Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-33/2022 25.02.2022 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X26 iclas katibliyi, İddiaçı, vəkili Vəkil və cavabdeh X4 iştirakı ilə, İddiaçı cavabdehlər X8, Nümayəndə, X9 qarşı miras-əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh1 , Nümayəndə, X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, mərhum atası X13 adına Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində 19 may 2020-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış ünvan 1 ünvanında 0.0415 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 86.69 m2 təşkil edən fərdi yaşayış evinin miras olaraq qəbul etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak etmiş İddiaçı iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, atası X19 25 iyul 1999-cu il tarixdə, anası X24 isə 23 aprel 2012-ci il tarixdə vəfat etmişlər. Onlar ailədə 2 bacı və 2 qardaş olmuşlar. Bacısı Cavabdeh1 10 iyun 1975ci ildə X27 ilə, ikinci bacısı X7 isə 13 iyul 1985-ci il tarixdə X20 ilə rəsmi nikah qeydiyyatından keçməklə evlənib həmin tarixlərdən də ər evlərinə gediblər və ayrı vaşayırlar. Qardaşı Nümayəndə da atasının sağlığında ailə quraraq ata evindən getmiş, haliyədə Bakı şəhərində yaşayır. İddiaçının özü isə xx xxxx 1961-ci il tarixdə həmin evdə doğulmuş, orada böyüyüb ailə qurmuşdur.Bu günə kimi həmin evdə ailəsi ilə birlikdə yaşayır. Valideynləri vəfat edəndə ata evində iddiaçı ailəsi ilə birlikdə yaşamışdır, bacıları və qardaşı isə özlərinə məxsus olan evlərdə ayrı yaşayırdılar. Bu illər ərzində miras əmlak yalnız onun tərəfindən qəbul olunaraq idarə edilib. Fərdi yaşayış evində istifadə olunan elektrik enerjisi, qaz müqavilələri onun adıma bağlanılıb. Onların sərfinə görə haqlar onun tərəfimdən ödənilib. Məişət tullantılarının daşınması üçün kommunal xidmət haqqını iddiaçı ödəmişdir. Atasından qalmış mirası qəbul etdiyindən vərəsəlik şəhadətnaməsi alması üçün Ordubad Rayon Dövlət notariat öfisinə müraciət etmiş, mirası qəbul etməsini təsdiq edəcək sübutları təqdim etmədiyindən, mirası qəbul etməsi barədə qanunla müəyyən edilmiş müddətdə Notariat ofisinə müraciət etmədiyindən, vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmiş, məhkəməyə müraciət etməsi bildirilmişdir. İddiasının təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh Nümayəndə izahatında bildirmişdir ki, 1980- ci ildən Bakı şəhərində yaşayır mərhum atası 1999-cu ildə vəfat edəndən sonra bu ailəyə o köməklik etmişdir. Mərhum atası X13 adına Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində 19 may 2020-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış ünvan 1 ünvanında 0.0415 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 86.69 m2 təşkil edən fərdi yaşayış evinin atasının kiməsə verməsi barədə vəsiyyəti olmayıb, həmin mənzilin təmirini anası işləyərək təmir etmişdir. İddiaçı həmişə həmin mənzildə yaşayıb və həmin mənzil iki qardaş və iki bacı arasında bölünməlidir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 izahatında bildirmişdir ki, o 1975-ci ildən ailə quraraq atası X13 adına olan Üçtürləngə küçəsi, döngə 2, ev 2 ünvanında 0.0415 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 86.69 m2 təşkil edən fərdi yaşayış evini mərhum atası ovladlarından heç kimə vəsiyyət etməyib,mərhum atası vəfat edəndən sonra iddiaçı həmin mənzildə yaşayıb. Cavabdeh1 da həmin mənzilin dörd övlad arasında bölünməsini istədiyini izahatında bildirmişdir. Cavabdeh X7 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məluma verilmiş, o, məhkəmə iclasına gəlməmiş, 25 fevral 2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət etmiş, atasından miras qalmış fərdi yaşayış evinin 2 bacı və 2 qardaş arasında bölünməsini Ordubad Rayon Məhkəməsindən xahiş etmiş, üzürlü səbəbdən məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini bildirmiş, onun iştirakı olmadan mülki işə baxılmasını, xahiş etmişdir. Məhkəmə mülki işə cavabdeh X3 iştirakı olmadan baxmışdır. İş materiallarında olan- 32181 nömrəli doğum haqqında şəhadətnamənin Çıxarışından görünür ki, İddiaçı xx xxxx 1961-cü il tarixdə doğulmuş, atası X29 oğlu, anası X23 qızıdır. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli çıxarışdan görünür ki, X14 adına ünvan 1 ünvanında 0.0415 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 86.69 m2 təşkil edən fərdi yaşayış evini evi tam mülkiyyət hüququ üzrə (reyestr nömrəsi **********23-10301, qeydiyyat nömrəsi **********) qeydiyyata alınmışdır. 30 iyul 1999-cu il tarixli Ölüm Şəhadətnaməsindən surətindən görünür ki, X19 25 iyul 1999-cü il tarixdə ölmüş, bu barədə ölüm akt qeydləri kitabında 30 iyul 1999-cu il tarixdə 63 nömrə ilə qeydə alınmışdır. 04 may 2012-cu il tarixli Ölüm Şəhadətnaməsindən surətindən görünür ki, X24 23 aprel 2012-ci il tarixdə ölmüş, bu barədə ölüm akt qeydləri kitabında 04 may 2012-ci il tarixdə 32 nömrə ilə qeydə alınmışdır. Ordubad şəhər İƏDÜ nümayəndəliyindən verilmiş 1931 nömrəli, 07 oktyabr 2021ci il tarixli arayışdan görünür ki, X14 vərəsələri Cavabdeh1, X7, Nümayəndə, İddiaçıdur. İddiaçı ərizələrinə cavab olaraq Ordubad rayon Dövlət Notariat ofisinin 34 nömrəli, 23 noyabr 2021-ci il tarixli bildirişində qeyd edilmişdir ki, “25 iyul 1999-cu il tarixdə vəfat etmiş atanız X10 miras qalmış ünvan 1 ünvanında fərdi yaşayış evi və torpaq sahəsindən vərəsəlik yolu ilə Sizə çatan payı qanunla müəyyən edilmiş müddət ərzində qəbul edilmədiyindən Sizə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün deyil”. Ordubad Rayon Elektrik Şəbəkəsinin 25 oktyabr 2021-ci il tarixli, 95 nömrəli arayışında qeyd edilir ki, X13 mülkiyyətində olan ünvan 1 ünvanında fərdi yaşayış evində elektrik enerjisi müqaviləsi vətandaş İddiaçı ilə bağlanmışdır. Ordubad Rayon Qaz İstismar İdarəsinin 26 oktyabr 2021-ci il tarixli, 037 nömrəli arayışında qeyd edilir ki, X14 mülkiyyətində olan ünvan 1 ünvanında fərdi yaşayış evinə aid qaz müqaviləsi mərhumun oğlu İddiaçı ilə bağlanılıb və sərf olunan qaz İddiaçı tərəfindən ödənilir. Ordubad Rayon Kommunal Müəssisələr Kombinatının 20 oktyabr 2021-ci il tarixli, 157 nömrəli arayışında qeyd edilir ki, X14 mülkiyyətində olan ünvan 1 ünvanında fərdi yaşayış evinə aid komunal xidmət haqlarını İddiaçı oğlu tərəfindən ödənilir. Məhkəmə iddiaçının, cavabdehlərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mərhum X21 25 iyul 1999-cü il tarixdə ölmüşdür. Babayev X15 şəhəri, Üçtürləngə küçəsi, döngə 2, ev 2 ünvanında fərdi yaşayış evində yaşamış, atası X14 25 iyul 1999-cü il tarixdə ölümündən sonra, həmin evdə ailəsi ilə birlikdə yaşamışdır. Hazırda atasının mülkiyyətində olan fərdi yaşayış evində, ailəsi ilə birlikdə yaşayır. Üçtürləngə küçəsi, döngə 2, ev 2 ünvanında 0.0415 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 86.69 m2 təşkil edən fərdi yaşayış evi Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində 19 may 2020-ci il tarixdə ********** nömrə ilə X14 adına qeydiyyata alınmışdır. X11 qalmış mirası İddiaçı qəbul etmişdir. İddiaçı mirası qəbul etməsini təsdiq edəcək sübutları məhkəməyə təqdim etmişdir. Mülki işin materiallarından görünür ki, İddiaçı mərhum X14 adına olan ünvan 1 ünvanında olan fərdi yaşayış evinin elektrik enerjisi, sərf olunan qaz, komunal xidmət haqlarını ödəmişdir. Məhkəmə baxışında da cavabdehlər Cavabdeh1, Nümayəndə, X7 iddiaçının faktiki olaraq həmin mənzildə fakitiki yaşadığını və mərhum ataları X21 öldükdən sonra mirası faktiki idarə etdiyini ifadələrində bildirmişlər. 16 oktyabr 2020-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin plenum qərarında qeyd edilir ki, xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisə olduğu müəyyən edilərsə hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iş üzrə hüquq haqqında mübahisə yoxdur. Məhkəmə baxışında cavabdehlər ifadələrində də Cavabdeh1, Nümayəndə, X7 İddiaçı mərhum ataları X14 vəfatından sonra ünvan 1 ünvanında fərdi yaşayış evində yaşadığını bildirmişlər. Məhkəmə iş üzrə cavabdehlərin gələcəkdə mirasın qəbulu faktı üzrə xüsusi icraat qaydasında iddia qaldırmaq hüquqularının olduğunu izah edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamədək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası MM-in 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası MM-in 1145-cı maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası MM-in 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Miras 18 iyun 2004-cü il tarixdə faktiki olaraq açılmışdır. Azərbaycan Respublikası MM-in 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə miras əmlakı faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də mirasın açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, mirasin açıldığı gündən altı ay müddətində edilməlidir. Qəbul edilmiş miras mirasın açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Qəbul etmə dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür ki, bu da formal və qeyri formal üsulla həyata keçirilir. Mirasın formal olaraq qəbul edilməsi o deməkdir ki, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn hərəkət notarial qaydada həyata keçirilir. Mirasın qeyri-formal əldə edilməsi dedikdə isə, mirasın faktiki olaraq qəbul edilməsi başa düşülür. İş materiallarından məlum olur ki, mərhum X19 25 iyul 1999-cu il tarixdə - öldükdən sonra ondan qalmış mirası heç bir vərəsə formal, yəni notarial qaydada, qəbul etməmişdir. X2 qalmış mirasın qeyri-formal qaydada, yəni faktiki olaraq vərəsələr tərəfindən qəbul edilməsi məsələsinə gəldikdə isə, məhkəmə bununla əlaqədar qeyd edir ki, həmin miras əmlak mərhum Ş. Babayevin oğlu İddiaçı tərəfindən faktiki idarə edilməklə qəbul edilmişdir. Miras əmlakı faktiki qəbul etmə dedikdə, həmin əmlak üzərində faktiki sahiblik etmə və faktiki idarə etmə, öz xərcləri hesabına miras əmlakın mühafizəsi və onun idarə edilməsi başa düşülür. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MKnın 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli qərarında şərh etmişdir ki, “miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan (miras əmlaka daxil olan) daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və s. əşya hüquqları tələb hüquqları) və öhdəliklər MM-in 1133-cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir. Mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi, miras açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi) vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. MM-in 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə gecikdirmənin səbəbini üzürlü sayarsa uzada bilər (MM-in 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunla göstərilən müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququnu) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul etmə müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsəlik hüquqlarının həyata keçirilməsini və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət göstərir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübutetməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur : miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyana məxsus əmlakı faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmə tərəfindən vərəsəlik hüququnun, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin 5-ci hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şəhr edilməlidir. Burda nəzərə alınmalıdır ki, həmin öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəldilmişdir”. Məhkəmə göstərilənlərdən belə nəticəyə gəlir ki, İddiaçı 1999-cü ildən mirasa sahiblik etməklə, miras əmlakı idarə etməklə mirası faktiki qəbul etmişdir. Odur ki, İddiaçı iddiası təmin edilməli, ünvan 1 ünvanında 0.0415 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 86.69 m2 təşkil edən fərdi yaşayış evini miras olaraq qəbul etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. X13 mülkiyyətində olan ünvan 2 ünvanında 0.0415 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 86.69 m2 təşkil edən fərdi yaşayış sahədən ibarət olan fərdi yaşayış evini (reyestr nömrəsi 107013003-10301, qeydiyyat nömrəsi **********) İddiaçı tərəfindən miras olaraq qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə X18 Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №2(080)-33/2022
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-33/2022
25.02.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver