Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-37/2025 19.03.2025 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X1 məhkəmə iclas katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə1, Ordubad Rayon Daşınmaz Əmlakın nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizə tələbi: Ərizəçi Maraqlı şəxs olmaqla, onun 28 mart 2000-ci il tarixdə Ordubad rayon Aza İN-nin yaxınlığında yerləşən Aza sovxozuna məxsus qarajın və bir ədəd SP-10 markalı iri həcmili tərəzinin sxemlə ayrılmış sərhədlər daxilində X7 İslahat komissiyası və Ordubad rayon Aqrar İslahat komissiyasının üzvləri tərəfindən verilmiş mövcud sənədlər əsasında ona satılması faktı və bu sənədlər əsasında çıxarış verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizənin dəlilləri: Ərizəçi və nümayəndəsi ərizəsində qeyd etmişdir ki, 28 mart 2000-ci il tarixdə Ordubad rayon Yerli İslahat Komissiyası və rayonun Aqrar İslahat Komissiyasının üzvləri tərəfindən Aza Sovxozdakı əmlakların özəlləşdirilməsi ilə əlaqədar Ərizəçi 1979-cu ildə alınmış SP-10 markalı, servitutları müəyyən edilməklə tərəzi və heç bir tikilisi olmayan, 4 divardan ibarət, ölçüləri göstərilməklə açıq qaraj sahəsi qiymətləndirilərək, tərəzi 300000 (üç yüz min) manata, qaraj sahəsi isə 140000 (yüz qırx min) manata, cəmi 440000 (dörd yüz qırx min) manata aktla satılmışdır. Aktda da satılan əmlakların təhfil verilməsi və alınması rayonun məsul şəxslərinin imzaları və möhürlə təsdiq edilmişdir. Ümumiyyətlə Sovozun bütün əmlakları özəlləşdirilərək vətəndaşlara verilmişdir. İstifadəyə yararlı heç bir torpaq və tikili bələdiyyənin mülkiyyətinə verilməmişdir. Ərizəçi 24 ildən artıqdır ki, həmin əmlaklara sahib olduğu üçün baxmışdır. Ancaq maddi imkanı imkan verməyib ki, qarajda iş görsün. Nəhayət bu ilin oktyabr ayında qarajın sökülmüş hasarının birini tikmək və qapısını dəyişmək istəyəndə ona Ordubad Rayon İcra Hakimiyyətindən bildirmişlər ki, torpağa çıxarış al sonra istifadə et. Ərizəçi də dövlət ərkanınını gözləyib sahiblik və istifadə hüququnu dayandırdı və rayonun müvafiq qurumuna getmişdir.İ.X3 və Rayon Aqrar İslahat komissiyaların qarajın ona satılmasına dair qərarlarını əldə etməsini demişlər. Bunun üçün o, rayon Dövlət arxivinə müraciət etdiyində ona rəsmi bildirmişlər ki, arxivdə 1999-cu ilin may ayından sonra Aza Sovxozuna aid heç bir sənəd yoxdur. Eyni cavabı Naxçıvan MR Dövlət arxivindən də almışdır. Getdiyi bütün idarələrdə məhkəməyə müraciət etməyini ya yazılı, ya da şifahi bildirmişlər. X6 və rayon Aqrar İslahat komissiyalarının qərarlarını əldə edə bilmirdi.İ.Yəhyayv 24 ildir ki, həmin qaraj sahəsinə və tərəziyə verilmiş sənədlər əsasında sahiblik etmişdir. Qarajla bağlı dəfələrlə ona onun içini təmizlətdirmişlər. Tərəzinin ayaqlarından üçünün oğurlanması ilə əlaqədar Ordubad RPŞ-nə müraciət etmiş, Yerli İslahat komissiyasının üzvlərindən aktın verilməsində imzası olan Piri Nağıyev, Rayon Aqrar İslahat komissiyasının üzvərindən Şahid2 və Şahid1 qaraj sahəsinin və tərəzinin ona mövcud sənədlərlə satılmasını təsdiq edə biləcəklər. Yerli İslahat komissiyasının digər üzvləri rəhmətə gediblər. Sağ qalan iştirakçılar təsdiq edə bilərlər ki, qaraj və tərəzi ona aktla və çertyojla satılıb. 28 mart 2000-ci il tarixdə Ordubad rayon Aza Sovxozunda əmlakların özəlləşdirilməsi zamanı Yerli İslahat komissiyası və rayon Aqrar İslahat komissiyası üzvlərinin iştirakları ilə ona satılmış qaraja və tərəziyə çıxarış verilməsinin məhkəmədən kənar qaydada həlli yoxdur, çünki məhkəmə qaydasında hüquqi faktın təsdiq edilməsi ilə onun əmlak hüququ əmələ gələ bilər, həm də buna dair hüquq haqqında mübahisə edilmir. Ona görə də tərəzi və qarajın ona satılması faktının məhkəmə qaydasında təsdiq olunması və verilmiş sənədlər əsasında mülkiyyət hüququ tanınmalıdır. 28 mart 2000-ci il tarixdə Ordubad rayon Aza İN-nin yaxınlığında yerləşən Aza sovxozuna məxsus qarajın və bir ədəd SP-10 markalı iri həcmili tərəzinin sxemlə ayrılmış sərhədlər daxilində X7 İslahat komissiyası və Ordubad rayon Aqrar İslahat komissiyasının üzvləri tərəfindən verilmiş mövcud sənədlər əsasında ona satılması faktı və bu sənədlər əsasında çıxarış verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Maraqlı şəxsin ərizəyə etirazının dəlilləri: Maraqlı şəxs qismində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri üzrə nümayəndəsi Nümayəndə2 izahatında “ərizəcinin nümayəndəsi X2 2000-ci il tarixdə Ordubad rayon Yerli İslahat Komissiyası və rayonun Aqrar İslahat Komissiyasının üzvləri tərəfindən Aza Sovxozdakı əmlakların özəlləşdirilməsi ilə əlaqədar SP-10 markalı, servitutları müəyyən edilməklə tərəzi və heç bir tikilisi olmayan, 4 divardan ibarət, ölçüləri göstərilməklə açıq qaraj sahəsi qiymətləndirilərək ona aktla satılmasını bildirmişdir. Yerli İslahat və Rayon Aqrar İslahat komissiyaların qarajın və tərəzinin ərizəçiyə satılmasına dair qərarları yoxdur. Yerli İslahat və Rayon Aqrar İslahat komissiyaların qərarları olmadığı üçün, ərizəçinin iddia etdiyi qarajın və tərəzinin yerləşdiyi torpaq sahəsi hal hazırda bələdiyyə mülkiyyətində olduğunu bildirmişdir. Məhkəmə iclasında verilən izahatlar: Ərizəçi nümayəndəsi Nümayəndə1 məhkəmədə ərizəni müdafiə edərək, ərizəyə uyğun məzmunlu izahat verərək təmin edilməsini xahiş etdi. Maraqlı şəxs qismində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri üzrə nümayəndəsi Nümayəndə2 məhkəmə baxışı zamanı ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şahid2 izahat verərək bildirdi ki, təxmini 2000-ci illərdə Ordubad rayonun Aqrar İslahat Komissiyasının üzvü olduğu zaman onlar Aza Sovxozdakı əmlakların özəlləşdirilməsi ilə əlaqədar ərizəçiyə böyük taxıl tərəzisi və içərisində yanacaq doldurulan çənlər, yarımçıq tikililər olan 4 divardan ibarət, ölçüləri göstərilməklə açıq qaraj sahəsi qiymətləndirilərək, aktla satılmışdır. Aktda da satılan əmlakların təhfil verilməsi və alınması imzaları və möhürlə təsdiq edilmişdir. Ümumiyyətlə Sovxozun bütün əmlakları özəlləşdirilərək vətəndaşlara verilmişdir. İstifadəyə yararlı heç bir torpaq və tikili bələdiyyənin mülkiyyətinə verilməmişdir. Həmin qaraj sahəsi və tərəzinin sahəsi bələdiyyə torpağı yox, Aza sovxozuna aid olubdur. Həmin vaxtı sadəcə böyük tikililərə qərar verildiyini, qaraj isə kiçik ölçülü tikili sayıldığı üçün qərar verilmirdi. Məhkəmə iclasında Şahid1 izahat verərək bildirdi ki, Ordubad rayonun Aqrar İslahat Komissiyasının üzvü olduğu zaman onlar Aza Sovxozdakı əmlakların özəlləşdirilməsi ilə əlaqədar ərizəçiyə böyük taxıl tərəzisi və içərisində yanacaq doldurulan çənlər, yarımçıq tikililər olan 4 divardan ibarət, ölçüləri göstərilməklə açıq qaraj sahəsi qiymətləndirilərək, aktla satılmışdır. Aktda da satılan əmlakların təhfil verilməsi və alınması imzaları və möhürlə təsdiq edilmişdir. Həmin qarajın və tərəzinin yerləşdiyi torpaq sahəsinin sxemini o çəkmişdir. Ümumiyyətlə Sovxozun bütün əmlakları özəlləşdirilərək vətəndaşlara verilmişdir. İstifadəyə yararlı heç bir torpaq və tikili bələdiyyənin mülkiyyətinə verilməmişdir. Həmin qaraj sahəsi və tərəzinin sahəsi bələdiyyə torpağı yox, Aza sovxozuna aid olubdur. Həmin vaxtı sadəcə böyük tikililərə qərar verildiyini, qaraj isə kiçik ölçülü tikili sayıldığı üçün qərar verilmirdi. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 104.1. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli,03 saylı Qərarı: Bənd 7. Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə ərizəçinin nümayəndəsinin və şahidlərin izahatlarını dinləyərək, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Yuxarıda qeyd edilən müddəalardan da görünür ki, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi üçün bir qayda olaraq iki dispozitiv şərt tələb olunur: birincisi, belə faktlar şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi ilə bağlı olmalı, ikincisi, ərizəçinin bu faktları təsdiq edə bilən sənədləri başqa qaydada ala bilməsi imkanının olmaması (bu imkanın tükənməsi). Ərizəçinin 28 mart 2000-ci il tarixdə Ordubad rayon Aza İN-nin yaxınlığında yerləşən Aza sovxozuna məxsus qarajın və bir ədəd SP-10 markalı iri həcmili tərəzinin sxemlə ayrılmış sərhədlər daxilində X7 İslahat komissiyası və Ordubad rayon Aqrar İslahat komissiyasının üzvləri tərəfindən verilmiş mövcud sənədlər əsasında ona satılması faktı və bu sənədlər əsasında çıxarış verilməsi faktının müəyyən edilməsi tələbi gələcəkdə onun çıxarış alması məqsədilə irəli sürülmüşdür. Bu halda məhkəmə hesab edir ki, ərizəçinin müəyyən edilməsini tələb etdiyi fakt onun əmlak hüququnun yaranması ilə bağlıdır və qeyd edilən birinci şərt mövcuddur. İş materiallarına əlavə edilmiş Ordubad Rayon İcra Hakimiyyətinin 07 noyabr 2024cü il tarixli 5-25/2-Y-xx-xx/2024 nömrəli məktubundan görünür ki, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin Ordubad rayon Şöbəsinə müraciət edərək ərizənizdə qeyd etdiyiniz qaraj yerinin xüsusi mülkiyyətinizə tam şəkildə rəsmiləşməsini aparmaq (reyestrdən çıxarış almaq) tövsiyə olunur. Sənədləşmə prosesinin aparılması üçün çatışmayan sənədlər barəsində isə (Arxivlərdə Aza sovxozunun 1999-cu ilin birinci yarısından sonrakı müddətə aid heç bir sənədin olmaması) müvafiq məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli 06/2-Y-295/1-1/2024 nömrəli məktubundan görünür ki, kolxoz və sovxozların balansında olan əmlaklar yerli və rayon aqrar islahat komissiyalarının qərarları əsasında özəlləşdirilmişdir. Əmlakın özəlləşdirilməsinə dair müvafiq qərarları təqdim edilmədiyi üçün əmlak üzərində hüquqların qeydiyyatının aparılması qanunvericiliyə uyğun olmadığı göstərilmişdir. Ordubad Rayon Dövlət Arxivinin 05 dekabr 2024-cü il tarixli, 128 saylı məktubundan görünür ki, Ordubad Rayon Aqrar islahat Komissiyasının sənədləri rayon dövlət arxivinə təhvil verilməyib.Ordubad Aza sovxozunun əmrlər kitabları isə xx.xx.1999- cu il tarixədək arxivdə mühafizə edildiyindən, ondan sonrakı tarixlərə dair isə arxivdə bu barədə heç bir sənəd olmadığından xx.xx.2000- ci il tarixdə yerli islahat komissiyasının qaraj sahəsinin satılması barədə arayış verməsindən imtina edilmişdir. Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivinin 24 dekabr 2024-cü il tarixli, 13/1846 saylı məktubundan görünür ki,Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Ordubad rayon ZDS İK-nın sənədləri 1964-cü ilə qədər Naxçıvan MR Dövlət Arxivində mühafizə olunduğundan Ərizəçi adına qaraj olması haqqında məlumat mövcud deyil. xx.xx.2000-ci il tarixdə tərtib olunmuş Aktın surətindən görünür ki, Ərizəçi 1979-cu ildə alınmış SP-10 markalı, servitutları müəyyən edilməklə tərəzi və heç bir tikilisi olmayan, 4 divardan ibarət, ölçüləri göstərilməklə açıq qaraj sahəsi qiymətləndirilərək, tərəzi 300000 (üç yüz min) manata, qaraj sahəsi isə 140000 (yüz qırx min) manata, cəmi 440000 (dörd yüz qırx min) manata aktla satılmışdır. Məhkəmə hesab edir ki, iş materialları və şahid ifadələri əsasında müəyyən edilir ki, ərizəçinin 28 mart 2000-ci il tarixdə Ordubad rayon Aza İN-nin yaxınlığında yerləşən Aza sovxozuna məxsus qarajın və bir ədəd SP-10 markalı iri həcmili tərəzinin sxemlə ayrılmış sərhədlər daxilində X7 İslahat komissiyası və Ordubad rayon Aqrar İslahat komissiyasının üzvləri tərəfindən verilmiş mövcud sənədlər əsasında ona satılması faktı və bu sənədlər əsasında çıxarış verilməsi barədə tələbi əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçinin tanınması xahiş etdiyi hüquqi fakt barədə təsdiqedici sənədi digər yollar əldə etmək mümkün olmamışdır. 28 mart 2000-ci il tarixdə Ordubad rayon Aza İN-nin yaxınlığında yerləşən Aza sovxozuna məxsus qarajın və bir ədəd SP-10 markalı iri həcimli tərəzinin sxemlə ayrılmış sərhədlər daxilində X7 İslahat komissiyası və Ordubad rayon Aqrar İslahat komissiyasının üzvləri tərəfindən verilmiş mövcud sənədlər əsasında ona satılması faktı və bu sənədlər əsasında çıxarış verilməsi barədə qeydlər şahid kimi onların ifadələrin mötəbər hesab edilməsinə əsas verir. Beləliklə, məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, işdəki sübutları araşdıraraq, istinad olunan hüquq normalarına əsasən belə nəticəyə gəlir ki, ərizə təmin edilərək, ərizəçinin 28 mart 2000-ci il tarixdə Ordubad rayon Aza İN-nin yaxınlığında yerləşən Aza sovxozuna məxsus qarajın və bir ədəd SP-10 markalı iri həcimli tərəzinin sxemlə ayrılmış sərhədlər daxilində X7 İslahat komissiyası və Ordubad rayon Aqrar İslahat komissiyasının üzvləri tərəfindən verilmiş mövcud sənədlər əsasında ona satılması faktı və bu sənədlər əsasında çıxarış verilməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ : Ərizə təmin edilsin. Ərizəçi, 28 mart 2000-ci il tarixdə Ordubad rayon Aza İN-nin yaxınlığında yerləşən Aza sovxozuna məxsus qarajın və bir ədəd SP-10 markalı iri həcmili tərəzinin sxemlə ayrılmış sərhədlər daxilində X7 İslahat komissiyası və Ordubad rayon Aqrar İslahat komissiyasının üzvləri tərəfindən verilmiş mövcud sənədlər əsasında ona satılması faktı müəyyən edilsin. Qətnamə Ərizəçi, 28 mart 2000-ci il tarixdə Ordubad rayon Aza İN-nin yaxınlığında yerləşən Aza sovxozuna məxsus qarajın və bir ədəd SP-10 markalı iri həcmili tərəzinin sxemlə ayrılmış sərhədlər daxilində X7 İslahat komissiyası və Ordubad Rayon Aqrar İslahat komissiyasının üzvləri tərəfindən verilmiş mövcud sənədlər əsasında ona satılması faktının, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsdə qeydə alınması və çıxarışın verilməsi üçün əsasdır. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №2(080)-37/2025
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-37/2025
19.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver