Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-6/2025 08.01.2025 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Hakim Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X3 iclas katibliyi, Ərizəçi , Ordubad rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" barədə ərizəsinə dair mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" barədə ərizə ilə məhkəməyə müraciət etmiş, 19 fevral 1997-ci il tarixdə Ordubad şəhərində doğulmuş Fərəcov Arzu Bayram oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəsini müdafiə etmiş, izahatında bildirmişdir ki, hazırkı ərizə ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs Fərəcov Arzu Bayram oğlu onun qardaşıdır. Mən Ərizəçi xx xxxxxx 1993-cü ildə Ordubad şəhərində doğulmuşam. Məndən sonra 19 fevral 1997-ci ildə qardaşım Fərəcov Arzu Bayram oğlu doğulmuşdur. Ailədə biz iki bacı-qardaşdan əlavə uşaq doğulmamışdır. Qardaşım doğulandan sonra ailəmizə aydın oldu ki, onun səhhətində qüsurlar mövcuddur. Belə ki, o böyüdükcə biz onun eşitmədiyini, danışmadığını, əqli cəhətdən zəif olduğunu aşkarladıq. Yaşadığımız Ordubad şəhərində müəyyən tibbi müayinələrdən keçdikdən sonra valideyinlərimiz qardaşımı müainə və müalicə etdirmək üçün bir neçə dəfə Bakı şəhərinə aparıblar, orada müxtəlif klinikalarda, müxtəlif həkimlərə göstərərək müalicə etdirdilər. Qardaşımı hətda Bakı şəhərində yerləşən lal və karlar üçün nəzərdə tutulmuş xususi internat məktəbinə yerləşdirdilər. Qardaşımın eşitməyində və danışmağında olan problemlərindən əlavə əqli cəhətdən də zəif inkişaf etdiyindən məktəbdə oxuya bilmədi və biz məcbur qalaraq onu məktəbdən çıxarıb yanımıza gətirdik. X11 2013-cü il tarixdə Y.Budaqov adına Naxçıvan MR X1 qeydiyyatda durur. 2019-cu ildən ömürlük olaraq 1-ci qrup əlildir. Səhhətində olan problemlərlə əlaqədar qardaşım oxumağı yazmağı bacarmır. Ona aid olan bütün sənədləşmə işlərini mən aparmalı oluram. Bu səbəbdən də müxtəlif idarə və təşkilatlara müraciət edərkən çoxlu sayda problemlərlə rastlaşıram. Ona aid olan sənədləşmə işlərinin aparılması üçün qardaşımın mənə ehtiyacı vardır. Bu işin rəsmiləşdirilməsi üçün isə onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnaməsi zəruridir. Bu səbəbdən də ərizəçi Fərəcov Arzu Bayram oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi xx.xx.1997-ci il tarixdə anadan olmuş qardaşı Fərəcov Arzu Bayram oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Ordubad rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi qismində iştirak etmiş Nümayəndə izahatında bildirmişdir ki, komissiya Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına X2 rəyini, yəni 19 dekabr 1997-ci il tarixdə Ordubad şəhərində doğulmuş Fərəcov Arzu Bayram oğlunun öz hərəkətlərinin mənasını başa düşməməsini, öz hərəkətlərinə rəhbərlik edə bilməməsini nəzər almış, onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini məqsədəmüvafiq hesab etmişdir. Həmçinin A.Fərəcovun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsində hər hansı sui-istifadə halları aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş- 361656 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Fərəcov Arzu Bayram oğlu 19 fevral 1997-ci il tarixdə doğulmuş, atası Fərəcov Bayram Fərəc oğlu, anası X4r. 295201 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X5 xx xxxxxx 1993-cü il tarixdə doğulmuş, atası Fərəcov Bayram Fərəc oğlu, anası X4r. 12 sentyabr 2024-cü il tarixli, 102 nömrəli arayışdan görünür ki, Ərizəçi Ordubad rayon Şəhriyar qəsəbəsində qeydiyyatdadır. 12 sentyabr 2024-cü il tarixli, 103 nömrəli arayışdan görünür ki, Fərəcov X8 rayon Şəhriyar qəsəbəsində qeydiyyatdadır. 11 sentyabr 2024-cü il tarixli, 1608 nömrəli arayışdan görünür ki, 19 fevral 1997-ci il təvəllüdlü Fərəcov Arzu Bayram oğlu xx.xx.1913-cü il tarixdən “Anadangəlmə əqli zəiflik.İmbesillik səviyyəsində” diaqnozu ilə Y.Budaqov adna Naxçıvan MR X1 dispanser qeydiyyatda dayanır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı ərizəçi A. Qasımovanın məhkəməyə verdiyi izahatdan və iş üzrə təqdim edilmiş sübutlardan məlum olmuşdur ki, A.Fərəcovun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması ərizəçiyə həmin şəxs üzərində qəyyum təyin olunması üçün lazımdır. Məhkəmə araşdırması zamanı 19 fevral 1997-cü il tarixdə Ordubad şəhərində doğulmuş Fərəcov Arzu Bayram oğlunda həqiqətən əqli zəifliyin olması, bu səbəbdən öz hərəkətlərinin mənasını anlamaması və öz hərəkətlərini idarə edə bilməməsi müəyyən olunmuşdur. Həmçinin ərizəçinin izahatından, iş materiallarından müəyyən edildi ki, Fərəcov X7 Aytən Bayram oğlunun yanında yaşayır, onun maddi və digər tələbatları ərizəçi tərəfindən qarşılanır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 319-cu maddəsində qeyd olunmuşdur ki, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Odur ki, Ordubad Rayon Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli, 2(080)-269/2024 nömrəli qərardadı ilə məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Naxçıvan MR X2 xx.xx.2024-cü il tarixli, 518 saylı rəyində qeyd edilmişdir ki, Fərəcov Arzu Bayram oğlunda “Ağır dərəcəli əqli gerilik” psixi xəstəliyi var. Fərəcov Arzu Bayram oğlu öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyil. Fərəcov Arzu Bayram oğlunun sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirak etməsinə imkan verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinin tələbinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırılır. İş materiallarından Ərizəçi Fərəcov Arzu Bayram oğlunun bacısı olması müəyyən olunmuşdur. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə müəyyən edir ki, 19 fevral 1997-cü il tarixdə Ordubad şəhərində doğulmuş Fərəcov Arzu Bayram oğlu Ərizəçi qardaşıdır. Fərəcov Arzu Bayram oğlu “Ağır dərəcəli əqli gerilik” psixi xəstəliyi var. Fərəcov Arzu Bayram oğlu hərəkətlərinin mənasını anlamaq, idarə etmək qabiliyyyətində deyil. Ona görə də məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalı və 19 fevral 1997-ci il tarixdə Ordubad şəhərində doğulmuş Fərəcov Arzu Bayram oğlu fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 19 fevral 1997-ci il tarixdə Ordubad şəhərində doğulmuş Fərəcov Arzu Bayram oğlu fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Ərizəçi tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 100 manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №2(080)-6/2025
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-6/2025
08.01.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver