Məhkəmə qərarları › İş №2(080)-66/2022

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-66/2022

21.04.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-66/2022 21.04.2022 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyad oğlu Haqverdiyevin sədrliyi, X9 məhkəmə iclas katibliyi, İddiaçı nümayəndəsi- vəkili Vəkil Əfsəl oğlu və Cavabdeh iştirakı ilə, İddiaçı cavabdeh Cavabdeh və oğlu X4 qarşı kompensasiya ödənilməklə yaşayış və istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi üzrə cavabdeh Cavabdeh və onun yetkinlik yaşına çatmayan oğlu X4 qarşı məhkəməyə müraciət edərək mülkiyyətində olan Ordubad rayon Yuxarı Əylis kəndində yerləşən fərdi yaşayış evinə olan yaşayış və istifadə hüquqlarına kompensasiya ödənilməklə xitam verilməsi və cavabdehlərin mənzildən məcburi çıxarılmaları barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iştirak etməmişdir. Onun nümayəndəsi və vəkili iddiaçının səhhəti ilə bağlı məhkəmə iclaslarına gəlməsinin mümkün olmadığını bildirib onun iştirakı olmadan məhkəmə iclaslarının keçirilməsini xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı nümayəndəsi- vəkili Vəkil Əfsəl oğlu iddianı müdafiə edərək izahatında bildirmişdir ki, Ordubad rayon Yuxarı Əylis kəndində yerləşən **********83-10301 reyestr nömrəli 103.93 kvadratmetr fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. 1994-cü ildə Cavabdeh iddiaçının oğlu mərhum Dadaşov Elşən ilə ailə qurub həmin mənzilə gəlin köçmüşdür. Cavabdeh iddiaçı ilə yola getmədiyindən bir müddət onlarla yaşamış, sonra cavabdeh iddiaçının oğlu ilə Bakı şəhərinə köçmüşlər.X10 Tərtət rayonunun Bruc kəndində özünə ev tikmişdir.2006 –cı ildə onların Murad adlı övladları da olmuşdur. Həmin ildə iddiaçı cavabdehi və onun oğlu Muradı ona məxsus yaşayış evinə pasport qeydiyyatına aldıraraq həyat yoldaşı X5 yaşlı olduğundan Cavabdeh onun yanında yaşamasını istəmişdir.İddiaçının oğlu olan X7 2019-cu ildə vəfat etmişdir.2019- cu ilən sonra cavabdeh iddiasının evinə gəlməmişdir.Bu səbəbdən də cavabdehlər Cavabdeh kompensasiya ödəməklə onun və yetkinlik yaşına çatmayan oğlu X2 onun mülkiyyətində olan Ordubad rayon Yuxarı Əylis kəndində yerləşən yaşayış evindən kompensasiya verilməklə yaşayış və istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında izahat verən Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, 1994-ci ildə iddiaçının oğlu X7 ilə ailə qurmuş, həmin evlilikdən Murad adlı övladları doğulmuşdur. O gəlin gələndə 1994-ci il olmuşdur.O evini istəyir, evi ola-ola kirayədə qala bilməz. Ordubada gəlib mərhum yoldaşının məzarını ziyarət edir.2010-cu ilə qədər cavabehin mənzilində qalmışdır.2010-cu ildən Tərtər rayonunda qalır, oğlu Murad da 2010-cu ildən Tərtər rayonunda təhsil alır. Kompensasiya şəklində 5000 manat ödənilməklə yaşayış və istifadə hüququna xitam verilməsinə razıdır. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatını, iş üzrə toplanmış sübutları, eyni zamanda işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.200-ci il sentyabrın birinədək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvülərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köşürməsi zamanı başqa qeyd- şərt göstərilməmişdirsə onların mənzildən istifadə hüququ köçürmədən sonra yaranır.Həmin məcəllənin 53-cü maddəsinin tələbinə əsasən icarrədarın ailə üzvüləri icarədarın arvadı (əri)onların uşaqları və valideyinləri hesab olunur.İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvüləri hesab oluna bilər. Mülki iş üzrə iddiaçı və cavabdeh tərəf izahatlarında bildirmişlər ki Cavabdeh iddiaçının oğlu X7 ilə 24 mart 1994-cü ildə nikahları bağlandıqdan sonra İddiaçı Ordubad rayon Yuxarı Əylis kəndində yerləşən fərdi yaşayış evinə köçərək yaşamağa başlamışlar. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyən edilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya yolu ilə xitam verilə bilər. İş materiallarında olan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 10 iyun 2021-ci il qeydiyyat tarixli, **********04/644 qeydiyyat tarixli çıxarışdan görünür ki, Ordubad Rayon Yuxarı Əylis kəndində yerləşən 103.93km2 sahəsi olan fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir.. İş materiallarında olan Ordubad rayon X1 N 09 05 aprel 2022-ci il tarixli məktubundan aydın olur ki, Ordubad Rayon Yuxarı Əylis kənd ərazisində yerləşən 3 otaqlı mənzillərin aylıq kirayə haqqı 60( altmış ) manat olduğu haqqında arayış təqdim edilmişdir.. İş materiallarına olan Ordubad rayon qeydiyyat şöbəsi tərəfindən 20 aprel 2022-ci il tarixdə verilmiş nikah akt qeydindən çıxarışdan aydın olur ki. X13 oğlu ilə Cavabdeh 24 mart 1994-ci ildə nikah bağlamış və 02 nömrəli akt qeydi icra edilmişdir İş materiallarına olan Ordubad rayon qeydiyyat şöbəsi tərəfindən 20 aprel 2022-ci il tarixdə verilmiş doğum haqqında çıxarışdan aydın olur ki X12 oğlu 10 mart 2006-ci ildə anadan olmuşdur.İş materiallarında olan Ordubad Rayon İcra hakimiyyəti başçısının Yuxarı Əylis kənd İƏDÜ-üzrə nümayəndəsi tərəfindən 20 aprel 33 nömrəli arayışında qeyd edilmişdir ki İddiaçı mülkiyyətçisi olduğu evdə gəlini Cavabdeh və onun oğlu X8 qeydiyyatdadır və altı nömrəli Təsərrüfatbaşı kitabın dördüncü səhifəsində qeydiyyatda dururlar. Ordubad Rayon İcra hakimiyyəti başçısının Yuxarı Əylis kənd İƏDÜüzrə nümayəndəsi tərəfindən 30 mart 26 nömrəli arayışənda göstərilir ki, Ordubad Rayon Yuxarı Əylis kənd ərazisində İddiaçı mülkiyyətçisi olduğu evdə qeydiyyatda olan Cavabdeh 15-20 ildir ki kənd ərazisində yaşamır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin mənasına görə, mülkiyyətçinin ödəməli olduğu kompensasiya mənzil istifadəçisinin itirdiklərinin ədalətlə əvəzi kimi çıxış etməlidir. Belə hallarda həmin şəxsin məhrum olduğu hüquq qismində mənzil tərkib hissəsindən istifadə etmək hüququ çıxış etdiyindən ödənilən kompensasiya da başqa yerdə yaşamaq və yeni yaşayış sahəsindən istifadə etmək hüququnun ağlabatan müddət ərzində təmin olunmasına kifayət etməlidir. Məhkəmənin kompensasiyanın hüquqi təbiəti haqqında yürütdüyü bu mülahizə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında nümayiş etdirdiyi prinsipial mövqeyə əsaslanır. Belə ki, Konstitusiya Məhkəməsi 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd etmişdi ki, “Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onunla elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin”. Bu isə o deməkdir ki, kompensasiya istifadəçiyə mənsub olmayan mülkiyyət hüququnun əvəzi kimi çıxış etmədiyindən, onun ədalətliliyi kompensasiya məbləğinin mülkiyyətə mənzil əldə etmək üçün kifayət edib-etməməsinə görə deyil, ümumiyyətlə şəxsin yaşayış sahəsində olan hüququnu nə dərəcədə təmin edə bilməsinə görə müəyyən edilməlidir. Məsələyə bu cür yanaşdıqda, təklif olunan kompensasiya eyni yaşayış məntəqəsində mülkiyyətdə mənzilin əldə edilməsi üçün yetərli olmayıb, onun dəyərinin əhəmiyyətli hissəsini təşkil etdiyi hallarda da həmin məbləğ itirilmiş istifadə hüququnun ədalətli əvəzi kimi qəbul edilə bilər. Çünki bu halda şəxsin itirdiyi mənzildən istifadə hüququ əvəzinə birbaşa mülkiyyətinə ev (mənzil) əldə etmək üçün real və əhəmiyyətli maddi dəstək qazanır. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Plenum Qərarına əsasən, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. İş üzrə iddiaçının vəkili və nümüyənədi Vəkil ərizəsindən belə məlum olur ki iddiaçı tərəf Cavabdeh məhkəmənin təyin edəcəyi kampensasiya məbləği ilə bağlı heç bir etirazı yoxdur. İddiaçı tərəf Cavabdeh, 2160 manat kompensasiya ödəməyi təklif etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, .... kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Digər tərəfdən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır.”. Konstitusiya Məhkəməsinin bu mövqeyinə uyğun olaraq işə məhkəmə tərəfindən baxılarkən bazar qiymətinə uyğun kompensasiya məbləği 2160 (iyirmi yeddi min) manat müəyyən edilmiş, həmin məbləğ iddiaçının nümayəndəsi və vəkilinə təklif edilmiş, bu təklif iddiaçı tərəfindən qəbul edilmiş və bu barədə ərizə vermişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən Qərarında o da vurğulanmışdır ki, “Bazar qiymətinə uyğun olaraq kompensasiya məbləğinin ödənilməsinə dair iddiaçının razılığı nəzərə alınmadan iddianın təmin edilməsi onun məhkəməyə müraciət etməsini əhəmiyyətsiz edər və dispozitiv hüququnu pozmuş olar...”. Beləliklə, Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. İstifadə hüququnun kompensasiya verilməklə xitam olunması zamanı digər diqqətəlayiq hallarla yanaşı, həmçinin istifadə hüququna malik olan şəxslərin istifadə hüququnun yaranması əsasları, mənzildə hansı müddətdə yaşamaları, ailə və maddi vəziyyətləri, uzun illər ərzində təsərrüfatın idarə olunmasında iştirak dərəcəsi və digər diqqətəlayiq məqamlar da nəzərə alınmalı, mülkiyyət hüququ ilə yaşayış sahəsindən istifadə hüquqları arasında ədalətli tarazlığa nail olunmalıdır. Göstərilən amillər nəzərə alınmadan təklif olunan kompensasiyanın istifadə hüququna xitam verilməsi üçün yetərli olub-olmaması barədə qənaətə gəlmək qanunun məqsədləri baxımından əsaslı hesab edilə bilməz. Cavabdeh yalnız 5000 (beş min) manat kompensasiya müqabilində və ya eyni məbləğdə mənzil təmin əldə etmək şərti ilə hüquqlarına xitam verilməsinə razılıq verilə biləcəyi tələbi ilə əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda da qeyd edilən Qərarlarında ifadə olunmuş hüquqi mövqe nöqteyinəzərindən yanaşılarsa Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu deyil, ona yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanının təmin edilməsini nəzərdə tutur. O da qeyd olunmalıdır ki, mənzildən istifadə hüququ şəxsin həmin mənzildə mülkiyyətçi kimi paya sahib olması və həmin payı tələb etməsi və ya həmin pay müqabilində kompensasiya ödənilməsini tələb etməsi kimi qəbul edilə bilməz. İstifadə hüququna görə ödənilməli kompensasiya məhkəmə tərəfindən hesablanarkən mənzilin şəraiti, həmin ərazidə kirayə haqlarının miqdarı, mülkiyyətçinin və mənzildən istifadə edən şəxsin maddi imkanı nəzərə alınmaqla mövcud bazar qiyməti ilə ağlabatan həddə təyin edilir. Bu səbəbdən istifadə hüququna xitama görə ödənilməli məbləğ həddən artıq şişirdilmiş olmamalıdır. Məhkəmə hesab edir ki, istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, Cavabdeh, Ordubad Rayon Yuxarı Əylis kənd ərazisində yerləşən mənzilə olan yaşayış və istifadə hüququna 2160 (iki min yüz altmış) manat kompensasiya ödənilməsi hazırki mübahisə üzrə adekvat bazar qiyməti kimi qəbul edilə bilər. Həmin ərazidə eyni ölçülü və eyni şəraitli evlərin kirayə qiymətləri ortalama olaraq 60 manat həddində olduğu müəyyən edilmişdir. Bu isə 2160 manat kompensasiya məbləği ilə uzun, ağlabatan bir müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanının təmin edilə biləcəyi qənaətinə gəlməyə əsas verir. Bazar qiymətlərinə uyğun olaraq kompensasiya məbləğinin düzgün müəyyən edilməsi məqsədilə iddiaçı tərəf və cavabdeh tərəf mübahisəli ünvanda yerləşən mənzillərin kirayə qiymətlərinin öyrənilməsi üçün Ordubad rayon X3 müraciət etmiş həmin X6 tərəfindən alınan cavabdan aydın olur ki, Ordubad rayon Yuxarı Əylis kəndində mənzillərin kirayə qiymətləri 60 manatdır. Kirayə qiymətləri qiymətləri ilə bağlı cavablardan göründüyü kimi, cavabdehə iddiaçı tərəfindən verilməsinə razılıq verilmiş 2160 (iki min yüz altmış) manat məbləğində kompensasiya cavabdehə Konstitusiya Məhkəməsinin qərarında da qeyd olunduğu kimi, mülkiyyətçinin hesabına istifadəçilərə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verən ağlabatan məbləğ hesab edilməlidir. Belə olan halda da məhkəmə İddiaçı Ordubad rayon Yuxarı Əylis kəndində yerləşən mənzilindən cavabdehə təklif etdiyi bu məbləği yaşayış və istifadə etmək hüquqlarına xitam verilməsini mümkün edən ədalətli və qaneedici əvəz kimi qəbul edir. Beləliklə, yuxarıda qeyd olunan əsasları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh,və onunla birlikdə yaşayan yetkinlik yaşına çatmayan oğlu X12 oğluna qarşı kompensasiya ödənilməklə yaşayış və istifadə hüququna xitam verilməklə mənzildən çıxarılma tələbinə dair iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, İddiaçı tərəfindən “Kapital Bank” Naxçıvan filialına 03.02.2022-ci il tarixli 5025 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Cavabdeh və oğlu X4 qarşı kompensasiya ödənilməklə yaşayış və istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilsin. İddiaçı tərəfindən Cavabdeh xeyrinə 2160 (iki min yüz altmış) manat kompensasiya ödənilməklə mülkiyyətində olan Ordubad Rayonu Yuxarı Əylis kəndində yerləşən yaşayış evindən Cavabdeh və övladı X2 yaşayış və istifadə hüququna xitam verilsin və onlar İddiaçı mülkiyyətində olan Ordubad Rayonu Yuxarı Əylis kəndində yerləşən (Qeydiyyat nömrəsi **********) fərdi yaşayış evindən məcburi qaydada çıxarılsınlar. İddiaçı tərəfindən “Kapital Bank” Naxçıvan filialına 03.02.2022-ci il tarixli 5025 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu özünə aid edilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədr: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar