Azərbaycan Respublikası adından QƏRARDAD Ordubad şəhəri İş № 2(080)-81/2024 30.01.2024 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Haqverdiyev Tural Ziyad oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqının etibarsız hesab edilməsi,evdən çıxarılma və evin təhvil verilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, müəyyən etdim: İddiaçı cavabdehlər Cavabdeh1 Cavabdeh2 qarşı alqı-satqının etibarsız hesab edilməsi, evdən çıxarılma və evin təhvil verilməsi tələbi ilə Ordubad Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə icraatının mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu, 149.2.5-ci,149.4-cü və 150.1.1-ci maddəsinin tələblərinə riayət edilməklə verilmədiyindən onun məhkəmə icraatı mümkün deyil. Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda-iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. İddia ərizəsində iddiaçının və cavabdehlərin şəxsiyyət vəsiqəsinin seryası və fini qeyd edilməmişdir. Belə ki, ərazi aidiyyətinin müəyyən edilməsi üçün iddiaçının və cavabdehin hansı ünvanda qeydiyyatda olmasını təsdiq edən sənədi (şəxsiyyət vəsiqəsinin surəti, MAPSdan arayış və ya İƏD üzrə nümayəndəliyindən verilmiş arayış) əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. İddia ərizəsindən görünür ki iddaçı iddia ərizəsinə dövlət rüsumunu təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməmişdir. Həmçinin İddiaçı mərhum dayısı X2 məxsus Ordubad rayonu, Tivi kəndində yerləşən həyatyani yaşayış evinin dayısı X1 mülkiyyətində olması barədə Daşınmaz Əmlakın Dövlət reyesterindən çıxarışı və vərəsələrinin olmaması barədə sübutları iddia ərizəsinə əlavə etməmişdir Azərbaycan Respublikası MPM-nin 150.1.5-ci maddəsinə əsasən iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni zamanda bildirilir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Bu səbəbdən də İddiaçı diqqətinə çatdırmağı zəruri hesab edirəm ki, Ordubad Rayon Məhkəməsində “Elektron məhkəmə” informasiya sistemi tətbiq edilir. Göstərilənlərə əsasən belə nəticəyə gəlirəm ki, iddia ərizəsində iddiaçının və cavabdehin şəxsiyyət vəsiqəsinin seryası və fini qeyd edilmədiyindən, ərazi aidiyyətinin müəyyən edilməsi üçün iddiaçının və cavabdehin hansı ünvanda qeydiyyatda olmasını təsdiq edən sənədi (şəxsiyyət vəsiqəsinin surəti, MAPS-dan arayış və ya İƏD üzrə nümayəndəliyindən verilmiş arayış), Həmçinin dövlət rüsumunu ödənilməsini təsdiq edən sənədi və X2 məxsus Ordubad rayonu, Tivi kəndində yerləşən həyatyanı yaşayış evinin dayısı X1 mülkiyyətində olması barədə Daşınmaz Əmlakın Dövlət reyesterindən çıxarışı və vərəsələrinin olmaması barədə sübutları iddia ərizəsinə əlavə etmədiyindən iddia ərizəsinin icraata götürülməsi mülki prosessual qanunvericiliyin tələblərinə ziddir, geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqının etibarsız hesab edilməsi,evdən çıxarılma və evin təhvil verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Ordubad Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №2(080)-81/2024
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərardad — İş №2(080)-81/2024
30.01.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver