Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-146/2023 02.06.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X5 iclas katibliyi, İddiaçı iştirakı ilə, X2 Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Culfa rayon dövlət notariat ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X1 Səxavət Əvəz oğlu, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Culfa rayon dövlət notariat ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, X7 məxsus Culfa rayonunun Qazançı kəndində yerləşən 0.5 ha torpaq sahəsi və torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 28 kv.m yaşayış sahəsi olan fərdi yaşayış evini miras olaraq qəbul etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı X6 iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, mərhum X12 bacısıdır. N.Baxşəliyeva 05 sentyabr 2021-ci il tarixdə ölmüşdür. Nərgiz nikahda olmamış, əri, uşaqları, atası, anası, yəni birinci növbə vərəsəsi yoxdur. Həmçinin iki bacı, iki qardaş olmuşlar. Qardaşları Ağamir və Ağakərim ölmüşlər. Nərgizin ölümündən sonra Culfa rayonunun Qazançı kəndində 0.5 ha torpaq sahəsi və torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 1 otaqlı fərdi yaşayış evini miras qalmışdır. Özü də Culfa rayonunun Qazançı kəndində yaşayır. Nərgizin ölümündən sonra miras əmlakdan özü istifadə etmiş, mirasa sahiblik etmiş, su pulunu, digər kommunal ödənişlər onun tərəfindən ödənilmiş, həyətdə olan meyvə ağaclarının məhsulundan özü faydalanmışdır. Qanunla müəyyən edilmiş müddətdə vərəsəlik şəhadətnaməsinin alınması üçün notariat ofisinə müraciət etməmişdir. Vərəsəlik şəhadətnaməsinin alınması üçün Culfa rayon Dövlət notariat ofisinə müraciət etmiş, notariat ofisinin notariusu vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etmişdir. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 məlumat verilmiş, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin hər hansı bir üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Bunu nəzərə alan məhkəmə işə cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Culfa rayon dövlət notariat ofisinə məlumat verilmiş, notariat ofisinin notariusu məhkəmə iclasına gəlməmiş, gəlməməyinin hər hansı bir üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən cavabdeh Culfa rayon dövlət notariat ofisinin notariusinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan- 061352 və 416160 nömrəli doğum haqqında şəhadətnamələrinin təsdiq edilmiş surətindən görünür ki, X6 xx.xx.1951-ci il tarixdə, X12 05 may 1949-cu il tarixdə doğulmuş, doğum haqqında şəhadətnamələrin ata qrafasında X8, ana qrafasında X9 qeyd edilmişdir. 263512 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X13 02 yanvar 1985-ci il tarixdə ölmüş, bu barədə akt qeydləri kitabında 3 nömrə ilə qeyd edilmişdir 340563 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X9 19 oktyabr 1994-cü il tarixdə ölmüş, bu barədə akt qeydləri kitabında 5 nömrə ilə qeyd edilmişdir. 084349 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X12 05 sentyabr 2021-ci tarixdə ölmüş, bu barədə akt qeydləri kitabında 173 nömrə ilə qeyd edilmişdir. 263512 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X13 02 yanvar 1985-ci il tarixdə ölmüş, bu barədə akt qeydləri kitabında 3 nömrə ilə qeyd edilmişdir 036941 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X14 01 dekabr 1999-cu il tarixdə ölmüş, bu barədə akt qeydləri kitabında 3 nömrə ilə qeyd edilmişdir. 199287 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X10 09 iyun 1999-cu il tarixdə ölmüş, bu barədə akt qeydləri kitabında 20 nömrə ilə qeyd edilmişdir. Culfa rayon İH-in Qazançı kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 53 nömrəli, 10 may 2022-ci il tarixli arayışdan görünür ki, X4 vərəsələri X13 (ölüb), X9 (ölüb), İddiaçı (ölüb), X14 (ölüb), X10 (ölüb) və X11r (ölüb). X2 vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün müraciətinə cavab olaraq Culfa rayon Dövlət Notariat ofisinin 10 oktyabr 2022-ci il tarixli, 64 nömrəli məktubunda qeyd edilmişdir ki, “ərizəyə əlavə edilmiş Culfa rayonunun Qazançı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş vərəsəlik arayışında miras qoyanın vərəsələrinin dairəsi qeyd olunmuş, lakin həmin vərəsələrin doğum, ölüm haqqında şəhadətnamələri, şəxsiyyəti təsdiq edən sənədlər, ölən vərəsələrin vərəsələrinin miras əmlaka münasibəti barədə ərizələr və ərizəçi tərəfindən mirasın faktiki qəbulu ilə bağlı sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası MM-nin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmədə baxılır. 129 nömrəli, 13 dekabr 2022-ci il tarixli arayışda qeyd edilmişdir ki, İddiaçı bacısı X12 05 sentyabr 2021-ci il tarixdə öldükdən sonra ondan qalan mirasa faktiki olaraq sahiblik etmişdir. 06 nömrəli, 19 noyabr 2022-ci il tarixli arayışda qeyd edilmişdir ki, İddiaçı bacısı X12 öldükdən sonra ona məxsus olan şəxsi yaşayış evinin kommunal xərclərini ödəmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mərhum X12 05 sentyabr 2021-ci il tarixdə ölmüşdür. N.Baxşəliyevanın ölümündən sonra Culfa rayonunu Qazançı kəndində yerləşən 0.5 ha torpaq sahəsi və torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 1 otaqlı fərdi yaşayış evi miras qalmış, həmin miras əmlaka faktiki olaraq N.Baxşəliyevaının bacısı İddiaçı sahiblik edir. Fərdi yaşayış evi ilə bağlı kommunal xərclər İddiaçı tərəfindən ödənilmişdir. İddiaçı miras əmlaka sahiblik etməklə mirası qəbul etməsi sübut olunur. Həmçinin müəyyən olunmuşdur ki, N.Baxşəliyevanın birinci növbə vərəsələri yoxdur. Məhkəmə gəldiyi nəticəni qeyd edilən maddi hüquq normaları baxımından da qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamədək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışından müəyyən olunur ki, Culfa rayonunun Qazançı kəndində 0.05 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 28 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, onun toxunulmaz mülkiyyətidir. Azərbaycan Respublikası MM-in 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası MM-in 1145-cı maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası MM-in 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Miras 05 sentyabr 2021-ci il tarixdə faktiki olaraq açılmışdır. Azərbaycan Respublikası MM-in 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası MM-in 1159.1-ci maddəsinə əsasən birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. İşin araşdırılan hallarından müəyyən edilmişdir ki, N.Baxşəliyev ailə qurmamış, övladı yoxdur, övladlığa uşaq götürməmiş, atası və anası ölmüşdür. Onun ikinci növbə vərəsələrindən yaşayan İddiaçıdır. Azərbaycan Respublikası MM-in 1159.2-ci maddəsinə əsasən ikinci növbədə-ölənin bacıları və qardaşları qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə miras əmlakı faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də mirasın açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, mirasin açıldığı gündən altı ay müddətində edilməlidir. Qəbul edilmiş miras mirasın açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Qəbul etmə dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür ki, bu da formal və qeyri formal üsulla həyata keçirilir. Mirasın formal olaraq qəbul edilməsi o deməkdir ki, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn hərəkət notarial qaydada həyata keçirilir. Mirasın qeyri-formal əldə edilməsi dedikdə isə, mirasın faktiki olaraq qəbul edilməsi başa düşülür. İş materiallarından məlum olur ki, mərhum N.Baxşəliyeva 2021-ci ildə öldükdən sonra ondan qalmış mirası heç bir vərəsə formal, yəni notarial qaydada, qəbul etməmişdir. Mərhum N.Baxşəliyevadan qalmış mirasın qeyri-formal qaydada, yəni faktiki olaraq vərəsələr tərəfindən qəbul edilməsi məsələsinə gəldikdə isə, məhkəmə bununla əlaqədar qeyd edir ki, İddiaçı həmin miras əmlakı faktiki idarə edilməklə qəbul edilmişdir. Miras əmlakı faktiki qəbul etmə dedikdə, həmin əmlak üzərində faktiki sahiblik etmə və faktiki idarə etmə, öz xərcləri hesabına miras əmlakın mühafizəsi və onun idarə edilməsi başa düşülür. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MKnın 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli qərarında şərh etmişdir ki, “miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan (miras əmlaka daxil olan) daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və s. əşya hüquqları tələb hüquqları) və öhdəliklər MM-in 1133-cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir. Mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi, miras açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi) vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. MM-in 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə gecikdirmənin səbəbini üzürlü sayarsa uzada bilər (MM-in 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunla göstərilən müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququnu) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul etmə müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsəlik hüquqlarının həyata keçirilməsini və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət göstərir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübutetməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur : miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyana məxsus əmlakı faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmə tərəfindən vərəsəlik hüququnun, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin 5-ci hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şəhr edilməlidir. Burda nəzərə alınmalıdır ki, həmin öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəldilmişdir”. Məhkəmə göstərilənlərdən belə nəticəyə gəlir ki, İddiaçı 2021-ci ildən mirasa sahiblik etməklə, miras əmlakı idarə etməklə mirası faktiki qəbul etmişdir. Odur ki, İddiaçı iddiası təmin edilməklə, Culfa rayonunun Qazançı kəndində 0.05 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 28 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evini miras olaraq qəbul etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. X2 X3 miras qalmış Culfa rayonunun Qazançı kəndində 0.05 ha torpaq sahəsi, həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 28 kv.m yaşayış sahəsindən ibarət olan fərdi yaşayış evini miras olaraq qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə X16 Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №2(089)-146/2023
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-146/2023
02.06.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver