Məhkəmə qərarları › İş №2(080)-248/2025

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-248/2025

17.12.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-248/2025 17.12.2025 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X11 məhkəmə iclas katibliyi,Ordubad Rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik komissiyasının nümayəndəsi X12 iştirakı ilə, Ərizəçi "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" barədə ərizəsinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" barədə ərizə ilə məhkəməyə müraciət etmiş, xx.xx.2003-cü il tarixdə Ordubad rayon Vənənd kəndində doğulmuş oğlu X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsində qeyd etmişdir ki, oğlu X10 09 iyul 2003-cü il tarixdə Ordubad rayon Vənənd kəndində doğulmuşdur. Doğulandan təxminən 40 gün sonra biz onu uşaq həkiminə göstərdik, həkim onu müainə edib gələcəkdə xəstəliyinin olacağını bildirdi. Bir qədər böyüyəndən sonra oğlumda xəstəlik aşkar olundu. Biz onu Y.Budaqov adma Naxçıvan MR X7 müainəyə apardıq. Uşağa “Daun sindromu. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu” diaqnozu ilə 18 iyul 2008-ci il tarixdən dispanserdə qeydiyyata aldılar. Həmin vaxtdan da oğlum xəstədir. Biz onu Naxçıvan şəhərində, Bakı şəhərində müxtəlif həkimlərdə müalicə etdirsək də heç bir nəticəsi olmadı. Ona aid olan bütün sənədləşmə işlərini mən aparmalı oluram. Xəstəliyi ilə əlaqədar o hərbi xidmətdən də azad edilib. 07 avqust 2025-ci il tarixdən İ qrup əlil kimi qeydiyyatda durur. Onun yeməyini, içməyini, geyinməyini hamısını özüm edirəm. Xəstəliyi ilə əlaqədar müxtəlif idarə və təşkilatlara müraciət edərkən çoxlu sayda problemlərlə rastlaşıram. Ona aid olan sənədləşmə işlərinin aparılması üçün oğlumun mənə ehtiyacı vardır. Bu işin rəsmiləşdirilməsi üçün isə onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəmənin qətnaməsi zəruridir. Bu səbəbdən də ərizəçi xx.xx.2003-cü il tarixdə Ordubad rayon Vənənd kəndində doğulmuş oğlu X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə Ərizəçi rəsmi qaydada məlumat verilmiş, ərizəçi xx.xx.2025-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq,məhkəmədə üzrlü səbəblərdən iştirak edə bilməyəcəyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və ərizənin təmin edilərək qətnamə çıxarlmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəyə Ərizəçi iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında Ordubad rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi qismində iştirak etmiş X14 izahatında bildirmişdir ki, komissiya Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına X4 arayışını nəzərə almış, X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini məqsədəmüvafiq hesab etmişdir. Təqdim edilmiş rəydən də müəyyən edilir ki, X10 öz hərəkətlərinin mənasını anlaya, öz hərəkətlərinə rəhbərlik edə bilmir. Həmçinin M. Əsgərovun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsində hər hansı sui-istifadə halları aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş- AA******* nömrəli vətandaşın şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1980-ci il tarixdə doğulmuşdur. AZ-İ 290245 nömrəli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, X10 xx.xx.2003-cü il tarixdə Ordubad rayon Vənənd kəndində doğulmuş atası X8 anası Ərizəçidır. 23 sentyabr 2025-ci il tarixli, 207 nömrəli Ordubad rayon Vənənd kənd İƏDÜ-si üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki, X1 rayon Vənənd kəndində qeydiyyatda durur. 23 sentyabr 2025-ci il tarixli, 206 nömrəli Ordubad rayon Vənənd kənd İƏDÜ-si üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki, Ərizəçi Ordubad rayon Vənənd kəndində qeydiyyatda durur. 24 sentyabr 2025-ci il tarixli, 3-28-34-4/2-2400/2025 nömrəli Budaqov adına Naxçıvan MR X4 arayışından görünür ki, X15 18 iyun 2008-ci il tarixdən Daun sindromu. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu” diaqnozu ilə dispanserdə qeydiyyata durur. Y. Budaqov adına Naxçıvan MR X2 21 noyabr 2025-ci il tarixli, 555 saylı ambulator məhkəmə psixatrik ekspertiza rəyində qeyd edilmişdir ki, X6 “Daun sindromu. Orta əqli gerilik” psixi xəstəlik vardır. X10 öz hərəkətlərini dərk etmək və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyil, sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirak etməsinə imkan vermir. X10 “Daun sindromu. Orta əqli gerilik” diaqnozu ilə dispanser qeydiyyatındadır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı Ərizəçi ərizəsindən və iş üzrə təqdim edilmiş sübutlardan məlum olmuşdur ki, X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması ərizəçiyə həmin şəxs üzərində qəyyum təyin olunması üçün lazımdır. Məhkəmə araşdırması zamanı, xx.xx.2003-cü il tarixdə Ordubad rayon Vənənd kəndində doğulmuş X6 həqiqətən əqli zəifliyin olması, bu səbəbdən öz hərəkətlərinin mənasını anlamaması və öz hərəkətlərini idarə edə bilməməsi müəyyən olunmuşdur. Həmçinin ərizəçinin izahatından müəyyən edildi ki, ərizəçi oğlu ilə bir yerdə yaşayırlar, onun maddi və digər tələbatları ərizəçi tərəfindən qarşılanır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 319-cu maddəsində qeyd olunmuşdur ki, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Odur ki, Ordubad Rayon Məhkəməsinin 20 oktyabr 2025-cü il tarixli, 2(080)-248/2025 nömrəli qərardadı ilə məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Naxçıvan MR X4 21 noyabr 2025-ci il tarixli, 555 saylı rəyində qeyd edilmişdir ki, X6 ““Daun sindromu. Orta əqli gerilik” psixi xəstəlik vardır. Həmin şəxs öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyil, sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirak etməsinə imkan vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinin tələbinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırılır. İş materiallarından Ərizəçi X5 anası olması müəyyən olunmuşdur. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə müəyyən edir ki, xx.xx.2003-cü il tarixdə Ordubad rayon Vənənd kəndində doğulmuş X10 Ərizəçi oğludur. X6 “Daun sindromu. Orta əqli gerilik” psixi xəstəlik vardır. X10 hərəkətlərinin mənasını anlamaq, idarə etmək qabiliyyətində deyil. Ona görə də məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalı və xx.xx.2003-cü il tarixdə Ordubad rayon Vənənd kəndində doğulmuş X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2003-cü il tarixdə Ordubad rayon Vənənd kəndində doğulmuş X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar