Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № 2(089)-101/2022 28.06.2022 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı kirayə müqaviləsinin tələblərinin pozulmasına görə pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı kirayə müqaviləsinin tələblərinin pozulmasına görə pul tələbinə dair iddia ərizəsi ilə Culfa Rayon Məhkəməsinə müraciət etmişdir. 28 iyun 2022-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddiaçı və cavabdeh arasında olan mübahisənin barışıqla həll edildiyini bildirmiş, barışıq sazişini və iş üzrə icraata xitam verilməsi barədə ərizəsini məhkəməyə təqdim etmiş, barışıq sazişinin şərtlərinin təsdiq edilməsini, mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Müəyyən edilmişdir ki, iddiaçının nümayəndəsi və cavabdeh arasında 28 iyun 2022ci il tarixdə barışıq sazişi imzalanmış, Cavabdeh 2022-ci ilin iyul ayından başlayaraq 2023cü ilin aprel ayınadək hər ay 100 manat, mart ayı isə 47.20 manat olmaqla, ümumilikdə 847.20 manat məbləğində pulun İddiaçı verəcəyini öhdəsinə götürmüşdür. Cavabdeh iddiaçı ilə aralarında mübahisənin barışıqla həll edildiyini bildirmiş, barışıq sazişinin təsdiq edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.3-ci maddəsinin tələbinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin fikrini dinləyib, barışıq sazişinin şərtlərini müzakirə edib, belə nəticəyə gəlir ki, işdə barışıq sazişinin təsdiq edilməməsi üçün əsas olan Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar yoxdur. Odur ki, iddiaçının nümayəndəsi və cavabdehin imzaladıqları barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, barışıq sazişinin şərtləri təsdiq edilməli, iş üzrə icraata xitam verilməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 52, 191, 263- 264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı kirayə müqaviləsinin tələblərinin pozulmasına görə pul tələbinə dair mülki iş üzrə iddiaçının nümayəndəsi və cavabdeh tərəfindən imzalanmış barışıq sazişi təsdiq edilsin. İddiaçı Cavabdeh qarşı kirayə müqaviləsinin tələblərinin pozulmasına görə pul tələbinə dair mülki iş üzrə icraata xitam verilsin.
1. Cavabdeh 2022-ci ilin iyul ayından başlayaraq 2023-cü ilin aprel ayınadək hər ay 100 manat, mart ayı isə 47.20 manat olmaqla, 847.20 manat məbləğində pulu İddiaçı verəcəyini öhdəsinə götürmüşdür.
2. İddiaçı nümayəndəsi iddiadan imtina etmiş, barışıq sazişi ilə razılaşmışdır.
3. Cavabdeh 2022-ci ilin iyul ayından başlayaraq 2023-cü ilin aprel ayınadək hər ay 100 manat, mart ayı isə 47.20 manat olmaqla, 847.20 məbləğində pulu İddiaçı ödəmədikdə məhkəmə qərarı icraya yönəldiləcək. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. 04 may 2022-ci il tarixdə 19858 nömrəli qəbzlə İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində ödənilmiş dövlət rüsumu ona qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Culfa Rayon Məhkəməsinə verilə bilər.
Sədrlik edən Mehrab Məmmədov