Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-147/2022 12.10.2022 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsinin hakimi Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X3 iclas katibliyi, Ərizəçi, Maraqlı şəxs başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X6 iştirakı ilə, Ərizəçi "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" barədə ərizəsinə dair mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" barədə ərizə ilə məhkəməyə müraciət etmiş, 02 mart 1989-cu ildə Culfa şəhərində doğulmuş X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəsini müdafiə etmiş, izahatında bildirmişdir ki, X12 onun oğludur. Oğlu Orxan xx.xx.1989-cu ildə doğulmuşdur. O.Ağayev anadangəlmə psixi qüsurludur. O, öz hərəkətlərinin mənasını anlaya və müstəqil olaraq hərəkətlərini idarə edə bilmir. Orxan daim xüsusi qayğı və nəzarət altında yaşayır. Ona psixi qüsurlu xəstəliyi ilə əlaqədar Culfa rayon ƏSMM tərəfindən İ-qrup ömürlük əlillik dərəcəsi verilmişdir. Orxana dövlət tərəfindən sosial müavinət təyin edilmişdir ki, müavinət plastik kart vasitəsilə ödənilir. O.Ağayevin adına olan müvafiq kartı ala bilmir. Kartın alınmasını qanunvericiliklə müəyyən edilmiş qaydada təyin edilmiş qəyyum həyata keçirə bilir. Buna görə də oğlu X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Maraqlı şəxs başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi qismində iştirak etmiş X8 izahatında göstərdi ki, komissiya Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına X1 arayışını, 02 mart 1989-cu il tarixdə doğulmuş X7 həyat şəraitini, onun öz hərəkətlərinin mənasını başa düşməməsini, öz hərəkətlərinə rəhbərlik edə bilməməsini nəzər almış, onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini məqsədəmüvafiq hesab etmişdir. Həmçinin O.Ağayevin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsində hər hansı sui-istifadə halları aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş- 283431 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X12 02 mart 1989-cu ildə anadan olmuş, atası Ərizəçi, anası X4r. 20 iyun 2022-ci il tarixli, 1344 nömrəli arayışdan görünür ki, X5 şəhəri, H.Əliyev prospekti, ev 28, mənzil 4 ünvanında qeydiyyatdadır və həmin mənzildə yaşayır. 054364 nömrəli vəsiqədən müəyyən olunur ki, X12 ömürlük birinci qrup əlildir. 28 iyun 2022-ci il tarixli, 405 nömrəli məktubda qeyd edilmişdir ki, 1989-cu il təvəllüdlü X12 xx.xx.1996-cı il tarixdən “Daun xəstəliyi nəticəsində əqli zəiflik. İdiotiya formasında” diaqnozu ilə Y.Budaqov adına Naxçıvan MR X2 dispanser qeydiyyatda dayanır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı Ərizəçi məhkəməyə verdiyi izahatdan və iş üzrə təqdim edilmiş sübutlardan məlum olmuşdur ki, O.Ağayevin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması ərizəçiyə həmin şəxs üzərində qəyyum təyin olunması üçün lazımdır. Məhkəmə araşdırması zamanı 02 mart 1989-cu ildə Culfa şəhərində doğulmuş X9 həqiqətən əqli zəifliyin olması, bu səbəbdən öz hərəkətlərinin mənasını anlamaması və öz hərəkətlərini idarə edə bilməməsi müəyyən olunmuşdur. Həmçinin ərizəçinin izahatından, iş materiallarından müəyyən edildi ki, Orxan Ağayev Ərizəçi yanında yaşayır, onun maddi və digər tələbatları ərizəçi tərəfindən qarşılanır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 319-cu maddəsində qeyd olunmuşdur ki, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Odur ki, Culfa Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli, 2(089)-147/2022 nömrəli qərardadı ilə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, Naxçıvan MR X1 ambulator Məhkəmə Psixatrik ekspertizasının 21 sentyabr 2022-ci il tarixli 65 nömrəli rəyindən qeyd edilmişdir ki, X9 “Anadangəlmə əqli zəiflik. İdiotiya səviyyəsində” psixi xəstəlik var. Həmin şəxs öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə etmə edə bilmək qabiliyyətində deyil, sağlamıq vəziyyəti onun məhkəmə iclasında iştirak etməsinə imkan vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinin tələbinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırılır. İş materiallarından Ərizəçi X7 atası olması müəyyən olunmuşdur. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə müəyyən edir ki, 02 mart 1989-cu ildə Culfa şəhərində doğulmuş X12 Ərizəçi oğludur. Ərizəçinin oğlu X12 “Anadangəlmə əqli zəiflik. İdiotiya səviyyəsində” psixi xəstədir. X12, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyildir. Ona görə də məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalı və 02 mart 1989-cu ildə Culfa şəhərində doğulmuş X12 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 02 mart 1989-cu il tarixdə Culfa şəhərində doğulmuş X12 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №2(089)-147/2022
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-147/2022
12.10.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver