Məhkəmə qərarları › İş №2(089)-130/2021

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №2(089)-130/2021

06.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № 2(089)-130/2021 06.05.2021 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Mən hakim Məmmədov Mehrab Fərmayıl oğlu iddiaçı Bank BTB ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsinin ləğv edilməsi, borcun ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim: İddiaçı Bank BTB ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsinin ləğv edilməsi, borcun ödənilməsi tələbi ilə Culfa Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsinin icraata götürülməsi barədə qərardad çıxarılana qədər iddiaçının nümayəndəsi Bahar Dünyamalıyeva ərizə ilə məhkəməyə müraciət etmiş, iddia ərizəsinin və iddia ərizəsinə əlavə edilmiş sənədlərin Azərbaycan Respublikası MPM-nin 152.1.9-cu maddəsinə əsasən geri qaytarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Bahar Dünyamalıyeva ərizəsini onunla əsaslandırmışdır ki, bank və cavabdehlər arasında razılıq əldə edilmiş, işin məhkəmədə baxılmasına ehtiyac qalmamışdır. İddiaçı Bank BTB ASC-nin nümayəndəsi Bahar Dünyamalıyevanın ərizəsini nəzərdən keçirdim və belə nəticəyə gəldim ki, iddiaçı Bank BTB ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsinin ləğv edilməsi, borcun ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddia ərizəsi geri qaytarıldığından, hesab edirəm ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152.1.9, 263-264, 268-ci maddələrini rəhbər tutaraq qərara aldım: Bank BTB ASC-nin Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsinin ləğv edilməsi, borcun ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Bank BTB ASC tərəfindən 19 aprel 2021-ci il tarixdə ********* nömrəli qəbzlə Naxçıvan Muxtar Respublikası Maliyyə nazirliyinin hesabına ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Culfa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar