Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-27/2025 03.03.2025 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X6 iclas katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, nümayəndəsi və vəkili Vəkil və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Ordubad rayon Üstüpü kəndində yerləşən fərdi yaşayış evi və torpaq sahəsindən ibarət miras əmlakın İddiaçı1 və İddiaçı2 tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlakdan payların bütün miras kütləsinə şamil edilməklə paylarının müəyyən olunması barədə qətnamə qəbul edilməsiini xahiş etmişlər. İddiaçı1 nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq, mirasın qəbulu faktının müəyyən olunması tələbi ilə bağlı iddianın Ordubad rayon Məhkəməsinin icraatında olduğunu, məhkəmə baxışı iclası 03 mart 2025-ci il tarixə saat 11:00-a təyin olunduğunu, məhkəmənin baxışı iclasını iştirakları olmadan keçirməsini və tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. İddiaçı2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə İddiaçı2 iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X11 1932-ci ildə Ordubad rayon Üstüpü kəndində anadan olmuşdur. Heydərov Şəfi xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. X7 Ordubad rayon Üstüpü kəndində yerləşən yaşayış evi və torpaq sahəsi miras olaraq qalmışdır. X1 X9- atası, vəfat edib, X10- anası, vəfat edib, İddiaçı1-arvadı, 1954-cü il təvəllüdlü, Əhmədova ( Heydərova) Jalə Şəfi qızı-qızı, 1984-cü il təvəllüdlü, Cavabdehoğlu, 1987-ci il təvəllüdlü vərəsələri vardır. Heydərov Şəfinin vəfatından sonra İddiaçı1 həmin mirası qəbul etməklə idarə etmişdir. Lakin mirası qəbul etsə də, miras hüquqlarını dövlət qeydiyyatına aldıra bilmir. Mirasa qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün Ordubad rayon Notariat Ofisinə ərizə ilə müraciət etmişlər, Ordubad rayon Notariat Ofisinin 17 oktyabr 2023-cü il tarixli məktubunda mirasa qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Ordubad rayon Üstüpü kəndində yerləşən fərdi yaşayış evi və torpaq sahəsindən ibarət miras əmlakın İddiaçı1 və İddiaçı2 tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi, Miras əmlakdan payların bütün miras kütləsinə şamil edilməklə paylarının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. 17 fevral 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak etmiş İddiaçı1 iddiasını müdafiə edərək ifadəsində bildirmişdir ki, mərhum həyat yoldaşı X11 1932-ci ildə Ordubad rayonunun Üstüpü kəndində anadan olmuşdur. Heydərov Şəfi xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. X7 Ordubad rayon Üstüpü kəndində yerləşən yaşayış evi və torpaq sahəsi miras olaraq qalmışdır. Heydərov Şəfinin vəfatından sonra o həmin mirası qəbul etməklə idarə etmiş, həmin miras qalan evdə o yaşamış, mirası faktiki olaraq qəbul edərək idarə etmişdir. Mirası o qəbul etsə də miras hüquqlarını dövlət qeydiyyatına aldıra bilməmişdir. Ona görə də miras hüquqlarının tanınması ilə bağlı məhkəməyə müraciət edir. 17 fevral 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak etmiş iddiaçı Əhmədova (Heydərova ) Jalə Şəfi qızı iddiasını müdafiə edərək ifadəsində bildirmişdir ki, mərhum atası X11 1932-ci ildə Ordubad rayonunun Üstüpü kəndində anadan olmuş, 08 mart 2005-ci il tarixdə isə vəfat etmişdir. Mərhum atasının vəfatından sonra Ordubad rayon Üstüpü kəndində yerləşən yaşayış evi və torpaq sahəsi miras olaraq qalmış, mərhum atasının vəfatından sonra anası ilə birlikdə həmin mirası qəbul etməklə idarə etmişlər, həmin miras qalan evdə o da yaşamış, evləndikdən sonra isə Naxçıvan şəhərində yaşamışdır. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahatında bildirmişdir ki, iddianı qəbul etmir. X4 onunda atasıdır. O, hal hazırda ailəsi ilə birlikdə o evdə yaşayır. Bacısı Naxçıvan şəhərində yaşayır, orda işləyir, öz evi vardır və imkanı yaxşıdır. O anasına onunla qalmağı təklif eləsə də, anası bacı ilə yəni qızı ilə bərabər bacısı evində yaşayır. Onun daimi bir işi yoxdur, atasından miras qalmış təsərrüfatda kartof, kələm əkməklə ailəsini dolandırır, evin və torpağın bölünməsinə razı deyil. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında didirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, ana evindən Heydərov Şəfi ilə qonşu olmuş, indi isə başqa yerdə yaşayır. İddiaçı1 həmin evə gəlin gəlibdir. Heydərov Şəfi rəhmətə getdikdən sonra İddiaçı1 və iki uşağı o evdə yaşayıblar. Təsərrüfatda birgə çalışırdılar. Daha sonra qızı ərə gedib, halhazırda da oğlu ailəsi ilə birlikdə həmin evdə yaşayır. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında didirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o Heydərov Şəfi ilə qonşu olmuş, 1989-cu ildən həmin evdə yaşayır.Təxmini 100 metr məsafələri var. İddiaçı1 həmin evə gəlin gəlmiş, Heydərov Şəfi rəhmətə getdikdən sonra İddiaçı1 və iki uşağı o evdə yaşamışlar. Daha sonra qızı ərə getmiş, İddiaçı1 və oğlu həmin evdə yaşamışdır. Ailə məsələlərinə görə 2-3 il olar ki, İddiaçı1 qızı ilə bərabər yaşayır. Hal-hazırda Cavabdeh ailəsi ilə birlikdə həmin evdə yaşayır. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında didirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o Heydərov Şəfi ilə həmkəndli olmuş, onların evi çayın o biri tayında, onun ev çayın bu tayındadır. Heydərov Şəfi rəhmətə getdikdən sonra İddiaçı1 və iki uşağı o evdə yaşamış, daha sonra qızı ərə getmişdir. İddiaçı1 və oğlu həmin evdə yaşamışdır. Hal-hazırda Cavabdeh ailəsi ilə birlikdə həmin evdə yaşayır. Məhkəmə işdə iştirak edən cavabdehi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan Ordubad Rayon İH Üstüpü kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 sentyabr 2023-cü il tarixli, 190 nömrəli arayışdan görünür ki, X3 Rayon Üstüpü kəndində yaşayıb, X9- atası, vəfat edib, X10- anası, vəfat edib, İddiaçı1arvadı, 1954-cü il təvəllüdlü, Əhmədova ( Heydərova) Jalə Şəfi qızı-qızı, 1984-cü il təvəllüdlü, Cavabdeh- oğlu, 1987-ci il təvəllüdlü vərəsələri vardır. İşdə olan ölüm haqqında şəhadətnamənin çıxarışından görünür ki, X11 08.03. 2005-ci il tarixdə vəfat etmiş, bu barədə ölüm akt qeydləri kitabında 24 mart 2005-cü il tarixdə 04 nömrə ilə qeydə alınmışdır. İşdə olan Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin Ordubad rayon şöbəsi tərəfindən Ordubad rayon Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli 2(080)-27/2025 nömrəli məktubuna cavab olaraq verilmiş 06 fevral 2025-ci il tarixli 04/10 saylı sorğuya cavabda X8 adına X5 Daşınmaz Əmlakın dövlət reyestrində yaşayış evi qeydiyyatda alınmamışdır. Lakin xidmətin məlumat bazasında Ordubad Rayonu Üstüpü kəndində yaşamış X11 ailə başçısı olmaqla Kazımova (Heydərova ) Mədinə Əkbər qızı, Əhmədova (Heydərova) Jalə Şəfi qızı və Cavabdeh da daxil olmaqla 4 nəfərdən ibarət ailə üzvlərinə Ordubad rayonu, Üstüpü kəndində 5304.50 m2 həyətyanı, 4120.70 m2 kənd təsərrüfatı təyinatı torpaq sahəsi birgə mülkiyyət kimi qeydə alınmışdır. İşdə olan nikah haqqında şəhadətnamənin lazımı qaydada təsdiq edilmiş surətindən görünür ki, X11 ilə Kazımova (Heydərova ) Mədinə Əkbər qızının nikahları xx.xx.1983-cü il tarixdə bağlamışlar. Məhkəmə iddia tələbinin qanuni əsaslarının mövcud olub-olmaması məsələsinin aydınlaşdırılması üçün X7 miras əmlakın qalıb-qalmaması, miras kütləsinin dairəsinin, hansı vərəsəlik hüquq münasibətlərinin mövcudluğunun, vərəsələrin dairəsinin və mirasın bölüşdürülməsi qaydasının aydınlaşdırılmasını zəruri hesab edir. Məhkəmə iclasında müəyyən olundu ki, X11 ilə Kazımova (Heydərova ) Mədinə Əkbər qızı xx.xx.1983-cü il tarixdə rəsmi nikah bağlamaqla evlənmişlər. Birgə nikahlarından 2 övladları olmuşdur. Ordubad Rayonu Üstüpü kəndində olan X11 ailə başçısı olmaqla Kazımova (Heydərova ) Mədinə Əkbər qızı, Əhmədova (Heydərova) Jalə Şəfi qızı və Cavabdeh da daxil olmaqla 4 nəfərdən ibarət ailə üzvlərinə Ordubad Rayon Aqrar islahat komissiyasının xx.xx.1999-cu il tarixli, 171 nömrəli qərarı ilə 5304.50 m2 həyətyanı və həmçinin Ordubad Rayon Aqrar islahat komissiyasının xx.xx.1999-cu il tarixli 171 nömrəli qərarı ilə 4120.70 m2 kənd təsərrüfatı təyinatı torpaq sahəsi birgə mülkiyyət kimi qeydə alınmışdır. X2 adına X5 Daşınmaz Əmlakın dövlət reyestrində yaşayış evi qeydiyyatda alınmamışdır. Beləliklə də, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2005-ci il tarixdə ölmüş , X7 miras qalmış xx.xx.1999-cu il tarixli, 171 nömrəli qərarı ilə 5304.50 m2 həyətyanı və həmçinin Ordubad Rayon Aqrar islahat komissiyasının xx.xx.1999-cu il tarixli 171 nömrəli qərarı ilə 4120.70 m2 kənd təsərrüfatı təyinatı torpaq sahəsinin Kazımova (Heydərova ) Mədinə Əkbər qızı, Əhmədova (Heydərova) Jalə Şəfi qızı və Cavabdeh tərəfindən qəbul edilməsinə dair mirasın qəbul edilməsi faktı müəyyən edilməli həmin miras əmlaklarda Kazımova (Heydərova ) Mədinə Əkbər qızı, Əhmədova (Heydərova) Jalə Şəfi qızı və Cavabdeh hər birinin payı bərabər sayılmaqla 1/3 ( bir) hissədə payları müəyyən edilməlidir . İddiaçılar Kazımova (Heydərova ) Mədinə Əkbər qızı, və Əhmədova (Heydərova) Jalə Şəfi qızının, xx.xx.2005-ci il tarixdə ölmüş , X7 miras qalmış Ordubad rayon Üstüpü kəndində yerləşən fərdi yaşayış evi ilə bağlı miras əmlakın faktiki olaraq qəbul edilməsi və paylarının müəyyən olunması barədə iddiaları isə rədd edilməlidir. Belə ki X5 İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsin 26 fevral 2025-ci il tarixli sorğuya cavab məktubunda bildirmişdir ki, X8 adına, X5 daşınmaz əmlakın dövlət reyestrındə yaşayış evi qeydiyyatda alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məhkəmə miras əmlaka dair vərəsəlik hüquq münasibətlərinin növünü aydınlaşdıraraq, hesab edir ki, vəsiyyətnamə qoyulmadığından X7 qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüquq münasibətləri tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-ci maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qanun üzrə vərəsələrin dairəsi və vərəsələr tərəfindən tərəfindən mirasın qəbul edilib-edilməməsi məsələsini həll edərkən məhkəmə qeyd edir ki, miras qoyanın qanun üzrə vərəsəsi ola biləcək vərəsələr miras əmlak açılan zaman mirası qəbul etmişlər. Beləliklə, məhkəmə işdəki sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, X7 miras qalmış, Ordubad rayonu, Üstüpü kəndində 5304.50 m2 həyətyanı, 4120.70 m2 kənd təsərrüfatı təyinatı torpaq sahəsi Kazımova (Heydərova ) Mədinə Əkbər qızı, Əhmədova (Heydərova) Jalə Şəfi qızı və Cavabdeh tərəfindən mirasın qəbul edilməsi faktı müəyyən edilməli və Ordubad rayonu Üstüpü kəndində 5304.50 m2 həyətyanı, 4120.70 m2 kənd təsərrüfatı təyinatı torpaq sahəsininin Kazımova (Heydərova ) Mədinə Əkbər qızı, Əhmədova (Heydərova) Jalə Şəfi qızı və Cavabdeh payları bərabər sayılmaqla 1/3 ( bir) hissədə payı müəyyən edilməlidir, İddiaçılar Kazımova (Heydərova ) Mədinə Əkbər qızı, və Əhmədova (Heydərova) Jalə Şəfi qızının, xx.xx.2005-ci il tarixdə ölmüş , X7 miras qalmış Ordubad rayon Üstüpü kəndində yerləşən fərdi yaşayış evi ilə bağlı miras əmlakın faktiki olaraq qəbul edilməsi və paylarının müəyyən olunması barədə iddiaları isə rədd edilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2005-ci ildə ölmüş X7 miras qalmış əmlakların Kazımova (Heydərova ) Mədinə Əkbər qızı, Əhmədova (Heydərova) Jalə Şəfi qızı və Cavabdeh tərəfindən mirasın qəbul edilməsi faktı müəyyən edilməklə, həmin miras əmlaklarda Kazımova (Heydərova ) Mədinə Əkbər qızı, Əhmədova (Heydərova) Jalə Şəfi qızı və Cavabdeh hər birinin payı 1/3 (üçdə bir) hissədə müəyyən edilsin. İddiaçılar Kazımova (Heydərova ) Mədinə Əkbər qızı, və Əhmədova (Heydərova) Jalə Şəfi qızının, xx.xx.2005-ci il tarixdə ölmüş , X7 miras qalmış Ordubad rayon Üstüpü kəndində yerləşən fərdi yaşayış evi ilə bağlı miras əmlakın faktiki olaraq qəbul edilməsi və paylarının müəyyən olunması barədə iddia tələbi isə rədd edilsin Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №2(080)-27/2025
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-27/2025
03.03.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver