Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-98/2020 30.09.2020 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin sədri Tural Ziyad oğlu Haqverdiyevin sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı vəsiyyətnamə üzrə mirasın qəbul edilməsi faktın müəyyən edilməsi barədə mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı Ordubad rayonu Azadkənd kəndində yerləşən mərhum əri X3 miras qalan 2980 kv.m həyətyanı və iki nəfər ailə üzvü ilə birlikdə 2100 kv.m kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin vəsiyyətnamə üzrə vərəsə qismində onun tərəfindən faktiki qəbul edilməsi və ona çatan payın müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak etmiş İddiaçı iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki,mərhum əri X6 ilə 2002-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuşdur.2011-ci ilin fevral ayında Yəhyayev Aslan vəfat etmişdir.İddiaçı A.Yəhyayev ölənə qədər onunla birgə yaşamış, birgə təsərrüfatı idarə etmişdir.İddiaçı mərhum A Yəhyayevə qulluq elədiyinə görə xx.xx.2005-ci il tarixdə vəsiyyətnamə yazaraq ona məxsus ev və torpaq sahəsini İddiaçı vəsiyyət etmişdir.Ancaq mərhumun sağlığında ona yaxın durmayan övladları onun ölümündən sonra İddiaçı evdən zorla çıxarmışlar.İddiaçı savadsız və köməksiz bir qadındır.Mirasın qəbulu ilə bağlı məhkəməyə müraciət etmiş, onu A.Yəhyayevin övladları zorla evdən çölə saldıqlarını, onun qalmağa yeri olmadığını bildirmişdir. İddiaçı mərhum əri X3 miras qalan 2980 kv.m həyətyanı və iki nəfər ailə üzvü ilə birlikdə 2100 kv.m kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin vəsiyyətnamə üzrə vərəsə qismində onun tərəfindən faktiki qəbul edilməsi və ona çatan payın müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Sədrlik edənin suallarına fərqli cavablar verərək bildirmişdir ki, 2002-ci il tarixdə X6 ilə ailə qurmuşdur. 2010-2011-ci illərdə mərhum A.Yahyayev vəfat etmişdir.Mərhum A.Yəhyayevin qırxı olmamış evdən çıxıb getmiş, qırxı günü gəlib yola verdikdən sonra gəlinlər onu yola vermədikdən yenə Ordubad Rayonu Dəstə kəndinə qayıdaraq ana evində yaşamışdır.Mərhumun övladları ona nə lazım olduğunu bildirdikdə onun üçün ev almalarını bildirmişdir.Mərhumun övladları ona bir uşaq gətirib evdə qalmasını bildirmişlər.Onlarla razılaşmadığından sözü gedən evdə yaşamamışdır. Evə və təsərrüfata mərhumun qızı Xuramanın və Elmanın qaynı sahiblik etmişlər.Qalan övladları isə müxtəlif yerlərdə yaşayırlar. Məhkəmə iclasınını vaxtı və yeri barədə cavabdehlərə rəsmi qaydada məlumat verilmiş, lakin cavabdehlər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəblərini və ya mümkünsüzlüyünü bildirməmişlər və bu səbəblərin üzürlü olması barədə məhkəməyə sübutlar təqdim etməmişlər. Məhkəmə mülki işə cavbdehlərin iştirakı olmadan baxmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Bunu nəzərə alan məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan- 317973 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 və Quliyeva Gövhər Cəbrayıl qızı arasında nikah xx xxx 2002-ci il tarixdə bağlanmış, bu barədə həmin tarixdə akt qeydləri kitabında 46 nömrə ilə qeyd edilmişdir. 433921 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx xxxxx 2011-ci il tarixdə ölmüş, bu barədə akt qeydləri kitabında xx xxxxxx 2011-ci il tarixdə 04 nömrə ilə qeyd edilmişdir. Ordubad Rayon Azadkənd kənd İƏDÜN-si tərəfindən verilmiş 377 nömrəli, xx xxxxxx 2019-cu il tarixli arayışdan müəyyən olunur ki, mərhum X4 vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1r . Quliyeva Gövhər Cəbrayıl qızının ərizəsinə cavab olaraq Culfa rayon Dövlət Notariat Ofisinin Dövlət Natariusu xx xxxxxx 2020-ci il tarixli 05 saylı məktubunda qeyd edilmişdir ki, mərhum həyat yoldaşı X3 Ordubad Rayonu Azadkənd kəndində yerləşən miras qalmış fərdi yaşayış evi ilə birlikdə həyətyanı torpaq sahəsindən miras qalmış əmlak qanunla müəyyən edilmiş müddət ərzində qəbul edilmədiyndən vərəsəlik hüquq haqqında şəhadətnamənin verilməsi mümkün deyil. xx xxxxx 2019-cu il tarixli 184 nömrəli Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və X8 Dövlət Komitəsinin məktubundan görünür ki, Ordubad Rayonu Azadkənd kəndində X4 adına Ordubad Rayon Aqrar İslahat Komisyasının xx.xx.1999-cu il tarixli 156 nömrəli qərarı əsasında Ordubad Rayonu Azadkənd kəndində 2980 kv.m həyətyanı və 2 nəfər ailə üzvü ilə birlikdə 2100 kv m. Kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyata alınmış, haliyədə X4 adındadır. Məhkəmə iddiaçının dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və X8 Dövlət Komitəsinin məktubundan əsasən Ordubad Rayonu Azadkənd kəndində X5 məxsus olmuşdur. X4 ölüm haqqında şəhadətnaməsinin çıxarışından görünür ki, mülkiyyətçi xx.xx.2011-ci il tarixində ölmüşdür. Mülkiyyətçinin ölümündən sonra onun 6 nəfər birinci növbə vərəsəsi (övladı) qalmışdır. Mirasın açıldığı zaman qüvvədə olmuş, Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 552-ci maddəsinin 2-ci hissəsinə görə vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Həmin maddənin 3-cü hissəsində isə qeyd olunub ki, bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Lakin iddiaçı mirasın açılmasından sonrakı 6 ayın ərazində Mülki Məcəllənin 552-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulan hərəkətləri etməmişdir, yəni miras əmlakını faktiki surətdə idarə etməyə başlamamış, mirasa yiyələnməmiş və ya notariat orqanına mirası qəbul etmək barədə ərizə verməmişdir. Gəldiyi qənaəti Məhkəmə belə əsaslandırır: Miras xx.xx.2011-ci il tarixində açılmış, mirasın qəbulu müddəti xx.xx.2011-ci il tarixində bitmişdir. İddiaçının özünün izahatına görə o, 2011-ci ilin aprel ayına qədər ər evində yaşamış, aprel ayında ərinin evindən çıxaraq anası evinə getmişdir. Göründüyü kimi, iddiaçı oktyabr ayının 14-nə kimi (mirasın qəbulu müddəti başa çatana kimi) miras evə qayıtmadığını iddia edir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə nəzər yetirilməlidir: “Vərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır”. Göründüyü kimi, hazırkı qanuna görə vərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla mirası qəbul etdiyini şəksiz nümayiş etdirməlidir. İddiaçının hərəkətlərində isə “şəksiz nümayiş etdirmə” müəyyən olunmur, onun hərəkətləri əri ilə münasibətləri pozulduğuna görə ər evindən valideyn evinə qayıdan qadının hərəkətləridir. Beləliklə, mirasın açılmasından sonra 6 ay müddətində, yəni xx.xx.2011-ci il tarixindən xx.xx.20011ci il tarixinədək olan zaman kəsiyində iddiaçı miras evi faktiki surətdə idarə etmə və ya miras evə yiyələnmə hesab edilə biləcək hər hansı davranış nümayiş etdirməmişdir. Digər tərəfdən, MPM-in 307.2.9-cu maddəsinə görə mirasın qəbul edilməsi faktı şəxsin ərizəsinə əsasən hüquqi əhəmiyyəti olan fakt kimi məhkəmə tərəfindən müəyyən edilir. Əgər iddiaçı mirasın açılmasından sonrakı 6 ayın ərazində miras evi faktiki surətdə idarə etməyə başlamaqla və ya miras evə yiyələnməklə mirası qəbul etmişdirsə, belə olan halda o, mirasın qəbul edilməsi faktının hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən edilməsi üçün məhkəməyə müraciət etməli idi. Lakin iddiaçı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməmişdir. MPM-in 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu müddəanın göstərişi mülki məhkəmə icraatının bütün formalarına aid edilir. Yəni, şəxs mirasın qəbul edilməsi faktının hüquqi əhəmiyyəti olan fakt kimi müəyən edilməsi üçün məhkəməyə müraciət etməyibsə məhkəmə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxara bilməz. Mirasın açılmasından 6 il keçdikdən sonra iddiaçı miras əmlaka onun vəsiyyətnamə üzrə vərəsəlik hüququnun tanınması üçün məhkəməyə müraciət etmişdir. Miras əmlaka vərəsəlik hüququ subyektiv hüquqdur, bu hüquq mirası vəsiyyət üzrə və ya qanun üzrə qəbul etmiş vərəsəyə notariat orqanı tərəfindən verilmiş şəhadətnamə ilə tanınır (Mülki Məcəllə, maddə 1321.3, “Notariat haqqında” Qanun, maddə 58). Bunun üçün vərəsə mirası qanunla məyyən edilmiş qaydada qəbul etməlidir. İddiaçı isə mirası qəbul etmədiyindən miras evə və kənd təsərrüfatlı təyinatlı torpağı vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması barədə onun tərəfindən irəli sürülmüş hazırkı tələb əsassızdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilməsin. İddiaçı mərhum X5 aid Ordubad rayonunun Azadkənd kəndində yerləşən 2980 kv metr həyətyanı və iki nəfər ailə üzvü ilə birlikdə 2100 kv metr kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin vəsiyyətnamə üzrə vərəsə qismində İddiaçı tərəfindən faktiki qəbul edilməsi və ona çatan payın müəyyən olunması tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi halda qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №2(080)-98/2020
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-98/2020
30.09.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver