Məhkəmə qərarları › İş №2(089)-157/2021

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-157/2021

24.11.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-157/2021 24.11.2021 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsinin hakimi Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X4 iclas katibliyi, Ərizəçi, Culfa rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" barədə ərizə ilə məhkəməyə müraciət etmiş, 30 noyabr 1991-ci ildə Culfa şəhərində doğulmuş X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahat vermiş Ərizəçi ərizəsini müdafiə etmiş, izahatında bildirmişdir ki, 30 noyabr 1991-ci ildə Culfa şəhərində anadan olmuş X12 onun doğma bacısıdır. X7 doğuşdan ağıl zəifliyi var. A.Mirzəyeva psixi qüsurlu olduğu üçün öz hərəkətlərini idarə edə bilmir. Buna görə də daim xüsusi qayğı və nəzarət altında yaşayır. X9 psixi qüsurlu xəstəliyi ilə əlaqədar Culfa rayon ƏSMM tərəfindən 1-qrup ömürlük əlillik dərəcəsi verilmiş, həmçinin dövlət tərəfindən sosial müavinət təyin edilmişdir ki, həmin müavinət plastik kart vasitəsilə ödənilir. X6 adına olan müvafiq kartın bankdan alınmasını onun üzərində qanunvericiliklə müəyyən edilmiş qaydada təyin edilmiş qəyyumu həyata keçirə bilər. A.Mirzəyevanın fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında məhkəmə qətnaməsi olmadığından bacısının qəyyumu kimi onun adından çıxış edə bilmir. Ona görə də o, bacısı X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Culfa rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi qismində iştirak etmiş X5 izahatında göstərdi ki, komissiya Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına X3 rəyini, yəni 30 noyabr 1991-ci il tarixdə doğulmuş X6 öz hərəkətlərinin mənasını başa düşməməsini, öz hərəkətlərinə rəhbərlik edə bilməməsini nəzər almış, onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini məqsədəmüvafiq hesab etmişdir. Həmçinin A.Mirzəyevanın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsində hər hansı sui-istifadə halları aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş: Culfa rayon Qeydiyyat Şöbəsi tərəfindən 24 iyun 2021-ci il tarixdə verilmiş doğum aktları qeydiyyatı kitabından çıxarışdan görünür ki, X12 30 noyabr 1991-ci ildə anadan olmuş, atası X13, anası X8r. 20 sentyabr 2021-ci il tarixli, 722 nömrəli arayışdan görünür ki, X2 şəhəri, M.Hüseynzadə küçəsi, ev 28, mənzil 4 ünvanında qeydiyyatdadır. 241955 nömrəli vəsiqədən müəyyən olunur ki, X12 ömürlük birinci qrup əlildir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı Ərizəçi məhkəməyə verdiyi izahatdan və iş üzrə təqdim edilmiş sübutlardan məlum olmuşdur ki, A.Mirzəyevanın fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması ərizəçiyə həmin şəxs üzərində qəyyum təyin olunması üçün lazımdır. Məhkəmə araşdırması zamanı 30 noyabr 1991-ci ildə Culfa şəhərində anadan olmuş X7 həqiqətən əqli zəifliyin olması, bu səbəbdən öz hərəkətlərinin mənasını anlamaması və öz hərəkətlərini idarə edə bilməməsi müəyyən olunmuşdur. Həmçinin ərizəçinin izahatından, iş materiallarından müəyyən edildi ki, A.Mirzəyeva Ərizəçi yanında yaşayır, onun maddi və digər tələbatları ərizəçi tərəfindən qarşılanır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 319-cu maddəsində qeyd olunmuşdur ki, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Odur ki, Culfa Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2(089)-157/2021 nömrəli qərardadı ilə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, Naxçıvan MR X3 ambulator Məhkəmə Psixatrik ekspertizasının 29.10.2021ci il tarixli 96 nömrəli rəyi ilə X7 “Anadangəlmə əqli zəiflik. İmbeçillik dərəcəsində” psixi xəstəlik aşkar edilmişdir. A.Mirzəyueva öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyil Belə ki, Naxçıvan MR X3 29.10.2021-ci il tarixli 96 saylı rəyindən qeyd edilmişdir ki, X7 “Anadangəlmə əqli zəiflik. İmbeçillik dərəcəsində” psixi xəstəlik müşahidə olunur, o, öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə etmə edə bilmək qabiliyətində deyil, sağlamıq vəziyyəti onun məhkəmə iclasında iştirak etməsinə imkan vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305-ci maddəsində müəyyən olunmuşdur ki, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 317.2-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırılır. İş materiallarından Ərizəçi X6 qardaşı olması müəyyən olunmuşdur. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə müəyyən edir ki, 30 noyabr 1991-ci ildə Culfa şəhərində anadan olmuş X12 Ərizəçi bacısıdır. Ərizəçinin bacısı X12 “Anadangəlmə əqli zəiflik. İmbeçillik dərəcəsində” psixi xəstədir. X12, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Ona görə də məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalı və 30 noyabr 1991-ci ildə Culfa şəhərində anadan olmuş X12 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: 30 noyabr 1991-ci il tarixdə Culfa şəhərində doğulmuş X12 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar