Azərbaycan Respublikası adından QƏTNAMƏ Heydərabad qəsəbəsi İş № 2(088)-12/2025 17.01.2025 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Kərimova (Qəribova) Dürdanə Tofiq qızına, Kərimova (Babayeva) Rübabə Tofiq qızına və Cavabdeh3 qarşı mirasın qəbul edilməsi faktının müəyyən olunması və miras əmlaka tam pay hüququnun tanınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə məhkəməyə müraciət edərək xx.xx.2008-ci ildə vəfat etmiş iddiaçının atası X6 miras qalmış əmlakın iddiaçı tərəfindən qəbul edilməsi fakının müəyyən edilməsi və miras əmlaka tam pay hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi əsasında məhkəmədə mülki iş başlanmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, mərhum atası X18 ilə mərhum anası X5 28 sentyabr 1959-cu il tarixdə rəsmi dövlət qeydiyyatından keçməklə nikah bağlayaraq ailə qurduqıarını, onların bu nikahından Kərimova (Qəribova) Dürdanə Tofiq oğlu, Kərimova (Babayeva) Rübabə Tofiq qızı, Cavabdeh3, X19, Kərimova (Novruzova) Rahilə Tofiq qızı, X12, İddiaçı adında 7 övladı doğulduğunu, 100 kv.metrə yaxın 1 mərtəbəli 2 otaq, 1 qəfxana və açıq eyvandan ibarət yaşayış evi inşa etməklə həmin evdə yaşadıqlarını, sonradan yəni, 1984-1985-ci illərdə evin böyük övladı olaraq o, ailə qurduqdan sonra həmin torpaq sahəsində ilkin olaraq 30-40 kv.m səhəsi olan bir otaqlı yaşayış evi tikdiyini, daha sonra isə həmin yaşayış sahəsinə əlavə 1 otaq, mətbəx və eyvan tikməklə bu yaşayış sahəsini təqribən 160 kv.m qədər genişləndirdiyini, lakin həmin tikililərə dair texniki pasport verilsə də müəyyən səbəblərdən onlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığını, zaman keçdikcə bacı və qardaşlarının böyüməklə yetkinlik yaşına çatmış və ailə quraraq təsərrüfatdan ayrıldıqlarını, ailəsi ilə birgə valideyinləri ilə eyni həyətdə yaşamış və onların qayğıları onun tərəfindən çəkilməklə, tələbatları da tərəfindən qarşılandığnı, sonradan yəni, xx.xx.1998-ci il tarixdə anası X3, xx.xx.2008-ci ildə isə atası X9 dünyasını dəyişmiş və mərhum atasından daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmış və MH seriyalı 00056821 saylı çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0.3093 ha torpaq sahəsi və onun üzərində olan tikililərin miras qaldığını, el adətinə uyğun mərhum valideyinlərinin mərasim tədbirlərinin onun tərəfindən aparılmaqla, məzarının götürülməsi və digər xərclərin də tərəfindən ödənildiyini, həmin vaxt qardaş və bacılarının ailəli olaraq başqa ünvanlarda yaşadıqlarından miras əmlak faktiki olaraq onun tərəfindən qəbul edilmiş, evə və torpaq sahəsinə baxım və qulluğun onun tərəfindən aparılmaqla zəruri kommunal, vergi və digər ödənişlərin onun tərəfindən ödənildiyini, ötən müddət ərzində mərhum atasından qalmış miras əmlakı faktiki qəbul etdiyindən həmin əmlakın ona məxsus olduğunu bildiyini, lakin müxtəlif səbəblərdən bu hüquqlarımı rəsmiləşdirmədiyini, 2024-ci ilin sentyabr ayında vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Şərur rayon 2 Saylı Notariat Ofisinə müraciət etdiyini, Notariat Ofisi mirasın qəbul edilməsi müddəti buraxıldığından vərəsəlik haqqında şəhadətnamə verməkdən imtina etdiyini, bacılarının isə notariusa g\lmədiyindən və mübahisə yaratdıqlarını, vərəsəlik hüquqlarının başqa yolla bərpası mümkün olmadığından hazırki tələblə məhkəməyə müraciət etdiyini, ərizədə göstərilən halları məhkəmə iclasına dəvət edəcəyi şahidlər də öz ifadələri ilə təsdiq edə biləcəklərini, məhkəmə ərizədə göstərilənləri nəzərə alıb, mərhum atasından qalmış mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlaka tam pay hüququnun tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia ərizəsində göstərilənləri bir daha söyləyərək təsdiq etdiyini və cavabdehlər mübahisə yaratdığından məhkəməyə ümumi iddia icratı qaydasında müraciət etdiklərini, bu baxımdan iddia ərizəsinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı və cavabdehlər məhkəmə iclaslarına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehlərin məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsinin vəsatəti əsasında dindirlən şahid X10 ifadəsində bildirdi ki, 1977-ci ildən Sədərək rayon Dəmirçi kəndində qeydiyyatda olmaqla yaşadığını, Dəmirçi kənd sakini İddiaçı bir həmkəndli və qonşu kimi yaxından tanıdığını və yaxın qonşu olduqlarını, 1984-1985-ci illərdə Adil müəllimin atası Tofiq kişinin həyətində özünə ev tikdiyini, qonşu kimi tikilinin aparılmasında Adil müəllimə köməklik də göstərdiyini, Adil müəllimin anası Dünya xanımın 1998-ci ildə və atası Tofiq kişinin 2008-ci ildə Dəmirçi kəndində öldüklərini, həmin şəxslərin yas mərasimlərində şəxsən iştirak etdiyini, hər iki valideynin yas mərasiminin xərcini Adil müəllimin çəkdiyini, Adil müəllimin bir müddət Bakı şəhərində yaşadığını, lakin hər yay Dəmirçi kəndinə gələrək ata həyətində tikdirdiyi öz evində yaşadığını, Adil müəllimdən əlavə ata həyətində iki evin olduğunu və qardaşları Müseybin və Nadirin o, həyətdə yaşadığını, ancaq bacılarının 20-30 ildir ki, kənddə yaşamadığını və kəndə gəlmədiklərini, ata həyətlərinə ancaq oğlanların və Adil müəllimin sahib çıxdığını bildirdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsinin vəsatəti əsasında dindirlən şahid X20 ifadəsində bildirdi ki,1964-cü ildə Sədərək rayon Dəmirçi kəndində doğulduğunu və bu günə kimi həmin kənddə yaşadığını, İddiaçı həmkəndli və qonşu kimi yaxından tanıdığını, Adil müəllim kənddə uzun illər müəllim işlədiyini və peşə məktəbinin müdiri vəzifəsində də işlədiyini, məktəb bağlandıqdan sonra Adilin Bakı şəhərinə köçdüyünü, lakin hər yay kəndə gələrək atasının həyətində tikdirdiyi öz evində yaşadığını, 1984-cü ildə hərbi xidmətdən qayıtdıqdan sonra Adil müəllimin atası Tofiq əminin həyətində özünə ev tikdiyinin şahidi olduğunu, hər dəfə onların həyətlərinin yanından keçərkən Adil müəllimin və ailə üzvülərinin tikintidə işlədiyini gördüyünü, haliyədə də Adil müəllim atasının həyətində tikdirdiyi evdə ailəsi ilə birlikdə yaşadığını gördüyünü, Adill müəllim atasının da anasının da yasını götürdüyünü və valideynləri öldükdən sonra həm həyətə həm də qardaşlarına baxdığını bildirdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsinin vəsatəti əsasında dindirlən şahid X4 öz ifadəsində göstərdi ki, Sədərək rayon Dəmirçi kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşadığını və uzun illər həmin kəndin icra nümayəndəsi vəzifəsində işlədiyini, İddiaçı bir həmkəndli kimi yaxından tanıdığını, Adilin atası Tofiq kişinin Dəmirçi kəndində torpağı və köhnə tikili evi olduğunu, Adilində atasının torpağında özünə yeni ev tikdirdiyini və yaşadığını, bir neçə il Adil Bakıda yaşasada haliyyədə teztez Dəmirçi kəndinə gələrək atasının həyətində tikdirdiyi evdə yaşadığını, Adilin atası və anası öldükdən sonra Dəmirçi kəndində olan ata evlərində Adilin və iki qardaşının yaşadığını, həyətə də onların baxdığını, bacıları isə 25-30 ildən çox müddətdə ailə qurmaqla başqa-başqa şəhərlərdə yaşadığını və ata evləri ilə heç bir əlaqələrinin olmadığını bildirdi. İşin materiallarında olan Sədərək rayon İcra Hakimiyyəti Dəmirçi kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 03 oktyabr 2024-cü il tarixli, 745 nömrəli arayışdan görünür ki, İddiaçı haliyyədə Sədərək rayon Dəmirçi kəndində yaşayır. İşin materiallarında olan Naxçıvan Muxtar Respublikası Sədərək rayon Dəmirçi Bələdiyyəsi tərəfindən verilmiş 03 oktyabr 2024-cü il tarixli, 147 nömrəli arayışdan görünür ki, İddiaçı atası X13 məxsus həyətyanı torpaq sahəsinin Dəmirçi Bələdiyyəsinə əmlak və torpaq vergi borcu yoxdur. İşin materiallarında olan Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 26 iyul 2024-cü il tarixli, İ-NE 200699 nömrəli çıxarışından görünür ki, X18 ilə X5 arasında 28 sentyabr 1959-cu il tarixdə 133 nömrə ilə nikah qeydi bağlanmışdır. İşin materiallarında olan Sədərək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 26 iyul 2024-cü il tarixli, AZ İ 331891 nömrəli çıxarışından görünür ki, X18 17 may 2008-ci il tarixdə qaraciyər serozu xəstəliyindən ölmüşdür. İşin materiallarında olan Sədərək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 25 iyul 2024-cü il tarixli, AZ İ 487360 nömrəli çıxarışından görünür ki, X5 01 iyul 1998-ci il tarixdə ürək damar çatışmamazlığı xəstəliyindən ölmüşdür. İşin materiallarında olan Sədərək rayon İcra Hakimiyyəti Dəmirçi kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 27 sentyabr 2024-cü il tarixli, 707 nömrəli arayışdan görünür ki, X9 vərəsələri X5, İddiaçı, X11, X19, X12, X14, X15 və Cavabdeh3dır. İşin materiallarında olan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş ******* nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 0,3093 ha torpaq sahəsi mərhum X9 mülkiyyətinə həyətyanı torpaq sahəsi kimi verilmişdir. İşin materiallarında əlavə olunmuş ərizədən görünür ki, X12 və X19 xx.xx.2008-ci il tarixdə vəfat etmiş ataları X6 və xx.xx.1998-ci ildə vəfat etmiş anaları X2 miras qalmış əmlakdan onlara çatası vərəsəlik payını qəbul etməmiş, istəməmiş, gələcəkdə bununla bağlı məhkəməyə müraciət etməyəcəklərini bildirmişdirlər. İşin materiallarında olan Elektron notariat avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, Kərimova (Novruzova) Rahilə Tofiq qızı xx.xx.2008-ci il tarixdə vəfat etmiş atası X6 miras qalmış əmlakdan onlara çatası vərəsəlik payını qəbul etməmiş, istəməmiş, gələcəkdə bununla bağlı məhkəməyə müraciət etməyəcəklərini bildirmişdir. İşin materiallarında olan notariat hərəkətlərinin aparılmasından imtina edilməsi haqqında qərardan görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İşin materiallarında olan iş üzrə cavabdeh Kərimova (Qəribova) Dürdanə Tofiq qızı tərəfindən göndərilmiş teleqramdan görünür ki, maddi imkanının aşağı olması və səhəti ilə əlaqədar məhkəməyə gəlmək imkanının olmadığını, mərhum atası X7 qalan əmlaka tam vərəsəlik hüququnun qardaşı İddiaçı keçməsinə etiraz etdiyini bildirərək bu huququnun qorunmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkili) izahatını və şahid ifadələrini dinləyib və işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında aşağıdakılar müəyyən olundu: * İddiaçının atası X9 adına miras əmlak olaraq ünvan 4 ünvanında yerləşən əmlak (0.3093 ha. torpaq sahəsi) qeydə alınmışdır. * 17 may 2008-ci il tarixdə iddiaçının atası X18 ölmüşdür. * Bundan sonra iddiaçı Şərur rayon 2 saylı Notariat ofisinə müraciət edərək ona vəsiyyətnamə üzrə mirasın tam payına şəhadətnamə verilməsini xahiş etsə də, (müddət keçdiyindən) imtina cavabı verilmişdir. * İddaçı cavabdehlərə (bacılarına) notariat ofisinə müraciət edərək öz aralarında atalarından qalmış miras əmlakı rəsmiləşdirməyə dəvət etsədə cavabdehlər iddiaçıya rədd cavabı verərək mübahisə yaratmışlar. * İddiaçı cavabdehlərlə razlığa gələ bilmədiyindən və miras əmlakın onun tərəfindən faktiki qəbul etməsini başqa yolla bərpasının mümkün olmadığını və mübahisənin yarandığını görüb ümumi iddia icraatı qaydasında məhkəmədə iddia qaldırmışdır. * Hazırda İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsini və miras əmlaka tam pay hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. * İş üzrə Cavabdeh1 18 oktyabr 2024-cü il tarixdə Sədərək rayon məhkəməsinə teleqrama ünvanlayaraq atası X6 qalan miras əmlakın qardaşı İddiaçı adına keçməsinə qəti etiraz etdiyini bildirmişdir. Lakin atasından qalan miras əmlakın adını, ünvanını və hansı ünvanda yerləşən miras əmlakını göstərməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Eyni Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsə sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Göstərilən Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Eyni Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarına istinad edərək, bununla bağlı məhkəmə qeyd edir ki, həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Hazırkı halda isə hüquq münasibətləri (vərəsəlik) X18 17 may 2008-ci ildə Şərur rayon Dəmirçi kəndində vəfat etməsi ilə yaranmış və mirasın faktiki qəbulu həmin vaxtda başa çatmışdır. Həmin vaxt da İddiaçı faktiki olaraq hərəkətləri ilə mirası qəbul etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 6 ünvanında yerləşən 0,3093 ha torpaq sahəsinə X9 adına qeydə alınmış miras əmlaka İddiaçı tərəfindən faktiki qəbul edilməsi müəyyən edilərək həmin torpaqda tam payı müəyyən edilməlidir. Ona görə ki, işin araşdırılan hallarından da müəyyən olunur ki, iddiaçının atası X18 2008ci ilin may ayında Şərur rayon Dəmirçi kəndində vəfat etdikdən sonra mülkiyyətində olan miras əmlak olaraq ünvan 4 ünvanında yerləşən əmlak (0.3093 ha. torpaq sahəsi) qeydə alınmışdır. X18 vəfat etdikdən sonra onun vərəsəsi iş üzrə iddiaçı miras əmlaka sahiblik etməyə faktiki olaraq başlasada mübahisə olmadığından həmin əmlakın adına rəsmiləşdirilməsi üçün heç bir addım atmamışdır və həmin əmlakı idarə etməklə faktiki yaşamağa davam etmişdir. İşə əlavə olunan sənədlərdən və şahid ifadələrindən aydın olur ki, iddiaçı anası və atası vəfat etdikdən sonra hər iki valideynlərinin yas mərasimlərinin xərcin çəkmiş, sonra isə atasından qalmış miras əmlaka faktiki olaraq sahiblik etməyə başlamış və bu günə kimi həmin torpaq sahəsinin yaxşılaşdırılmasında iştirak etməklə, həmin torpaq sahəsinə aid kommunal və vergi pullarını ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. ünvan 2 ünvanında yerləşən 0,3093 ha torpaq sahəsinə X9 adına qeydə alınmış miras əmlaka İddiaçı tərəfindən faktiki qəbul edilməsi müəyyən edilərək həmin torpaqda tam payı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sədərək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №2(088)-12/2025
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qətnamə — İş №2(088)-12/2025
17.01.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver