Məhkəmə qərarları › İş №2(089)-146/2022

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-146/2022

05.10.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-146/2022 05.10.2022 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X4 iclas katibliyi, İddiaçı nümayəndəsi vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh7, Cavabdeh6, Cavabdeh5, X27, Cavabdeh4, Cavabdeh3 Fərhad qızı və Cavabdeh2 qarşı mirasın faktiki qəbul edilməsi və payın müəyyən olunması tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh7, Cavabdeh6, Cavabdeh5, X27, Cavabdeh4, Cavabdeh3 Fərhad qızı və Cavabdeh2 qarşı mirasın faktiki qəbul edilməsi və payın müəyyən olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, 16 dekabr 1997-ci il tarixdə Culfa şəhərində ölmüş X7 qalmış ünvan 1 ünvanıda 0.06 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 147.46 kv.m fərdi yaşayış evinin miras olaraq onun tərəfindən qəbul edilməsi faktının və miras əmlakdan payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 28 yanvar 1958-ci ildə X28 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Ailə qurduqdan sonra ünvan 2 ünvanında 0.06 ha həyətyani torpaq sahəsində fərdi yaşayış evi inşa etmiş və orada yaşamışlar. Fərdi yaşayış evi Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq məsələləri üzrə Dövlət Komitəsində 26 fevral 2018-ci il tarixdə mərhum əri X11 adına hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. Birgə nikahlarından 11 uşaqları olmuşdur. X56 16 dekabr 1997-ci il tarixdə olmüşdür. Cavabdehlər Cavabdeh7 1978-ci ildə, Cavabdeh6 1980-ci ildə, Cavabdeh5 isə 1992-ci ildə ailə qurmuş, həmin tarixlərdən ata evində yaşamamışlar. X6 1988-ci ildə ailə qurmuş, 08 may 2017-ci il rarixdə ölmüşdür. Qızı Adilənin vərəsəsi olan əri X12 ərizə vermiş, arvadından qalan miras əmlakı qəbul etmədiyini, gələcəkdə məhkəməyə müraciət etməyəcəyini bildirmişdir. X1, X36, X32, X37, X33, X38 ərizə vermiş, atalarından qalan miras əmlakı qəbul etmədiklərini, gələcəkdə mirasla bağlı heç bir mübahisələrinin olmayacağını bildirmişlər. Qızı Mürsəlova (Piriyeva) Adilə Qafar qızı atasının vəfatından sonra mirası qəbul etməmiş, ona görə də onun övladları, cavabdehlər Cavabdeh4 Fəhad qızı, Cavabdeh3 Fərhad qızı və Cavabdeh2 mirasdan pay çatmir. Əri Q.Piriyevin ölümündən sonra miras əmlak olan ünvan 2 ünvanında 0.06 ha həyətyani torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evində özü yaşamış, kommunal xərclər onun tərəfindən ödənilmiş, işıq, qaz, su istifadəsinə görə müqavilələr onun tərəfindən bağlanmışdır. Miras əmlaka yalnız o, sahiblik etmiş, idarə etmişdir. Məhkəmə iclasının vaxı və yeri barədə iddiaçıya məlumat verilmiş, o, məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında iddiaçının nümayəndəsi vəkili Vəkil iştirak etmişdir. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi vəkili Vəkil iddianı müdafiə etmiş, izhatında bildirmişdir ki, mərhum X28 və iddiaçı 28 yanvar 1958-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Ailə qurduqdan sonra ünvan 2 ünvanında 0.06 ha həyətyani torpaq sahəsində fərdi yaşayış evi inşa etmiş və orada yaşamışlar. Fərdi yaşayış evi Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq məsələləri üzrə Dövlət Komitəsində 26 fevral 2018-ci il tarixdə mərhum X11 adına hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. Tərəflərin birgə nikahlarından 11 uşaqları doğulmuşdur. Qafar Piriyev 16 dekabr 1997-ci il tarixdə olmüşdür. Cavabdehlər Cavabdeh7 1978-ci ildə, Cavabdeh6 1980-ci ildə, Cavabdeh5 isə 1992-ci ildə ailə qurmuş, həmin tarixlərdən ata evində yaşamamışlar. X29 1988-ci ildə ailə qurmuş, 08 may 2017-ci il tarixdə ölmüşdür. Adilənin vərəsəsi olan əri X12 ərizə vermiş, arvadından qalan miras əmlakı qəbul etmədiyini, gələcəkdə məhkəməyə müraciət etməyəcəyini bildirmişdir. X2, X36, X32, X37, X33, X38 ərizə vermiş, atalarından qalan miras əmlakı qəbul etmədiklərini, gələcəkdə mirasla bağlı heç bir mübahisələrinin olmayacağını bildirmişlər. Mürsəlova (Piriyeva) Adilə Qafar qızı atasının vəfatından sonra mirası qəbul etməmişdir. Q.Piriyevin ölümündən sonra miras əmlak olan ünvan 2 ünvanında 0.06 ha həyətyani torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evində iddiaçı yaşamış, kommunal xərclər onun tərəfindən ödənilmiş, işıq, qaz, su istifadəsinə görə müqavilələr onun tərəfindən bağlanmışdır. Miras əmlaka yalnız iddiaçı sahiblik etmiş, iddiaçı mirası idarə etmiş, miras yalnız iddiaçı tərəfindən qəbul edilmişdir. İddiaçının mirasa sahiblik etməsini, mirası faktiki idarə etməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilmişdir. İddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh7, Cavabdeh6, Cavabdeh5, X27, Cavabdeh4, Cavabdeh3 Fərhad qızı və Cavabdeh2 məlumat verilmiş, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin hər hansı bir üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Bunu nəzərə alan məhkəmə işə cavabdehlər Cavabdeh7, Cavabdeh6, Cavabdeh5, X27, Cavabdeh4, Cavabdeh3 Fərhad qızı və Cavabdeh2 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan- Ordubad rayon Qeydiyyat Şöbəsindən verilmiş nikah akt qeydləri kitabından çıxarışdan görünür ki, X34 və İddiaçı arasında nikah 22 yanvar 1958-ci il tarixdə bağlanmış, bu barədə akt qeydləri kitabında 03 nömrə ilə qeyd edilmişdir. Culfa rayon Qeydiyyat Şöbəsindən verilmiş ölüm akt qeydləri kitabından çıxarışdan görünür ki, X34 16 dekabr 1997-ci il tarixdə ölmüş, bu barədə akt qeydləri kitabında 52 nömrə ilə qeyd edilmişdir. 334 nömrəli, 25 aprel 2022-ci il tarixli arayışda qeyd edilmişdir ki, ünvan 2 ünvanında yaşayan X28 16 dekabr 1997-ci il tarixdə ölmüş, vərəsələri İddiaçı, Cavabdeh7, Cavabdeh6, X21, X36, X32, X29 (2017-ci ildə ölüb), X37, Cavabdeh5, X33, X38, X13r. X8 14 avqust 2019-cu il tarixli, X22 22 iyun 2022-ci il tarixli, X14 10 fevral 2022-ci il tarxli, X23 09 fevral 2022-ci il tarixli, X15 07 fevral 2022-ci il tarixli, X24 24 avqust 2018-ci il tarixli ərizəsində qeyd etmişdir ki, 16 dekabr 1997-ci il tarixdə ölmüş X7 miras qalmış, vərəsəlik yolu ilə ona çatan payı qəbul etməmiş, qəbul etmək niyyətində deyil, gələcəkdə mirasın qəbulu üçün ötürülmüş müddətin bərpası ilə bağlı tələbi olmayacaq. 324 nömrəli, 19 aprel 2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır, hazırda Culfa şəhəri, H.Cavid küçəsi ev 6 ünvanında yaşayır. İddiaçı 03 iyun 2022-ci il məktubuna cavab olaraq Culfa rayon Dövlət notariat ofisinin 31 nömrəli, 06 iyun 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “mərhum əriniz X11 ölümündən sonra miras qalmış ünvan 2 ünvanında 0.06 ha torpaq sahəsində yerləşən 3 otaqlı fərdi yaşayış evi ilə birlikdə həyətyanı torpaq sahəsindən vərəsəlik yolu ilə Sizə çatan miras paya dair ərizə ilə müəyyən olunmuş müddətdə Culfa rayon dövlət notariat ofisinə müraciət etmədiyinizdən, həmçinin vərəsələr arasında mübahisə olduğundan Sizə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmadığından, aidiyyəti məhkəməyə müraciət etməyinizi xahiş edirik”. Culfa rayon Qaz İstismar idarəsindən verilmiş 25 aprel 20222-ci il tarixli, 09 nömrəli məktubda qeyd edilmişdir ki, ünvan 2 ünvanında yaşayan X9 adına 2010-cu ilin oktyabr ayında müqavilə bağlanmış, istifadə edilən qaz pulu onun tərəfindən ödənilmişdir. Culfa rayon Elektirik şəbəkəsindən verilmiş 56 nömrəli, 22 aprel 2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, ünvan 2 ünvanında istifadə edilən elektrik enerjisinin pulu İddiaçı tərəfindən ödənilir. Elektrik şəbəkəsi və abonent arasında elektrik enerjisinin alqısatqısının bir tipli müqaviləsi 2007-ci ildə sayğaclaşma zamanı abunə kodu ********* və sayğac N-705190039 olaraq İddiaçı adına yenilənmişdir. Culfa rayon İH-nin Culfa şəhər İƏD üzrə nümayəndəlindən verilmiş 18 nömrəli, 25 aprel 2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, 16 dekabr 1997-ci ildə ölmüş X10 ölümündən sonra həmin evdə İddiaçı yaşıyır, kommunal xərc onun tərəfindən ödənilir. Məhkəmə iddiaçının nümayəndəsi vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X28 16 dekabr 1997ci il tarixdə ölmüş, Q.Piriyevdən ünvan 1 ünvanıda 0.06 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 147.46 kv.m fərdi yaşayış evi miras qalmışdır. Miras o zaman vərəsənin mülkiyyəti sayılır ki, miras vərəsə tərəfindən qəbul edilsin. Mirasın qəbulu və mirasdan imtina qanunla müəyyən edilmiş müddətdə həyata keçirilməlidir. Belə ki, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir və vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Q.Piriyev öldükdən sonra sözügedən miras əmlak vərəsə İddiaçı tərəfindən qəbul edilmişdir. İddiaçı miras əmlakdan istifadə etməsi, miras əmlaka sahiblik etməsi isə məhkəmə araşdırması zamanı sübuta yetmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı miras açıldıqdan sonra miras əmlakda yaşamış, əmlakdan istifadə etmişdir ki, bu hallar da təqdim edilmiş sübutlarla öz təsdiqini tapır. Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 99-cu bəndində miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübutun vərəsənin miras qoyanla birgə yaşadığı haqqında və ya miras qoyanın əmlakının vərəsə tərəfindən götürüldüyü haqqında mənzil-istismar idarəsinin arayışı, daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsəlik açıldıqdan sonra vərəsə tərəfindən ödənildiyi barədə Vergilər Nazirliyinin yerli İdarəsinin və ya mənzil-istismar sahələrinin arayışı və ya verginin, yaxud kommunal xidmətlər üçün haqların ödənildiyi barədə sənədi, mirasın vaxtında qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti və miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər olması qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vərəsəlik miras qoyan Q.Piriyevin 16 dekabr 1997-ci il tarixdə ölməsi ilə açılmışdır. 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527-ci maddəsinə görə, vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul olunmasına yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur, bu hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Müəyyən edilmişdir ki, İddiaçı 28 yanvar 1958-ci il tarixdə X28 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, ailə qurduqdan sonra ünvan 2 ünvanında 0.06 ha həyətyani torpaq sahəsində fərdi yaşayış evi inşa etmiş və 16 dekabr 1997-ci il tarixədək orada yaşamışlar. İddiaçı miras açıldıqdan sonra da həmin ünvanda yaşayır, miras əmlaka yiyələnib sahiblik etməklə miras əmlakı faktiki qəbul etmişdir. İş materiallarından görünür ki, mülki hüquq münasibətlərinin yarandığı dövr 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş və 01 sentyabr 2000-ci ildən sonra qüvvədə olan mülki qanunvericiliklərin tətbiq dairəsinə düşür. Buna görə də mülki iş hər iki qanunvericiliyin normaları tətbiq edilməklə həll edilməlidir. Hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş Mülki Məcəllənin 528-ci maddəsinə əsasən, vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün hesab olunur. Göründüyü kimi miras fiziki şəxsin ölməsi ilə açılır. Mirasın qəbulu dedikdə, elə bir hərəkət başa düşülür ki, bu hərəkətin vasitəsi ilə vərəsəliyə çağırılan şəxs (mümkün vərəsə) subyektiv vərəsəlik hüquqlarını həyata keçirir və miras əmlakı əldə etmək hüququ qazanır İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın və Torpaq Məsələləri üzrə Dövlət Komitəsindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli Çıxarışdan görünür ki, ünvan 2 ünvanında 0.06 ha həyətyani torpaq sahəsi və torpaq sahəsində inşa edilmiş 147.46 kv.m fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X11 adına daşınmaz əmlakın dövlət reyestrində 20/5 nömrəli reyestr kitabının 801 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi **********51-10301) İş materiallarına əlavə olunmuş ölüm akt qeydindən çıxarışdan məlum olur ki, X34 16 dekabr 1997-ci il tarixdə ölmüş, bu barədə akt qeydləri kitabında 52 nömrə ilə qeyd edilmişdir. Q.Piriyev ölənədək əmlakı kimsəyə vəsiyyət etməmiş, lakin onun qanun üzrə vərəsələri mövcud olmuşdur. 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Mülki Məcəllənin 530-cu maddəsinə əsasən, miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar qanun üzrə və vəsiyyət üzrə vərəsə ola bilərlər. Həmin Məcəllənin 532-ci maddəsinin ikinci hissəsinə əsasən, miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun. Culfa rayon İH-nin Culfa şəhər İƏD üzrə nümayəndəliyindən verilmuiş 909 nömrəli, 22 aprel 2022-ci il tarixli arayışda qeyd edilmişdir ki, 08 may 2017-ci il tarixdə ölmüş X16 vərəsələri X17, Cavabdeh4, Cavabdeh3 Fərhad qızı və Cavabdeh2dur. Göründüyü kimi 1997-ci ildə miras açılan zaman Q.Piriyevin sağ olan arvadı İddiaçı və övladları Cavabdeh7, Cavabdeh6, X21, X36, X32, X29 (2017-ci ildə ölüb), X37, Cavabdeh5, X33, X38, X30 onun vərəsləri olmuşlar. Hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş Mülki Məcəllənin 552-ci maddəsinə əsasən, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Qəbul etmə dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür ki, bu da formal və qeyri formal üsulla həyata keçirilir. Mirasın formal olaraq qəbul edilməsi o deməkdir ki, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn hərəkət notarial qaydada həyata keçirilir. Mirasın qeyri-formal əldə edilməsi dedikdə isə, mirasın faktiki olaraq qəbul edilməsi başa düşülür. İş materiallarından məlum olur ki, Q.Piriyev 16 dekabr 1997-ci ildə öldükdən sonra ondan qalmış mirası heç bir vərəsə formal, yəni notarial qaydada, qəbul etməmişdir. Mirasının qeyri-formal qaydada, yəni faktiki olaraq vərəsələr tərəfindən qəbul edilməsi məsələsinə gəldikdə isə, məhkəmə bununla əlaqədar qeyd edir ki, həmin miras əmlak X11 vərəsəsi X18 tərəfindən faktiki idarə edilməklə qəbul edilmiş, digər qanun üzrə vərəsələr isə mirası qəbul etməmişlər. Miras əmlakı faktiki qəbul etmə dedikdə, həmin əmlak üzərində faktiki sahiblik etmə və faktiki idarə etmə, öz xərcləri hesabına miras əmlakın mühafizəsi və onun idarə edilməsi başa düşülür. Q.Piriyev 1997-ci ildə öldükdən sonra qanun üzrə birinci növbə vərəsə olan T.Piriyeva miras əmlakı faktiki surətdə idarə etməyə başlamaqla mirasa yiyələnərək həmin əmlakda yaşaması, kommunal xərcləri ödəməsi işin araşdırılmış halları, mülki işə əlavə edilmiş sənədlərlə təsdiq olunur. Miras əmlakın qəbuluna dair hər hansı bir sübut cavabdehlər tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının qüvvədə olan Mülki Məcəlləsi də bu məsələləri eyni prinsiplə tənzimləyir. Belə ki, Mülki Məcəllənin 1243.1-ci maddəsinin tələbinə görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə uyğun olaraq, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mülki Məcəllənin 1273-1-ci maddəsinə görə, vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, həmin hal vərəsənin susması kimi qiymətləndirilir. Vərəsənin susması isə mülki qanunvericiliyə əsasən mirası qəbul etməkdən imtinaya bərabər tutulur. Beləliklə, vərəsə X5 16 dekabr 1997-ci il tarixdən X19 məxsus ünvan 2 ünvanında yerləşən mirası faktiki qəbul etməsi faktı müəyyən edilməlidir. Qəbul edilmiş miras əmlak qüvvədə olan Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən, onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MKnın 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli qərarında şərh etmişdir ki, “miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan (miras əmlaka daxil olan) daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və s. əşya hüquqları tələb hüquqları) və öhdəliklər MM-in 1133-cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir. Mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi, miras açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi) vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. MM-in 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə gecikdirmənin səbəbini üzürlü sayarsa uzada bilər (MM-in 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunla göstərilən müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququnu) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul etmə müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsəlik hüquqlarının həyata keçirilməsini və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət göstərir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübutetməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyana məxsus əmlakı faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmə tərəfindən vərəsəlik hüququnun, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin 5-ci hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şəhr edilməlidir. Burda nəzərə alınmalıdır ki, həmin öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəldilmişdir”. Məhkəmə miras əmlakdan iddiaçının payının müəyyən edilməsi ilə bağlı tələbə münasibətdə bildiri ki, iddiaçı mirası tamamilə qəbul etdiyindən, onın miras əmlakda payı tam müəyyən edilməlidir. Belə ki, məhkəmə araşdırmas zamanı müəyyən edilmişdir ki, iddiaçı Q.Piriyevdən qalmış mirası faktiki olaraq qəbul etmiş, digər vərəsələr mirası qəbul etmələri barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişlər. Azərbaycan Respublikasının qüvvədə olan Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Mülki Məcəlləsinin 563-cü maddəsində qeyd edilmişdir ki, miras əmlakının bölünməsi qanun üzrə və vəsiyyət üzrə vərəsələrin hər birinə düşən hissəyə müvafiq olaraq, mirası qəbul edən vərəsələrin razılığı ilə veilir. Azərbaycan Respublikasının qüvvədə olan Mülki Məcəlləsinin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Yuxarıda göstərilənlərə əsasən Məhəkəmə belə nəticəyə gəlir ki, X3 Qafar Ələkbər oğlu 1997-ci ildə öldükdən sonra rəsmi olaraq qanunla müəyyən olunmuş qaydada mirası qəbul etməmiş, lakin həmin mirasa sahiblik və istifadə edərək onu faktiki olaraq qəbul etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. X5 X7 qalmış ünvan 1 ünvanında 0.06 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 147.46 kv.m fərdi yaşayış evini miras olaraq qəbul etməsi faktı müəyyən edilsin. X5 miras əmlak-ünvan 1 ünvanında 0.06 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 147.46 kv.m fərdi yaşayış evində payı tam müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar