Nümayəndə Kazım oğlu ifadəsində bildirmişdir ki, Ordbad şəhəri Q,Babayev küçəsi 31 ünvanında 1088.4 m2 torpaq sahəsində yerləşən ümumi sahəsi 167,2 m2 olan fərdi yaşayış evi X19 adına olmuşdur, xx.xx.1992-ci il tarixdə dövlət notariat kontorunda qeydiyyata alınan k-2/66 nömrəli vərəsəlik şəhadətnaməsi əsasında fərdi yaşayış evinin 642.63 m2 hissəsi 88,97 m2 ilə birlikdə xx.xx.2024 il tarixdə daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına qeydiyyata alınmışdır.Fərdi yaşayış evinin digər 445.75 m2 torpaq sahəsi 151.14 m2 tiki ilə birlikdə xx.xx.2023-cü il tarixə daşınmaz əmlakın dövlət reyestrində X19 adına qeydiyyata alınmışdır.bölünmədən sonra həmin hissənin çıxışı N.Nərimanov küçəsinə olduğu üçün fərdi yaşayış evi ünvan 3 ünvanı ilə qeydiyyata alınmışdır. Ordubad Məhkəməsinə Cavabdeh3 ərizə ilə müraciət edərək bildirmişdir ki, o mərhum nənəsi olan X19 övladı olan X3 qızıdır. Vərəsə kimi onun anası olan X9 da vərəsə kimi X16 qalan miras əmlakı qəbul etmişdir.Bu səbəbdən də onun da vərəsə kimi mübahisə Ordubad Məhkəməsinə X32 ərizə ilə müraciət edərək bildirmişdir ki, o mərhum nənəsi olan X19 övladı olan X10 oğludur. Vərəsə kimi onun anası olan X13 da vərəsə kimi X16 qalan miras əmlakı qəbul etmişdir, Bu səbəbdən də onun da vərəsə kimi mübahisə predmeti olan həmin əmlakdan pay hüquqi vardır. İş materiallarında olan- 22 noyabr 2023-cü il tarixli 1378 nomrəli arayışdan görünür ki, X23 X20, X14, Abutalıbov X15 Ceyran Məmmədcəfər qızı, Cavabdeh1, X11, X13 adlı vərəsələri vardır. Ordubad rayon Qeydiyat şöbəsinin 02 noyabr 2023-cü il tarixli çıxarışından görünür ki, X11 xx.xx.1986-cı ildə ölmüşdür. Ordubad rayon Qeydiyat şöbəsinin 03 noyabr 2023-cü il tarixli çıxarışından görünür ki, X20 xx.xx.2019-c u ildə ölmüşdür. Ordubad rayon Qeydiyat şöbəsinin 25 aprel 2022-ci il tarixli çıxarışından görünür ki, X29 xx.xx.1983-cü ildə ölmüşdür. Ordubad rayon Qeydiyat şöbəsinin 03 noyabr 2023-cü il tarixli çıxarışından görünür ki, X11 xx.xx.1986-ci il tarixədək subay olmuşdur. Yasamal rayon Qeydiyat şöbəsinin 19 dekabr 2023-cü il tarixli Ölüm haqqında Şəhadətnaməsindən görünür ki, X14 xx.xx.2014-cü ildə ölmüşdür. Naxçıvan “Asan xidmət” mərkəzinin 25 dekabr 2023-cü il tarixli çıxarışından görünür ki, X13 xx.xx.2022-ci ildə ölmüşdür. 04 noyabr 1980-ci il tarixli X23 yazdığı Vəsiyyətnamədə qeyd etmişdir ki, Ordubad şəhəri Şaumyan küçəsi,ev nömrə-33-də yerləşən binadan vərəsəsi olan Cavabdeh1 küçə qapısından həyətə daxil olan yerdən balkonun qərb tərəfində olan (dalı ev) iki otaq, iki dəhlizdən ibarət olan qabaq həyətyanı sahə onun ixtiyarına verilsin.Dal həyətdən və çeşmə suyundan da istifadə etməyə ixtiyarı vardır. X6, baş ev yataq otağı, dəhliz, dal həyət onun ixtiyarına verilsin, çeşmə suyundan istifadə etməyə ixtiyarı vardır. X11 və (Abutalıbova) Cavabdeh2 tənəbü və dalı eyvan onların ixtiyarına verilsin, giriş yoldan, həyətin meyvəsindən çeşmə suyundan istifadə etməyə ixtiyarları vardır. Naxçıvan Muxtar Respublikası Daşınmaz əmlak və torpaq Məsələləri Üzrə dövlət xidmətinin çıxarışından görünür ki, Cavabdeh1 adına ünvan 5 ünvanında yerləşən 89.97 m2 sahəsi olan fərdi yaşayış evi, və 0, 0642 hektar torpaq sahəsi **********06-10301 reyest nömrəsi ilə xx.xx.2024-cü il tarixdə adına qeydiyyta alınmışdır. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlak Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin arayışından görünür ki, Fərdi yaşayış evinin digər 445.75 m2 torpaq sahəsi 151.14 m2 tiki ilə birlikdə xx.xx.2023-cü il tarixə daşınmaz əmlakın dövlət reyestrində X19 adına qeydiyyata alınmışdır. Bölünmədən sonra həmin hissənin çıxışı N.Nərimanov küçəsinə olduğu üçün fərdi yaşayış evi ünvan 3ünvanı ilə qeydiyyata alınmışdır. Məhkəmə iddiaçının, cavabdehlərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mərhum X28 ölməmişdən əvvəl 04 noyabr 1980-ci il tarixli Vəsiyyətnamədə ilə mülkiyyətində olan və köhnə adı ilə Ordubad şəhəri Şaumyan küçəsi,ev nömrə-33-də yerləşən, yeni adı ilə ünvan 3 ünvanında yerləşən və mülkiyətində olan fərdi yaşayış evini vəsiyyətnamə ilə qanun üzrə vərəsələri və övladları olan Cavabdeh1, X4, İddiaçı Məmmədcəfər oğluna və Əliyeva (Abutalıbov) Ceyran Məmmədcəfər qızına paylarını müəyyən etməklə vəsiyyət etmişdir. Məhkəmə araşdırması zamanı müəyən olunmuşdur. Vəsiyyətnamə üzrə vərəsə olan vərəsələrdən X11 xx.xx.1986-ci il tarixədək subay olmuş və xx.xx.1986-ci il tarixə ölmüşdür. 04 noyabr 1980-ci il tarixli Vəsiyyətnamədə göstərilən vərəsə Cavabdeh1 isə vəsiyyətnamə üzrə 89.97 m2 sahəsi olan fərdi yaşayış evi, və 0,0642 hektar torpaq sahəsi **********06-10301 reyest nömrəsi ilə xx.xx.2024-cü il tarixdə öz payını qeydiyyta aldırmışdır. Vəsiyyətnamə üzrə vərəsələr olan İddiaçı Məmmədcəfər oğlu və Əliyeva (Abutalıbov) Ceyran Məmmədcəfər qızı isə vəsiyətnamə göstərilən paylarına uyğun əmlakı fakitiki qəbul edib idarə etsələr də paylarını qeydiyyta aldırmamışlar. X5 qanun üzrə digər vərəsələri isə nə qanun üzrə nə də vəsiyyət üzrə mübahisə predmeti olan əmlakı qəbul etməmişlər. Məhkəmə belə qənətə gəlir ki, vəsiyyət üzrə vərəsələrdən X1 olduğundan və öldüyündən, Cavabdeh1 vəsiyyətnamə üzrə payı müəyyənləşərək qeydiyyta alındığından, digər vərəsələrin isə qanun və vəsiyyət üzrə mirası qəbul etmədiyindən X5 ölməmişdən əvvəl 04 noyabr 1980-ci il tarixli Vəsiyyətnaməsi üzrə, vərəsələri olan övladları İddiaçı Məmmədcəfər oğlunun və Əliyeva (Abutalıbov) Ceyran Məmmədcəfər qızının,04 noyabr 1980-ci il tarixli Vəsiyyətnaməsi üzrə payları müəyən olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iş üzrə hüquq haqqında mübahisə yoxdur. Belə ki, iddiaçı və cavabdehlər anaları olan X5 yazdığı 04 noyabr 1980ci il tarixli Vəsiyyətnamə üzrə payların müəyən olunmasını məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamədək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası MM-in 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası MM-in 1145-cı maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası MM-in 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası MM-in 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə miras əmlakı faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də mirasın açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur.. Miras əmlakı faktiki qəbul etmə dedikdə, həmin əmlak üzərində faktiki sahiblik etmə və faktiki idarə etmə, öz xərcləri hesabına miras əmlakın mühafizəsi və onun idarə edilməsi başa düşülür. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MKnın 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli qərarında şərh etmişdir ki, “miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan (miras əmlaka daxil olan) daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və s. əşya hüquqları tələb hüquqları) və öhdəliklər MM-in 1133-cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir. Mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi, miras açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi) vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. MM-in 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə gecikdirmənin səbəbini üzürlü sayarsa uzada bilər (MM-in 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunla göstərilən müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququnu) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul etmə müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsəlik hüquqlarının həyata keçirilməsini və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət göstərir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübutetməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur : miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyana məxsus əmlakı faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmə tərəfindən vərəsəlik hüququnun, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin 5-ci hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şəhr edilməlidir. Burda nəzərə alınmalıdır ki, həmin öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəldilmişdir”. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. X5 mülkiyyətində olan, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 151,14 m2 fərdi yaşayış evi və 0.0445 ha olan torpaq sahəsi olan daşınmaz əmlakdan ( reyest nömrəsi**********41-10301, qeydiyyta nömrəsi -**********) 04 noyabr 1980-ci il tarixli Vəsiyyət sərancamı üzrə övladları və vərəsələri olan, İddiaçı Məmmədcəfər oğlunun və Əliyeva (Abutalıbova) Ceyran Məmmədcəfər qızının 04 noyabr 1980-ci il tarixli Vəsiyyət sərancamı üzrə (X6, baş ev, yataq otağı, dəhliz, dalı həyət onun ixtiyarına verilsin. çeşmə suyundan istifadə etməyə ixtiyarı vardır. Əliyeva (Abutalıbova) Ceyran Məmmədcəfər qızına tənəbü və dalı eyvan onun ixtiyarına verilsin, giriş yoldan, həyətin meyvəsindən çeşmə suyundan istifadə etməyə ixtiyarları vardır) payları müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə X26 Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar