Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-242/2025 17.12.2025 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X7 iclas katibliyi, Ərizəçi, Ordubad rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X5 iştirakı ilə, Ərizəçi "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" barədə ərizə ilə məhkəməyə müraciət etmiş, xx.xx.1968-ci il tarixdə Culfa Rayon Ləkətağ kəndində doğulmuş atası X12 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş ərizəçi X8 ərizəsini müdafiə etmiş, izahatında bildirmişdir ki, hazırkı ərizə ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs X18 mənim atamdır. X9 xx.xx.1968-ci il tarixdə anadan olmuşdur. X16 ikinci dərəcəli ömürlük əlillik ömürlük əlillik dərəcəsi verilmişdir. X18 qeyd edilən xəstəliyinə görə öz hərəkətlərini müstəqil idarə edə bilmir, daim xüsusi qayğı və nəzarət altında yaşayır. X6 qeyd edilən xəstəliyi ilə əlaqədar Ordubad rayon ƏSMM tərəfindən ümumi əlillik dərəcəsi verilmişdir. X16 dövlət tərəfindən sosial müavinət təyin edilmişdir ki, həmin müavinət plastik kart vasitəsilə ödənilir. X4 adına olan müvafiq kartın bankdan alınması həmçinin şəxsi əmlak və qeyri əmlak hüquqlarının həyata keçirilməsi zərurəti yaranır ki, onun səhhəti buna imkan vermir, bu kimi hərəkətləri onun üzərində qanunvericiliklə müəyyən edilmiş qaydada təyin edilmiş qəyyumu həyata keçirə bilər. Buna görə də Məhkəməyə müraciət edərək xx.xx.1968-ci il tarixdə Culfa Rayon Ləkətağ kəndində doğulmuş atası X12 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Ordubad rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi qismində iştirak etmiş X10 izahatında bildirmişdir ki, komissiya Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına X2 arayışını nəzərə almış, X15 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini məqsədəmüvafiq hesab etmişdir. Təqdim edilmiş rəydən də müəyyən edilir ki, X18 öz hərəkətlərinin mənasını anlaya, öz hərəkətlərinə rəhbərlik edə bilmir. Həmçinin R. Zalov fəaliyyət qabiliyyəti olmayan hesab edilməsində hər hansı sui-istifadə halları aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş- AZE15097133 nömrəli vətandaşın şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, X18 xx.xx.1968-ci il tarixdə doğulmuşdur. 272510 nömrəli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1998-ci il tarixdə Ordubad Rayon Biləv kəndində doğulmuşdur. atası X18 anası X3r. 1383073 nömrəli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, X18 xx.xx.1968-cü il tarixdə Culfa Rayon Ləkətağ kəndində doğulmuşdur. 28 avqust 2025-ci il tarixli, 93 nömrəli Ordubad rayon Biləv kənd İƏDÜ-si üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki, Zalov X14 rayon Biləv kəndində qeydiyyatda durur. Naxçıvan MR X1 24 noyabr 2025-ci il tarixli, 556 saylı ambulator məhkəmə psixatrik ekspertiza rəyində qeyd edilmişdir ki, X13 “Orta dərəcəli əqli gerilik” psixi xəstəlik vardır. X18 öz hərəkətlərini dərk etmək və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyil, sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirak etməsinə imkan vermir. X18 “Orta dərəcəli əqli gerilik” diaqnozu ilə dispanser qeydiyyatındadır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı ərizəçi A. Zalovun məhkəməyə verdiyi izahatdan və iş üzrə təqdim edilmiş sübutlardan məlum olmuşdur ki, X12 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması ərizəçiyə həmin şəxs üzərində qəyyum təyin olunması üçün lazımdır. Məhkəmə araşdırması zamanı xx.xx.1968-cü il tarixdə Culfa Rayon Ləkətağ kəndində doğulmuş X13 həqiqətən əqli zəifliyin olması, bu səbəbdən öz hərəkətlərinin mənasını anlamaması və öz hərəkətlərini idarə edə bilməməsi müəyyən olunmuşdur. Həmçinin ərizəçinin izahatından müəyyən edildi ki, ərizəçi oğlu ilə bir yerdə yaşayırlar, onun maddi və digər tələbatları ərizəçi tərəfindən qarşılanır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 319-cu maddəsində qeyd olunmuşdur ki, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Odur ki, Ordubad Rayon Məhkəməsinin 20 oktyabr 2025-ci il tarixli, 2(080)-242/2025 nömrəli qərardadı ilə məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Naxçıvan MR X2 24 noyabr 2025-ci il tarixli, 556 saylı rəyində qeyd edilmişdir ki, X13 “Orta dərəcəli əqli gerilik” psixi xəstəlik vardır. Həmin şəxs öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyil, sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirak etməsinə imkan vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinin tələbinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırılır. İş materiallarından Ərizəçi X12 oğlu olması müəyyən olunmuşdur. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə müəyyən edir ki, xx.xx.1968-ci il tarixdə Culfa Rayon Ləkətağ kəndində doğulmuş X18 Ərizəçi atasıdır. X13 ““Orta dərəcəli əqli gerilik” psixi xəstəliyi vardır. X18 hərəkətlərinin mənasını anlamaq, idarə etmək qabiliyyyətində deyil. Ona görə də məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalı və xx.xx.1968--ci il tarixdə Culfa Rayon Ləkətağ kəndində doğulmuş X18 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin xx.xx.1968-ci il tarixdə Culfa Rayon Ləkətağ kəndində doğulmuş X18 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Ərizəçi tərəfindən ərizə verilərkən dövlət rüsumu olaraq ödənilmiş 100 manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №2(080)-242/2025
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-242/2025
17.12.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver