Məhkəmə qərarları › İş №2(089)-144/2022

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-144/2022

12.10.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-144/2022 12.10.2022 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsinin hakimi Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X7 iclas katibliyi, Ərizəçi, Maraqlı şəxs başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" barədə ərizəsinə dair mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" barədə ərizə ilə məhkəməyə müraciət etmiş, 30 sentyabr 1986-cı il tarixdə Culfa şəhərində doğulmuş X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəsini müdafiə etmiş, izahatında bildirmişdir ki, X13 onun mərhum X4nın qızıdır. Bacısının qızı X13 xx.xx.1986-cı il tarixdə doğulmuşdur. Nuranə Rzayeva anadan gəlmə psixi qüsurludur, o, öz hərəkətlərinin mənasını anlaya və müstəqil olaraq hərəkətlərini idarə edə bilmir. Nuranə Rzayeva psixi qüsurlu olduğuna, öz hərəkətlərini idarə edə bilmədiyinə görə onun daim xüsusi qayğıya və nəzarətə ehtiyaca vardır. X20 anası X11 himayəsində, qayğısı altında yaşamışdır. X4 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Bacısı F.Əlixanova öldükdən sonra psixi qüsurlu qızı X13 onun yanında, himayəsində yaşayır. Bacısı qızı N.Rzayevanın əvəzindən hər hansı bir hərəkəti edə, hətta N.Rzayevanın ehtiyaclarını qarşılamaq üçün müəyyən edilmiş sosial müavinəti ala bilmir. Qəyyum təyin edilməsi üçün X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Maraqlı şəxs başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi qismində iştirak etmiş X9 izahatında bildirmişdir ki, komissiya Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına X5 rəyini, yəni 30 sentyabr 1986-cı il tarixdə doğulmuş X8 öz hərəkətlərinin mənasını başa düşməməsini, öz hərəkətlərinə rəhbərlik edə bilməməsini nəzər almış, onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini məqsədəmüvafiq hesab etmişdir. Həmçinin N.Rzayevanın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsində hər hansı sui-istifadə halları aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş- 477718 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X13 30 sentyabr 1986-cı il tarixdə doğulmuş, atası X18, anası X14r. 872800 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X17 06 iyun 2022-ci il tarixdə ölmüş, bu ölüm haqqında akt qeydləri kitabında 204 nömrə ilə qeyd edilmişdir. 317199 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx xxxxx 1966-cı ildə anadan olmuş, atası X19, anası X1r. 13 iyun 2022-ci il tarixli, 1308 nömrəli arayışdan görünür ki, X2 şəhəri, Təbriz küçəsi, ev 9, mənzil 34 ünvanında qeydiyyatdadır və həmin mənzildə yaşayır. 07 iyun 2022-ci il tarixli, 352 nömrəli arayışdan görünür ki, 1986-cı il təvəllüdlü X13 xx.xx.2022-ci il tarixdə Y.Budaqov adına Naxçıvan MR X6 ambulator şəraitdə müayinə olunmuş və onda “Anadangəlmə əqli zəiflik. İmbesillik səviyyəsində” diaqnozu aşkar olunmuşdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı Ərizəçi məhkəməyə verdiyi izahatdan və iş üzrə təqdim edilmiş sübutlardan məlum olmuşdur ki, N.Rzayevanın fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması ərizəçiyə həmin şəxs üzərində qəyyum təyin olunması üçün lazımdır. Məhkəmə araşdırması zamanı 30 sentyabr 1986-cı ildə Culfa şəhərində anadan olmuş X10 həqiqətən əqli zəifliyin olması, bu səbəbdən öz hərəkətlərinin mənasını anlamaması və öz hərəkətlərini idarə edə bilməməsi müəyyən olunmuşdur. Həmçinin ərizəçinin izahatından, iş materiallarından müəyyən edildi ki, Nuranə Rzayeva Ərizəçi yanında yaşayır, onun maddi və digər tələbatları ərizəçi tərəfindən qarşılanır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 319-cu maddəsində qeyd olunmuşdur ki, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Odur ki, Culfa Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli, 2(089)-144/2022 nömrəli qərardadı ilə məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Naxçıvan MR X5 xx.xx.2022-ci il tarixli, 64 saylı rəyində qeyd edilmişdir ki, X10 “Anadangəlmə əqli zəiflik. İmbeçillik səviyyəsində” psixi xəstəlik vardır. Həmin şəxs öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyil, sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirak etməsinə imkan vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinin tələbinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırılır. İş materiallarından Ərizəçi X8 xalası olması müəyyən olunmuşdur. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə müəyyən edir ki, 30 sentyabr 1986-cı ildə Culfa şəhərində doğulmuş X13 Ərizəçi bacısı qızıdır. X13 “Anadangəlmə əqli zəiflik. İmbeçillik səviyyəsində” psixi xəstədir. X13 hərəkətlərinin mənasını anlamaq, idarə etmək qabiliyyyətində deyil. Ona görə də məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalı və 30 sentyabr 1986-cı ildə Culfa şəhərində doğulmuş X13 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 30 sentyabr 1986-cı il tarixdə Culfa şəhərində doğulmuş X13 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar