Məhkəmə qərarları › İş №2(089)-14/2023

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-14/2023

03.02.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-14/2023 03.02.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı və nümayəndə Vəkil iştirakı ilə, İddiaçı X18, X19, X11 və X5 qarşı miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Seyidov İddiaçı Ofelya Hüseyn qızı, X19, X11 və X5 qarşı miras əmlakın faktiki olaraq qəul edilməsi faktının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, Culfa rayonunun Bənəniyar kəndində yerləşən ümumi sahəsi 0.17 ha (JN-082A, kod ********) olan torpaq sahəsi və torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evini miras olaraq qəbul etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, xx.xx.1978-ci il tarixdə Culfa rayonunun Bənəniyar kəndində doğulmuşdur. X1 xx.xx.2013-cü il tarixdə ölmüşdür. Atasından Culfa rayonunun Bənəniyar kəndində fərdi yaşayış sahəsi və həyətyanı torpaq sahəsi miras qalmışdır. xx.xx.2010-cu il tarixdə X12 ilə ailə qurmuş, üç uşağı var. 2020-ci ilədək anası ilə birlikdə miras əmlak olan fərdi yaşayış evində yaşamışlar. 2020-ci ildən miras əmlak olan həyətyanı torpaq sahəsində özünə yaşayış evi inşa etmiş, ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. İddiaçı izahatında onu da bildirmişdir ki, miras əmlak olan 0.17 ha torpaq sahəsi xx.xx.1997-ci il tarixdə Culfa rayon Aqrar İslahat Komissiyasının qərarı ilə (JN-082A. kod İ ******* torpağın mülkiyyət verlməsi haqqında şəhadətnamə) X7, X6, Cavabdeh4, Cavabdeh3, X3 mülkiyyətinə verilmişdir. Atasından miras qalan torpaq sahəsinə özü sahiblik edir, kommunal xərclərin özü ödəmişdir. Digər vərəsələr miras əmlakdan istifadə etməsinə, yaşamasına imkan vermir. Mirası qəbul etdiyindən vərəsəlik şəhadətnaməsi alması üçün Culfa rayon Notariat Ofisinə müraciət etmiş, mirası qanunla müəyyən edilmiş müddətdə qəbul etmədiyindən vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmiş, məhkəməyə müraciət etməsi bildirilmişdir. İddiasının təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi vəkili Vəkil iddianın əsaslı olduğunu bildirmiş, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər X18, X19, X11 və X5 məlumat verilmiş, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin hər hansı bir üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişlər. Cavabdeh1 (Seydiova) ərizə ilə məhkəməyə müraciət etmiş, İddiaçı iddiasına etiraz etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Bunu nəzərə alan məhkəmə işə cavabdehlər X18, X19, X11 və X3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh tərəfindən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb olunmuş X24, X25, X20, X13 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin hər hansı bir üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişlər. X26 ərizə ilə məhkəməyə müraciət etmiş, İddiaçı iddiasına etiraz etdiyini bildirmişdir. Məhkəmə cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb olunmuş X24, X25, X20, X8 iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan- 337249 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 25 avqust 1978-ci il tarixdə doğulmuş, atası X27, anası X9r. JN-082A nörəli (kod 1********) nömrəli torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Culfa rayon Aqrar İslahat Komissiyasının 10 noyabr 1997-ci il tarixli, 12 nömrəli qərarı ilə Culfa rayonunun Bənəniyar kəndində X27, X18, X19, Cavabdeh3 və X4 mülkiyyətinə 0.17 ha torpaq sahəsi verilmişdir. 16 avqust 2022-ci il tarixdə verilmiş ölüm akt qeydindən çıxarışdan görünür ki, X23 14 iyun 2013-cü il tarixdə ölmüş, bu barədə ölüm akt qeydləri kitabında 5 nömrə ilə qeydə alınmışdır. Culfa rayon İH-in Bənəniyar kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 128 nömrəli, 28 noyabr 2022-ci il tarixli arayışdan görünür ki, X7 vərəsələri X18, İddiaçı, X19, X11, X14, X24, X25, X20, X26, X21 (ölüb), X15r (ölüb). İddiaçı nümayəndəsi Vəkil vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün müraciətinə cavab olaraq Culfa rayon Dövlət Notariat ofisinin 19 sentyabr 2022-ci il tarixli, 62 nömrəli məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikası MM-nin 1246cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir”. 106 nömrəli, 22 avqust 202-ci il tarixli arayışda qeyd edilmişdir ki, 25 avqust 1978-ci il tarixdə doğulmuş İddiaçı 2020-ci ilədək valideynləri ilə birlikdə yaşamış, 2020-ci ildə həyətyanı torpaq sahəsində özünə yeni yaşayış evi inşa etmiş, ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. İş materiallarına əlavə edilmiş qaz ödəmə, elektrik ödəmə qəbzlərindən görünür ki, elektrik və qazdan istifadə ilə bağlı haqları İddiaçı ödəmişdir. Məhkəmə iddiaçının, iddiaçının nümayəndəsi vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mərhum X22 14 iyun 2013-cü il tarixdə ölmüşdür. X10 ölümündən sonra Culfa rayonunun Bənəniyar kəndində mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş, lakin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ qeydiyyata alınmamış fərdi yaşayış evində İddiaçı anası Cavabdeh2 və ailə üzvləri ilə birlikdə yaşamışdır. 2020-ci ildə miras əmlak olan həyətyanı torpaq sahəsində özünə yaşayış evi inşşa etmiş, ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. Atası tərəfindən inşa edilmiş, mülkiyyət hüququ qeydiyyata alınmamış fərdi yaşayış evində hazırda anası və iki bacısı yaşayır. Atasından miras qalan torpaq sahəsinə iddiaçı, anası və iki bacısı sahiblik edir, kommunal xərcləri iddiaçı ödəmişdir. İddiaçının bildirdiyinə görə hazırda digər vərəsələr miras əmlakdan istifadə etməsinə, yaşamasına mane olur. İddiaçı atasının ölümündən sonra, 2013-cü ildən 2020-ci ilədək miras əmlak olan torpaq sahəsində atası tərəfindən inşa edilmiş fərdi yaşayış evində yaşamış, onun miras əmlakdan istifadə etməklə, miras əmlaka sahiblik etməklə mirası qəbul etməsi sübut olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamədək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İş materiallarına əlavə edilmiş JN-082A nörəli (kod 1********) nömrəli torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Culfa rayon Aqrar İslahat Komissiyasının 10 noyabr 1997-ci il tarixli, 12 nömrəli qərarı ilə Culfa rayonunun Bənəniyar kəndində X27, X18, X19, Cavabdeh3 və X4 ümumi mülkiyyətinə verilmiş 0.17 ha torpaq sahəsinin Cavabdeh3 aid hissəsi onun toxunulmaz mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası MM-in 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası MM-in 1145-cı maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası MM-in 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Miras 14 iyun 2013-cü il tarixdə faktiki olaraq açılmışdır. Azərbaycan Respublikası MM-in 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə miras əmlakı faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də mirasın açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, mirasin açıldığı gündən altı ay müddətində edilməlidir. Qəbul edilmiş miras mirasın açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Qəbul etmə dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür ki, bu da formal və qeyri formal üsulla həyata keçirilir. Mirasın formal olaraq qəbul edilməsi o deməkdir ki, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn hərəkət notarial qaydada həyata keçirilir. Mirasın qeyri-formal əldə edilməsi dedikdə isə, mirasın faktiki olaraq qəbul edilməsi başa düşülür. İş materiallarından məlum olur ki, mərhum Q.Seyidov 2013-cü ildə öldükdən sonra ondan qalmış mirası heç bir vərəsə formal, yəni notarial qaydada, qəbul etməmişdir. Mərhum Q.Seyidovdan qalmış mirasın qeyri-formal qaydada, yəni faktiki olaraq vərəsələr tərəfindən qəbul edilməsi məsələsinə gəldikdə isə, məhkəmə bununla əlaqədar qeyd edir ki, M.Seydiov həmin miras əmlakı faktiki idarə edilməklə qəbul edilmişdir. Miras əmlakı faktiki qəbul etmə dedikdə, həmin əmlak üzərində faktiki sahiblik etmə və faktiki idarə etmə, öz xərcləri hesabına miras əmlakın mühafizəsi və onun idarə edilməsi başa düşülür. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MKnın 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli qərarında şərh etmişdir ki, “miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan (miras əmlaka daxil olan) daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və s. əşya hüquqları tələb hüquqları) və öhdəliklər MM-in 1133-cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir. Mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi, miras açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi) vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. MM-in 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə gecikdirmənin səbəbini üzürlü sayarsa uzada bilər (MM-in 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunla göstərilən müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququnu) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul etmə müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsəlik hüquqlarının həyata keçirilməsini və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət göstərir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübutetməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur : miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyana məxsus əmlakı faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmə tərəfindən vərəsəlik hüququnun, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin 5-ci hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şəhr edilməlidir. Burda nəzərə alınmalıdır ki, həmin öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəldilmişdir”. Məhkəmə göstərilənlərdən belə nəticəyə gəlir ki, M.Seydidov 2013-cü ildən mirasa sahiblik etməklə, miras əmlakı idarə etməklə mirası faktiki qəbul etmişdir. Odur ki, İddiaçı iddiası qismən təmin edilməklə, Culfa rayonunun Bənəniyar kəndində X27, X18, X19, Cavabdeh3 və X4 ümumi mülkiyyətində olan (JN-082A nörəli (kod 1********) nömrəli torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamə) 0.17 ha torpaq sahəsinin Cavabdeh3 aid hissəsini miras olaraq qəbul etməsi faktı müəyyən edilməlidir. Məhkəmə iddiaçının iddia ərizəsində qeyd etdiyi fərdi yaşayış evinin miras olaraq qəbul edilməsi faktının müəyyən edilməsi barədə tələbi ilə bağlı bildirir ki, həmin hissədə iddia təmin edilə bilməz. Belə ki, iddiaçı mərhun Q.Seyidovun mülkiyyətində fərdi yaşayış evinin olması barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı Culfa rayonunun Bənəniyar kəndində X27, X18, X19, Cavabdeh3 və X4 ümumi mülkiyyətində olan (JN-082A nörəli, kod 1********) nömrəli torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamə) 0.17 ha torpaq sahəsinin X16 aid hissəsini miras olaraq qəbul etməsi faktı müəyyən edilməlidir. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə X17 Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar