Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-149/2025 05.06.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh ilə aralarında Culfa rayon Qeydiyyat şöbəsində bağlanmış 07 sentyabr 2015-ci il tarixli, 93 nömrəli nikah akt qeydinin pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə nikahları Culfa rayon Qeydiyyat şöbəsində 07 sentyabr 2015-ci il tarixdə 93 nömrəli akt qeydi ilə rəsmləşdirilmiş, ailə qurmuşlar. Birgə nikahdan 08 iyul 2016-cı il tarixdə X4 və 22 iyul 2019-cu il tarixdə X6 doğulmuşdur. Ailə qurduqları ilk vaxtlarda Cavabdeh ona qarşı münasibəti normal olsa da, müəyyən vaxt keçəndən sonra ailələrində söz-söhbətlər yaranmış, getdikcə münasibətləri pozulmuşdur. Cavabdeh ilə eyni evdə yaşasa da, ailə faktiki olaraq dağılıb. Nikahları formal xarakter daşıyır. Nəticə etibarı ilə qərara gəlmişdir ki, nikah məhkəmə qaydasında pozulsun. Cavabdehlə aralarında 13 mart 2025-ci il tarixdə, X1 MŞM/25-R00173 nömrəli barışıq sazişi bağlanmışdır. Həmin barışıq sazişinin şərtlərinə əsasən övladları 08 iyul 2016-cı il təvəllüdlü X4 və 22 iyul 2019-cu il təvəllüdlü X3 onun yanında saxlanılması və uşaqların saxlanılması üçün Cavabdeh əmək haqqının və digər gəlirlərinin 33% miqdarında hər ayın sonu 30 mart 2025- ci il tarixdən etibarən onun müvafiq bank hesabına ödənilməsi üçün öhdəlik götürülməklə aralarında razılıq əldə olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkil) iştirak etmişdir. Məhkəmə mülki işə İddiaçı iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi (vəkil) Vəkil iddianı müdafiə etmiş, izahatında bildirmişdir ki, tərəflər 2015-ci ildə ailə qurmuşlar, 2 uşaqları var. Hazırda bir evdə ayrı yaşayırlar, ailə münasibətləri pozulmuşdur. İddiaçı birgə yaşadıqları evdən çıxacaq. İddiaçının bildirdiyinə görə cavabdeh onu döymüş, söymüş, təhqir etmiş, şəhid qardaşını və valideynlərini söymüş, xəyanət etmişdir. Uşaqlar iddiaçı ilə birlikdə yaşayır. Tərəflər arasında uşaqların ananın yanında qalması və alimentlə bağlı barışıq sazişi imzalanmışdır. İddiaçının nikahın pozulmasında fikri qətidir, barışmaları mümkün deyil. Barışmaları üçün müddət müəyyən edilməsini istəmir. Nikahın pozulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməcəyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və İddiaçı ilə aralarında bağlanmış nikahın pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: 881753 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh və İddiaçı arasında nikah 07 sentyabr 2015-ci il tarixdə bağlanmış, həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 93 nömrə ilə qeyd edilmişdir. 532819,167198 nömrəli doğum haqqında şəhadətnamələrin təsdiq olunmuş surətindən görünür ki, 08 iyul 2016-cı il tarixdə X4, 22 iyul 2019-cu il tarixdə X6 doğulmuş, uşaqların atası Cavabdeh, anası İddiaçıdır. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkil) izahatını dinləyib, cavabdehin ərizəsini nəzərədən keçirib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh arasında nikah 07 sentyabr 2007-ci il tarixdə bağlanmışdır. Birgə nikahlarından iki uşaqları doğulmuşdur. Tərəflər ailə münasibətləri pozulduğundan ayrı yaşayırlar. İddiaçı cavabdehlə aralarında bağlanmış nikahın pozulmasında israrlıdır. Cavabdeh də ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı ilə aralarında bağlanmış nikahın pozulmasını xahiş etmişdir. Tərəflərin ər-arvad kimi birgə yaşaması və ailənin saxlanması qeyri-mümkündür. Tərəflər arasında bağlanmış nikah formal olaraq mövcuddur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20-ci maddəsinə görə ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə və ya tərəflər üçün məhkəmə tərəfindən müəyyən edilmiş müddət ərzində barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasını təkid etdikdə nikah məhkəmə qaydasında pozulur. Məhkəmə tərəflərin nikahın pozulmasında israrlı olmasını nəzərə alaraq hesab edir ki, tərəflərin birgə yaşaması və ailənin saxlanması qeyrimümkündür. Həmçinin qeyd olunmalıdır ki, Ailə Məcəlləsinin 2.3-cü maddəsinə görə nikah kişi ilə qadının ailə qurmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Odur ki, heç kəs iradəsinə zidd olaraq nikahda qalmağa məcbur edilə bilməz. Beləliklə, yuxarıda göstərilən xüsusiyyətləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmalıdır. Məhkəmə nikahın pozulmasından sonra uşaqların valideynlərindən hansının yanında yaşaması və yetkinlik yaşına çatanadək saxlanılmaları üçün aliment müəyyən edilməsi məsələsini müzakirə etməmişdir. Belə ki, tərəflər arasında 13 mart 2025-ci il tarixli, MŞM/25-R-00173 nömrəli barışıq sazişi imzalanmış, tərəflər birgə nikahlarından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X3 İddiaçı yanında saxlanılması və uşaqların saxlanması üçün Cavabdeh əmək haqqının və digər gəlirlərinin 33 % dəyərində aliment pulunun hər ayın sonu xx.xx.2025-ci il tarixdən etibarən İddiaçı ödənilməsi barədə razılığa gəlmişlər. Məhkəmə nikahın pozulmasının dövlət qeydiyyatına alınması zamanı ödənilməli olan dövlət rüsumu məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 12.2.2-ci maddəsində nəzərdə tutulmuş dövlət rüsumu məbləği iddiaçıdan tutularaq dövlət nəfinə keçirilməli, Cavabdeh həmin rüsumu ödəməkdən azad edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı və Cavabdeh arasında 07 sentyabr 2015-ci il tarixdə Culfa Rayon Qeydiyyat Şöbəsində bağlanmış, həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 93 nömrə ilə qeyd edilmiş nikah pozulsun. Nikahın pozulması dövlət qeydiyyatına alınarkən İddiaçı 20 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilsin, Cavabdeh həmin rüsumu ödəməkdən azad edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №2(089)-149/2025
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-149/2025
05.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver